Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə25/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   21   22   23   24   25   26   27   28   ...   98

Şifahi məhkəmə baxışının qurtarmasından sonra qərarın
qəbulu səhvlərə yol verilə bilinməsi səbəbindən faktiki
olaraq yalnız sadə xarakterli işlərdə mümkündür. Qərarın
nəticə hissəsi yazılı formada tərtib olunmalı və işə baxan
hakim, işə kollegial qaydada baxıldıqda isə, məhkəmə
tərkibinə daxil olan hakimlərdən hər biri tərəfindən imza-
lanmalıdır (bax: İPM-in 75.1-ci maddəsinin 3-cü cümləsi). 
Qərarın İPM-in 69-cu maddəsində sadalanmış digər tərkib
hissələri İPM-in 69.7 və 75.2-ci maddələrinə əsasən, ən geci
15 gün müddətində yazılı şəkildə və imzalanmış formada
(bax: İPM-in 4.1-ci maddəsi) məhkəmənin dəftərxanasına
verilməlidir (məhkəmə qərarının strukturu və məzmunu
barədə ətraflı məlumat almaq üçün müvafiq fəslə bax). 
Əlbəttə, şifahi məhkəmə baxışı mütləq mübahisəli qərarla
başa çatmalı deyil. Belə ki, hüquqi mübahisənin iddiadan
imtina edilməsi, cavabdeh tərəfindən iddianın qəbul edilməsi,
İPM-in 66-cı maddəsinə əsasən barışıq sazişinin bağlanması
və ya tərəflərin müştərək bəyanatla çıxış etməsi ilə sona
yetməsi də mümkündür (bax: İPM-in 15.2-ci maddəsi). Bu
məsələlərə aşağıda toxunulacaqdır. 
Şifahi məhkəmə baxışının sonunda hüquqi mübahisə
qərar qəbul olunması üçün hələ «yetişmədikdə» (işin faktiki
hallarının araşdırılmasının davam etdirilməsi səbəbindən),
hakim növbəti hərəkətlərin nədən ibarət olması barədə
qərardad qəbul edə bilər. Bu hərəkətlər, misal üçün, şifahi
məhkəmə iclası ilə bağlı yeni iclas vaxtının təyin edilməsi,
digər izahatların təqdim edilməsinin təklif olunması və ya
sübutların araşdırılmasına dair sərəncam verilməsi formasında
baş verə bilər. 
97


Nəhayət, məhkəmə baxışı hüquqi mübahisənin digər bir
mübahisə ilə eyni icraatda birləşdirilməsi (bax: İPM-in 56-
cı maddəsi) və ya icraatın dayandırılması (bax: İPM-in 7-ci
maddəsi) vasitəsilə də başa çata bilər.
IV. Şifahi məhkəmə baxışının təzələnməsi
İPM-in 64.4-cü maddəsinə müvafiq olaraq, qərar qəbul
edilənədək məhkəmə öz təşəbbüsü ilə şifahi məhkəmə
baxışının təzələnməsi barədə qərardad qəbul edə bilər. Şifahi
məhkəmə baxışı o zaman təzələnməlidir ki, şifahi məhkəmə
baxışının sona çatmasından sonra tərəf işin faktiki halları ilə
bağlı onun təqsiri olmadan əvvəllər təqdim edə bilmədiyi
yeni və qərarın qəbulu üçün həlledici əhəmiyyət kəsb edən
izahat təqdim etmiş olsun. Belə hallarda məhkəmənin diskre-
sion səlahiyyəti sıfıra endirilir. Bununla əlaqədar, misal
üçün, məhkəmənin şifahi məhkəmə baxışının bitməsindən
sonra qərarın elan edilməsi üçün vaxt təyin etdiyi halı
təsəvvür etmək olar. Fərz edək ki, iddiaçı bu işdə mübahisəli
bir faktı sübut etmək üçün sübut qismində ağır xəstə olan
bir şahidin dindirilməsini məhkəmədən xahiş etmiş və həmin
şahidin sağlamlıq durumu şifahi məhkəmə baxışının başa
çatması zamanı ona şahid qismində ifadə vermək imkanı
verməmişdir. Lakin şifahi məhkəmə baxışının başa çatmasından
sonra məlum olmuşdur ki, şahidin sağlamlıq durumu o
dərəcədə yaxşılaşmışdır ki, artıq o, ifadə verə bilər. Belə bir
vəziyyətdə məhkəmə şifahi məhkəmə baxışını təzələməli və
qərar qəbul edərkən işin bütün hallarını nəzərə ala bilmək
üçün sözügedən şahidi dindirməlidir. 
98


D. Xüsusi prosessual məsələlər 
I. Barışıq sazişi
İnzibati məhkəmə icraatının iştirakçıları hüquqi mübahisəni
barışıq sazişi ilə tam və ya qismən həll etmək imkanına ma-
likdirlər (bax: İPM-in 66-cı maddəsi). Məhkəmə daim həm
məhkəmə baxışı çərçivəsində, həm də məhkəmə baxışından
kənar barışıq sazişinin əldə olunmasına səy göstərməlidir.
Burada məqsəd, təkcə qərarın yazılması işinə qənaət olunması
deyil, eləcə də tərəflər arasında hüquqi sülhün bərqərar
edilməsidir. Azərbaycan Respublikasının İPM-ində barışıq
sazişinin bağlanması imkanı nəzərdə tutulsa da, onun
məzmunu və formasına dair konkret məsələlər Məcəllədə
əksini tapmamışdır. Buna baxmayaraq, həmin məsələlərin
cavabını tapmaq üçün barışıq sazişinin hüquqi təbiətinə
nəzər yetirmək lazımdır. Bu saziş hər iki tərəfin müvafiq
olaraq razılaşdırılmış həcmdə biri-birinə qarşılıqlı güzəşt
etməsi ilə səciyyələnir və onun bağlanması bir çox səbəblərdən
zəruri ola bilər. Həmin səbəblərə misal qismində böyük
xərclər yarada bilən və nəticəsi qeyri-müəyyən olan sübutetmə
icraatının qarşısının alınması, yaxud barışıq sazişinin bütün
tərəflərə üstünlüklər də verə bilməsini göstərmək olar. 
İPM-in 117.1.3-cü maddəsinə əsasən, məhkəmə qərardadı
ilə təsdiq edilmiş barışıq sazişi icra sənədi sayılır. Ona görə
də müvafiq qərardadda İPM-in 69.2-ci maddəsinə uyğun
olaraq giriş hissəsi tam nəzərdə tutulmalıdır. 
Hüquqi təbiətinə görə barışıq sazişi fərqli xüsusiyyətə
malik publik-hüquqi prosessual müqavilədir. Almaniyadan
fərqli olaraq Azərbaycanın İİQ-də publik-hüquqi müqavilə
99


institutu təsbit edilməyib (lakin İİQ-də belə bir müqavilənin
bağlanmasına dair qadağa da yoxdur. Almaniyada da pub-
lik-hüquqi müqavilə institutu əvvəlcə qanunda nəzərdə tu-
tulmadan inkişaf etmişdir). Əslində, Azərbaycan Respublikası
İPM-i barışıq sazişi bağlanması imkanını təsbit etməklə,
publik-hüquqi müqavilələri açıq-aşkar nəzərdə tutur. Barışıq
sazişi, bir tərəfdən, müvafiq publik-hüquqi normaların ol-
maması səbəbindən tərəflər arasında Mülki Məcəllənin nor-
malarına (bax: Mülki Məcəllənin 881-ci və başqa maddələri)
istinad edilməklə bağlana bilən bir müqavilədir. İİQ-nin
bununla bağlı heç bir qayda nəzərdə tutmasına baxmayaraq,
sözügedən hüquqi institutun təcrübədə təşəkkül tapıb-tap-
mayacağını hələ gözləmək lazımdır. Barışıq sazişi ilə əlaqədar
tərəflər arasında mübahisələr yaranacağı təqdirdə prosessual
baxımdan müqavilə öhdəliklərinin yerinə yetirilməsi, dəymiş
zərərin əvəzinin ödənilməsi və ya oxşar öhdəliklərin yerinə
yetirilməsi üzrə öhdəliyin icrası haqqında iddia qaldırıla
bilər. Çünki tərəflərin hüquq bərabərliyinə söykənən müqavilə
münasibətlərində inzibati aktların qəbuluna yol verilmir. 
Əlbəttə, bu cür barışıq sazişləri yalnız o halda bağlana
bilər ki, tərəflər mübahisə predmeti barədə sərəncam vermək
hüququna malik olsunlar (bax: İPM-in 66.1-ci maddəsinin
1-ci cümləsi). 
Digər tərəfdən, barışıq sazişi hüquqi mübahisəni bilavasitə
sona çatdıran prosessual hərəkətdir. Ona görə də şifahi
məhkəmə baxışında barışıq sazişinin bağlanmasında ya
tərəflər şəxsən iştirak etməli, ya da nümayəndələri vasitəsilə
təmsil olunmalıdırlar. Barışıq sazişinin məzmunu qüvvədə
olan qanunvericiliyə zidd olmamalıdır. Məsələn, barışıq
100


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə