Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə74/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   70   71   72   73   74   75   76   77   ...   98

nəzərdə tutulmuş bərabərlik prinsipindən, yaxud bu qanunun
digər mühüm prinsiplərdən irəli gəlməsi mümkündür. Qısa
demək mümkündürsə, iddia icraatı üzrə iddia böyük ehti-
malla uğurlu olmalıdır.
IV. Yoxlama sxemi
Müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadın
qəbulu üçün yoxlama ardıcıllığı aşağıdakı kimidir:
– Mümkünlük
• ərizənin səlahiyyətli məhkəməyə verilməsi;
• ərizənin əsaslı olması və faktlara söykənməsi (bax:
İPM-in 43.2-ci maddəsi);
• iddia qaldırmaq səlahiyyətinin olması. İPM-in 35-ci
maddəsinin analogiya qaydasında tətbiqi (ərizəçinin inz-
ibati orqandan tələb etdiyi fəaliyyətin həyata keçirilməsinə
subyektiv publik hüququnun olması mümkün olmalıdır);
• ilkin təcili tənzimləmənin zəruri olması (bax: İPM-in
43.1.1-ci maddəsi);
• hüquqi müdafiə ehtiyacının olması. 
– Əsaslılıq
• ərizədəki məlumatların yoxlanılmasından sonra iddianın
İPM-in 43.1.2-ci maddəsinə uyğun olaraq uğurlu olacağına
dair böyük ehtimalın olması.
V. Qərardadın nəticə hissəsi
İPM-in 80.2-ci maddəsinə əsasən hər bir halda əsaslandırıl-
malı olan məhkəmə qərardadının nəticə hissəsi İPM-in 43.1-
ci maddəsinə müvafiq olaraq aşağıdakı kimi ola bilər:
296


Müvəqqəti xarakterli müdafiə tədbirləri barədə qərardad
qaydasında iki həftə ərzində qaldırılacaq iddia üzrə yekun
qərar çıxarılanadək cavabdehin ərizəçinin torpaq sahəsi
üzərində yol çəkmə işlərini davam etdirməsi müvəqqəti
olaraq qadağan edilir. 
və ya 
Müvəqqəti xarakterli müdafiə tədbirləri barədə qərardad
qaydasında cavabdehin üzərinə müvəqqəti olaraq 27 mart
2010-cu il tarixli qərarla ərizəçiyə ayrılmış 5000 manat
məbləğində dotasiyanın bir hissəsini ödəmək vəzifəsi qoyulur. 
və ya
Müvəqqəti xarakterli müdafiə tədbirləri barədə qərardad
qaydasında cavabdehin üzərinə müvəqqəti olaraq ərizəçinin
«Yeni yol» restoranını işlətməsinə dözmək vəzifəsi qoyulur. 
Yuxarıda göstərilən bütün variantlardan sonra müvafiq
olaraq prosessual xərclər məsələsi aşağıdakı cümlə ilə həllini
tapır: «Prossesual xərcləri ödəmək vəzifəsi cavabdehin
üzərinə qoyulur.»
VI. Hüquqi müdafiə vasitələri
İnzibati aktın icrasının dayandırılması haqqında icraatdan
fərqli olaraq, müvəqqəti xarakterli müdafiə tədbirlərinin
həyata keçirilməsi ilə bağlı normalarda məhkəmənin ərizəçinin
ərizəsini rədd etməsi hallarında hansı hüquqi müdafiə va-
sitələrinin mümkün olması aydın şəkildə göstərilməmişdir.
Lakin müvafiq qərardadların onlardan apellyasiya şikayətləri
verməklə mübahisələndirilməsi İPM-in 81.1 və 83.1-ci mad-
dələrindən irəli gəlir. 
297


D. Müvəqqəti xarakterli müdafiə icraatında
çıxarılmış qərardadların dəyişdirilməsi və ya ləğvi
Məhkəmə İPM-in 44.1-ci maddəsinə əsasən, müvəqqəti
xarakterli müdafiə icraatı ilə bağlı qərardadları (buraya həm
inzibati aktın icrasının dayandırılması (bax: İPM-in 41 və
42-ci maddəsi), həm də müvəqqəti xarakterli müdafiə
tədbirləri barədə qərardadlar (bax: İPM-in 43-cü maddəsi)
daxildir) xidməti vəzifəsinə görə hər an mübahisələndirilə
bilinən qərardadla dəyişdirə və ya ləğv edə bilər. Lakin bu,
yalnız o zaman mümkündür ki, bunun edilməsi üçün tərəflərə
də məlumat verilməli olan ağlabatan əsaslar mövcud olsun.
Məsələn, qərardadın ləğvi üçün belə bir əsas o halda mövcud
ola bilər ki, məhkəmə iddia icraatı üzrə hüquqi mübahisənin
gedişində müvəqqəti xarakterli müdafiə icraatında verilmiş
proqnozun yanlış olduğunu müəyyən etsin. Xidməti vəzifəyə
görə müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəy-
işdirilməsinə misal kimi isə, məhkəmənin müvəqqəti xarakterli
müdafiə tədbiri barədə qərardadına əsasən, sosial ödənişlər
alan şəxsin yüksək əmək haqqı ödənilən iş yeri ilə təmin ol-
unduğunun müəyyən edilməsini göstərmək olar. Məhkəmə
müvəqqəti xarakterli müdafiə barədə qərardadı həmçinin o
hallarda ləğv edə bilər ki, qərardadda ərizəçinin iddia
qaldırması üçün müddət təyin edilmiş olsun və ərizəçi həmin
müddət ərzində iddia qaldırmasın. Məhkəmə bu müddəti
digər maraqlı şəxsin vəsatəti əsasında da təyin edə və bununla
da, ərizəçini iş üzrə qəti qərar qəbul olunması məqsədilə ad-
dımlar atmağa məcbur edə bilər. Əgər ərizəçi iddianın
qaldırılması istiqamətində heç nə etməzsə, təyin edilmiş
298


müddət bitdikdən sonra məhkəmə ərizəçinin müvəqqəti
xarakterli müdafiəyə ehtiyacının (hüquqi marağının) aradan
qalxdığına dair qənaətindən çıxış edəcəkdir. 
İPM-in 44.2-ci maddəsi tərəflərə də işin hüquqi və ya
faktiki hallarının dəyişməsi hallarında müvəqqəti xarakterli
müdafiə barədə qərardadın ləğvi, yaxud dəyişdirilməsi
haqqında vəsatət qaldırmaq hüququ verir. Misal üçün, əgər
evin sökülməsi barədə qərardan şikayət verildiyi hallarda
mübahisə predmetini təşkil edən ev özü-özünə uçarsa və
buna görə müvəqqəti xarakterli müdafiə icraatının predmeti
ola bilməzsə, müvəqqəti xarakterli müdafiə barədə qərardadın
əsası artıq aradan qalxmış olacaq. Belə halda proses iştirakçıları
işin faktiki hallarının dəyişməsi səbəbindən qərardadın ləğv
edilməsi ilə bağlı vəsatət qaldıra bilərlər. 
İPM-in 44.4-cü maddəsinə müvafiq olaraq, müvəqqəti
xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın
artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul
edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini
itirmiş sayılır. Məsələn, əgər iddiaçı əlverişsiz inzibati akta
qarşı axımı davam edən iddia müddətini buraxarsa, müvəqqəti
xarakterli müdafiə icraatı ilə bağlı qəbul edilmiş müsbət
qərar da ona kömək etməyəcək.
299


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə