Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə90/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   86   87   88   89   90   91   92   93   ...   98

qəbul etdiyi yekun qərarı olmasınlar. Ali Məhkəmənin hansı
qərar qəbul etmək imkanları və bu qərarların forması ilə
bağlı qaydalar (İPM-in 96.8-ci və ondan sonrakı maddələri)
apellyasiya icraatındakı müvafiq qaydalarla (bax: İPM-in
87.6-cı, 87.8-ci maddələri) üst-üstə düşür. Kassasiya məhkəməsi
ən yuxarı məhkəmə instansiyası olduğundan onun qərarının
mübahisələndirilməsi mümkün deyil (bax: İPM-in 98.1-
ci maddəsi). 
C. Birgə palata 
Ən yuxarı instansiya məhkəməsi olan Ali Məhkəmənin
vahid məhkəmə təcrübəsi yaratmasını təmin etmək üçün
onun inzibati-iqtisadi kollegiyasının məhkəmə tərkibləri eyni
hüquqi məsələyə dair fərqli qərarlar qəbul etmək istədikləri
halda, İPM-in 98.2-ci maddəsinə müvafiq olaraq, birgə
Palata yaratmağa borcludurlar. İşə baxan müvafiq məhkəmə
tərkibi mübahisəli hüquqi məsələni yazılı təqdimat formasında
Palataya göndərir. Palatanın mübahisəli hüquqi məsələyə
dair qərarı Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının
bütün məhkəmə tərkibləri üçün məcburidir. Məhkəmə tərk-
iblərindən hansısa biri Palatanın məcburi qüvvəyə malik
qərarından fərqli qərar qəbul etmək istədiyi hallarda, hüquqi
mübahisə ilə bağlı iş həll olunması üçün yenidən Palataya
göndərilməlidir. Birgə Palatanın tərkibi İPM-in 98.6-cı mad-
dəsində müəyyən edilmişdir. Buraya, Palataya sədrlik edən
Ali Məhkəmənin sədri ilə yanaşı, inzibati-iqtisadi kollegiyanın
sədri və hakimləri daxildirlər. Qərar səsvermə yolu ilə qəbul
olunur. Səslərin sayı bərabər olduqda, sədrlik edənin səsi
həlledici sayılır (bax: İPM-in 98.2-98.6-cı maddələri).
362


On beşinci fəsil
ƏLAVƏ:  MƏHKƏMƏ  QƏRARLARININ 
NƏTİCƏ  HİSSƏSİ  İLƏ  BAĞLI 
K A Z U S L A R
Məhkəmə qərarının nəticə hissəsinin aydın və düzgün
tərtib edilməsi onun icrası üçün vacibdir. Aşağıda ayrı-ayrı
inzibati mübahisələrə dair standart xarakter daşıyan icraatlar
üzrə məhkəmə qərarlarının nəticə hissəsinin yazılma imkan-
larının təsvir olunmasına cəhd göstəriləcəkdir. Kazuslarda
söhbət, əgər onlarda bu barədə fərqli məlumat verilməmişdirsə,
Bakıda yerləşən bir inzibati orqanın 15 mart 2010-cu il
tarixli inzibati aktından və şikayət instansiyasının müvafiq
inzibati akt üzrə 15 aprel 2010-ci il tarixli qərarından gedir. 
1-ci kazus:
Şikayət instansiyasındakı icraat şikayətçi üçün uğursuz
nəticələndikdən sonra o, inzibati orqanın 2.000 AZN məbləğin
geri qaytarılması haqqında qərarına qarşı mübahisələndirmə
haqqında iddia ilə inzibati məhkəməyə müraciət etmiş və
məhkəmə onun iddiasını təmin etmişdir.
Bu cür hallarda məhkəmə qərarının nəticə hissəsi aşağıdakı
kimi olacaqdır:
Cavabdehin 15 mart 2010-cu il tarixli, iş nömrəsi ... olan
qərarı və şikayət instansiyasının (bu orqan dəqiq göstərilmə-
363


lidir) 15 aprel 2010-cu il tarixli, iş nömrəsi ... olan qərarı
ləğv edilir. 
Məhkəmə icraatı ilə əlaqədar yaranmış xərcləri ödəmək
vəzifəsi cavabdehin üzərinə qoyulur. 
2-ci kazus:
Fərz edək ki, yuxarıdakı kazusda iddiaçının iddiası təmin
olunmur. 
Bu cür hallarda məhkəmə qərarının nəticə hissəsi aşağıdakı
kimi olacaqdır:
İddia rədd edilir. 
Məhkəmə icraatı ilə əlaqədar yaranmış xərcləri ödəmək
vəzifəsi iddiaçının üzərinə qoyulur.
3-cü kazus:
İnzibati orqan 15 mart 2010-cu il tarixli qərarı ilə iddiaçının
torpaq sahəsində bir ailənin yaşaması üçün nəzərdə tutulan
ev tikməsinə icazə verməkdən imtina etmişdir. İddiaçı bu
qərardan yuxarı inzibati orqana inzibati şikayət versə də,
şikayət təmin olunmamışdır. Bundan sonra o, məcburetmə
haqqında iddia ilə inzibati məhkəməyə müraciət etmiş və
inzibati məhkəmə onun iddiasını təmin etmişdir.
Bu cür hallarda məhkəmə qərarının nəticə hissəsi aşağıdakı
kimi olacaqdır:
Cavabdehin 15 mart 2010-cu il tarixli, iş nömrəsi ... olan
qərarı və şikayət instansiyasının 15 may 2010-cu il tarixli,
iş nömrəsi ... olan qərarı ləğv edilir.
Cavabdehin üzərinə iddiaçının torpaq sahəsində (torpaq
sahəsinin yerləşdiyi ünvan dəqiq göstərilməlidir) bir ailənin
364


yaşaması üçün nəzərdə tutulan ev tikməsi üçün ona icazə
vermək öhdəliyi qoyulur. 
Məhkəmə icraatı ilə əlaqədar yaranmış xərcləri ödəmək
vəzifəsi cavabdehin üzərinə qoyulur.
(Məcburetmə haqqında iddialarda inzibati orqanın imti-
naedici qərarları yalnız hüquqi aydınlıq yaratmaq üçün ləğv
olunur. Belə ki, onlar mübahisənin predmetini təşkil etmirlər). 
4-cü kazus:
Miqrasiya xidməti əcnəbi vətəndaşın ölkədə yaşayış
icazəsinin alınmasına dair ərizəsini rədd etməklə ona bu
icazəni verməkdən imtina etmiş və əcnəbinin bu qərardan
yuxarı inzibati orqana verdiyi şikayət təmin olunmamışdır.
Bundan sonra o, inzibati orqanın üzərinə ona yaşayış
icazəsinin verilməsi öhdəliyinin qoyulmasına dair iddia
(məcburetmə haqqında iddia) ilə inzibati məhkəməyə müraciət
etmişdir. Məhkəmə işə baxaraq belə bir nəticəyə gəlmişdir
ki, əcnəbiyə yaşayış icazəsinin verilməsindən imtina haqqında
qərar diskresion səlahiyyətdən yanlış istifadə edildiyinə görə
qanunsuz olsa da, əcnəbinin ona yaşayış icazəsinin verilməsini
tələb etmək hüququ yoxdur. 
Bu cür hallarda məhkəmə qərarının nəticə hissəsi aşağıdakı
kimi olacaqdır:
Cavabdehin 15 mart 2010-cu il tarixli, iş nömrəsi ... olan
qərarı və şikayət instansiyasının 15 aprel 2010-cu il tarixli,
iş nömrəsi ... olan qərarı ləğv edilir.
Cavabdehin üzərinə iddiaçının ölkədə yaşayış icazəsinin
verilməsinə dair ərizəsinə məhkəmənin hüquqi mövqeyi
365


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə