Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə78/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   74   75   76   77   78   79   80   81   ...   98

maddəsinə müvafiq olaraq, iddiaçıya yoldan istifadə etməyi
qadağan etmək səlahiyyətinə malik olmuşdur (çünki). Həmin
müddəaya əsasən, küçədən istifadənin qadağan edilməsi
mümkündür, əgər…. (və)… Bu şərtlər mövcuddur (çün-
ki)… 
Müvafiq dispozisiya şərtləri də bu formada yoxlanılır.
Onların anlayışının verilməsi və işin faktiki hallarının həmin
dispozisiya şərtlərinə tətbiqi əsasında əvvəlcədən yazılan
nəticə müəyyən olunur.
Beləliklə, hüquqi qiymətləndirmə (tövsif) aşağıdakı
qaydada həyata keçirilir:
→ konkret hüquqi nəticə (iddiaçı təhlükəli sayılan itin
saxlanılması üçün icazənin verilməsini tələb etmək hüququna
malikdir) → mücərrəd norma; iddia tələbinin qanuni əsası
(tələb hüququ maddə …-dən irəli gəlir) → normanın məz-
mununun sadə sözlərlə verilməsi (bu müddəaya əsasən, əgər
… şərtləri mövcuddursa, təhlükəli sayılan itin saxlanılmasına
icazə verilməsini tələb etmək hüququ mövcud olur) → aralıq
müəyyən etmə (bu şərtlər mövcuddur) → birinci dispozisiya
şərtinin mövcudluğunun müəyyən edilməsi (iddiaçı it
saxlayandır…) → birinci dispozisiya şərtinin anlayışının
verilməsi (it saxlayan o şəxsdir ki, o, heyvanın üzərində
onun müqəddəratını təyinetmə hakimiyyətinə malik olsun
və öz istəyi ilə itin xərclərini daşısın, itin ümumi dəyərindən
özü üçün istifadə etsin və onun itmə riskini daşısın) →
baxılan işin əsasında duran faktiki halın bu anlayış əsasında
tövsif edilməsi (it iddiaçının evində yaşayır, iddiaçı itin
qayğısına qalma, onun əhliləşdirilməsi və qidalanması
xərclərini daşıyır) → ikinci dispozisiya şərtinin mövcudluğunun
313


müəyyən edilməsi (iddiaçı it saxlayan qisimdə etibar oluna
bilən şəxsdir) → ikinci dispozisiya şərtinin anlayışının
verilməsi (it saxlayan o şəxslər etibarlı sayılırlar ki, onlar
başqa şəxslərin həyatı və ya sağlamlığı əleyhinə cinayət
törətməyə görə məhkum edilməmiş olsunlar, yaxud itlərə
işgəncə verməyə, yaxud onlarla başqa bir şəkildə pis rəftar
etməyə görə barələrində məhkəmə qərarı çıxarılmamış olsun)
→ baxılan işin əsasında duran faktiki halın bu anlayış
əsasında tövsif edilməsi ….. və s.
Yuxarıda təsvir olunan bu struktur ilk baxışdan mürəkkəb
görünə bilər. Lakin o, müvafiq normalar əsasında təkcə
hüquqi savadı olmayan oxucu üçün qərarın əsasında duran
mülahizələrin yığcam və anlaşılan şəkildə ümumiləşdirilməsinə
imkan verir. Təsvir olunan sistem həm də qərarı qəbul edən
hakimə qısa zaman ərzində ümumi təsəvvür yaratmaq üçün
yaxşı fürsət yaradır və qərarın əsasında dayanan fikirlərin
gəlinmiş nəticəni əsaslandırıb-əsaslandırmadığını diqqətlə
yoxlamağa yol verir. Qərarın yazılması zamanı onun bu for-
mada əsaslandırılmasının mümkün olmaması müəyyən olu-
narsa, bu, əvvəlcə düşünülmüş həll yolunun yanlış olması
və nəticə barədə yenidən düşünülmənin zəruri olması demək
olacaqdır. 
İPM-in 69.1.3 və 69.4-cü maddələri nəzərə alınmaqla,
əsaslandırma hissəsinin konkret olaraq necə qurulması təbii
ki, daim konkret halın xüsusiyyətlərindən asılıdır. Təsviri
hissədə olduğu kimi, burada da həlledici məsələ düşüncələrin
anlaşılan, yəni hər hansı bir oxucunun nöqteyi-nəzərindən
məntiqi və başa düşülən şəkildə əks etdirilməsidir. 
314


III. Əsaslandırma hissəsinin strukturu
1. Mümkünlüklə bağlı
Əgər iddia mümkün sayılarsa, baş cümlədə əksini tapmış
müəyyən etmədən kənar, ayrı-ayrı mümkünlük şərtləri barədə
yalnız iddia növünün yol verilənliyinə dair qeydlərin edilməsi
zəruridir ki, bu da yalnız aşağıdakı hallarda baş verir:
• baxılan iş bir (və ya bir neçə) mümkünlük şərtinə dair
xüsusiyyətlərlə səciyyələnsin (məsələn, iddianın dəy-
işdirilməsi, qismən geri götürülməsi, müəyyən iddia
növlərinin mümkünlük şərtləri və s.);
• hər hansı bir mümkünlük məsələsi həqiqətən də prob-
lematik xarakter daşısın (məsələn, müddətlərlə bağlı
məsələlərə görə);
• tərəflər arasında hər hansı bir mümkünlük məsələsi
barədə mübahisə mövcud olsun.
Əgər iddia mümkün sayılmazsa, məhkəmə onun mümkün
sayılmaması haqqında qərardad qəbul edir (İPM-in 35.3-cü
maddəsi). Bu qərardad əsaslandırılmalıdır, çünki ondan
şikayət verilə bilər. Əsaslandırma hissəsində məhkəmə yalnız
iddianın mümkün sayılmaması fikrində olduğunu açıqlamalıdır.
Bu o deməkdir ki, qərar üçün əhəmiyyət kəsb edən normadan
çıxış edərək onun əlamətlərindən hansının nəyə görə mövcud
olmaması əsaslandırılmalıdır. İddia mümkün sayılmadıqda,
qərardadda bütün digər qeydlərin (xüsusilə, iddianın əsaslı
olub-olmaması ilə əlaqədar) edilməsinə lüzum yoxdur. 
315


2. Əsaslılıq
Əsaslılıqla bağlı işi yüngülləşdirmək məqsədilə müəyyən
çərçivə modellərinə istinad edilə bilər. Həmin modellər bir-
birindən ilk növbədə hansı nəticənin əsaslandırılmalı olması
baxımından fərqlənir. 
a) İddianı tamamilə təmin edən qərar
Əgər iddia tam həcmdə təmin olunursa, həm əsas, həm
də əlavə (məsələn, hesablanmış faizlər, xərclər və s.) tələblər
üçün əsaslandırma yalnız dispozisiya şərtləri mövcud olan
iddia tələbinin qanuni əsasına münasibətdə həyata keçirilir.
İddia tələbinin bir neçə mümkün qanuni əsası mövcud
olduqda, əsaslandırma üçün bunlardan ən asanı seçilir. İddia
tələbinin digər qanuni əsasları ilə bağlı şərtlərin mövcud
olub-olmaması yoxlanılmaya da bilər. Belə ki, iddia tələbinin
digər qanuni əsaslarının təfərrüatına varma məhkəmə qərarını
lüzumsuz yerə uzada bilər. 
b) İddianı tamamilə rədd edən qərar
İddianın tamamilə rədd olunduğu məhkəmə qərarında
icraat materiallarına əsasən (ciddi olaraq) nəzərə çarpan
iddia tələbinin bütün qanuni əsaslarına və səlahiyyətverici
normalara (tərəflərin müvafiq sənədlərdə xatırlatmadıqları
əsaslar da daxil olmaqla) münasibət bildirilməlidir. Lakin
burada, iddianı təmin edən qərardan fərqli olaraq, hər bir
əlamətin bir-bir tövsif edilməsinə ehtiyac yoxdur. Əksinə,
prinsip etibarilə nəzərə çarpan hər bir iddia tələbinin qanuni
əsası üçün yalnız ərizənin uğursuzluğuna səbəb olacaq
316


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə