Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə89/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   85   86   87   88   89   90   91   92   ...   98

apellyasiya instansiyası məhkəməsinə göndərilənədək geri
götürərsə, birinci instansiya məhkəməsi şikayətlə bağlı icraata
xitam verilməsi haqqında qərardad qəbul edir (bax: İPM-in
86.4-cü maddəsi). Apellyasiya şikayətinin geri götürülməsi
ilə bağlı digər qaydalar birinci instansiya məhkəməsində
icraat zamanı iddiadan imtina edilməsi ilə bağlı İPM-in 55-
ci maddəsində müəyyən edilmiş qaydalarla uyğunluq təşkil
edir. Fərq yalnız ondadır ki, İPM-in 55.3-cü maddəsində
nəzərdə tutulan iddianın geri götürülmüş sayılması institutu
apellyasiya şikayətinin geri götürülməsinə münasibətdə tətbiq
olunmur. 
Apellyasiya instansiyası məhkəməsi qərardadlara qarşı
şikayətlər üzrə qərardad, qərarlara qarşı şikayətlər üzrə isə,
qərar qəbul edir. Apellyasiya məhkəməsinin qərar və ya
qərardadından kassasiya şikayəti verilmədiyi və ya şikayətin
yazılı qaydada geri götürüldüyü hallarda, apellyasiya
məhkəməsinin qərarı onun təqdim olunduğu gündən 30
gün,  apellyasiya məhkəməsinin qərardadı isə 10 gün
keçdikdən sonra qanuni qüvvəyə minir. Lakin İPM-in 89-cu
maddəsinin 2-ci cümləsi şikayətin geri götürülməsi haqqında
bəyanatın hansı məhkəmədə verilməsi məsələsini açıq
saxlayır. 
358


On dördüncü fəsil 
KASSASİYA  İNSTANSİYASI 
MƏHKƏMƏSİNDƏ  İCRAAT
A. Ümumi məsələlər
İPM-də ən son hüquqi müdafiə vasitəsi qismində kassasiya
şikayəti (bax: İPM-in 90-99-cu maddələri) nəzərdə tutulmuşdur
ki, həmin şikayətə baxmaq səlahiyyəti də Ali Məhkəmənin
inzibati-iqtisadi kollegiyasına məxsusdur (bax: İPM-in 90.1-
ci maddəsi). Apellyasiya şikayətində olduğu kimi, kassasiya
şikayətinin verilməsi üçün də hüquqi müdafiə ehtiyacı yalnız
o halda mövcud olur ki, aşağı instansiya məhkəməsinin
çıxartdığı qərar şikayətçinin tələblərini təmin etməsin. Kas-
sasiya şikayətinin verilməsi ilə bağlı xüsusi qaydalarla yanaşı,
İPM-də nəzərdə tutulmuş ümumi qaydalar da tətbiq olunur
(bax: İPM-in 90.3-cü maddəsi). Məcəllənin kassasiya in-
stansiyası məhkəməsində şikayət üzrə icraatı tənzimləyən
hissəsində nəzərdə tutulmuş müddəaların əksəriyyəti
apellyasiya icraatını tənzimləyən normalarla uyğunluq təşkil
edir. Ona görə də bu fəsildə yalnız kassasiya instansiyası
məhkəməsindəki icraat üçün səciyyəvi olan xüsusiyyətlərə
toxunulacaqdır. 
Üçüncü instansiya, digər instansiyalardan fərqli olaraq,
sırf hüquqi məsələləri yoxlayan instansiyadır. Bu o deməkdir
ki, kassasiya məhkəməsi işin faktiki hallarını yenidən
araşdırmır və sübutları tədqiq etmir. Apellyasiya instansiyası
məhkəməsində müəyyən edilmiş faktlara söykənərək, Ali
359


Məhkəmə yalnız həmin məhkəmə tərəfindən maddi və pros-
essual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini
(bax: İPM-in 91-ci maddəsi) və müvafiq normaların qanuna
zidd tətbiqinin iddiaçının hüquqlarını pozub-pozmadığını
(məhkəmə qərarının normanın pozulmasına əsaslanması
səbəbindən) yoxlayır. Bu səbəbli əlaqə kassasiya instansiyası
məhkəməsi tərəfindən həyata keçirilən yoxlama üçün çox
vacibdir. Yoxlamanın məqsədi aşağı instansiya məhkəməsinin
maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş
olduğu halda da eyni nəticəyə gəlib-gəlməyəcəyini müəyyən
etməkdir. Səbəbli əlaqənin olmadığı təqdirdə, hüquq pozun-
tusunun olub-olmaması qərar üçün əhəmiyyət kəsb etməyəcək
və belə olan halda, mübahisələndirilən qərarın ləğvinə və ya
dəyişdirilməsinə ehtiyac qalmayacaq (İPM-in 96.7-ci mad-
dəsində nəzərdə tutulmuş hallar mövcud olduqda). 
Yalnız İPM-in 92-ci maddəsində sadalanmış prosessual
pozuntular mövcud olduqda, aşağı instansiya məhkəməsinin
qərarı mütləq surətdə şikayətçinin xeyrinə ləğv olunmalı və
iş yenidən baxılmaq üçün aşağı instansiya məhkəməsinə
göndərilməlidir. Çünki həmin xətaların mövcud olduğu hal-
larda, məhkəmə qərarının normanın yanlış tətbiqi nəticəsində
səhv (qüsurlu) olduğu güman edilir. Buna görə də nəticə
etibarilə qərarın, ola bilsin ki, düzgün olmasından asılı ol-
mayaraq, müvafiq qüsurlar mövcud olarsa, həmin qərar ləğv
olunmalıdır. İPM-in 94-cü maddəsində kassasiya şikayətinin
verilməsinə dair təsbit edilmiş tələblər, eləcə də kassasiya
şikayəti daxil olduqdan sonra apellyasiya məhkəməsinin
hərəkətlərini tənzimləyən İPM-in 95-ci maddəsi apellyasiya
şikayəti ilə bağlı İPM-in 85-ci və 86-cı maddələrində nəzərdə
tutulmuş müvafiq qaydalara oxşardır. 
360


İPM-in 96-cı maddəsinə əsasən, kassasiya şikayətinin
mümkünlüyünün yoxlanılmasına dair müddəalar da İPM-in
87-ci maddəsinə müvafiq olaraq, apellyasiya şikayətinin
mümkünlüyünün yoxlanılması haqqında əks olunmuş qaydalara
uyğundur. Əgər kassasiya şikayətinin yoxlanılması nəticəsində
onun mümkünsüzlüyü müəyyən olunarsa, Ali Məhkəmə
proses iştirakçılarının dinlənilmə hüququnun təmin
edilməsindən sonra onu İPM-in 96.3-cü maddəsinə uyğun
olaraq, əsaslandırılmalı olan qərardadla qəbul etməkdən
imtina edir. Mübahisələndirilən qərara qarşı kassasiya şikayə-
tinin qəbulundan imtina olunmasından və beləliklə, bütün
hüquqi müdafiə vasitələrinin tükənməsindən sonra həmin
qərar  qanuni qüvvəyə minir. İPM-in 99-cu maddəsində
sadalanmış, barəsində kassasiya şikayətinə yol verilməyən
qərardadlar Məcəllənin 83.3-cü maddəsində sadalanmış
qərardadlara oxşardır. 
B. İcraat və qərar
Kassasiya şikayəti mümkün sayıldıqda, kassasiya
məhkəməsi, bir qayda olaraq işə özü baxıb qərar qəbul edir.
Bu qaydadan istisna qismində İPM-in 96.5.1 və 96.5.2-ci
maddələri ciddi prosessual pozuntuların mövcud olduğu
halları nəzərdə tutur. Lakin həmin pozuntular, İPM-in 92-ci
maddəsində sadalanmış mütləq əsaslardan fərqli olaraq hər
bir halda mübahisələndirilən qərarın ləğvinə səbəb olmur.
İPM-in 96.6-cı maddəsinə əsasən, işin təkrar baxılmaq üçün
müvafiq apellyasiya məhkəməsinə göndərilməsinə dair qayda
məhkəmə qərardadlarına qarşı verilmiş şikayətlərə şamil ol-
unmur, bir şərtlə ki, onlar məhkəmənin qərardad formasında
361


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə