Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə7/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   2   3   4   5   6   7   8   9   10   ...   98

prosessual pozuntu sayılır və yuxarı məhkəmə instansiyasında
icraat zamanı nəzərə alınır.
II. Dispozitivlik və prosesin gedişinə sərəncam 
vermək prinsipi (İPM-in 15-ci maddəsi)
Dispozitivlik prinsipinə əsasən, icraatın başlanması, onun
məzmunun müəyyənləşdirilməsi və başa çatdırılması tərəflərin
işidir. Əksinə, məsələn, cinayət hüququna şamil olunan
rəsmilik prinsipinə müvafiq olaraq dövlət cinayət təqibi
orqanı kimi xidməti vəzifəsinə görə özü cinayət icraatına
başlayır. İPM-in 15.1-ci maddəsi inzibati məhkəmə icraatının
çəkişmə (kontradiktor) prinsipi əsasında həyata keçirilməsini
müəyyən edir. Bu o deməkdir ki, hüquqi mübahisədə iki bir-
birinə qarşı dayanan tərəf iştirak edir. 
Əlbəttə, dispozisiya imkanı birinci olaraq «icraatın ağası»
olan və mübahisə predmetini «əlində saxlayan» iddiaçıya
məxsusdur. 
Ümumiyyətlə, iddianın qaldırılıb-qaldırılmayacağı (bax:
İPM-in 45-ci, eləcə də ayrı-ayrı iddia növləri ilə bağlı 32-ci
və ondan sonrakı maddələri) və iddia ərizəsinin hansı
məzmuna malik olacağı barədə (bax: İPM-in 46.1.3-cü mad-
dəsi) qərarı iddiaçı verir. Ayrı-ayrı hallarda və müəyyən
şərtlər mövcud olduqda, iddiaçının dispozisiya səlahiyyəti
cavabdehin razılığından asılı olur. (müqayisə et: İPM-in
54.1, 54.2 və 55.2-ci maddələri). Bu cür qaydaların müəyyən
edilməsində məqsəd odur ki, cavabdeh müəyyən prosessual
vəziyyətlərdə iddiaçının hər prosessual «gedişinə» «hə»
demək məcburiyyətində qalmasın. İPM-in 15.2-ci maddəsinə
əsasən, icraatın nə zaman və necə başa çatması barədə qərarı
25


da, prinsip etibarilə iddiaçı verir. O, qanunla müəyyən
edilmiş çərçivələr daxilində İPM-in 55-ci maddəsinə müvafiq
olaraq, iddiadan imtina edə, qarşı tərəflə barışıq sazişi
bağlaya (bax: İPM-in 66-cı maddəsi) və ya yekun məhkəmə
qərarına nail olmaq üçün hüquqi mübahisəni sona qədər
davam etdirə bilər. 
Dispozitivlik prinsipinin tətbiqi zamanı istisnalara yol
verilməsi mümkündür. Başqa sözlə, elə qərarlar vardır ki,
onlar ilk əvvəldən iddiaçının iradəsindən asılı olmur (məsələn,
prosessual xərclər barədə qərardad (bax: İPM-in 109-cu
maddəsi)).
III. Məhkəmə baxışının şifahiliyi 
prinsipi (İPM-in 16-cı maddəsi) 
İPM-in 16.1-ci maddəsində hüquqi mübahisəyə şifahi
qaydada baxılması prinsipi təsbit olunmuşdur. Tərəflərin
təqdim etdiyi ərizələr yalnız şifahi məhkəmə baxışına hazırlıq
məqsədi daşıyır. Bu qayda, hər halda mübahisə predmeti
barəsində, yəni işin mahiyyəti üzrə qəbul edilən məhkəmə
qərarlarına (qərardadlarına və yekun məhkəmə qərarlarına)
aiddir. Digər məzmuna malik məhkəmə qərarları (məsələn,
müvəqqəti xarakterli müdafiə tədbirləri ilə bağlı məhkəmə
icraatında qəbul edilən qərarlar) İPM-in 16.3-cü maddəsinə
əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə
bilər (lakin bu, o demək deyil ki, belə hallarda şifahi
məhkəmə baxışı ümumiyyətlə keçirilməməlidir). Bu kimi
hallara həmçinin İPM-in 110.6-cı maddəsinə müvafiq olaraq
tərəflərin qarşılıqlı razılıq əsasında müştərək bəyanatla icraata
xitam verdikləri zaman məhkəmə tərəfindən xərclər barədə,
26


eləcə də İPM-in 55.5-ci maddəsi əsasında iddiadan imtina
edildikdə icraata xitam verilməsi barədə qərardad qəbul
edilməsini göstərmək olar. Əksinə, İPM-in barışıq sazişinin
təsdiqini tənzimləyən 66.4-cü maddəsinə uyğun olaraq,
məhkəmə qərardadının qəbulu qeyd olunan misallar sırasına
aid deyil. Çünki Məcəllənin 66.1-ci maddəsində barışıq saz-
işinin məzmununun məhkəmə iclasının protokoluna qeyd
edilməsi birbaşa olaraq göstərilmişdir. 
Digər prinsiplər kimi, şifahilik prinsipinin də tətbiqi
zamanı istisnalar mümkündür. Məsələn, bu cür istisna İPM-
in 16.2-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə
əsasən, tərəflərin razılığı olduğu hallarda, məhkəmə qərarı
şifahi məhkəmə baxışı keçirilmədən də qəbul oluna bilər.
Bu, o halda baş verə bilər ki, tərəflər və ya onların nü-
mayəndələri uzaq yerdə yaşasınlar və/və ya şifahi məhkəmə
baxışının keçirilməsini zəruri edəcək hər hansı bir araşdırmaya
və ya izahatlara ehtiyac olmasın (belə hallarda tərəflər
arasında yalnız hüquqi məsələlərə dair mübahisə mövcud
olur). 
IV. Məhkəmə baxışının aşkarlığı prinsipi 
(İPM-in 17-ci maddəsi) 
İPM-in 17-ci və Azərbaycan Respublikası Konstitusiyasının
127-ci maddələrində tənzimlənmiş aşkarlıq prinsipi cəmiyyətin
ədalət mühakiməsi üzərində nəzarət imkanının və bununla
da ictimaiyyətin məhkəmələrin obyektivliyinə etibar etməsinin
təmin olunmasına xidmət edir. Məhkəmə baxışının aşkarlığı
o deməkdir ki, prinsipcə, hər bir kəs, o cümlədən icraatın
iştirakçısı olmayan şəxs də məhkəmə iclasında iştirak edə
27


bilər. Bütün mümkün iştirakçılar, lazım gələrsə, məhkəmə
iclas zalında asılmış baxılacaq işlərin siyahısı vasitəsilə işə
baxılmasının yeri və vaxtı barədə məlumat almaq imkanına
malik olmalıdırlar. Aşkarlıq heç də o demək deyil ki, icraatın
iştirakçısı olmayan şəxslər icraata müdaxilə də edə bilərlər.
Əksinə, bu şəxslər məhkəmə prosesində sırf tamaşaçı və ya
dinləyici statusuna malikdirlər. Bundan başqa, aşkarlıq
prinsipi məhkəmə iclası zalının sahəsi ilə məhdudlaşır. Yəni
əgər məhkəmə iclası zalında cəmi 10 oturacaq yeri varsa,
lakin iştirak etməkdə maraqlı olan insanların sayı 20 nəfərdirsə,
onda yalnız mövcud oturacaq yerləri kimin əvvəl gəlməsi
əsasında və ya püşkatma yolu ilə bölüşdürülməlidir. 
İPM-in 17.3-cü maddəsində nəzərdə tutulmuş müstəsna
hallarda məhkəmə iclası qapalı keçirilə bilər. Belə ki, dövlət
sirrinin qorunması və ya şəxsi, yaxud ailə həyatının tox-
unulmazlığının təmin edilməsi, yaxud yetkinlik yaşına çat-
mayan şəxslərin maraqlarının qorunması zəruri olduqda və
ya proses iştirakçılarının, yaxud digər şəxslərin həyatı,
sağlamlığı və azadlığı üçün təhlükə mövcud olduqda məhkəmə
iclasının qapalı keçirilməsi mümkündür. 
Məhkəmə iclasının qapalı keçirilməsi barədə məhkəmə
əsaslandırılmış qərardad qəbul etməlidir. Məhkəmə baxışının
aşkarlığı prinsipi vasitəsilə nail olunması istənilən şəffaflıq
məqsədinin təmin edilməsi üçün həmin qərardad İPM-in
17.3-cü maddəsinin 3-cü cümləsinə əsasən, açıq məhkəmə
iclasında elan edilməlidir. Məhkəmə iclası qapalı keçirildikdə,
ictimaiyyət məhkəmə iclas zalına buraxılmır. Tərəflər, onların
nümayəndələri, eləcə də zəruri olduqda, şahidlər və ekspertlər
təbii ki, icraatda iştirak edə bilərlər (bax: İPM-in 17.4-cü
28


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə