Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə86/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   82   83   84   85   86   87   88   89   ...   98

İlkin qərar qismən dəyişdirildikdə isə, yeni qərarın nəticə
hissəsi belə olur:
Cavabdehin üzərinə, onun 1 fevral 2009-cu il tarixli, iş
nömrəsi …. olan qərarı ləğv edilməklə, iddiaçıya, barəsində
1 yanvar 2009-cu il tarixli ərizə ilə müraciət etdiyi, iki
mərtəbəli yaşayış binasının (dəqiq ünvan:….) tikilməsi üçün
icazə vermək öhdəliyi qoyulur. Bu səbəbdən İnzibati-İqtisadi
Məhkəmənin …… tarixli, iş nömrəsi … olan qərarı (qismən)
ləğv edilir. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılır. 
Qərardad icraatı təzələndikdə, yeni qərar qərardad for-
masında qəbul edilir. 
Yeni qərarın nəticəsi ilkin qərarın qanuni qüvvəsinin
yeni, fərqli qərarın aid olduğu həcmdə aradan qalxmasıdır.
Hüquqi mübahisə yenidən məhkəmə icraatına qəbul edilmiş
sayılır. O, ilkin qərarın verilməsindən əvvəlki formada davam
etdirilir. İPM-in 107.2-ci maddəsinə əsasən, ilkin qərarı əvəz
etdiyinə görə yeni qərar ümumi hüquqi vasitələrlə
mübahisələndirilə bilər. 
Məhkəmə yuxarıda qeyd olunanlara əsasən, həm də pros-
essual xərclərlə bağlı yeni qərar qəbul edir. Ümumi prosessual
xərcləri nəzərdə tutan qaydalara əsasən, uğursuz olan yeni
açılmış hallar üzrə icraatla bağlı xərclər ərizəçinin üzərinə
düşür. 
346


On üçüncü fəsil
APELLYASİYA  İNSTANSİYASI  
MƏHKƏMƏSİNDƏ  ŞİKAYƏT  
ÜZRƏ  İCRAAT
Apellyasiya instansiyası məhkəmələri növbəti instansiya
məhkəməsi qismində şikayətlərə baxmaqla yanaşı, müstəsna
hallarda, həmçinin birinci instansiya məhkəməsi qismində
fəaliyyət göstərirlər. Buna misal olaraq, normativ xarakterli
aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair
iddialar üzrə icraatı göstərmək olar. Bu halda, birinci instansiya
məhkəməsində icraat zamanı qüvvədə olan prinsiplər tətbiq
olunur. 
A. Məhkəmə qərarlarına qarşı şikayət üzrə icraat 
(bax: İPM-in 81-89-cu maddələri)
İPM-in quruluşu elədir ki, onun I-IX fəsillərini əhatə
edən ümumi hissəsində inzibati mübahisələr üzrə bütün in-
stansiyalarda aparılan icraatlara şamil olunan ümumi müddəalar
təsbit olunmuşdur (bu şərtlə ki, İPM-in X və XI fəsillərində
bu instansiyalarda icraatla bağlı fərqli qaydalar nəzərdə tu-
tulmasın). 
İPM-in 81.1-ci maddəsinə müvafiq olaraq, birinci instansiya
məhkəmələrinin qərarlarından və qərardadlarından apellyasiya
şikayəti verilə bilər. İPM-in 83.1-ci maddəsinə əsasən, yalnız
bu Məcəllədə müstəqil mübahisələndirilməsi nəzərdə tutulmuş
347


qərardadlardan şikayət vermək olar. Müstəqil mübahisə lən -
di rilməsi Məcəllədə nəzərdə tutulmamış qərardadlara misal
ola raq, buraxılmış prosessual müddətin bərpa edilməsi haq -
qın da qərardadı (bax: İPM-in 24.7-ci maddəsi), yaxud id -
dia dan imtina olunan hallarda qəbul olunan qərardadı (bax:
İPM-in 55.5-ci maddəsi) göstərmək olar. Apellyasiya şi ka -
yət lərinə  baxmaq  səlahiyyəti müvafiq apellyasiya məh kə -
mə lərinin inzibati-iqtisadi kollegiyalarına məxsusdur. İPM-
in 84-cü maddəsinə uyğun olaraq, apellyasiya şikayəti üzrə
məh kəmə icraatının iştirakçılarına şikayətçi və birinci ins -
tan siya məhkəməsində icraatın iştirakçıları olmuş digər şəxs -
lər aiddir. 
İPM-in 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icra -
a tının iştirakçıları yalnız o hallarda apellyasiya şikayəti ver -
mək hüququna malikdirlər ki, birinci instansiya məhkəməsində
on ların tələbləri təmin olunmasın. Bu norma hüquqi müdafiə
ehtiyacının başqa bir formada ifadəsidir. Əgər proses iştirakçısı
birinci instansiya məhkəməsində onsuz da qalib gəlibsə,
belə bir ehtiyac təbii ki, mövcud olmayacaqdır. Başqa sözlə,
ona birinci instansiya məhkəməsində qalib gəldiyi təqdirdə
də şikayət vermək imkanının verilməsi mənasız olardı. 
Misal:
İddiaçı məcburetmə haqqında iddia qaydasında iki
mərtəbəli evin tikintisinə icazə verilməsi ilə bağlı tələb
irəli sürmüş və birinci instansiya məhkəməsində qalib
gəlmişdir. Belə bir vəziyyətdə onun qərardan şikayət
verməsinin heç bir mənası olmazdı. Çünki o, artıq
tələbində irəli sürdüyü hər şeyi əldə edib. 
348


I. Mübahisələndirilə bilən qərarlar
Məhkəmə qərarlarının mübahisələndirilməsinin
mümkünlüyü İPM-in 83-cü maddəsindən irəli gəlir. Həmin
normada məhkəmə qərarının xərclər hissəsi ilə bağlı müstəqil
(ayrıca) şikayət verilməsinin mümkünsüzlüyü müəyyən
edilmişdir. Bu müddəa İPM-in 115.1-ci maddəsi ilə üst-üstə
düşür. Xərclərlə bağlı qərar işin mahiyyəti üzrə yekun
qərardan irəli gəldiyi və məhkəmə icraatı ilə bağlı xərcləri,
bir qayda olaraq, mübahisəni uduzan tərəfin ödəməli olduğu
üçün qərarın xərclərlə bağlı hissəsinin yekun qərarla birlikdə
mübahisələndirilməsi məqsədəuyğun hesab olunur. Yuxarıda
qeyd olunanlar qərarın əsaslandırma hissəsinə də aiddir
(yəni ondan da ayrıca şikayət verilməsi mümkün deyil).
İPM-in 83.3-cü maddəsi orada sadalanmış qərardadlara
qarşı şikayət vermək imkanını istisna edir. Burada, söhbət
məhkəmə prosesinin aparılmasına aid olan və müstəqil
mübahisələndirildikləri halda, hüquqi mübahisənin əsassız
olaraq uzadılmasına gətirib çıxara biləcək qərardadlardan
gedir. Lakin həmin qərardadlara qarşı şikayət vermək
imkanının istisna edilməsi heç də müvafiq tərəfin hüquqi
müdafiədən məhrum olunmuş vəziyyətə salındığını bildirmir.
Belə ki, bu cür qərardadlardan məhkəmənin yekun qərarı ilə
birlikdə şikayət verilə bilər (bax: İPM-in 83.4-cü maddəsi). 
II. Apellyasiya şikayətinin verilməsinə dair tələblər
Apellyasiya şikayətinin verilməsinə dair tələblər İPM-
in 85-ci maddəsində əksini tapmışdır. Əgər şikayət birinci
instansiya məhkəməsinin qərarından verilirsə, o, müvafiq
məhkəmə qərarının tam formada təqdim olunduğu gündən
349


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə