Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə70/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   66   67   68   69   70   71   72   73   ...   98

şəkildə yoxlamaması vacib məqamdır. Çünki burada söhbət,
mübahisələndirmə haqqında iddianın ehtimal olunan nəticəsinin
yalnız səthi olaraq yoxlanılmasından gedir. Müvəqqəti xarak-
terli müdafiə icraatında yoxlamanın həcmi iddia icraatındakı
yoxlama həcminə münasibətdə bütövlükdə azaldılmışdır.
Belə ki, əgər iddia icraatı zamanı İPM-in 68.1-ci maddəsinə
uyğun olaraq, məhkəmə heç bir əsaslı şübhənin qalmaması
üçün işin faktiki hallarının mövcudluğuna əmin olmalıdırsa,
müvəqqəti xarakterli müdafiə icraatında yalnız iddianın
uğurlu olacağı ilə bağlı böyük ehtimalın, yəni proqnozun
olması zəruridir. Böyük ehtimal o zaman mövcud olur ki,
məhkəmə obyektiv əlamətlər əsasında ərizəçinin iddia
icraatında qalib gələcəyini daha çox güman etsin. Müvəqqəti
xarakterli müdafiə icraatında yoxlama həcminin azaldılması
icraatın məcburən (mütləq) təcili xarakter daşımasından irəli
gəlir. Əgər hakim müvəqqəti xarakterli müdafiə barədə
ərizəyə iddia icraatındakı qaydada və orada tələb olunan
inam hissi ilə baxmalı olsaydı, ərizə üzrə icraatı başa
çatdırması üçün ona iddia icraatı üçün zəruri olan qədər
vaxt lazım olardı. Lakin müvəqqəti xarakterli müdafiə
icraatının tutduğu xüsusi yerə görə qanunverici məsələnin
bu cür həll edilməsini istəmir. Müstəsna olaraq səthi xarakter
daşıyan bu yoxlama tərəflərdən heç birinin ziyanına deyil,
çünki qəbul edilmiş qərar yalnız müvəqqəti xarakter daşıyır.
Yəni müvəqqəti xarakterli müdafiə icraatı başa çatdıqdan
sonra, onsuz da iddia icraatı başlayır ki, burada da hakim
işin faktiki və hüquqi hallarını tam araşdırdıqdan sonra onda
yaranmış daxili inam əsasında qərar qəbul etməlidir. İddia
icraatının sonunda hakimin müvəqqəti xarakterli müdafiə
280


icraatı üzrə çıxardığı qərardan fərqli qərar qəbul etməsi
tamamilə mümkündür. 
Beləliklə, İPM-in 41-ci maddəsinə əsasən, ərizə verilən
zaman hakim inzibati aktın maddi və formal hüquq normaları
baxımından qanuni olub-olmadığını ehtimal əsasında yoxlayır.
Bu zaman o, hüquqi mübahisəyə iddia icraatı çərçivəsində
qiymət veriləcəyi təqdirdə gözlənilən nəticəni yalnız təsəvvür
edir. Başqa sözlə, o icraatın konkret mərhələsindən asılı
olaraq qeyri-müəyyən və ya daha dəqiq ola bilən proqnoz
verir. Bu, həmçinin o deməkdir ki, hakim qərarın qəbul
edilməsi vaxtını uzadan sübutların araşdırılması prosesini
həyata keçirmir. İşin faktiki hallarını araşdırmaq üçün, bəzən
sübutların araşdırılması zəruri olduğundan hakim tez-tez
hüquqi mübahisənin necə nəticələnəcəyi barədə heç bir
tutarlı  proqnoz verə bilmir. Bu kimi hallarda məhkəmə
İPM-in 41.2-ci maddəsinə uyğun olaraq, ziddiyyətli
maraqların hərtərəfli qiy mət ləndirilməsindən sonra qərar
qəbul edir. Təbii ki, məhkəmənin bu cür hallarda qəbul
etdiyi qərarın iddia icraatından sonra səhv olduğunun aşkar-
lanması mümkündür. Lakin belə bir risk, onsuz da istənilən
məhkəmə icraatına xasdır. Bununla belə, qanunverici bu
riski hesablamış və bilərəkdən işin faktiki və hüquqi hallarının
yalnız ilkin araşdırılmasını nəzərdə tutmuşdur. Bundan başqa,
İPM-in 44.1-ci maddəsinə əsasən, hakim bunun üçün əsaslar
olduqda, istənilən zaman müvəqqəti xarakterli müdafiə
barədə qərardadı dəyişmək və ləğv etmək imkanına da
malikdir. 
Proqnoz verilərkən iddia icraatında hansı tərəfin hüquqi
mübahisəni ehtimal əsasında udacağı aydın olmazsa (məsələn,
281


araşdırmaya zərurət duyulması səbəbindən), hakim tərəflərin
maraqlarını qiymətləndirməlidir. Yəni iddia icraatının uğurluluq
şansları müvəqqəti xarakterli müdafiə icraatının hər iki
tərəfinin maraqları baxımından dəyərləndirməlidir. Belə ki,
vətəndaşın hüquqi statusuna müdaxilə nə qədər böyükdürsə,
onun inzibati aktın icrasının dayandırılmasına olan ehtiyacı
da bir o qədər böyük olacaqdır. Bu, xüsusilə çox məhdud-
laşdırıcı xarakter daşıyan qəti tədbirlərə aiddir (məsələn, əc-
nəbinin ölkədən çıxarılması və ya evin sökülməsi). Maraqların
qiymətləndirilməsi inzibati aktın icra olunduğu və iddia
icraatında onun qanunsuz olduğunun müəyyən edildiyi,
yaxud əksinə, inzibati aktın icra olunmadığı, lakin iddia
icraatında onun qanuni olduğunun müəyyən edildiyi hallarda
hansı tərəfə hansı həcmdə ziyan dəyə biləcəyinə dair sualın
cavabından asılı olaraq aparılır. Hər iki situasiya bir-biri ilə
müqayisə olunmalıdır. Məsələn, ərizəçi artıq ölkədən de-
portasiya olunubsa, gözlənilən ziyanın ona tam həcmdə dəy-
diyini söyləmək olar. 
V. İddia icraatı həyata keçirilmədən yekun hüquqi 
vəziyyətin önə çəkilməsi problemi
Müvəqqəti xarakterli müdafiə icraatının təbiətindən aydın
olur ki, hakim bu icraat çərçivəsində iddia icraatının keçir-
ilməsini mənasız edəcək qərar qəbul edə bilməz. Başqa
sözlə, o, yalnız yekun qərarla dəyişdirilməsi hələ mümkün
olan müvəqqəti, geri çağırıla bilən qərar qəbul edə bilər.
Ona görə də məhkəmə İPM-in 41.2-ci maddəsinin 3-cü
cümləsinə müvafiq olaraq, yekun hüquqi vəziyyət yaratmamaq
üçün inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması
282


barədə də qərar qəbul edə bilər. Bu cür şərtlərin müəyyən
olunması məhkəmənin diskresion səlahiyyətinə aid olan
məsələdir. Bu zaman məhkəmə, bir tərəfdən ərizəçinin
ərizəsini müəyyən mənada təmin etmək, digər tərəfdən isə,
işin vəziyyətini son qərardan asılı vəziyyətdə saxlamaq üçün
hansı şərtin (şərtlərin) məntiqi olmasını yoxlamalıdır. Misal
üçün, söhbət hər hansı bir pul məbləğinin ödənilməsindən
getdikdə, hakim həmin məbləğdə pulun girov qoyulması
barədə qərardad qəbul edə bilər. Uçma təhlükəsi qarşısında
olan bir evin sökülməsi barədə qərarla bağlı işdə isə, məhkəmə
inzibati aktın icrasını belə bir şərtlə dayandıra bilər ki, evə
kimsənin daxil ola bilməyəcəyi təmin edilsin.
İPM-in 41.2-ci maddəsinin 3-cü cümləsinə əsasən
məhkəmə şərti ilə bağlı misal:
İnzibati orqan ərizəçinin 10.000 manat məbləğində
dotasiyanı geri qaytarması barədə inzibati akt qəbul
etmişdir. O, ərizəçinin növbəti 10 gün müddətində
məbləği geri ödəməyəcəyi təqdirdə inzibati aktı icra
edəcəyi ilə bağlı (məsələn, iddiaçıya aid predmetləri
girov qoydurmaqla) xəbərdarlıq etmişdir. Ərizəçi onun
üçün əlverişsiz olan bu inzibati aktı qanunsuz hesab
edir və ona qarşı mübahisələndirmə haqqında iddia
qaldırır. Lakin işin faktiki hallarının çox mürəkkəb
olması səbəbindən bu iddiaya dair məhkəmə qərarının
qəbulu bir neçə ay çəkə bilər. Vəziyyətin ağırlaşa
biləcəyindən narahat olan ərizəçi dotasiyanın geri
ödənilməsi haqqında qərarın icrasının dayandırılması
barədə ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə
283


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə