Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə94/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   90   91   92   93   94   95   96   97   98

sayılmaması haqqında qərardad qəbul edilir (bax:
İPM-in 35.3-cü maddəsi)
Yox, əgər iddia mümkün sayılarsa, iddianın
yoxlanılması aşağıdakı qaydada davam etdirilir.
İddianın əsaslılığının yoxlanılması: (əgər inzibati aktın
qəbulunu tələb etmək hüququ olarsa, məcburetmə haqqında
iddia əsaslı sayılır. Bax: İPM-in 73.1-ci maddəsi)
İddia tələbinin qanuni əsasının axtarılması (məsələn, X
maddəsi). 
• a, b və c dispozisiya şərtlərinin mövcudluğunun xidməti
vəzifəyə görə tam həcmdə yoxlanılması (bax: İPM-in
12-ci maddəsi); 
– İstisna hal: İmtahanlarda qiymətləndirmə azadlığından
(bax: İPM-in 73.3.2-ci maddəsi) istifadə olunmaqla
qərar qəbul olunduqda (İPM-in 73.2-ci maddəsi də bu
cür hallarda əlaqəli qisimdə tətbiq olunur);
– İstisna hal: məhkəmə tərəfindən araşdırmaların həyata
keçirilməsi mümkün olmadıqda (bax: İPM-in 73.3.3-
cü maddəsi), məhkəmə İPM-in 73.2-ci maddəsinə əsasən
qərar qəbul edir. 
• İnzibati aktda X maddəsində göstərilən hüquqi nəticənin
əksini tapması;
• Normada məcburi olaraq bir qərarın qəbul edilməsi
nəzərdə tutulduqda, bu, məcburi olaraq inzibati aktda
əksini tapmalıdır. Əgər inzibati orqan bu cür davran-
mayıbsa, məcburetmə haqqında iddia təmin olunacaqdır.
379


Yəni imtinaedici inzibati akt ləğv edilərək inzibati
orqanın üzərinə yeni inzibati akt qəbul etmək barədə
öhdəlik qoyulacaqdır (bax: İPM-in 73.1-ci maddəsi); 
• Normada inzibati orqan üçün diskresion səlahiyyət
nəzərdə tutulduqda, inzibati aktın qəbulundan imtina
edilməsi yuxarıda göstərilən qaydada yoxlanılmalıdır;
Diskresion səlahiyyətdən düzgün istifadə edildikdə, iddia
rədd ediləcəkdir;
Diskresion səlahiyyətdən düzgün istifadə edilmədikdə,
aşağıdakı variantlar mümkündür:
a. məhkəmənin İPM-in 73.2-ci (73.3.1-ci) maddəsinə
əsasən qərar qəbul etməsi;
b. İstisna hal: Diskresion səlahiyyətin yalnız bir (müsbət)
qərarın qəbulunadək ixtisar edilməsi (yəni diskresion
səlahiyyətin «0»-a enməsi). İPM-in 73.1-ci maddəsinə əsasən
iddianın təmin olunması.
C. İnzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan
müəyyən hərəkətlərin edilməsinə dair iddiaların
(öhdəliyin icrası haqqında iddiaların) yoxlanılması
sxemi (İPM-in 2.2.3-cü, yaxud 2.2.7-ci və 34-cü
maddələri)
İddianın mümkünlüyünün yoxlanılması
• Mübahisənin inzibati məhkəmələrin səlahiyyətinə aid
olması (bax: İPM-in 1.1-ci maddəsi (inzibati hüquq mü-
nasibəti), İİQ-nin 1.1-ci maddəsi); 
380


• İddianın məqsədi: inzibati aktın qəbulu deyil, İİQ-nin
1.2-ci maddəsində nəzərdə tutulmuş faktiki xarakterli
hərəkətin (məsələn, pul ödənilməsi, məlumat verilməsi)
edilməsi; 
• İddianın qaldırılmasından əvvəl inzibati orqana ərizə
ilə müraciət etmə.
Bu iddia növünün qaldırılması ilə bağlı müddət məh-
dudiyyəti yoxdur. 
İddianın əsaslılığının yoxlanılması:
• İnzibati orqandan faktiki xarakterli hərəkətin edilməsini
tələb etmək hüququ varmı?
İddia tələbinin mümkün qanuni əsası qismində qanun,
konstitusiya və ya inzibati akt (məsələn, dövlət qulluqçusu
təyin edilmə haqqında) çıxış edə bilər.
Ç. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair id-
dianın yoxlanılması sxemi (İPM-in 2.2.4-cü, eləcə
də 34.2 və 34.3-cü maddələri)
Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddianın
mümkünlüyü və əsaslılığı aşağıdakı şərtlər əsasında yoxlanılır:
• ümumi mümkünlük şərtlərinin mövcud olması;
• inzibati orqanın barəsində iddia qaldırılan fəaliyyətinin
qanunsuz olması;
• bu fəaliyyətin qanunsuz olması nəticəsində iddiaçının
hüquqlarının pozulması.
Qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı
iddia qaldırılarkən aşağıdakı şərtlər yoxlanılır:
381


• Mümkünlüklə bağlı xüsusi şərtə (bax: İPM-in 34.3-cü
maddəsi) riayət edilməsi. Qalan məsələlərdə mümkünlük
və əsaslılıq bu bəndin birinci abzasında göstərilən
qaydada aparılır. 
D. Müəyyən etmə haqqında iddianın yoxlanılması
sxemi (İPM-in 2.2.5-ci və 36-cı maddələri)
1-ci variant: İPM-in 36.1-ci maddəsi – hüquq münasibətinin
müəyyən edilməsi.
İddianın mümkünlüyünün yoxlanılması:
• Mübahisənin inzibati məhkəmələrin səlahiyyətinə aid
olması (bax: İPM-in 1.1-ci maddəsi); 
• Xüsusi müəyyən etmə marağının olması (bax: İPM-in
36.3-cü maddəsi);
• İddianın subsidiar xarakter daşıması (bax: İPM-in 36.4-
cü maddəsi).
İddianın əsaslılığının yoxlanılması: Hüquq münasibətinin
yoxlanılması.
2-ci variant: İPM-in 36.2-ci maddəsi – icra olunmuş
inzibati aktın qanunsuz sayılması.
İddianın mümkünlüyünün yoxlanılması:
• Mübahisənin inzibati məhkəmələrin səlahiyyətinə aid
olması (bax: İPM-in 1.1-ci maddəsi); 
382


• İnzibati aktın icra olunması (bax: İPM-in 36.2-ci mad-
dəsi);
• Xüsusi müəyyən etmə marağının olması (bax: İPM-in
36.3-cü maddəsi);
• İddianın subsidiar xarakter daşıması (bax: İPM-in 36.4-
cü maddəsi).
İddianın əsaslılığının yoxlanılması: İnzibati aktın qa-
nunsuzluğunun mübahisələndirmə haqqında iddiada olduğu
kimi yoxlanılması.
3-cü variant: İPM-in 36.1-ci maddəsi – inzibati aktın
etibarsızlığının tanınması.
İddianın mümkünlüyünün yoxlanılması:
• Mübahisənin inzibati məhkəmələrin səlahiyyətinə aid
olması (bax: İPM-in 1.1-ci maddəsi); 
• Xüsusi müəyyən etmə marağının olması (bax: İPM-in
36.3-cü maddəsi).
İddianın əsaslılığının yoxlanılması: İnzibati aktın İİQ-
nin 65.1-ci maddəsinə əsasən etibarsız olub-olmadığının
yoxlanılması.
383


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə