Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə92/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   88   89   90   91   92   93   94   95   ...   98

Qeyd: Prosessual müddətin bərpasına dair ərizəyə dair
məsələ qərardad vasitəsilə deyil, məhkəmə qərarının
əsaslandırıcı hissəsində həll edilir. Prosessual müddətin
bərpası qərarın nəticə hissəsinə aid olan bir hissə deyil. 
12-ci kazus:
Fərz edək ki, məhkəmə prosessual müddətin bərpası
haqqında ərizəni təmin etmək istəmir (ərizənin gec təqdim
olunması səbəbindən). Bu halda məhkəmə qərarının nəticə
hissəsi aşağıdakı kimi olacaqdır:
İddia rədd edilir.
Məhkəmə icraatı ilə əlaqədar yaranmış xərcləri ödəmək
vəzifəsi iddiaçının üzərinə qoyulur. 
Qeyd: 11-ci kazusda olduğu kimi, prosessual müddətin
bərpası haqqında ərizənin həlli məhkəmə qərarının əsaslandırıcı
hissəsindən irəli gəlir. 
13-cü kazus:
Bakı şəhər icra hakimiyyəti A və B inzibati aktlarını
qəbul edir. A inzibati aktına dair iddiaçının qaldırdığı
mübahisələndirmə haqqında iddia icraatında proses iştirakçıları
şifahi məhkəmə baxışının gedişində müştərək bəyanatla ar-
alarındakı hüquqi mübahisənin başa çatdığını bəyan edirlər
(inzibati orqanın icraat gedişində inzibati aktı ləğv etdiyinə
görə). B inzibati aktına münasibətdə isə, iddiaçı həmin aktın
ləğv olunmasını tələb etməkdə davam edir. Məhkəmənin
fikrincə, B inzibati aktı qanunidir. Bu cür hallarda məhkəmə
qərarının nəticə hissəsi aşağıdakı kimi olacaqdır: 
370


Tərəflərin müştərək bəyanatla hüquqi mübahisənin başa
çatdığını bəyan etdikləri hissədə icraata xitam verilir. Qalan
hissədə iddia rədd edilir. 
İcraatın aradan qalxmış mübahisə hissəsi ilə bağlı xərcləri
ödəmək vəzifəsi cavabdehin, qalan hissədə isə, iddiaçının
üzərinə qoyulur. 
Qeyd: Tərəflərin müştərək bəyanatına əsasən, mübahisə
predmetinin bir hissəsi üzrə icraata xitam verildiyi hallarda
məhkəmə mübahisənin aradan qalxmış hissəsi barədə qərardad
qəbul etmir (bax: İPM-in 110.6-cı maddəsi). Çünki
mübahisənin aradan qalxmış hissəsi üzrə xərclərin
bölüşdürülməsi mümkün deyil. Əlbəttə, məhkəmə mübahisənin
aradan qalxmış hissəsi üzrə icraata xitam verilməsi barədə
qərardad qəbul edə bilər (buna zərurət olmadığına baxmayaraq),
lakin belə bir qərardad yalnız deklarativ xarakter daşıyacaqdır.
Prinsip etibarilə məhkəmə bu cür hallarda xərclər məsələsini
vahid şəkildə həll edir. Belə ki, məhkəmə belə vəziyyətlərdə
yekun qərarında mübahisə predmetinin qalan hissəsinə dair
xərclər barədə vahid qərar qəbul edəcək və bu qərar,
mübahisənin aradan qalxmış hissəsinə də aid ediləcəkdir.
Bu halda məhkəmə, öz qərarında tərəflərin mübahisənin
hansı hissəsi üzrə icraata müştərək bəyanatla xitam verdiklərini
və hansı hissəsi üzrə yekun qərar qəbul etdiyini aydın şəkildə
göstərməlidir. İPM-in 110.6-cı maddəsinə əsasən, qərardad
yalnız o hallarda qəbul edilir ki, tərəflər müştərək bəyanatla
hüquqi mübahisənin bütövlükdə aradan qalxdığını bildirsinlər. 
14-cü kazus:
Məhkəmə inzibati orqanın hərəkətsizliyi səbəbindən
tikintiyə icazənin verilməməsinə görə hərəkətsizliyə qarşı
371


iddianı əsassız hesab edir. Lakin onun fikrincə, inzibati
orqan iddia qaldırılmasından əvvəl müvafiq ərizəyə baxıb
qərar qəbul edə bilərdi. Bu cür hallarda məhkəmə qərarının
nəticə hissəsi aşağıdakı kimi olacaqdır:
İddia rədd edilir. 
Məhkəmə icraatı ilə əlaqədar yaranmış xərcləri ödəmək
vəzifəsi iddiaçının üzərinə qoyulur. 
15-ci kazus:
İddiaçı əvvəlcə mübahisələndirmə haqqında iddia qaldırmış,
lakin inzibati aktın icra olunması (aradan qalxması) səbəbindən
müştərək bəyanatla hüquqi mübahisənin nizama salındığını
bəyan etmişdir. Lakin cavabdeh inzibati aktın icra edildiyinə
(aradan qalxdığına) etirazını bildirir, çünki onun fikrincə,
inzibati akt icra olunmamışdır (aradan qalxmamışdır).
Məhkəmə isə, iddiaçının mövqeyini düzgün sayır. Bu cür
hallarda məhkəmə qərarının nəticə hissəsi aşağıdakı kimi
olacaqdır: 
Hüquqi mübahisənin başa çatdığı müəyyən edilir.
Məhkəmə icraatı ilə əlaqədar yaranan xərcləri ödəmək
vəzifəsi cavabdehin üzərinə qoyulur. 
16-cı kazus:
Fərz edək ki, kazus yenə də 15-ci kazusdur. Fərq yalnız
ondadır ki, inzibati akt faktiki olaraq icra olunmayıb (aradan
qalxmayıb). Bu cür hallarda məhkəmə qərarının nəticə
hissəsi aşağıdakı kimi olacaqdır:
İddia rədd edilir.
Məhkəmə icraatı ilə əlaqədar yaranmış xərclərin ödənilməsi
vəzifəsi iddiaçının üzərinə qoyulur. 
372


On altıncı fəsil
AYRI-AYRI  İDDIA  NÖVLƏRİNİN 
YOXLANILMASI  SXEMİ
A. Mübahisələndirmə haqqında iddianın 
yoxlanılması sxemi
İPM-in 2.2.1-ci maddəsinə əsasən, əlverişsiz inzibati
aktlara (bax: İİQ-nin 2.0.2 və 2.0.11-ci maddələri) qarşı
qaldırılan mübahisələndirmə haqqında iddia aşağıdakı ardıcıl-
lıqla yoxlanılır.
İddianın mümkünlüyünün yoxlanılması (bax: İPM-in
32, 35, eləcə də 45.1-ci maddələri):
• Mübahisənin inzibati məhkəmələrin səlahiyyətinə aid
olması (bax: İPM-in 1.1-ci maddəsi (inzibati hüquq mü-
nasibəti), İİQ-nin 1.1-ci maddəsi); 
• İİQ-nin 2.0.2-ci, 2.0.11-ci, habelə 57-ci və ondan sonrakı
maddələrinə uyğun olaraq əlverişsiz inzibati aktın
mövcud olması; 
• İddianın verilməsi müddətinə riayət edilməsi (bax: İPM-
in 38.1-ci maddəsi. Bəzi hallarda İPM-in 24.1-ci mad-
dəsinə əsasən, prosessual müddətin bərpası imkanı
mövcud ola bilər);
• İPM-in 35.1-ci maddəsinə əsasən hüquq pozuntusunun
iddia edilməsi; 
373


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə