Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə93/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   90   91   92   93   94   95   96   97   98

• Müəyyən hallarda İPM-in 32.1-ci maddəsinin 2-ci cüm-
ləsinə əsasən əlavə ərizənin verilməsi imkanı.
Yuxarıda sadalanan məsələlərin yoxlanılmasın-
dan sonra iddia mümkün sayılmazsa, şifahi
məhkəmə baxışı keçirilmədən iddianın mümkün
sayılmaması haqqında qərardad qəbul edilir (bax:
İPM-in 35.3-cü maddəsi)
Yox, əgər iddia mümkün sayılarsa, iddianın
yoxlanılması aşağıdakı qaydada davam etdirilir.
İddianın əsaslılığının yoxlanılması: (bax: İPM-in 70.1-
ci maddəsi: İnzibati aktın qanuna zidd olması və bunun
nəticəsində iddiaçının hüquqlarını pozması) 
• İnzibati aktın formal-hüquqi baxımdan qanuniliyi
1. İnzibati orqanın səlahiyyətli olması (bax: İİQ-nin 4-cü
maddəsi)
2. İnzibati aktın forması ilə bağlı tələblərə riayət olunması
(bax: İİQ-nin 57.1 və 59-cu maddələri)
3. İnzibati aktın İİQ-nin 61.1 və 61.2-ci maddələrinə
əsasən əsaslandırılmış olması. Diskresion səlahiyyət
əsasında qəbul edilmiş qərarlarda həmçinin İİQ-nin
61.3-cü maddəsinə riayət olunması (həmçinin İİQ-nin
61.5-ci maddəsində sadalanmış halların aradan qalx-
masından sonra).
374


4. İnzibati icraatın qüsursuz həyata keçirilməsi, xüsusilə
bu zaman İİQ-nin 21.2-ci maddəsinə (dinlənilmə
hüququ) riayət edilməsi (bəzi hallarda İİQ-nin 21.3-cü
maddəsində göstərilmiş hallar aradan qalxdıqdan sonra
da buna riayət edilməsi yoxlanılmalıdır).
• İnzibati aktın maddi-hüquqi baxımdan qanuniliyi (inzibati
akt İİQ-nin 11.1 və 11.2-ci maddələrinə əsasən qanuna
uyğundurmu?) 
1. X maddəsinin dispozisiya şərtləri mövcuddurmu (X =
a, b, c mövcud olan zaman …..)? 
a, b, c mövcuddurmu?
(Burada, inzibati orqanın diskresion səlahiyyəti olmur və
məhkəmə yoxlamanı ciddi surətdə aparır.) 
İstisna hal: inzibati orqan tərəfindən yoxlama aparılması
ilə qəbul edilmiş inzibati aktlar (buraya, məsələn, İPM-in
73.3.2-ci maddəsində nəzərdə tutulmuş qiymətləndirmə
azadlığından istifadə olunmaqla qəbul edilmiş inzibati aktlar
aiddir). a, b və c tövsif olunarkən, İİQ-nin 12, 13 və 17-ci
maddələrində təsbit olunmuş prinsiplər nəzərə alınmalıdır. 
2. İnzibati aktda qanunun X maddəsində nəzərdə tutulmuş
hüquqi nəticəyə də riayət olunubmu?
1. Normada məcburi olaraq bir qərarın qəbul edilməsi
imkanı (məsələn, «etməlidir», «sökülməlidir», «çıxar-
malıdır» və s.) nəzərdə tutulubsa, inzibati aktda həmin
qərar əksini tapıbmı? 
375


2. Normada qərarın qəbulu ilə bağlı inzibati orqana diskre-
sion səlahiyyət verilibsə (məsələn, «edə bilər», «sökülə
bilər», «çıxara bilər» və s.), inzibati orqan bu diskresion
səlahiyyətdən düzgün istifadə edibmi (bax: İİQ-nin
16.2-ci maddəsi)?
Məhkəmə diskresion səlahiyyətin həyata keçirildiyini
yoxlayır (bax: İPM-in 74-cü maddəsi). 
– Bu zaman ilk olaraq, inzibati orqanın normada diskresion
səlahiyyətin nəzərdə tutulduğunu sezib-sezmədiyi və ondan
istifadə edib-etmədiyi yoxlanılır. (Bununla bağlı İİQ-nin
61.3-cü maddəsinə əsasən inzibati aktın əsaslandırılmalı
olması ilə bağlı normaya nəzər yetir);
– əgər inzibati orqan normada diskresion səlahiyyətin
nəzərdə tutulduğunu görübsə və ondan istifadə edibsə, bu
zaman diskresion səlahiyyətin məzmun baxımından düzgün
həyata keçirilməsi yoxlanılır (bax: İPM-in 74-cü maddəsi).
376
İnzibati aktın 
qəbulu zamanı
diskresion
səlahiyyətin
hədlərinə riayət
edilibmi?
İnzibati aktın qəbulu
zamanı
İİQ-nin 12, 13 və 17-ci
maddələrindəki diskre-
sion səlahiyyətlə
bağlı prinsiplər nəzərə
alınıbmı?
İnzibati akt diskresion
səlahiyyəti nəzərdə
tutan normadakı
məqsədi güdürmü? 


Diqqət:  Əgər bu şərtlərə əməl edilibsə, hakim inzibati
orqanın həyata keçirdiyi diskresion səlahiyyəti qəbul etməlidir.
Başqa sözlə, hakim inzibati orqanın diskresion səlahiyyəti
həyata keçirməsini ona (hakimə) daha məqsədəuyğun görünən
başqa həll variantı ilə əvəz edə, yaxud diskresion səlahiyyətin
həyata keçirilməsinə məqsədəuyğun olmama səbəbindən
etiraz edə bilməz. 
NƏTİCƏ: Əgər qanunla verilmiş səlahiyyətin dispozisiya
şərtlərinə və hüquqi nəticəsinə riayət olunubsa, deməli,
inzibati akt qanunidir. Ona görə də mübahisələndirmə
haqqında iddia rədd olunacaqdır. 
Yox, əgər qanunla verilmiş səlahiyyətin dispozisiya şərtləri
və ya hüquqi nəticəsi mövcud deyilsə, deməli, inzibati akt
qanunsuzdur və ləğv olunacaqdır (bax: İPM-in 70.1-ci mad-
dəsi). Müəyyən hallarda İPM-in 70.2-ci maddəsinə uyğun
olaraq, inzibati akt dəyişdirilə, yaxud İPM-in 70.3-cü mad-
dəsinə əsasən, əlavə qərar qəbul oluna bilər. 
Bu cür hallarda, bir qayda olaraq, iddiaçının hüquqları da
pozulmuş sayılır (bax: İPM-in 70.1-ci maddəsi). 
Nadir hallarda belə bir istisna da ola bilər: Qanunsuz
inzibati akt iddiaçının hüquqlarına toxunmur (məsələn, qonşu
qəsəbədə verilmiş tikinti icazəsinə qarşı mübahisələndirmə
haqqında iddia qaldırıldıqda). 
Xüsusi hal: Elə hallar ola bilər ki, konkret hüquqi
mübahisə ilə bağlı müvafiq məsələləri tənzimləyən qanun
hələ mövcud olmasın. Bu cür hallarda inzibati aktın maddi
hüquq baxımından qanuniliyinin yoxlanılması üçün onun
ən azı İİQ-nin 10-18-ci maddələrində təsbit edilmiş ümumi
prinsiplərə uyğun olub-olmadığı müəyyən edilməlidir. 
377


B. Məcburetmə haqqında iddianın yoxlanılma sxemi 
(İPM-in 2.2.2-ci, 33-cü və 73-cü maddələri)
İddianın mümkünlüyünün yoxlanılması (bax: İPM-in
33-cü maddəsi) 
• Mübahisənin inzibati məhkəmələrin səlahiyyətinə aid
olması (bax: İPM-in 1.1-ci maddəsi (inzibati hüquq mü-
nasibəti), İİQ-nin 1.1-ci maddəsi); 
• İddianın məqsədi: əlverişli inzibati aktın (bax: İPM-in
2.0.10-cu maddəsi) qəbul edilməsi; 
• İddianın qaldırılmasından əvvəl inzibati orqana ərizə
ilə müraciət etmə (bu tələb, İPM-in 33.1-ci maddəsindən
irəli gəlir);
• İnzibati orqana ərizə ilə müraciət edildikdə:
– ya inzibati orqanın imtinaedici qərarı qəbul edilir ki,
buna qarşı iddianın İPM-in 38.2-ci maddəsində təsbit
olunmuş müddət (30 gün) ərzində verilib-verilməməsi
yoxlanılmalıdır,
– ya da inzibati orqan hərəkətsizlik göstərə bilər ki, buna
qarşı iddianın İPM-in 39-cu maddəsində nəzərdə tutulmuş
müddət (35 gün) başa çatdıqdan sonra verilib-verilməməsi
yoxlanılmalıdır;
• İPM-in 35.1-ci maddəsinə əsasən hüquq pozuntusunun
təsvir edilməsi; 
Yuxarıda sadalanan məsələlərin yoxlanılmasın-
dan sonra iddia mümkün sayılmazsa, şifahi
məhkəmə baxışı keçirilmədən iddianın mümkün
378


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə