Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə16/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   12   13   14   15   16   17   18   19   ...   98

hündürdür və ona görə də onun tikintisinə icazə verilməsi
mümkün deyil. Belə olan halda iddiaçı iddia ərizəsi ilə
məhkəməyə müraciət edərkən əsas tələblə (beşmərtəbəli
evin tikintisinə icazə verilməsi) yanaşı, yardımçı qisimdə
inzibati orqanın üzərinə üç mərtəbəli evin tikintisinə icazə
vermək vəzifəsinin qoyulmasına dair tələb də irəli sürə bilər. 
Yardımçı tələblər sadəcə yardımçı xarakter daşıyan
izahatlardan  (yardımçı xarakterli əsaslandırılmadan)
fərqləndirilməlidir. Yardımçı xarakterli izahat bir neçə tələbin
bir iddiada birləşdirilməsi deyil, çünki bu halda mübahisə
predmeti dəyişməz qalır. Bu cür izahatlarda söhbət ondan
gedir ki, iddiaçı ilkin olaraq öz iddia tələbini bir faktiki halla
əsaslandırır və yardımçı olaraq, yəni məhkəmənin müvafiq
halın mövcudluğunu qəbul etmədiyi halda, yardımçı qisimdə
başqa halı əsas kimi göstərir. 
Əgər əsas tələb təmin olunarsa, yardımçı tələb üzrə qərar
qəbul edilməsinə yol verilmir. Əsas tələb uğursuz olarsa (id-
dianın mümkün sayılmaması və ya əsaslı olmaması
səbəbindən), onda, hakim yardımçı tələbə də dair qərar
qəbul etməlidir. Əgər yardımçı tələb də təmin olunmazsa,
bu zaman iddia bütövlükdə rədd edilir. Belə hallarda hüquqi
mübahisə üzrə icraatın xərcləri İPM-in 110.1-ci maddəsinə
müvafiq olaraq iddiaçının üzərinə qoyulur. 
Yox, əgər yardımçı tələb uğurlu olarsa, məhkəmə qərarının
nəticə hissəsi də müvafiq şəkildə tərtib edilir. Lakin iddiaçı,
yalnız özünün yardımçı tələbi ilə qalib gəldiyi və əsas
istəyini həyata keçirə bilmədiyi halda, iddia qismən uğursuz
sayılmalı və müvafiq hissədə rədd edilməlidir. 
61


İPM-in 37-ci maddəsi eyni iddiaçı tərəfindən bir neçə id-
dianın qaldırılmasına və bu iddialara vahid icraat çərçivəsində
baxılmasına yol verir (İPM-in 40-cı və ondan sonrakı mad-
dələrində nəzərdə tutulmuş müvəqqəti xarakterli müdafiə
üzrə icraat buraya aid deyil, çünki müvəqqəti xarakterli
müdafiə icraatı iddia icraatı sayılmır). Bununla belə, şərt
ondan ibarətdir ki, inzibati məhkəmə bu müxtəlif iddia
tələblərinə də baxmaq səlahiyyətinə malik olsun. Amma
məhkəmə bu iddiaları və ya tələbləri ayıra da bilər (bax:
İPM-in 56-cı maddəsi). Əgər iddia tələblərindən biri həmin
məhkəməyə aid deyilsə, məhkəmə icraatın müvafiq hissəsini
ayırıb səlahiyyətli məhkəməyə göndərəcəkdir (bax: İPM-in
8.2-ci maddəsi). 
IV. İddiadan imtina edilməsi
İddiaçı məhkəmə qərarının qanuni qüvvəyə minməsinə
qədər iddiadan imtina edə bilər (bax: İPM-in 55.1-ci maddəsi).
Əgər şifahi məhkəmə baxışında tərəflərin çıxışları olubsa,
bu zaman iddiadan imtinaya yalnız cavabdehin razılığı ilə
yol verilir (bax: İPM-in 55.2-ci maddəsi). Azərbaycan Re-
spublikasının İPM-ində (Almaniyadan fərqli olaraq) iddiadan
imtina və iddianın geri götürülməsi arasında fərqləndirmə
aparılmır. İddiadan imtinanın təsiri iddianın sadəcə olaraq
geri götürülməsindən daha güclüdür. Hər halda, iddiadan
imtinanın nəticələri həlledici əhəmiyyətə malikdir. Başqa
sözlə, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni
predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırıl-
masını istisna edir (bax: İPM-in 55.4-cü maddəsi). İPM-in
55-ci maddəsində iddianın geri götürülmüş sayılması da
62


nəzərdə tutulub (buna aşağıda bir qədər ətraflı toxunulacaqdır).
Bu cür hallarda, iddiadan imtina edilməsində olduğu kimi
icraata xitam verilməsi barədə qərardad qəbul edilir (bax:
İPM-in 55.5-ci maddəsi). Bununla da, əvvəllər çıxarılmış
qərar və ya qərardad (qərardad icraatı üçün də görünür, eyni
prinsiplər şamil olunur) qüvvədən düşür. Məcəllədə istifadə
olunan anlayışlar, yəni geri götürmə və imtina qarışıq şəkildə
istifadə olunduğundan qanunvericinin iddiadan imtina halının
əvəzinə (yalnız) iddianın geri götürüldüyü hallarda, yeni
iddia qaldırılmasının mümkün olmamasını istəyib-
istəməməsinin aydınlaşdırılması məqsədəuyğun olardı.
Təcrübədə problemin gərginliyi onunla aradan qalxır ki, id-
dianın geri götürüldüyü hallarda yenidən iddia qaldırılması
mümkün olmayacaq (hər halda, bunu mübahisələndirmə və
məcburetmə haqqında iddialara münasibətdə söyləmək
mümkündür, çünki bu kimi hallarda, bir qayda olaraq, iddia
qaldırmaq müddəti keçmiş olacaqdır). İddia qaldırmaq müd-
dətinin nəzərdə tutulmadığı öhdəliyin icrası və müəyyən
etmə haqqında iddialarda isə, vəziyyət başqa cürdür. 
Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən
çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından
yayındıqda, iddia geri götürülmüş sayılır (bax: İPM-in 55.3-
cü maddəsi). Bu zaman «əsl» geri götürmə və ya «əsl»
imtina halında olduğu kimi, eyni nəticələr meydana gəlir.
Ciddi nəticələrin baş verə bilməsi səbəbindən «yayınma»
sözü ilə bağlı ciddi tələblər müəyyən olunmalıdır. Hər halda,
bunun üçün məhkəmə iclasına gəlməmə kifayət deyil. «Yayın-
ma»nın mövcudluğunu müəyyən edə bilmək üçün məhkəmə
iddiaçının «mane olması», yəni hər hansı bir qərarı istəməməsi
63


təəssüratına malik olmalıdır. İddiaçıdan məhkəmə icraatını
aparmağı tələb etmək daim zəruridir (bu zaman icraatdan
yayınmanın hansı nəticələr doğurduğunu onun nəzərinə çat-
dırmaq tövsiyə edilir). Bu nəzərə çatdırma sonradan sübut
edilə bilmək üçün iş materiallarında da qeyd edilməlidir.
İcraatdan yayınmanın mövcud olub-olmaması ilə, yəni
iddianın geri götürülmüş sayılıb-sayılmaması ilə bağlı
mübahisə olduqda icraat davam etdirilir. Başqa sözlə,
sözügedən halda yeni iddia icraatı yaranmır. Sadəcə əvvəlki
icraat İPM-in 55.3-cü maddəsindəki şərtlərə dair mübahisənin
olması səbəbindən «uzadılır». 
V. Tərəflərin müştərək bəyanatına 
əsasən icraata xitam verilməsi
İPM-in 110.6-cı maddəsinə uyğun olaraq, tərəflərin
müştərək bəyanatına əsasən icraata xitam verildiyi hallarda,
məhkəmə tərəfindən yalnız xərclər barədə qərardad qəbul
edilir. Bu o deməkdir ki, belə hallarda icraata (deklarativ
olaraq) xitam verilməlidir. Qeyd olunan müddəa hüquqi
mübahisənin aradan qalxdığı barədə (məsələn, binanın
sökülməsi ilə bağlı bir işdə mübahisə o zaman aradan qalxır
ki, bina öz-özünə uçsun) tərəflərin müştərək bəyanatla çıxış
etməsini tələb edir. Belə olan halda, xərclər məsələsi qərardadla
həll olunur (İPM-in 80.2-ci maddəsinə əsasən, belə bir
qərardad əsaslandırılmalıdır!). Xərclər məsələsi həll edilərkən
mübahisəni aradan qaldıran hadisənin baş verməyəcəyi
təqdirdə təxmini olaraq kimin qalib gələcəyi və ya tərəflərdən
hansının qarşı tərəflə mübahisəni aradan qaldıran hərəkət
edib-etmədiyi (məsələn, inzibati orqan mübahisələndirilən
inzibati aktı özü ləğv edir) əsas götürülür. 
64


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə