Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə88/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   84   85   86   87   88   89   90   91   ...   98

Apellyasiya məhkəməsi şikayətin və ona əlavə olunmuş
sənədlərin surətlərini (şikayətin və ona əlavə olunmuş
sənədlərin surətləri şikayətçi tərəfindən təqdim olunur. Bax:
İPM-in 45.2-ci maddəsi) rəy bildirmək üçün digər proses
iştirakçılarına göndərir. Birinci instansiya məhkəməsi şikayətin
verilməsi ilə bağlı formal tələblərə riayət edilib-edilmədiyini
yoxladığı halda, apellyasiya məhkəməsi (görünür yenidən)
apellyasiyanın mümkünlüyünü (bax: İPM-in 87.2-ci maddəsi)
və bu çərçivədə şikayətin bunun üçün nəzərdə tutulmuş
müddət ərzində verilib-verilmədiyini, qərarın mübahisə -
lən dirilməsinin  mümkünlüyünü və şikayətçinin şikayət
vermək səlahiyyətinə malik olub-olmadığını yoxlayır. Şəxs
o vaxt şikayət vermək səlahiyyətinə malik olan sayılır ki, o,
hüquqi mübahisə üzrə icraatda tərəf və ya cəlb edilmiş
üçüncü şəxs olsun və birinci instansiya məhkəməsinin qərarı
onun üçün əlverişsiz şərait yaratsın. Apellyasiya məhkəməsi
şikayətin mümkünsüzlüyünü müəyyən edərsə, o, bununla
bağlı fikrini proses iştirakçılarının diqqətinə çatdırır və
onlara buna dair mövqelərini bildirmək üçün şərait yaradır
(bax: İPM-in 87.4-cü maddəsinin 2-ci cümləsi). Yalnız din-
lənilmə hüququ təmin edildikdən sonra apellyasiya məhkəməsi,
əgər mümkünlüklə bağlı xətalar mövcud olmaqda davam
edərlərsə, şikayətin mümkün sayılmaması haqqında qərardad
qəbul edir (bax: İPM-in 87.3 və 87.4-cü maddələri). Əgər
iddia mümkündürsə, apellyasiya məhkəməsi bu barədə də
qərardad qəbul edir (bax: İPM-in 87.4-cü maddəsinin 1-ci
cümləsi). Bu qərardadlar şifahi məhkəmə iclası keçirilmədən
qəbul edilir.
Apellyasiya şikayəti mümkün sayılarsa, məhkəmə İPM-
in 48-ci və ondan sonrakı maddələrində təsbit olunmuş
354


hazırlıq tədbirlərini görür (bax: İPM-in 87.1-ci maddəsi) və
şifahi məhkəmə iclası üçün vaxt təyin edir. Məhkəmə
baxışının şifahiliyi prinsipi apellyasiya məhkəməsindəki
icraatda da tətbiq olunur (bax: İPM-in 16-cı və 87.5-ci mad-
dələri). Şifahi məhkəmə baxışının gedişatına dair qaydalar
birinci instansiya məhkəməsində şifahi məhkəmə baxışındakı
kimidir. 
Apellyasiya məhkəməsi apellyasiya şikayətini irəli sürülmüş
tələblər çərçivəsində yoxlayır. Apellyasiya şikayətinin əsaslı
(texniki cəhətdən bu, birinci instansiya məhkəməsində həyata
keçirilən yoxlama ilə eynidir) olub-olmadığını yoxladıqdan
sonra apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin
qərarını dəyişdirilmədən saxlaya bilər, dəyişdirə bilər və ya
ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər
(bax: İPM-in 87.6-cı maddəsi). Apellyasiya məhkəməsi
qərarının nəticə hissəsinin hansı qaydada tərtib edilməsi
verilmiş iddianın növündən asılıdır. 
Ç. Şikayətlə bağlı qərar
Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq,
mübahisə ilə bağlı işə mahiyyət üzrə baxaraq yekun qərar
qəbul edir (bax: İPM-in 87.7-ci maddəsi). Bu qayda,
həmçinin o hallarda tətbiq olunur ki, növbəti aydınlaşdırmalara
və ya sübutların araşdırılmasına zərurət olsun. Bu o deməkdir
ki, apellyasiya məhkəməsi işi yalnız müstəsna hallarda
yenidən baxılmaq üçün birinci instansiya məhkəməsinə
göndərə bilər. Bu dar müstəsna hallar İPM-in 87.7.1 və
87.7.2-ci maddələrində əksini tapıb. Buraya, misal üçün,
355


ciddi prosessual pozuntuların (məsələn, dinlənilmə hüququnun
təmin edilməməsi) baş verdiyi, yaxud birinci instansiya
məhkəməsinin işin mahiyyəti üzrə qərar qəbul etməyib
iddianın mümkün sayılmaması haqqında qərar qəbul etdiyi
hallar aiddir. Qeyd olunan müddəaların məqsədi ondan
ibarətdir ki, birinci instansiya məhkəmələri icraatı hüquqauyğun
və məqsədəuyğun şəkildə aparsınlar və qərar qəbul edərkən
tələsikliyə yol verməsinlər. Yəni onlar açıq-aşkar zəruri
xarakter daşıyan sübutların araşdırılmasını həyata keçirmədən
işi apellyasiya məhkəmələrinə göndərə bilməzlər. Belə yanlış
davranış tərəflərə də zərərli təsir göstərir. Çünki təkcə
apellyasiya instansiyasında məhkəmənin işlə kifayət qədər
məşğul olması tərəf üçün faktiki olaraq bir instansiyanın
itirilməsi (aradan qalxması) deməkdir. Belə ki, o, əslində
artıq birinci instansiya məhkəməsində hüquqi dövlət qay-
dalarına uyğun keçirilən icraat və bu cür icraat əsasında
çıxarılmış qərar görməli idi. 
Apellyasiya məhkəməsi də öz qərarını əsaslandırmalıdır.
Lakin o, şikayəti əsassızlıq səbəbi ilə təmin etməkdən imtina
etdikdə, prosesə qənaət prinsipinə uyğun olaraq birinci in-
stansiya məhkəməsinin qərarına istinad edə bilər. Bununla
belə, apellyasiya məhkəməsi çıxardığı qərarın əsaslandırıcı
hissəsində  tərəflərin dəlillərinə hər bir halda münasibət
bildirməli və özünün hüquqi mövqeyini izah etməlidir (bax:
İPM-in 87.8-ci maddəsinin 2-ci cümləsi).
İPM-in 87.9-cu maddəsində əksini tapmış qayda (həmin
qaydaya əsasən, apellyasiya instansiya məhkəməsinin şikayətlə
bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün
məcburidir) bir qədər çaşqınlıq doğurur. Bu müddəada
356


konkret olaraq şikayətə istinad edildiyi üçün o, yalnız işin
İPM-in 87.7-ci maddəsinə əsasən, yenidən baxılmaq üçün
birinci instansiya məhkəməsinə göndərildiyi hallarda məna
kəsb edir. 
İPM-in bir qədər qeyri-adi şəkildə ifadə olunmuş 87.10-
cu maddəsinin mənası ondan ibarətdir ki, məcburetmə
haqqında iddia üzrə apellyasiya şikayətini təmin edən qərar
çıxarıldıqdan sonra yenidən mübahisə yarandıqda da birbaşa
apellyasiya məhkəməsinə müraciət edilsin (əgər apellyasiya
məhkəməsi çıxarılmış müsbət (şikayəti təmin edən) qərarın
müəllifidirsə). Normanın məqsədi ondan ibarətdir ki,
apellyasiya məhkəməsinin qərarının nəticəsi olaraq müvafiq
inzibati orqanın qəbul etdiyi yeni inzibati aktdan şikayət
verildikdə, apellyasiya məhkəməsi şikayətə baxmaq üçün
predmet baxımından daha yaxın məhkəmə hesab edildiyindən
apellyasiya məhkəməsinin çıxartdığı qərar əsasında qəbul
edilmiş inzibati aktın apellyasiya məhkəməsinin qərarına
uyğun olub-olmadığına dair məsələyə birinci instansiya
məhkəmələri baxmalı deyil. Əgər məcburetmə haqqında
iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilərsə
və bunun əsasında inzibati orqan yeni qərar qəbul edərsə, bu
inzibati aktdan verilmiş şikayətə baxan səlahiyyətli birinci
instansiya məhkəməsi inzibati orqan tərəfindən yeni inzibati
akt qəbul edilərkən İPM-in 73.1 və ya 73.2-ci maddələrinə
uyğun olaraq məhkəmənin hüquqi mövqeyini nəzərə alıb-
almadığını yoxlayacaqdır. 
Şikayətçi dispozitivlik prinsipinə əsaslanaraq apellyasiya
instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək
şikayəti geri götürə bilər. Şikayətçi apellyasiya şikayətini
357


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə