Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə85/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   81   82   83   84   85   86   87   88   ...   98

məhkəmənin öz qərarını ərizəçinin xeyrinə qəbul etməli
olub-olmayacağından ibarətdir. Sübutun dəyəri bilavasitə
yeni sübutetmə vasitəsindən irəli gəlməli və onun həlledici
əhəmiyyəti əlavə izahat(lar)la birləşmədən asılı olmamalıdır. 
İcraatın təzələnməsi barədə ərizə formal baxımdan hüquqi
müdafiə vasitəsi deyil. Çünki bu halda, hüquqi mübahisə
qərarına qarşı icraatın təzələnməsi barədə ərizə ilə müraciət
edilmiş məhkəmədə davam etdirilir (bax: İPM-in 101-ci
maddəsi). Burada, «məhkəmə» dedikdə, sonuncu məhkəmə
qərarını qəbul etmiş məhkəmə tərkibi nəzərdə tutulur (amma
icraatın təzələndiyi vaxtda həmin tərkibdə başqa hakim(lər)in
fəaliyyət göstərməsi halları da yarana bilər). Yeni açılmış
hallar üzrə icraatın iştirakçıları ilkin icraatın iştirakçıları
olmuş şəxslərdir (bax: İPM-in 102-ci maddəsi). 
C. Müddət və ərizə
Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair
ərizənin verilməsi üçün Məcəllədə müddət məhdudiyyətləri
müəyyən edilmişdir (bax: İPM-in 103-cü maddəsi). Ərizə
sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu
gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın
qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni
açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir.
Bu qayda hüquqi sülhün bərqərar olunmasına xidmət edir. 3
illik müddətin keçməsindən sonra icraatın təzələnməsinə
dair ərizə yalnız o halda mümkün sayılır ki, ilkin icraat
zamanı inzibati məhkəmənin istinad etdiyi ittiham hökmü
ləğv edilsin. Bu, misal üçün, o halda baş verə bilər ki,
342


inzibati məhkəmə iddiaçının restoran xidməti göstərməyə
uyğun olmadığına görə lisenziyadan məhrum edilməsi ilə
bağlı qərarında onun restoran xidməti göstərərkən etibardan
sui-istifadə etməsi ilə bağlı cinayət işi üzrə məhkəmənin
ittiham hökmünə istinad etmiş olsun. İttiham hökmü ləğv
olunarsa (məsələn, iddiaçıya sonradan bəraət verilməsinə
görə), iddiaçı inzibati məhkəmənin qərarının qanuni qüvvəyə
mindiyi vaxtdan 3 il keçdikdən sonra da icraatın təzələnməsinə
dair ərizə verə bilər. Əgər sonradan ləğv edilmiş ittiham
hökmü inzibati məhkəmənin qərarı üçün yeganə əsaslandırma
qismində çıxış etmişdirsə, bu halda, məhkəmə bəraət almış
ərizəçinin restoranı işlətməyə uyğun olmadığına əsaslana
bilməyəcək.
Yeni açılmış hallar üzrə icraatda proses iştirakçısının
təqsiri olmadan müddət buraxıldığı hallarda da İPM-in 24-
cü maddəsinə əsasən prosessual müddətin bərpasına yol
verilmir (bax: İPM-in 103.3-cü maddəsi). 
İPM-in 104-cü maddəsinə uyğun olaraq, ərizəçi icraatın
təzələnməsinə dair ərizədə hansı məhkəmə qərarını
mübahisələndirdiyini, icraatın təzələnməsi üçün əsasları,
məhkəmə qərarının hansı hissədə və ya həcmdə
mübahisələndirdiyini göstərməli və ən vacibi, İPM-in 103.1-
ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərə
riayət olunduğunu sübut etməlidir. Ərizəyə yeni sübutlar və
hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin
əsli və ya surəti əlavə olunmalıdır. 
İcraatın təzələnməsinə dair ərizə qanuni qüvvəyə minmiş
ilkin məhkəmə qərarının icrasını dayandırmır. Bununla belə,
ərizəçi İPM-in 41-ci maddəsində nəzərdə tutulmuş müvafiq
343


qaydalar tətbiq olunmaqla, məhkəmə qərarının icrasının
dayandırılması ilə bağlı vəsatət verə bilər (bax: İPM-in 105-
ci maddəsi).
Ç. İcraat
Məhkəmə icraatın təzələnməsinə dair ərizəyə baxarkən
yeni izahatdan kənara çıxa bilməz. Başqa sözlərlə, o, yalnız
ərizənin hədləri çərçivəsində qərar qəbul edə bilər. Yeni
açılmış hallar üzrə icraatda məhkəmə əvvəlcə ərizənin
mümkünlüyünü, yəni İPM-in 104-cü maddəsində göstərilmiş
məlumatların və sənədlərin mövcud olub-olmadığını yoxlayır.
Bundan başqa, o, ümumi prinsipə istinad edərək qarşı tərəfin
dinlənilmə hüququnu təmin edir. Bu şərtlər mövcud olmadıqda,
məhkəmə ərizənin mümkün sayılmaması nəticəsinə gələ
bilər. Əgər iddiaçı formal tələbləri yerinə yetirirsə, məhkəmə
ərizəçinin bildirdiklərinə əsasən, İPM-in 100-cü maddəsində
icraatın təzələnməsi üçün nəzərdə tutulmuş əsaslardan
(əvvəllər məlum olmayan) birinin mövcud olub-olmadığını
və icraatın təzələnməsi üçün əsasın məhkəmə qərarının (bu
vaxta qədər səhv əsasa söykənməsi səbəbindən) ləğvi ilə
nəticələnə bilib-bilməyəcəyini yoxlayır. İddiaçı icraatın
təzələnməsi üçün əsasları təsvir və sübut etmək vəzifəsi
daşıyır. Başqa sözlə, bu əsaslar məhkəmənin işin hallarını
araşdırması vəzifəsinin tətbiqi dairəsinə aid deyil. İcraatın
təzələnməsi üçün heç bir əsas təqdim edilməyibsə və ya
icraatın təzələnməsi üçün ərizəçi tərəfindən bildirilən əsas
mövcud deyilsə, məhkəmə şifahi məhkəmə baxışı keçirmədən
ərizənin rədd edilməsi haqqında qərardad qəbul edir (bax:
İPM-in 106.3-cü maddəsi). 
344


İş materiallarına əsasən, icraatın təzələnməsi üçün əsas(lar)
mövcud olarsa, məhkəmə şifahi məhkəmə iclası üçün vaxt
təyin edir və hüquqi mübahisəni mübahisələndirilən qərarın
qəbulundan əvvəl mövcud olmuş vəziyyətdə davam etdirir.
Lakin bu, yalnız yeni açılmış hallar üzrə icraatın mümkün
olduğu hədlər daxilində həyata keçirilir. Bu zaman məhkəmə
İPM-in 107.1-ci maddəsinə uyğun olaraq, yeni halları və
sübutları nəzərə alır. Yeni icraatdan sonra mübahisələndirilən
qərara münasibətdə heç nə dəyişməzsə, məhkəmə yeni
qərarla ilkin qərarını təsdiqləyir. Bu qərar ilkin qərarı əvəz
edir (bax: İPM-in 107.2-ci maddəsinin 1-ci cümləsi). 
D. Qərar
Yeni açılmış hallar üzrə icraatda çıxarılan məhkəmə
qərarının nəticə hissəsi aşağıdakı kimi olur: 
İnzibati-İqtisadi məhkəmənin …… tarixli, iş nömrəsi …
olan qərarı dəyişdirilmədən saxlanılır. 
Əgər yeni qərar ilkin qərardan tamamilə və ya qismən
fərqlənərsə, məhkəmə ilkin qərarı ləğv edir və nəticə hissəsini
tamamilə yeniləyir. Yeni nəticə hissəsi aşağıdakı kimi olur: 
İnzibati-İqtisadi məhkəmənin …… tarixli, iş nömrəsi …
olan qərarı ləğv edilir. 
Cavabdehin üzərinə, onun 1 fevral 2009-cu il tarixli, iş
nömrəsi … olan qərarı ləğv edilməklə, iddiaçıya, barəsində
1 yanvar 2009-cu il tarixli ərizə ilə müraciət etdiyi «Bakı»
restoranını (dəqiq ünvan:…) işlətmək üçün icazə vermək
öhdəliyi qoyulur.
345


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə