Аня 2013 Layout 1


C. Dövlətin və ya bələdiyyələrin xeyrinə icra



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə83/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   79   80   81   82   83   84   85   86   ...   98

C. Dövlətin və ya bələdiyyələrin xeyrinə icra 
(bax: İPM-in 118-ci maddəsi)
İPM-in 118-ci maddəsi icranın dövlətin, bələdiyyənin və
ya ümumi hüququn başqa subyektlərinin xeyrinə həyata
keçirildiyi halları tənzimləyir. Məcəllənin 118.1-ci maddəsində
icranın növü və hansı qaydada həyata keçirilməsi ilə əlaqədar
«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qa-
nununun VIII fəslinə (daha dəqiq desək, həmin Qanunun
82-ci və ondan sonrakı maddələrinə) göndəriş edilir. Bu
göndəriş məntiqidir, çünki İİQ-də tənzimlənən paralel situasiya
da inzibati orqanın vətəndaşa qarşı həyata keçirdiyi icranı
nəzərdə tutur. Fərq yalnız icra orqanının müəyyən-
ləşdirilməsindədir. İİQ-də nəzərdə tutulan icra orqanından
fərqli olaraq, İPM-ə görə birinci instansiya məhkəməsində
mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə
sədrlik edən hakim icra orqanı sayılır (bax: İPM-in 118.2-ci
maddəsi). O, məcburi icra tədbirlərini müəyyən etmək və
onların həyata keçirilməsinə nəzarət etmək səlahiyyətinə
malikdir (bax: İPM-in 118.4-cü və 118.5-ci maddələri).
Sədrlik edən hakim icra tədbirinin həyata keçirilməsinə
müvafiq inzibati orqanı və ya icra məmurunu cəlb edə bilər.
Faktiki olaraq, İİQ-nin VIII fəslinin bütün normaları
(onların daşıdıqları məna və məqsəd baxımından) tətbiq
edilə bilməz, çünki onların məhkəmə qaydasında həyata
keçirilən icraya köçürülməsi mümkün deyil. Buna misal
olaraq, İİQ-nin 81-ci maddəsində təsbit edilmiş qaydaları
göstərmək olar. 
Pul tələblərinin icra edilməsi ilə əlaqədar İİQ-nin 82.1-
ci maddəsi «İcra haqqında» Azərbaycan Respublikasının
334


Qanununa göndəriş edir. İİQ-nin 82.3-cü maddəsinə müvafiq
olaraq, icranın həyata keçirilməsi üçün şərtlər aşağıdakılardır: 
• borclu tərəfindən pul tələblərinin ödənilməsini nəzərdə
tutan icra sənədinin olması; 
• pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra
müddətinin bitməsi; 
• icranı təmin etməli olan inzibati məhkəmə tərəfindən
borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın
elan olunduğu gündən sonrakı 5 gün müddətində bor-
clunun ödəməni həyata keçirməməsi. 
Hərəkətlərin, müəyyən hərəkətlərə dözmənin və ya
müəyyən hərəkətləri etməkdən çəkinmənin icrası məhkəmə
qaydasında icra üçün əhəmiyyət kəsb etmir, çünki məhkəmə,
əslində yalnız məhkəmə xərclərini icra edir. Bununla əlaqədar
olaraq yeganə istisna barışıq sazişlərinin icra edilməsi zamanı
yarana bilər. Lakin İPM-ə əsasən tətbiq edilən İİQ-nin
normaları inzibati orqan tərəfindən həyata keçirilən icra
üçün böyük əhəmiyyət kəsb edir, çünki inzibati orqanlar
müəyyən hərəkətlərin edilməsi ilə bağlı qərarlarını özləri
icra edirlər. Məcburi icra tədbirlərinin tətbiq edilməsi haqqında
qərardan şikayət verildiyi hallarda (bax: İİQ-nin 88-ci
maddəsi), məhkəmə icra ilə bağlı müddəalara riayət olunub-
olunmadığını da yoxlaya bildiyi üçün, müvafiq situasiya
yarandıqda, məhkəmənin bu müddəaları məzmun baxımından
qısaca izah etməsi tövsiyə olunur. 
İnzibati orqanlar tərəfindən həyata keçirilən icraya dair
normalar birbaşa tətbiq edilir. 
335


Ç. Dövlətə və ya bələdiyyələrə qarşı icra
Dövlətə və ya bələdiyyələrə qarşı icra İİQ-yə əsasən
həyata keçirilmir. Qanunda bununla bağlı göndəriş, yaxud
konkret qaydalar nəzərdə tutulmadığı üçün İPM-in 116.1-ci
maddəsinə əsasən, bu cür hallarda MPM-in və «İcra haqqında»
Qanunun müvafiq müddəaları tətbiq olunur. 
Pul tələblərinin icrası tələbkarın ərizəsinə əsasən və ya
xidməti vəzifəsinə görə icranı təmin etməli olan birinci in-
stansiya məhkəməsinin qərardadı əsasında həyata keçirilir.
Məhkəmə icra hərəkətlərini müəyyən edir və həmin tədbirlərin
həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli
orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının
icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq
yerinə yetirmək vəzifəsi daşıyır (bax: İPM-in 119.1-ci
maddəsi). 
Müvəqqəti xarakterli müdafiə barədə qərardadların icrası
istisna olmaqla, məhkəmə icra haqqında qərardadı qəbul et-
məzdən əvvəl müvafiq dövlət və ya bələdiyyə orqanını,
yaxud ümumi hüququn başqa subyektini məcburi icra
haqqında yazılı şəkildə məlumatlandırmalıdır (bax: İPM-in
119.2 və 119.4-cü maddələri). Bu zaman o, məcburi icranın
həyata keçirilməsinin qarşısını almaq üçün cavabdehə müddət
təyin etməlidir. Həmin müddət məlumatın daxil olduğu
gündən hesablanmaqla 15 gündən çox ola bilməz (bax:
İPM-in 119.2-ci maddəsi). Lakin müddət yalnız icra sənədi
təqdim olunduqdan sonra təyin edilə bilər. Bu müddət ərzində
cavabdeh məcburi icra həyata keçirilmədən məhkəmə qərarın-
dan irəli gələn öhdəliyi yerinə yetirib-yetirməyəcəyini yoxla-
336


maq imkanına malik olmalıdır. Çünki bu yoxlama vasitəsilə
onun müvafiq öhdəliyi yerinə yetirməsi və bununla da,
məcburi icranın qarşısını alması mümkündür. Məcburi icra
haqqında məlumatlandırmadan sonra cavabdeh təyin edilmiş
müddət ərzində icradan irəli gələn vəzifələrini yerinə yetirərsə,
icra icraatı başa çatır. Əks təqdirdə, birinci instansiya
məhkəməsi icranın necə və hansı predmetlərə münasibətdə
həyata keçirilməsini müəyyən edir. Bu zaman nəzərə alın-
malıdır ki, İPM-in 119.3-cü maddəsində sadalanmış və
ümumi maraqlara xidmət edən əşyalar icranın predmetini
təşkil edə bilməzlər. Bu cür əşyaların müəyyən edilməsi
zamanı sual yarandığı hallarda, yalnız inzibati orqanın
fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan əşyalar
ümumi maraqlara xidmət edən əşyalar kimi qiymətləndirilə
bilər. 
D. İnzibati orqanların üzərinə qoyulmuş 
öhdəliklərin icra edilməsi
Burada söhbət, misal üçün, inzibati aktların qəbul edilməsi
və ya ziyan vurmaqdan çəkinmə ilə bağlı faktiki fəaliyyətdən
gedir. Burada da icra orqanı qismində birinci instansiya
məhkəməsi çıxış edir. O, proses iştirakçısının ərizəsinə
əsasən və ya xidməti vəzifəsinə görə inzibati orqana icra
üçün müddət təyin edir və icranın həyata keçirilməyəcəyi
təqdirdə, cərimə tətbiq olunacağı barədə ona xəbərdarlıq
edir (bax: İPM-in 120.1-ci maddəsi). Görünür, bu müddəada
nəzərdə tutulmuş müddətlərə əvvəlki maddələrdə təsbit
edilmiş 15 günlük maksimal müddətlə bağlı qayda tətbiq
337


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə