Аня 2013 Layout 1


Ç. Konstitusiya Məhkəməsinə sorğu



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə67/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   63   64   65   66   67   68   69   70   ...   98

Ç. Konstitusiya Məhkəməsinə sorğu 
göndərmək vəzifəsi
İPM-in 124-cü maddəsi apellyasiya instansiya
məhkəməsinin hüquqi mübahisə çərçivəsində Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsində nəzərdə
tutulmuş və mübahisə ilə bağlı işin həlli üçün əhəmiyyət
kəsb edən normativ hüquqi aktlardan hər hansı birinin Azər-
baycan Respublikasının Konstitusiyasına zidd olduğunu
güman etdiyi halı tənzimləyir. Apellyasiya məhkəməsi Kon-
stitusiyaya zidd hər hansı bir normanı tətbiq edə bilməz. O,
hər hansı bir normativ hüquqi aktın Konstitusiyaya uyğun
olub-olmaması məsələsini özü də həll edə bilməz. Bu
səbəbdən, qeyd olunan hallarda İPM-in 124-cü maddəsinə
müvafiq olaraq apellyasiya məhkəməsindəki iş üzrə icraat
dayandırılmalı və Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin III hissəsinə əsasən, müvafiq aktın Azər-
baycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə
Ali Məhkəmə vasitəsilə Konstitusiya Məhkəməsinə sorğu
göndərilməlidir. Bu normanın, onun mətninə əsasən, yalnız
apellyasiya məhkəmələrindəki hüquqi mübahisələrə və yalnız
normativ xarakterli aktların qanunauyğunluğunun
mübahisələndirilməsi üzrə icraatlara tətbiq edilib-edilməməsi
sual doğurur. Belə ki, digər məhkəmələr də konstitusiyaya
zidd normaları tətbiq etməməli olduqlarından sözügedən
maddənin analogiya qaydasında digər məhkəmələr tərəfindən
baxılan hüquqi mübahisələrə tətbiq edilməsi məntiqi hesab
olunur.
268


Yeddinci fəsil 
MƏHKƏMƏ  QAYDASINDA  TƏTBİQ  EDİLƏN
MÜVƏQQƏTİ  XARAKTERLİ  MÜDAFİƏ 
T Ə D B İ R L Ə R İ
(İPM-in 40-cı və ondan sonrakı maddələri)
A. Fərqləndirmə və icraatla bağlı ümumi məsələlər 
Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə
icraat (bundan sonra – müvəqqəti xarakterli müdafiə icraatı)
iddia icraatından tamamilə ayrı aparılan (ya əvvəl, ya da
eyni vaxtda) bir icraatdır. Müvəqqəti xarakterli müdafiə
icraatının müstəqilliyi özünü həm də məhkəmənin iki iş
nömrəsi açmasında büruzə verir. İddia icraatının aparılmasına,
bir qayda olaraq, çox uzun vaxt tələb olunur. Bu, xüsusilə
məhkəmənin İPM-in 12-ci maddəsinə əsasən işin hallarını
özünün araşdırmalı olması ilə əlaqədardır. Lakin təcili
hallarda proses iştirakçılarının imkanları, təkcə iddia icraatı
üzrə çıxarılacaq məhkəmə qərarını gözləməklə məhdudlaş-
mamalıdır. Çünki elə hüquqi mübahisələr mövcuddur ki,
onlarla bağlı yekun məhkəmə qərarının qəbul olunmasına
qədər tez (müvəqqəti də olsa) həlletmə tələb olunur. Bu
tələb, xüsusilə ondan irəli gəlir ki, inzibati akta qarşı qaldırılan
iddia təxirəsalıcı qüvvəyə malik deyil, yəni o, inzibati aktın
icrasının qarşısını almır (bax: İİQ-nin 76.1-ci maddəsi, eləcə
də İPM-in 41.1-ci maddəsi). Ona görə də İPM-in 40-cı mad-
dəsində nəzərdə tutulmuşdur ki, maraqlı şəxs inzibati aktın
269


icrasının dayandırılması və ya iddianın təmin edilməsinə
yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizə
ilə məhkəməyə müraciət edə bilər. 
MÜHÜM QEYD: Məhkəmə hər bir iddia ərizəsində
müvəqqəti xarakterli müdafiəyə dair (ola bilsin ki, ilk
baxışdan görünməyən) istəyin olub-olmamasını yoxlamalıdır!
Misal üçün, əgər iddiaçı inzibati orqanın onun evinin
sökülməsi barədə qərarından şikayət verirsə və eyni zamanda,
məhkəmə qərarının çıxarılacağı günə qədər evində qalmaq
istədiyini bildirirsə, onun hüquqi müdafiə marağının düzgün
təfsiri halında bu, o demək olacaqdır ki, o, iddia ilə birlikdə
müvəqqəti xarakterli müdafiə barədə ərizə də vermişdir.
Həmin ərizəyə ayrıca baxılmalı və onun barəsində ayrıca
qərar qəbul edilməlidir. Belə hallarda, əmin olmaq üçün id-
diaçıdan onun (həmçinin) müvəqqəti xarakterli müdafiə arzu
edib-etmədiyini soruşmaq tövsiyə olunur. 
İPM-in 40.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə
(burada söhbət iddia üzrə icraatı aparan məhkəmədən gedir)
müvəqqəti xarakterli müdafiə tədbiri qismində inzibati
orqanın üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən
hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə
dözmək barədə vəzifə qoya bilər. Əgər maraqlı şəxs, əvvəlcə
müvəqqəti xarakterli müdafiə barədə ərizə veribsə və davam
edən müvəqqəti xarakterli müdafiə icraatı çərçivəsində iddia
veribsə, bu, müvəqqəti xarakterli müdafiə icraatını aradan
qaldırmır. İddiaya dair məhkəmə qərarının qəbul edilməsi
üçün, bir qayda olaraq, müvəqqəti xarakterli müdafiə barədə
ərizəyə dair qərarın qəbulundan daha çox vaxt tələb olunur.
Bu səbəbdən, maraqlı şəxs üçün hüquq münasibətlərinin
270


müvəqqəti həllinə nail olmaqla bağlı hüquqi müdafiə marağı
daim mövcud olur. 
Beləliklə, mühüm məsələ qismində nəzərə alınmalıdır ki,
inzibati şikayətin verilməsi və ya iddia qaldırılması Al-
maniyanın inzibati hüququndakı qaydalardan fərqli olaraq,
inzibati orqanların qəbul etdikləri aktları icra etməsi üçün
maneə törətmir. Başqa sözlə, vətəndaşın şikayət verməsi
inzibati aktın icrasının qarşısının alınmasında ona heç də
kömək etmir (istisna hallar açıq şəkildə qanunda göstərilmə-
lidir). Yuxarı inzibati orqana inzibati şikayət verilən hallarda,
barəsində şikayət verilmiş inzibati aktın dərhal icra olunması
İİQ-nin 76.1-ci maddəsindən irəli gəlir. Bu müddəaya əsasən,
inzibati şikayətin verilməsi şikayət olunan inzibati aktın
icrasını dayandırmır. İPM-in 41.1-ci maddəsinə müvafiq
olaraq, inzibati aktın mübahisələndirilməsinə dair iddianın
qaldırılması da həmin inzibati aktın icrasını dayandırmır.
Buradan aydın şəkildə görünür ki, şikayətin verilməsi ilə
vətəndaşın hüquqi vəziyyətində, əvvəlcə heç bir dəyişiklik
yaranmır. Ona görə də inzibati orqanın qanunsuz aktlarının
icrası vasitəsilə dəyəcək ziyanın qarşısını almaq üçün
vətəndaş, əgər inzibati orqanın inzibati aktı icra etməklə,
artıq məhkəmə qərarının çıxarılmasına qədər «faktlar yarat-
maq» qorxusu üçün əsaslar mövcuddursa, müvəqqəti xarakterli
müdafiə barədə ərizə ilə məhkəməyə müraciət etməlidir. 
Maraqlı şəxsin inzibati aktdan yuxarı inzibati orqana
inzibati şikayət verməsinə baxmayaraq, müvəqqəti xarakterli
müdafiə barədə ərizə daxil olduqda problem yarana bilər.
İPM-in 40.4-cü maddəsinin 1-ci cümləsi bu kimi hallarda
yuxarı inzibati orqana müvəqqəti xarakterli müdafiəyə dair
271


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə