Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə8/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   4   5   6   7   8   9   10   11   ...   98

maddəsi). Məhkəmə sadəcə həmin şəxsləri iclasın gedişində
onlara məlum olan informasiyanı yaymamaları barədə
xəbərdar etməlidir. Qeyd olunanlardan əlavə, İPM-də təsbit
olunmuş prinsiplərin tətbiqi ilə bağlı başqa istisnalar yoxdur
(bax: İPM-in 17.5-ci maddəsi). 
Həlledici məsələ ondan ibarətdir ki, mübahisə ilə bağlı
işə qapalı məhkəmə iclasında baxıldığı hallarda da məhkəmə
aşkarlığı yenidən bərpa etməli və öz yekun qərarını (qərar-
dadını) açıq məhkəmə iclasında elan etməlidir. 
V. Bilavasitəlik prinsipi (İPM-in 58-ci maddəsi) 
Məhkəmə baxışının şifahiliyi prinsipi ilə sıx bağlı olan
bilavasitəlik prinsipi şifahi məhkəmə baxışına və sübutların
araşdırılması hallarına şamil olunur. Həmin prinsipə müvafiq
olaraq, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə baxışının
gedişində araşdırıla (bax: İPM-in 58.1-ci maddəsi) və
məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə şifahi
məhkəmə baxışında iştirak etmiş hakim (hakimlər) tərəfindən
qəbul edilə bilər (bax: İPM-in 68.3-cü maddəsi). Əgər eyni
hüquqi mübahisə üzrə bir neçə iclas keçirilmişdirsə, bu
zaman müvafiq hakim (hakimlər) qismində axırıncı məhkəmə
iclasında iştirak etmiş hakim (hakimlər) nəzərə alınır.
Sübutların araşdırılması ilə bağlı istisnalar İPM-in 58.4-cü
və 58.5-ci maddələrində əksini tapmışdır. Prosesə qənaətlə
bağlı nadir səbəblərlə bağlı olaraq, sədrlik edən hakim sübut-
ların araşdırılması səlahiyyətini hakim qismində məhkəmə
tərkibinin üzvlərindən birinə həvalə edə və ya bununla bağlı
başqa hakimə müraciət edə bilər (məsələn, şahid xəstəlik
29


səbəbindən məhkəməyə gələ bilmirsə, yaxud çox uzaq bir
yerdə yaşayırsa). Lakin bu istisna yalnız o hallarda tətbiq
olunur ki, mübahisə üzrə işə baxan məhkəmə tərkibinin
bütün üzvlərinin sübutların araşdırılmasında iştirak etməsi
məcburi olmasın (məsələn, söhbət şahidə inanıb-inanma-
maqdan getdikdə). 
VI. Dinlənilmə hüququnun təmin edilməsi 
Dinlənilmə hüququnun təmin edilməsi tələbi çox mühüm
əhəmiyyətə malikdir. Bu tələb Almaniya Federativ Respub-
likasının Əsas Qanununun 103-cü maddəsinin 1-ci abzasında
təsbit edilməklə yanaşı, Avropa İnsan Hüquqları Konven-
siyasının 6-cı maddəsinin 1-ci abzasından da irəli gəlir. 
Məhkəmə icraatının iştirakçılarına mübahisənin həlli ilə
bağlı əhəmiyyət kəsb edən bütün iş materiallarına dair öz
mövqelərini ifadə etmək üçün imkan yaradılmalıdır. Bunun
üçün məhkəmə proses iştirakçılarını icraatın mərhələləri,
işin faktiki və hüquqi hallarına dair öz mövqeyi barədə elə
bir şəkildə məlumatlandırmalıdır ki, onlar bununla bağlı
məzmun baxımdan münasibət bildirə bilsinlər. 
Dinlənilmə hüququnun təmin edilməsi prinsipi İPM-in
bir çox müddəalarında əksini tapır (məsələn, 11.2, 47.2,
49,2, 62.2, 64.1, 87.1-ci maddələr). Lakin təcili hallarda,
xüsusilə, müvəqqəti xarakterli müdafiə tədbirləri ilə bağlı
məhkəmə icraatında bu prinsipin tətbiqi məhdudlaşdırılır.
Belə ki, sözügedən hallarda qərar, lazım gələrsə, tərəflərin
əvvəlcədən dinlənilmə hüququ təmin edilmədən qəbul edilmə-
lidir. Lakin bu halda, öz mövqeyini bildirməsi üçün qarşı
tərəfə ən qısa bir zamanda məlumat verilməlidir.
30


Bu prinsipə riayət edilməməsi İPM-in 92.0.3-cü maddəsinə
əsasən, kassasiya instansiyasında məhkəmə qərarının ləğv
edilməsi üçün mütləq əsas kimi çıxış edir. Yalnız bir tərəfə
mövqe bildirməyə imkan yaradılması hakimə etirazın
əsaslandırılması üçün kifayətdir. 
VII. Sübutların sərbəst qiymətləndirilməsi 
prinsipi (İPM-in 68-ci maddəsi)
Bu hissədə sübutların sərbəst qiymətləndirilməsi prinsipinə
(bax: İPM-in 68.1-ci maddəsi) qısa toxunmaq tövsiyə olunur.
Bununla bağlı MPM-də nəzərdə tutulmuş prinsiplər şamil
olunur. Lakin İPM-in 14-cü maddəsində sübutetmə vəzifəsi
ilə bağlı xüsusi qayda nəzərdə tutulmuşdur. Həmin müddəada
sadalanan hallarda söhbət, əgər belə demək mümkünsə,
daim maddi sübutetmə vəzifəsindən, yəni məhkəmənin işin
faktiki hallarını araşdırmasından və sübutları
qiymətləndirməsindən sonra hər-hansı bir nəticəyə gələ
bilmədiyi hallarda mübahisə üzrə işi necə həll etməli ol-
masından gedir. İnzibati məhkəmə icraatında formal sübutetmə
vəzifəsi (sübutları təqdim etmək vəzifəsi) problemi meydana
çıxmır, çünki məhkəmə işin hallarının araşdırılması ilə bağlı
vəzifə daşıdığı üçün iddiaçı sübutları özü təqdim etmək
məcburiyyətində deyil. 
VIII. Konsentrasiya prinsipi və icraat müddəti
Mülki məhkəmə icraatından (bax: MPM-in 172.1-ci mad-
dəsi) və inzibati icraatdan (bax: İİQ-nin 52.5-ci maddəsi)
fərqli olaraq, İPM-də işlərə baxılması və onlar üzrə qərar
qəbul edilməsi üçün müddətlər nəzərdə tutulmamışdır. İPM-
31


in 22.2-ci maddəsində müddətlərlə bağlı MPM-ə göndəriş
nəzərdə tutulmasına baxmayaraq, nəzərə almaq lazımdır ki,
bu göndəriş yalnız müddətlərin hesablanmasına dair normalara
aiddir. Başqa sözlə, həmin müddəa, ümumiyyətlə hər hansı
işə baxma müddətinin olub-olmaması məsələsini tənzimləmir.
İPM-in 22.2-ci maddəsi, həmçinin müəyyən edir ki, MPM-
in normaları ancaq «bu» müddətlərə, yəni artıq qanunla
müəyyənləşdirilmiş müddətlərə şamil olunur. İPM-in 1.2-ci
maddəsinin özündə də işə baxma müddəti təsbit olunmamışdır.
Sözügedən normaya müvafiq olaraq, MPM-in müddəaları
yalnız o halda tətbiq edilir ki, İPM-in özündə başqa qayda
müəyyən edilməsin və MPM-in həmin normaları İPM-də
əksini tapmış prosessual prinsiplərə zidd olmasın. Bu iki
şərtin heç birindən inzibati məhkəmə icraatında ümumi işə
baxma müddətinin (3 aylıq) tətbiq oluna bilməsi nəticəsi
hasil olmur. Belə ki, bir tərəfdən İPM-in özündə müddətin
axımını, daha doğrusu həcmini tənzimləyən çoxsaylı normalar
təsbit olunmuşdur (məsələn, İPM-in 21.8, 38 və 85.1-ci
maddələri). İPM-də bir sıra hallar üçün, həmçinin işə baxma
müddətləri də müəyyən edilmişdir (bax: İPM-in 126.4 və
127.4-cü maddələri). Bundan başqa, misal üçün, İPM-in
33.4-cü maddəsində (hərəkətsizliyə qarşı iddia) müvafiq
hallarda prosesin məcburi olaraq 3 aydan çox davam edəcəyi
göstərilmişdir. Əgər qanunverici işə baxma müddətinə dair
başqa müddətlər müəyyən etmək istəsəydi, o, bunu edərdi.
Digər tərəfdən, inzibati məhkəmə icraatına münasibətdə qa-
nunla MPM-dəki kimi işə baxma müddətinin müəyyən
edilməsi işin hallarının araşdırılması prinsipinin tərəflərin
ziyanına məhdudlaşdırılması demək olardı. Qərarın qəbulu
32


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə