Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə72/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   68   69   70   71   72   73   74   75   ...   98

• Ərizədə tələbin irəli sürülməsi;
• Müvəqqəti xarakterli müdafiə icraatının yol verilən ol-
ması;
• Əlverişsiz (ağırlaşdırıcı) inzibati aktın mövcudluğu;
• lazım gələrsə, İPM-in 40.4-cü maddəsində təsbit olunmuş
müddətə riayət edilməsi;
• İPM-in 35-ci maddəsindəki hüquqi yanaşmaya əsasən,
subyektiv hüquqların pozulma imkanı;
• inzibati aktdan şikayət verilməsi imkanının aradan qalx-
maması (məsələn, şikayət (iddia) vermə müddətinin
keçməməsi); 
• hüquqi müdafiə ehtiyacı (yəni inzibati aktın icra olunacağı
gözlənildiyinə görə müvəqqəti xarakterli müdafiəyə
ehtiyacın olması).
2. Ərizənin əsaslılığı
Ərizə o zaman əsaslı sayılır ki, işin faktiki və hüquqi hal-
larının səthi yoxlanılmasından sonra iş (iddia) üzrə icraatda
mübahisələndirmə haqqında iddianın böyük ehtimalla uğurlu
olacağı nəticəsinə gəlinsin. Beləliklə, bu zaman
mübahisələndirmə haqqında iddianın prinsiplərinə əsasən,
ilkin yoxlama baş verir.
3. Qərardadın nəticə hissəsi
İnzibati aktın icrasının dayandırılması haqqında İPM-in
80.2-ci maddəsinə əsasən daim əsaslandırılmalı olan qərardadın
nəticə hissəsi belə olur:
288


Cavabdehin ərizəçiyə qarşı «Saray» restoranının bağlanması
barədə 22 fevral 2010-cu il tarixli, iş nömrəsi … olan inzibati
aktının icrası dayandırılır. 
Məhkəmə xərcləri ilə bağlı qərar.
və ya
Cavabdehin ərizəçiyə qarşı «Saray» restoranının bağlanması
barədə 22 fevral 2010-cu il tarixli, iş nömrəsi … olan inzibati
aktının icrası o şərtlə dayandırılır ki, ərizəçi restoranı hər
gün təmizləyəcək ayrıca bir işçi götürsün.
Prosessual xərcləri ödəmək vəzifəsi cavabdehin üzərinə
qoyulur (inzibati aktın icrası müəyyən şərtlə (şərtlərlə)
dayandırıldıqda xərcləri ödəmək vəzifəsi qismən cavabdehin
üzərinə qoyula bilər). 
Ç. Müvəqqəti xarakterli müdafiə tədbirləri barədə 
qərardad (İPM-in 40 və 43-cü maddələri)
I. Ümumi məsələlər
İnzibati aktın icrasının dayandırılması barədə ərizədə
olduğu kimi, İPM-in inzibati məhkəmə icraatında mümkün
olan ayrı-ayrı iddia növlərinin sadalandığı 2-ci maddəsində
müvəqqəti xarakterli müdafiə tədbirləri barədə qərardad da
əksini tapmamışdır. Əslində bu məntiqidir, çünki İPM-in
40-cı və ondan sonrakı maddələrində nəzərdə tutulmuş
müvəqqəti xarakterli müdafiə icraatları iddia icraatları deyil,
ayrıca icraatlardır. İnzibati aktın icrasının dayandırılması
mübahisələndirmə haqqında iddianın qaydalarına əsaslandığı
halda, müvəqqəti xarakterli müdafiə tədbirləri barədə qərardad
öhdəliyin icrası, müəyyən hərəkətləri etməkdən çəkinmə və
289


məcburetmə haqqında iddialar üzrə icraatların yol verilən
müvəqqəti xarakterli müdafiə icraatı kimi qruplaşdırılır. 
İPM-in 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti
xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə
müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri et-
məkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək
barədə vəzifə qoya bilər. Normanın bu redaksiyası inzibati
orqanların istifadə edə biləcəyi istənilən fəaliyyəti əhatə
edir (məsələn, inzibati akt qəbul etmək, müəyyən pul
məbləğini ödəmək və ya tullantılara dözmək, yaxud mülkiyyət-
dən məhrumetməyə yönəlmiş hərəkətləri etməkdən çəkinmək).
Beləliklə, İPM-in 41-ci maddəsinə əsasən, inzibati aktın
icrasının dayandırılması əlverişsiz (ağırlaşdırıcı) inzibati
aktlarla məhdudlaşdığı halda, müvəqqəti xarakterli müdafiə
tədbirləri barədə qərardad inzibati orqanın qalan bütün digər
davranış imkanlarını əhatə edir. 
Burada xüsusi cəhət ondan ibarətdir ki, müvəqqəti xarakterli
müdafiə icraatı çərçivəsində üçüncü şəxslərin üzərinə də
vəzifələr qoyula bilər (bax: İPM-in 40.3-cü maddəsinin 2-ci
cümləsi). Qeyd olunan normada nəzərdə tutulmuş mənada
üçüncü şəxs dedikdə, inzibati orqanın davranışının hər hansı
bir şəkildə təsir etdiyi şəxs başa düşülür.
Misal:
Dövlət bir torpaq sahəsinin üzərindən yol çəkilməsini
planlaşdırır. Tikinti işlərinin ərizəçinin və onun qonşusu
olan üçüncü şəxsin torpaqlarına nə vaxt çatacağı məlum
deyil. Buna baxmayaraq, həm ərizəçi, həm də qonşusu
olan üçüncü şəxs torpaqlarının dövlət ehtiyacları üçün
290


alınması ilə əlaqədar mülkiyyətlərindən məhrum olmaq
təhlükəsi ilə üzbəüz qalıblar. Ərizəçi dolanışıq üçün
pul qazanmaq məqsədilə mülkiyyətçisi olduğu torpaqdan
daha bir mövsüm əkin sahəsi kimi istifadə etmək
istəyir. Lakin o, eyni zamanda hesab edir ki, əkin və
yığım vaxtı yetişəndə yol çəkmə işləri, yəqin artıq
onun torpaq sahəsinə də gəlib çatacaqdır. Ona görə də
ərizəçi yığım vaxtı başa çatana qədər ona məxsus
torpaq sahəsində tikinti işlərinin qadağan edilməsi
barədə qərardad qəbul edilməsi üçün ərizə ilə məhkəməyə
müraciət edir. Üçüncü şəxs isə, bunun əksinə olaraq,
tikinti işlərinin ona məxsus torpaq sahəsinə mümkün
qədər tez bir vaxtda çatmasına səy göstərir. Belə ki,
onun bu əraziyə artıq heç bir marağı yoxdur və
mülkiyyətdən məhrum edilməsi ilə bağlı tezliklə ona
kompensasiyanın ödənilməsini istəyir. 
Əgər məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirləri
barədə qərardadın qəbul edilməsinə dair ərizəni təmin edərsə,
deməli, üçüncü şəxs mülkiyyətdən məhrum etmə və kom-
pensasiyaya ödənilməsinə qədər gözləməli olacaqdır. Bununla
da məhkəmə dolayı yolla üçüncü şəxsin üzərinə tikinti
işlərini bir qədər də gözləmək vəzifəsi qoymuş olardı.
II. Mümkünlüyün yoxlanılması
İnzibati aktın icrasının dayandırılması və müvəqqəti xarak-
terli müdafiə tədbir(lər)i barədə qərardadın qəbul olunması
üçün nəzərdə tutulmuş şərtlər arasındakı mühüm fərq ondan
ibarətdir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə
291


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə