Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə71/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   67   68   69   70   71   72   73   74   ...   98

tərəflərin maraqlarını qiymətləndirdikdən sonra ərizəni
təmin edir. Lakin o, inzibati aktın icrasının dayandırılması
üçün şərt qismində müəyyən edir ki, ərizəçi dotasiya
məbləğini girov qoymalıdır. Məqsəd, ərizəçinin dotasiya
məbləğini hansısa bir şəkildə «gözdən uzaqlaşdıraraq»
ödəniş qabiliyyətinə malik olmayan şəxsə çevrilməsinin
qarşısını almaqdır.
Ərizənin daxil olduğu andan məhkəmənin bu ərizəyə dair
qərar qəbul etməsinə qədərki müddət ərzində ərizəçinin
hüquqi statusunun təmin olunması məqsədilə məhkəmə İPM-
in 41.3-cü maddəsinə uyğun olaraq, inzibati orqanın üzərinə
inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə
dair öhdəlik qoya bilər. Bu, ən tez şəkildə telefon vasitəsilə
həyata keçirilə bilər. İşin materiallarında bu barədə qeyd
aparılması tövsiyə olunur. 
VI. İkili təsirə malik inzibati aktlara qarşı müvəqqəti 
xarakterli müdafiə icraatı (İPM-in 42-ci mad-
dəsi)
Bir çox hallarda bir inzibati aktın sanki iki tərəfi olur.
Belə ki, o, eyni zamanda bir şəxs üçün əlverişli, digəri üçün
isə əlverişsiz vəziyyət yarada bilər. İPM-in 42-ci maddəsində
müəyyən edilir ki, başqa şəxsə ünvanlanmış və həmin şəxs
üçün əlverişli olan inzibati akta qarşı üçüncü şəxslər də
inzibati aktın icrasının dayandırılması və ya onların
hüquqlarının qorunması məqsədilə digər təminat tədbirlərinin
görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilərlər.
İkili təsirə malik inzibati aktlara qarşı müvəqqəti xarakterli
284


müdafiə adlanmasına baxmayaraq, İPM-in 42.2-ci maddəsinə
əsasən, bu situasiyalarda da inzibati aktın icrasının dayandırıl-
ması haqqında qərardadın qəbulu ilə bağlı həmin Məcəllənin
41-ci maddəsində təsbit edilmiş müddəalar tətbiq olunur.
Digər müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı hansı
müddəaların tətbiq olunmasını isə İPM-in 42-ci maddəsi
tənzimləmir. Lakin güman etmək olar ki, belə hallarda
analogiya qaydasında İPM-in 43-cü maddəsi tətbiq oluna
bilər.
Misal:
Bir şəxs 5 metr hündürlüyə malik evinin hündürlüyünü
daha 5 metr artırmaq barədə tikintiyə icazə alır. Onun
qonşusu buna heç də sevinmir, çünki bu vaxta qədər
onun evindən Xəzər dənizinə açılan gözəl mənzərə
qonşusunun evinin hündürlüyünün artırılması ilə yox
olacaqdır. Tikinti ustaları divarları hörmək üçün işə
başlayırlar. Qonşu bu tikintinin qarşısını almaq istəyir.
O, bunu İPM-in 42-ci maddəsinə uyğun olaraq tikintinin
sifarişçisinə verilmiş və onun üçün əlverişli olan tikinti
icazəsinin icrasının dayandırılması barədə məhkəməyə
ərizə verməklə edə bilər (bundan başqa o, mütləq bu iş
üzrə mübahisələndirmə haqqında iddia da qaldırmalıdır.
Çünki təkcə inzibati aktın icrasının dayandırılması
haqqında ərizə verilməsi inzibati aktın qanuni qüvvəyə
minməsinin qarşısını ala bilməz).
285


VII. Növbəti addımlar: iddia icraatı ilə əlaqə
Müvəqqəti xarakterli müdafiə icraatının həyata keçirilməsi
və bununla bağlı qərar qəbul edilməsi hələ ərizəçinin
məhkəmədəki fəaliyyətinin sona çatması demək deyil. Belə
ki, o, inzibati aktın icrasının dayandırılması ilə bağlı icraatda
yalnız müvəqqəti qərar əldə edir və bu qərarın davam edən
iddia müddətinin axımına heç bir təsiri yoxdur. Əgər vətəndaş
inzibati aktın mübahisələndirilməsi ilə bağlı müddəti buraxarsa,
müvəqqəti xarakterli müdafiə barədə qərarın əhəmiyyəti itir.
İPM-in 44.4-cü maddəsinə uyğun olaraq, müvəqqəti xarakterli
müdafiə barədə qərardad ən geci inzibati aktın artıq
mübahisələndirilə bilmədiyi gün öz qüvvəsini itirmiş sayılır. 
VIII. İPM-in 41-ci və 42-ci maddələrinə əsasən 
müvəqqəti xarakterli müdafiə icraatında 
hüquqi müdafiə vasitələri
İPM-in 41.5-ci maddəsi inzibati aktın icrasının dayandırıl-
ması barədə ərizənin təmin edilməməsi (təmin edilməsi
yox!) haqqında məhkəmə qərardadından şikayət vermə
imkanını nəzərdə tutur. Yəqin ki, bu hüquq məhkəmənin
İPM-in 44.1-ci maddəsinə əsasən müvəqqəti xarakterli
müdafiə barədə qərardadı ləğv etdiyi hallara da şamil olunur. 
Lakin inzibati aktın icrasının dayandırılması, yəni buna
dair ərizənin təmin edilməsi barədə qərardadlardan şikayət
verilməsi mümkün deyil. Bununla belə, görünür, apellyasiya
məhkəmələrinin təcrübəsində bu normaya çox da ciddi
yanaşılmır və İPM-in 83-cü maddəsinə əsaslanaraq inzibati
aktın icrasının dayandırılması barədə qərardadlardan verilən
şikayətlər də mümkün hesab olunur. Bununla bağlı qanun-
286


vericiliyə (Almaniyada olduğu kimi) dəyişiklik edilməsi
tövsiyə olunur. Bundan başqa, İPM-in 41.5-ci maddəsində
nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrinin məhdud-
laşdırılması yəqin ki, təkcə iki tərəfin (iddiaçı və cavabdeh)
mövcud olduğu hallara şamil olunmur. Belə ki, yuxarıda
göstərilən misalda olduğu kimi, icraatda üçüncü şəxsin
iştirak etdiyi halda məhkəmə qərarı ya qonşu, ya da inzibati
aktın onun üçün əlverişli vəziyyət yaratdığı tikinti sahibinin
maraqlarına mənfi təsir göstərəcəkdir. Bu kimi hallarda,
yəni məhkəmə üçüncü şəxsin ərizəsi əsasında tikintiyə
icazənin icrasını dayandırdıqda tikinti sahibinin də bundan
şikayət vermək hüququ olmalıdır. Lakin qanun bunu aşkar
şəkildə tənzimləmədiyindən qanunun analogiya qaydasında
tətbiqi və ya qanunvericiliyin müvafiq qaydada dəyişdirilməsi
barədə düşünmək lazımdır. 
IX. İnzibati aktın icrasının dayandırılması 
barədə ərizənin yoxlanılma sxemi
Yuxarıda qeyd olunanları nəzərə alaraq inzibati aktın
icrasının dayandırılması barədə ərizənin yoxlanılması üçün
aşağıdakı növbəliliyə əsaslanan sxem təklif etmək olar. Bu
sxemdə əksini tapmış şərtlərin əksəriyyəti ilə iddia icraatındakı
şərtlər arasında fərq mövcud deyil:
1. Ərizənin mümkünlüyü
• Məsələnin, ümumiyyətlə inzibati məhkəmənin səlahiyyət-
inə aid olması; 
• Ərizənin səlahiyyətli inzibati məhkəməyə verilməsi;
287


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə