Аня 2013 Layout 1


III. Hakimiyyət yönümlülüyü



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə4/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   2   3   4   5   6   7   8   9   ...   98

III. Hakimiyyət yönümlülüyü
Yuxarıdakı qeydlərdən sonra hansı hərəkətlərin ancaq inz-
ibati orqana xas olması sualı meydana çıxır. Bununla əlaqə-
dar növbəti meyara müraciət olunmalıdır: inzibati orqanın
hərəkətlərinin və digər publik fəaliyyətin özünəməxsus
cəhəti onların hakimiyyəti həyata keçirmək yönümlülüyündə
ifadə olunur. Başqa sözlə, inzibati orqanlar (qanuni əsaslarla)
əmrlər, sərəncamlar verə, qaydalar və ya qadağalar müəyyən
edə və onları özləri icra edə bilər. Bunun əksinə olaraq, xü-
susi şəxslər hüquqi dövriyyədə, prinsip etibarilə eyni pillədə
dayanır. Beləliklə, inzibati orqanın müvafiq hakimiyyət
göstərişi verdiyi bütün hallarda, söhbət publik hüquqdan
gedir. 
IV. Maraqlar və məqsədlər 
Köməkçi meyar kimi həm də inzibati orqanın hansı
maraqla (məqsədlə) hərəkət etdiyinə nəzər yetirmək olar.
Publik hüquqda söhbət həmişə müəyyən ictimai maraqlardan
gedir. Məsələn, ictimai rifah, ictimai təhlükənin qarşısının
alınması və ya vətəndaşların sosial təminatı və s. Mülki
hüquqda isə, ön planda, bir qayda olaraq, ancaq iqtisadi
maraqlar dayanır. Lakin bu meyar yalnız köməkçi vasitədir,
digər meyarlar daha tutarlıdır. 
Misallar:
• İnzibati orqan olan Bakı şəhər İcra Hakimiyyətində plan-
laşdırma üzrə yeni mütəxəssis işə təyin olunur. Bu halda
inzibati orqan hakimiyyət tədbiri həyata keçirir. Çünki
13


inzibati orqanın işçilərinin müəyyən edilməsi qanuna
əsasən baş verir. Ona görə də bu məsələlərlə bağlı
yaranan mübahisələrə inzibati hüquq tətbiq olunur. Eyni
qayda tikintiyə nəzarət orqanının planlaşdırma üzrə
mütəxəssisi işdən azad edildiyi hala da şamil olunur.
Çünki bu halda da hakimiyyət münasibətləri
çərçivəsində birbaşa olaraq və 
zifəli şəxsin hüquqi
vəziyyətinə toxunulur. Həmin şəxsin məhkəmə qay-
dasında müdafiəsi hüququna təminat verilir. Deyilənlər,
bilavasitə İPM-in hakimlər, vəzifəli şəxs lər/dövlət qul-
luqçuları və hərbi qulluqçuları nəzərdə tutan 8.1.3-cü
maddəsindən irəli gəlir. 
• Səhiyyə naziri televiziya kanallarının birində əhalinin
müəyyən növ quru süd tozundan istifadə etməməsi
barədə xəbərdarlıq edir və buna səbəb kimi bildirir ki,
həmin məhsulun tərkibindəki kimyəvi qatqılar onun is-
tehlakını qeyri-mümkün edir. Nəzəri olaraq, səhiyyə
naziri bu məlumatı (xəbərdarlığı) xüsusi şəxs qismində
də verə bilərdi. Lakin həmin qisimdə o, bunu yəqin ki,
etməzdi. Bundan başqa, xüsusi şəxs olaraq verilən
məlumat öz təsiri baxımından bir nazir tərəfindən verilən
məlumatla müqayisə oluna bilməz. Çünki o, əhalini mü-
vafiq sahəyə məsul olan hakimiyyət təmsilçisi kimi öz
səlahiyyətlərinin həyata keçirilməsi çərçivəsində xəbər-
dar edir. Qeyd olunan səbəblərdən, sözügedən hala pub-
lik hüquq tətbiq edilməlidir (əgər nazir bağ qonşusu ilə
hasarın yanında etdiyi söhbət əsnasında müəyyən bir
quru süd tozu istehsalçısına etibar etməyin mümkün ol-
14


maması səbəbindən onun istehsal etdiyi quru südü alma-
mağı məsləhət görmüş olsaydı, bu zaman məsələyə ayrı
cür yanaşılardı).
• Dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyəti ilə bağlı
həmin hüquqi şəxslərin qanunla birtərəfli qaydalar (inz-
ibati akt anlamında) qəbul etmək hüququna malik olub-
olmaması, yaxud onların öz fəaliyyətini qarşılıqlı
razılaşmalar əsasında həyata keçirib-keçirməməsinə
diqqət yetirmək lazımdır. Birinci halda hüquqi şəxs pub-
lik-hüquqi, ikinci halda isə mülki-hüquqi qaydada
fəaliyyət göstərir.
• Dövlət nazirliklərdən birinin yerləşdirilməsi üçün yeni
binanın tikintisinə başlayır və bununla bağlı müvafiq si-
farişlər verir. Eyni zamanda o, binanın gələcək isti-
fadəçiləri üçün kompüterlər alır. Həm binanın tikintisi
ilə bağlı sifarişlər, həm də kompüterlərin alınması mülki-
hüquqi əqdlərdir, çünki bu cür müqavilələri istənilən
şəxs bağlaya bilər.
Publik və xüsusi hüququn fərqləndirilməsi bəzən mü rək -
kəb ola bilər. Məsələn, aşağıda təsvir edilən iki halda bu
fərqləndirməni necə aparmaq olar?
Dövlət sənaye obyektlərinin yerləşdirilməsi üçün öz bankı
vasitəsi ilə həmin sənaye müəssisələrinə güzəştli kreditlər
verilməsi yolu ilə maliyyə dəstəyi göstərir. «A» sənaye müəs-
sisəsi maliyyələşdirilənlər sırasında olmamasından xəbər
15


tutur və əsas kimi ona bildirilir ki, «A» korrupsiyaya uğra-
mada şübhəli hesab olunan müəssisələrin qara siyahısındadır.
Buna baxmayaraq, «A» sözügedən maliyyələşdirməni əldə
etmək istəyir. Bunun üçün onun hansı hüquqi imkanları
mövcuddur?
Yaxud, başqa bir hala müraciət edək. Dövlətə məxsus olan
hava yolları şirkəti yüklərin və sərnişinlərin nəzarət yoxlanıl-
masının həyata keçirilməsi üçün bir özəl təhlükəsizlik fir-
masının xidmətlərindən istifadə edir. Təhlükəsizliklə bağlı
şübhələrin olması səbəbindən yoxlama zamanı sərnişinlərdən
biri təyyarəyə buraxılmır. Sərnişin bunun nəticəsində ona
dəymiş zərərin əvəzinin ödənilməsini istəyir. Bunun üçün
onun hansı hüquqi imkanları mövcuddur?
Birinci misalla bağlı, Almaniyada kimlərin dəstəkləyici
maliyyələşdirmədən yararlanmaq hüququna malik olması
publik hüquqla, konkret kreditin verilməsi isə mülki hüquqla
tənzimlənir. Azərbaycan Respublikasında kredit publik
hüquqa aid məsələ ola bilməz, çünki İİQ publik-hüquqi
müqavilələr institutunu tanımır. Başqa sözlə, İİQ yalnız
birtərəfli qaydada qəbul edilmiş inzibati aktları və faktiki
xarakterli hərəkətləri tənzimləyir (bax: İİQ-nin 1-ci mad-
dəsi).
İkinci misalda daşımanın həyata keçirilməməsi mülki-
hüquqi məsələ kimi qiymətləndirilə bilər, çünki yalnız hava
limanı polisi və gömrük xidməti əməkdaşları publik hüquqa
əsasən fəaliyyət göstərirlər. Prinsip etibarilə hava yolu ilə
daşımanı təkcə dövlət deyil, hər kəs həyata keçirə bilər.
16


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə