Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə73/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   69   70   71   72   73   74   75   76   ...   98

qərardadın qəbul olunmasına dair ərizədə ərizəçi sadə, əsaslı
olmayan tələb göstərməklə kifayətlənə bilməz. İPM-in 43.2-
ci maddəsinə müvafiq olaraq, ərizəçi ilkin təcili tənzimləmənin
zəruri olmasını və maddi tələbinin mövcud olması ehtimalını
məhkəməyə aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir.
Bu, o deməkdir ki, ərizəçi hüquqi müdafiə üçün iddia
icraatının nəyə görə yetərli olmadığını, yəni «faktlar yaradıl-
mamışdan» əvvəl nə üçün müvəqqəti xarakterli müdafiə
tədbirlərinin görülməli olmasını təsvir etməlidir. Yəni
sözügedən hallarda mövcud vəziyyətin dəyişəcəyi təqdirdə
ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı
və ya xeyli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcud olmalıdır.
Bir qayda olaraq, belə situasiyalarda vəziyyətin təcili olması
səbəbindən ərizəçidən məhkəmədən əvvəl inzibati orqana
müraciət etməyi tələb etmək mümkün deyil. 
Misal:
Artur ona çox böyük ehtiyac duyduğu sosial yardımın
veriləcəyi barədə qərar alır. Buna baxmayaraq, sosial
təminat idarəsi ödəməni həyata keçirmir. Pul Artura
təcili lazım olduğu üçün o, İPM-in 43-cü maddəsinə
əsasən, müvəqqəti xarakterli müdafiə tədbirləri barədə
qərardadın qəbuluna dair ərizə verə bilər. Həmin ərizəni
o, İPM-in 43.2-ci maddəsinə uyğun olaraq aydın şəkildə
əsaslandırmalıdır. Yəni Artur inzibati orqanın prinsip
etibarilə ona sosial yardımın ödənilməsinə razılıq
verdiyini, lakin ödənişi etməməsini və bu pula ehtiyacı
olduğu üçün ona zərər dəydiyini bildirməlidir. Burada
İPM-in 43-cü maddəsi ona görə tətbiq olunur ki, sosial
292


yardımın ödənilməsində söhbət hər hansı bir inzibati
aktın qəbulundan deyil, inzibati orqanın İİQ-nin 1.2-ci
maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli
fəaliyyətindən gedir. Məhkəmə Arturun iddia icraatında
çox güman ki, öhdəliyin icrası haqqında iddia ilə qalib
gələ bilib-bilməyəcəyini yoxlayır. Bu böyük ehtimalla
mümkündür, çünki yuxarıda qeyd edilən və əlverişli
olan inzibati akt Artura pulun ödənilməsini tələb etmək
hüququ verir. İlkin təcili tənzimləmə zərurəti də mövcud-
dur. Qeyd olunanlara əsasən, məhkəmə müvəqqəti
xarakterli müdafiə icraatı qaydasında sosial təminat
idarəsinin üzərinə Arturun sosial yardımını ödəmək
vəzifəsi qoya bilər.
Lakin məhkəmənin yekun qərar qəbul edə bilməməsinə
görə inzibati orqanın üzərinə yalnız müəyyən bir vaxt üçün
ödənişlərin həyata keçirilməsi öhdəliyi qoyula bilər. Yəni
Artura yalnız iddia icraatı üçün zəruri olan müddət ərzində
hüquqi ziyan vurulmamalıdır. Ona görə də ödənişlərin bir
neçə həftə və ya ay üçün həyata keçirilməsi məqsədəuyğundur.
Eyni qayda, mehmanxana tikintisi üçün Artura 10.000 manat
məbləğində dotasiya ayrıldığı, lakin inzibati orqanın ödənişi
həyata keçirmədiyi (inzibati icraat zamanı Arturun səhv
məlumatlar verməsi səbəbindən inzibati aktı ləğv etmək
istədiyinə görə) hallara da şamil olunur. Hazırda tikinti
işlərinin aparılması üçün ən əlverişli vaxt olduğundan və
Artur mehmanxananı bir neçə aydan sonra açmalı olduğuna
görə (çünki yay ayları üçün mehmanxanada otaqlar artıq
sifariş edilmişdir) o, elə indidən tikinti işlərinə başlamaq
293


istəyir. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirləri
üzrə qərardad icraatında, əgər ərizənin ilkin yoxlanılmasından
sonra inzibati orqanın dotasiyanı ödəməli olduğu baxımından
böyük ehtimalın mövcud olması nəticəsinə gələrsə, inzibati
orqanın üzərinə 10.000 manatın ödənilməsi haqqında öhdəlik
qoya bilər. Bundan sonra Artur tikinti işlərinə başlaya bilər.
Lakin iddia icraatının onun üçün uğursuzluqla nəticələnməsi
də mümkün olduğundan tikinti işlərinin məhkəmənin iddia
icraatı üzrə yekun qərarı çıxarılmasından əvvəl başlanılması
Artur üçün həm də riskə getmək demək olardı.
Müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad
ərizəçiyə yekun hüquqlar vermədiyindən və artıq adından
da göründüyü kimi, hüquq münasibətlərinə sadəcə müvəqqəti
təsir göstərdiyindən ərizəçinin öz hüquqlarını iddia icraatında
qorumaq imkanı var. Çünki müvəqqəti xarakterli müdafiə
tədbiri barədə qərardadda söhbət, məhz müvəqqəti olaraq
müəyyən edilən qaydadan gedir. Bununla belə, müvəqqəti
xarakterli müdafiə tədbiri barədə qərardadın qəbuluna dair
ərizənin verilməsi üçün, əgər məhkəmə hər hansı müddət
müəyyən etməmişdirsə, heç bir müddət yoxdur. Çünki
inzibati aktın icrasının dayandırılması barədə icraatdan fərqli
olaraq, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə
icraat zamanı ortada əlverişsiz inzibati akt olmur. İcraatı
sürətləndirmək və qaydanın müvəqqəti xarakter daşımasını
aydın şəkildə göstərmək üçün məhkəmənin müvəqqəti xarak-
terli müdafiə tədbirinin tətbiqini nəzərdə tutan qərardadında
eyni zamanda ərizəçinin iddia qaldırması üçün müddət təyin
edilməsi məsləhət görülür. Əgər məhkəmə müddət təyin et-
məzsə, o, İPM-in 44.1-ci maddəsinə uyğun olaraq müvəqqəti
294


müdafiə barədə qərardadı ləğv də edə bilər (ərizəçi iddia
qaldırılması üçün çox gözlədiyi və situasiyanın onun üçün
artıq təcili olmadığı güman edilən hallarda). Bundan sonra
nəinki ümumi hüquqi müdafiə ehtiyacı, həm də ərizənin
əsaslı olması üçün lazım olan şərtlərdən biri də aradan
qalxmış olur. 
III. Ərizənin əsaslılığı
Məhkəmə ərizəçinin istəyini nəzərə almaqla ərizəni
müəyyən bir iddia növünə aid etməlidir ki, sonradan müvafiq
iddia növünün ehtimalla uğurlu olub-olmayacağını yoxlaya
bilsin. Lakin, artıq qeyd olunduğu kimi, bu, yalnız məcburetmə
və ya öhdəliyin icrası haqqında iddia ola bilər. Müəyyən
etmə haqqında iddialarda isə, müvəqqəti müəyyən etmə
haqqında qərardadların qəbulunu təsəvvür etmək çətindir.
Ümumi mümkünlük şərtlərinin mövcud olması zərurəti
ilə yanaşı, müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərar-
dadın qəbuluna dair ərizə İPM-in 43.1.1, 43.1.2-ci maddələrinə
əsasən, o zaman əsaslı sayılır ki, ərizənin səthi yoxlanıl-
masından sonra ərizəçinin maddi hüquq baxımından inzibati
orqanın arzu edilən hərəkətini tələb etmək hüququnun olması
(buna görə də iddia icraatında iddianın böyük ehtimalla
uğurlu olacağı) ehtimal edilsin. Bu tələb hüququ əksər
hallarda maddi hüquq normalarından irəli gəlir. Azərbaycanda
maddi inzibati hüquq normaları yeni inzibati hüquqa hələ
tam uyğunlaşdırılmadığından tələb hüququ müəyyən hallarda
inzibati icraatın ümumi prinsipləri əsasında da yarana bilər.
Ümumi olaraq tələb hüququnun İİQ-nin 17-ci maddəsində
təsbit edilmiş mütənasiblik prinsipindən, 12-ci maddəsində
295


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə