Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə5/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   2   3   4   5   6   7   8   9   ...   98

Birinci fəsil
İPM – PRİNSİPİAL MƏSƏLƏLƏR 
(tətbiq dairəsi və prosessual prinsiplər)
Bu kitab hakimlərin inzibati mübahisələri həll edən zaman
daim istifadə etdikləri İPM-in tətbiqinə həsr olunmuşdur.
Kitabda toxunulan mövzuların ardıcıllığının müəyyən
edilməsində prosessual prinsiplərlə başlayan və sonradan
məhkəmə icraatının gedişatını onun meydana çıxan özəllikləri
ilə müşayiət edən iddia icraatı əsas götürülmüşdür. Kitabın
son iki fəslində inzibati mübahisələrə dair məhkəmə qərarının
nəticə hissəsində rast gəlinə bilən klassik formaların müzakirəsi
və iddiaların yoxlama sxemlərinin qısa məzmunu yer alır.
A. İnzibati Prosessual Məcəllənin tətbiq dairəsi 
I. Ümumi məsələlər: Publik, yoxsa mülki hüquq?
İİQ-nin 3-cü maddəsindən fərqli olaraq, İPM-də Məcəllənin
tətbiqi dairəsini müəyyənləşdirən paralel bir qayda nəzərdə
tutulmamışdır. İİQ-nin 3-cü maddəsinin məntiqinə əsasən,
eləcə də hər iki Qanunun bir-birinə münasibətini nəzərə
aldıqda, belə nəticəyə gəlmək olar ki, İPM İİQ-nin 3-cü
maddəsində verilən anlayışa əsasən, həmin Qanunun nor-
malarına görə inzibati orqanın hərəkətlərinin nəticələrinə
aid olan bütün hüquqi mübahisələrə tətbiq olunur. Bu o
deməkdir ki, İİQ-nin tətbiq dairəsi mövcud olduqda, İPM-in
də tətbiq dairəsi mövcud olur. 
17


Həm İİQ-də, həm də İPM-də nəzərdə tutulmuş mənada
inzibati-hüquqi mübahisələr üçün klassik nümunə qismində
inzibati aktın anlayışı göstərilə bilər. İİQ-nin 2.0.2-ci
maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən
ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret)
məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul
edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər)
üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və
ya digər növ hakimiyyət tədbiridir. Başqa sözlə, inzibati akt
in zibati orqanın publik hüquq sahəsində konkret halın
tənzimlənməsi üçün qəbul etdiyi, xaricə (üçüncü şəxslərə)
mü nasibətdə qüvvəsi olan hakimiyyət tədbiridir. İnzibati
orqanın inzibati akt formasında hərəkət edib-etmədiyi (bu
cür hərəkət etməyə icazəsinin olub-olmadığı deyil!) sualı
mühüm xarakter daşıyır. Bu sual düzgün iddia növünün və
məhkəmə qərarının növünün müəyyənləşdirilməsində həlledici
rol oynayır.
Qeyd olunanlarla əlaqədar əsas qayda belə olacaqdır:
inzibati məhkəmələr inzibati icraat baxımından İİQ-nin şamil
olunduğu, yəni həmin Qanunun 1.1 və 1.2-ci maddələrinin
tətbiqi dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu o
deməkdir ki, bu zaman söhbət ya İİQ-nin 1.1-ci maddəsində
(İİQ-nin 2.0.2 və 57-ci maddələri ilə birlikdə) nəzərdə
tutulmuş mənada inzibati aktlardan, ya da İİQ-nin 1.2-ci
maddəsində nəzərdə tutulmuş mənada «faktiki» xarakterli
hərəkətlərdən getməlidir. İİQ-nin şamil olunmadığı hallara
dair (məsələn, İİQ-nin 3.2-ci maddəsinə əsasən, cinayət
prosessual fəaliyyət və inzibati xətalar üzrə icraatla bağlı)
inzibati məhkəmə icraatı qaydasında məhkəmə müdafiəsi
18


mövcud deyil. Yeri gəlmişkən, hər hansı bir publik reyestrdə
edilən və ola bilsin ki, xüsusi hüquqa aid olan (məsələn,
mülkiyyət hüququ) qeydlər də inzibati akt qismində çıxış
edə bilər. Bununla bağlı, fərqləndirmə baxımından (mülki
və ya inzibati hüquq) problemlərin yaranması mümkündür. 
MÜHÜM QEYD: İnzibati aktlarla yanaşı, inzibati orqan-
ların İİQ-nin 1.2-ci maddəsində nəzərdə tutulmuş faktiki
xarakterli hərəkətləri də inzibati məhkəmədə mübahisə
icraatının predmeti ola bilər. Bu kimi hallarda
mübahisələndirmə və məcburetmə haqqında iddialar deyil,
müəyyən etmə və ya öhdəliyin icrası haqqında, yaxud
müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar
qaldırılmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın
inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini/təd-
birlərini əhatə edir. Belə ki, inzibati orqanlar təkcə inzibati
aktlar qəbul etmirlər. Onlar həm də İİQ-nin 1.2-ci maddəsində
nəzərdə tutulmuş mənada «yalnız» faktiki xarakterli hərəkətlər
də edə bilərlər (məsələn, yol tikintisi, dövlətə məxsus olan
qurğulardan ətraf mühiti çirkləndirən tullantıların buraxılması
və s.).
II. «Köhnə» işlərlə bağlı keçid müddəaları
İPM əvvəllər MPM əsasında baxılan, hazırda isə inzibati
mübahisəyə çevrilən və cari icraatda olan işlərə dair keçid
müddəaları nəzərdə tutmur. Xüsusilə, artıq icraatda olan
inzibati mübahisələrə baxılmasını yeni prosessual qaydalara
əsasən davam etdirmək və sona çatdırmaq barədə İPM-də
heç bir qayda əksini tapmamışdır. Əslində burada söhbət
ümumi olaraq qəbul edilmiş bir prinsipdən gedir. Həmin
19


prinsipə əsasən, məhkəmə icraatı işə baxılan zaman qüvvədə
olan prosessual qanunvericiliyə uyğun aparılmalıdır. Yalnız
əvvəlki prosessual qanunvericiliyə müvafiq olaraq edilmiş
və artıq başa çatmış prosessual hərəkətlər (məsələn, iddianın
qaldırılması, sübutların araşdırılması və s.) öz etibarlılığını
saxlayır. 
Eynilə, İPM-in qüvvəyə minməsindən əvvəl qəbul edilmiş
inzibati aktlar da öz etibarlılığını saxlayır. Həmin inzibati
aktların «mübahisələndirilməsi» üçün əvvəlki qanunla
müəyyən edilmiş müddət 01.01.2011-ci il tarixədək
ötürülmüşdürsə, onlar yeni qanuna əsasən də mübahisələndirilə
bilməzlər. Lakin əgər 01.01.2011-ci il tarixində bu cür
inzibati aktlara qarşı iddia müddətinin axımı hələ davam et-
mişsə, onda İPM-ə əsasən, həmin «köhnə inzibati aktlara»
qarşı iddia qaldırılması mümkün olmalıdır. Bu (yeni) iddia
müddətinin nə zaman başa çatması aydın deyil. Əvvəllər,
İPM-də olduğu kimi hüquqi müdafiə vasitələri barədə
məlumatlandırma tələbi mövcud olmadığından sözügedən
hallarla bağlı iddia müddəti qismində ən azı 6 ay müddət
qəbul edilməlidir (müqayisə et: İİQ-nin 73.2-ci maddəsi).
Əvvəlki qanunvericilik əsasında qəbul edilmiş inzibati
aktın əsaslılığının yoxlanması zamanı hansı qanunvericiliyin
tətbiq edilməli olması konkret işin hallarından asılıdır. Əlver-
işsiz inzibati aktlara qarşı mübahisələndirmə haqqında
iddialara, bir qayda olaraq, inzibati aktın qəbul edildiyi,
öhdəliyin icrası və məcburetmə haqqında iddialara isə,
məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanun-
vericilik tətbiq olunur.
20


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə