Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə91/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   87   88   89   90   91   92   93   94   ...   98

nəzərə alınmaqla yenidən baxmaq öhdəliyi qoyulur. İddia
qalan hissədə rədd edilir. 
Məhkəmə icraatı ilə bağlı yaranmış xərclərin 2/3 hissəsinin
ödənilməsi vəzifəsi cavabdehin, 1/3 hissəsinin ödənilməsi
vəzifəsi isə iddiaçının üzərinə qoyulur. 
5-ci kazus:
İddiaçı öhdəliyin icrası haqqında iddia ilə inzibati
məhkəməyə müraciət edərək Bakı şəhər icra hakimiyyətinin
ona 5.000 AZN ödəməsini tələb edir. Belə bir iddia təmin
olunduqda, məhkəmə qərarının nəticə hissəsi aşağıdakı kimi
olacaqdır:
Cavabdehin iddiaçıya 5.000 AZN ödəməsi qərara alınır.
Məhkəmə icraatı ilə əlaqədar xərcləri ödəmək vəzifəsi
cavabdehin üzərinə qoyulur. 
İddia rədd edildikdə isə məhkəmə qərarının nəticə hissəsi
aşağıdakı kimi olacaqdır:
İddia rədd edilir.ы
Məhkəmə icraatı ilə əlaqədar yaranmış xərcləri ödəmək
vəzifəsi iddiaçının üzərinə qoyulur. 
6-cı kazus:
İddiaçı mübahisələndirmə haqqında iddia ilə qonşusuna
verilmiş tikintiyə icazəni mübahisələndirir. İnzibati məhkəmə
tikintinin sifarişçisini icraata cəlb edir (İPM-in 28-ci və
ondan sonrakı maddələrinə müvafiq olaraq). Həm tikintinin
sifarişçisi, həm də cavabdeh inzibati orqan iddianın rədd
366


olun masını tələb edirlər. İnzibati məhkəmə iddianı əsaslı ol-
mayan hesab edir.
Bu cür hallarda məhkəmə qərarının nəticə hissəsi aşağıdakı
kimi olacaqdır:
İddia rədd edilir. 
Məhkəmə icraatı ilə əlaqədar yaranmış xərcləri (cəlb
edilmiş şəxsin xərcləri də daxil olmaqla) ödəmək vəzifəsi id-
diaçının üzərinə qoyulur. 
7-ci kazus:
İnzibati orqanın iddiaçının evinin sökülməsi haqqında
qərarına qarşı qaldırılmış mübahisələndirmə haqqında iddia
icraata qəbul edildikdən sonra baş vermiş zəlzələ nəticəsində
ev uçur. İddiaçı İPM-in 72-ci maddəsinə müvafiq olaraq,
inzibati orqanın onun evinin sökülməsi haqqında qərarının
qanunsuz sayılmasına dair vəsatət qaldırır. Məhkəmə bu
vəsatəti təmin etdiyi hallarda onun qərarının nəticə hissəsi
aşağıdakı kimi olacaqdır:
Cavabdehin 15 mart 2010-cu il tarixli, iş nömrəsi ... olan
qərarının (şikayət instansiyasının 15 aprel 2010-cu il tarixli,
iş nömrəsi ... olan qərarının redaksiyasında) qanunsuz
olduğu müəyyən edilir.
Məhkəmə icraatı ilə əlaqədar yaranmış xərcləri ödəmək
vəzifəsi cavabdehin üzərinə qoyulur.
8-ci kazus:
Evdə müəyyən tikinti dəyişikliklərinin aparılmasına icazə
alınması ilə bağlı məcburetmə haqqında iddianın məhkəmənin
icraatına qəbul olunmasından sonra zəlzələ baş vermiş və ev
367


uçmuşdur. İddiaçı İPM-in 72-ci maddəsinə əsasən, ona tikinti
icazəsinin verilməsini tələb etmək hüququna malik olduğunun
müəyyən edilməsinə dair vəsatət təqdim edir. Bu cür hallarda
məhkəmə qərarının nəticə hissəsi aşağıdakı kimi olacaqdır:
Cavabdehin iddiaçıya tikinti işləri üçün icazə vermək
öhdəliyi daşıdığı müəyyən edilir. 
Məhkəmə icraatı ilə əlaqədar yaranmış xərcləri ödəmək
vəzifəsi cavabdehin üzərinə qoyulur. 
9-cu kazus:
İddiaçı 800 AZN məbləğində rüsum ödənilməsi barədə
qərarın ləğv olunması tələbi ilə inzibati məhkəməyə müraciət
edir. Məhkəmə inzibati aktın 200 AZN məbləğindən yuxarı
olan hissəsini qanunsuz sayır və bununla da hesab edir ki,
inzibati akt hissələrə ayrıla bilər. Bu cür hallarda məhkəmə
qərarının nəticə hissəsi aşağıdakı kimi olacaqdır: 
Cavabdehin 15 mart 2010-cu il tarixli, iş nömrəsi ….
olan rüsumlar haqqında qərarı və şikayət instansiyasının 15
aprel 2010-cu il tarixli, iş nömrəsi … olan qərarı 200 AZN-
dən çox rüsum müəyyən edən hissədə ləğv olunur. Qalan
hissədə iddia rədd edilir. 
Məhkəmə icraatı ilə əlaqədar yaranmış xərclərin ..%-ni
ödəmək vəzifəsi iddiaçının, ..%-ni ödəmək vəzifəsi isə cav-
abdehin üzərinə qoyulur. 
10-cu kazus:
Fərz edək ki, 9-cu kazusda barəsində söhbət gedən qərar
diskresion səlahiyyət əsasında qəbul edilmiş qərardır.
Məhkəmənin fikrincə, 800 AZN məbləğində rüsum çox
368


yüksəkdir və konkret halda, ən çoxu 300 AZN rüsum ödənilə
bilər. Bu cür hallarda məhkəmə qərarının nəticə hissəsi
aşağıdakı kimi olacaqdır:
Cavabdehin 15 mart 2010-cu il tarixli, iş nömrəsi ….
olan rüsumlar haqqında qərarı və şikayət instansiyasının 15
aprel 2010-cu il tarixli, iş nömrəsi … olan qərarı ləğv edilir. 
Məhkəmə icraatı ilə əlaqədar yaranmış xərcləri ödəmək
vəzifəsi cavabdehin üzərinə qoyulur. 
Qeyd: Diskresion səlahiyyət əsasında qəbul edilmiş inzibati
aktların, əgər onlar mütənasiblik prinsipini pozarlarsa,
məhkəmə tərəfindən hissələrə (yəni mütənasib hissə və
qeyri-mütənasib hissə) bölünməsinə və mütənasiblik prinsipini
pozan hissədə ləğv edilməsinə yol verilmir. Çünki belə olan
təqdirdə, məhkəmə inzibati orqana məxsus diskresion
səlahiyyəti özü həyata keçirmiş olardı. Bu cür hallarda iddia
əksinə, tamamilə uğurlu olmalıdır. 
11-ci kazus:
İddiaçı mübahisələndirmə haqqında iddianın verilməsi
üçün Məcəllədə nəzərdə tutulmuş müddəti buraxdığına görə
prosessual müddətin bərpa olunmasına dair ərizə ilə
məhkəməyə müraciət etmişdir. Məhkəmə prosessual müddətin
bərpasına dair ərizəni əsaslı hesab etsə də, iddianın özünü
əsaslı olmayan hesab etmişdir. Bu cür hallarda məhkəmə
qərarının nəticə hissəsi aşağıdakı kimi olacaqdır:
İddia rədd edilir.
Məhkəmə icraatı ilə əlaqədar yaranmış xərcləri ödəmək
vəzifəsi iddiaçının üzərinə qoyulur.
369


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə