Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə21/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   17   18   19   20   21   22   23   24   ...   98

Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qa-
nundakı göstərişlər əsas götürülməklə başlayır. Məhkəmə
tərəfindən müəyyən olunan müddətin axımı isə, onun hakim
tərəfindən təyin olunmasından sonra başlayır. Məhkəmə
tərəfindən təyin olunan müddətlərin axımı bir qədər gec də
(məsələn, tərəflərin bu müddətlər barədə məlumat alması ilə
və ya məlumat almasından sonra) başlaya bilər. Bu, ya
təqdim edilmə anı, ya şifahi məhkəmə baxışında tərəflərin
iştirakı ilə elan etmə, ya da rəsmi təqdim etmə olmadan elan
etmə anı olacaqdır (bax: İPM-in 22.1-ci maddəsi). Bütün
proses iştirakçıları üçün dəqiq yoxlama imkanını və aydın
olmanı təmin etmək məqsədilə müddətin sona çatması ilə
əlaqədar dəqiq vaxtların müəyyən edilməsi tövsiyə olunur. 
Proses iştirakçılarına məhkəmə qərarları müxtəlif günlərdə
təqdim edilərsə, onlar üçün müddət axımının başlanma anı
müxtəlif ola bilər.
Müddətlərin  hesablanması ilə bağlı İPM-in 22.2-ci
maddəsi MPM-in müəyyən etdiyi qaydalara (bax: MPM-in
128-133-cü maddələri) göndəriş edir. Bu qayda İPM-lə
müəyyən edilmiş müddətlərə şamil olunmur. Xüsusilə, artıq
qeyd edildiyi kimi, MPM-in 172-ci maddəsində təsbit edilmiş
işə baxılması və həll edilməsi müddətləri inzibati məhkəmə
icraatına şamil edilmir. Bu nəticə, elə İPM-in 125.4 və
127.4-cü maddələrindən irəli gəlir. Həmin müddəalara əsasən,
siyasi partiyalar və kütləvi informasiya vasitələri ilə bağlı
işlər üzrə iddia ərizələrinə onların məhkəməyə daxil olduqları
vaxtdan 15 gün müddətində baxılmalı və iddianın mahiyyəti
üzrə qərar qəbul edilməlidir. İnzibati mübahisələrlə bağlı
digər bir işə baxma müddəti İPM-in 33.4-cü maddəsində
81


əksini tapmışdır. Sözügedən maddədə nəzərdə tutulan və
məhkəmənin bir neçə dəfə hərəkət etməsindən sonra axımı
başlayan 3 aylıq müddət aydın şəkildə göstərir ki, başqa
icraatlara 3 aylıq işə baxma müddəti şamil olunmur. Qeyd
edilən işə baxma müddətlərindən başqa, İPM-də işlərə baxıl-
ması ilə əlaqədar müddətlər nəzərdə tutulmamışdır. Bununla
əlaqədar qanunun analogiya qaydasında tətbiqinin arzu ol-
unması da görünmür, çünki nəzərdə tutulmamış tənzimetmə
boşluğu mövcud deyil. Beləliklə, qanunverici tənzimləmək
istədiyi işə baxma müddətləri hallarını Məcəllədə nəzərdə
tutub. Digər hallarla bağlı işə baxma müddətlərini o,
unutmayıb, sadəcə tənzimləmək istəməyib (bununla bağlı
həmçinin konsentrasiya prinsipinə dair fəsildəki qeydlərə
bax). 
Hər halda, MPM-in 129.3-cü maddəsində aydın şəkildə
qeyd olunmuşdur ki, proses iştirakçıları onlar üçün müəyyən
edilmiş müddətlərdən tam şəkildə istifadə edə bilərlər. On -
la rın prosessual hərəkəti müddətin son günü saat 24.00-a
qə dər yerinə yetirilə bilər. Bu baxımdan, məhkəmənin bağlı
ol ması əhəmiyyət kəsb etmir. Ona görə də məhkəmə hər
han sı bir sənədin saat 24.00-dan əvvəl, yaxud 00.00-dan
son ra məhkəməyə daxil olub-olmadığını müəyyənləşdirməyi
tə min edəcək qəbul yerləri və poçt qutuları quraşdırmaq və -
zi fəsi daşıyır. Sənədləri göndərən şəxs müvafiq sənədləri
müd dətin son günü saat 24.00-a qədər rabitə orqanlarına
ver 
dikdə də, müddətə riayət edilmiş hesab olunur (bax:
MPM-in 129.3-cü maddəsinin 2-ci cümləsi). Prosessual hə -
rə kət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməli
ol 
duqda, müddət həmin məhkəmədə və ya təşkilatlarda
82


müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq
əməliyyatların kəsildiyi saatda qurtarır (bax: MPM-in 129.4-
cü maddəsi). 
Müddət buraxıldıqda və prosessual müddətin bərpa
olunması haqqında ərizə verilmədikdə və ya belə bir ərizə
təmin olunmadıqda, proses iştirakçısı müddətə riayət olun-
masından asılı olan hüquqi imkanları itirir (lakin öz prosessual
vəzifələrini yerinə yetirməkdən azad olmadan). Bu kimi
hallarda, məhkəmə gecikmiş müraciətə baxmır və onu geri
qaytarır (bax: MPM-in 130-cu maddəsi). 
İş üzrə icraat dayandırıldıqda, prosessual müddətlərin
axımı da müvafiq olaraq dayandırılır. Məhkəmə iş üzrə
icraatı təzələyən kimi müddətlərin axımı davam edir (bax:
MPM-in131-ci maddəsi).
Müddətə riayət olunmasını sübut etmək vəzifəsi ona
riayət etməli olan şəxsin üzərinə düşür. Məhkəmə qərarına
(qərardadına) qarşı şikayət verilməsi müddətinin axımı,
yalnız o halda qərarın (qərardadın) təqdim edilmə anından
başlayır ki, həmin qərarda (qərardadda) yazılı formada
hüquqi müdafiə vasitələri barədə tam və düzgün məlumat
olsun, eləcə də bu məlumatda həm mümkün hüquqi müdafiə
vasitəsi, həm də şikayətin verilə biləcəyi məhkəmə və onun
ünvanı barədə məlumatlar əksini tapmış olsun (bax: İPM-in
23.1-ci maddəsi). Məhkəmə qərarında hüquqi müdafiə
vasitələri barədə belə bir məlumatlandırma nəzərdə tutulmazsa,
məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim və ya
elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər
(bax: İPM-in 23.2-ci maddəsinin 1-ci cümləsi). Əgər proses
iştirakçısı təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə
83


əlaqədar 1 illik şikayət vermə müddətini buraxıbsa və
məhkəmə bu müddət buraxılmasına görə onun şikayətini
rədd edərsə, onda müvafiq şəxs şikayət verə bilməməsinin
səbəblərini sübut etməklə hüquqi müdafiə vasitələrindən is-
tifadəyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün
ərzində şikayət verə bilər (bax: İPM-in 23.2-ci maddəsinin
2-ci cümləsi). Bu baxımdan təqsir olmadan müddət buraxıl-
masının aradan qaldırılması prosessual müddətin bərpa olun -
masına bənzəyir. 
3. Məhkəmə bildirişləri
Məhkəmə bildirişi məhkəmə iclasına gəlməni tələb edən
sənəddir. İclas vaxtının dəyişdirilməsi və ləğv edilməsi də
məhkəmə bildirişi sayılır və həmin bildirişlər də qanunla
nəzərdə tutulmuş formada tərtib olunmalıdır. Məhkəmə
bildirişlərinə dair məsələlər İPM-in 62-ci maddəsində tənz-
imlənmişdir. Məhkəmə bildirişləri məhkəmənin xidməti vəz-
ifəsinə görə tərtib edilir və göndərilir. Şifahi məhkəmə baxışı
haqqında məhkəmə bildirişində minimal şərtlər qismində
məhkəmə, hüquqi mübahisə, məhkəmə iclasının vaxtı və
yeri, iclasın keçiriləcəyi zal, habelə məhkəmə baxışının
məqsədi göstərilməlidir ki, proses iştirakçılarının şifahi
məhkəmə baxışında iştirakı mümkün olsun. Bu şərtlərdən
yalnız bəziləri İPM-in 62.1-ci maddəsində əksini tapmışdır.
Digər şərtlər özü-özlüyündə başa düşüləndir, çünki hüquqi
mübahisənin və məhkəmənin qeyd olunmadığı məhkəmə
bildirişi proses iştirakçılarının həmin bildirişi başa düşməsini
çətinləşdirərdi. 
84


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə