Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə64/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   60   61   62   63   64   65   66   67   ...   98

davam edir və icra üçün hüquqi əsas rolunu oynayır. Misal
üçün, əgər inzibati orqan iddiaçıya qarşı rüsum ödəməklə
bağlı qərar qəbul edib bunu icra edərsə, özlüyündə inzibatı
aktın mövcudluğu davam edir. Belə ki, sözügedən inzibati
akt inzibati orqanın iddiaçıdan aldığı rüsumu özündə saxlaya
bilməsi üçün hüquqi əsas qismində çıxış edir. İddiaçı həmin
aktın ləğvinə nail olmaq üçün ona qarşı mübahisələndirmə
haqqında iddia qaldırmalıdır.
Qeyd olunan hallarda da xüsusi müəyyənetmə marağı
mövcud olmalıdır. Yuxarıda qeyd olunduğu kimi, belə bir
maraq iddiaçının reabilitasiya marağına (ictimai nüfuza ciddi
ziyan vurulduqda və bunun təkrarlanma təhlükəsi mövcud
olduqda) malik olduğu zaman mövcud olur. Müəyyən etmə
haqqında iddianın bu növü üçün hər hansı bir müddət məh-
dudiyyəti və ya iddianın mahiyyəti üzrə qərar qəbul edilməsi
üçün ümumi xarakterli müəyyən etmə haqqında iddiadakından
fərqli şərtlər nəzərdə tutulmamışdır. 
Bu cür iddialar üzrə çıxarılan məhkəmə qərarlarının nəticə
hissəsi ilə bağlı da fərqli qaydalar mövcud deyil. 
Misal:
Nümayiş zamanı qarşıdurma yaranır və polis müdaxilə
etməli olur. İddiaçı gəzinti zamanı tam təsadüf nəticəsində
nümayişin içinə düşmüş yoldan keçən bir şəxsdir. Polis
iddiaçını müvəqqəti olaraq saxlayır. İddiaçının işə
götürəni işçisinin nümayişdə iştirak etməsi barədə
məlumat alır və düşünür ki, yəqin onun nümayiş
zamanı zorakı davranması polisin müdaxiləsinə səbəb
olmuşdur. Bu, işə götürəni hiddətləndirir. İddiaçının
256


həqiqətə uyğun olaraq nümayiş iştirakçısı olmadığını
bildirməsinə baxmayaraq, işə götürən ona inanmır və
onu işdən çıxaracağı ilə hədələyir. İddiaçı işəgötürəninə
münasibətdə hüquqlarının və nüfuzunun bərpa olun-
masını istəyir.
Bu halda iddiaçının polis idarəsinin inzibati aktının ləğv
edilməsi ilə bağlı mübahisələndirmə haqqında iddia qaldır-
masının əhəmiyyəti olmazdı. Çünki belə bir inzibati akt
mövcud deyil, o, artıq icra olunmuşdur (aradan qalxmışdır).
Lakin iddiaçı müəyyən etmə haqqında iddia qaldıraraq,
sonda məhkəmənin çıxardığı qərarı işə götürəninə göstərə
və öz nüfuzunu yenidən bərpa edə bilər.
III. İnzibati aktın işin məhkəmə icraatına qəbul
edilməsindən sonra icra olunması (İPM-in 72-ci
maddəsi)
İPM-in 72-ci maddəsində təsbit edilmiş iddia isə, texniki
baxım dan mübahisə doğuran inzibati aktın aradan qalxması
səbəbindən əhəmiyyətini itirmiş mübahisələndirmə haqqında
iddianın davamı sayılır. Sözügedən iddia növünə müraciət
edə bilmək üçün iddiaçı artıq yol verilən qaydada
mübahisələndirmə haqqında iddia qaldırmış olmalıdır. Çünki
mümkün sayılmayan mübahisələndirmə haqqında iddiadan
heç bir halda mümkün müəyyən etmə haqqında iddia (buna
davam etmə üçün müəyyən etmə haqqında iddia deyilir)
yarana bilməz. Qeyd olunanlardan başqa, işin məhkəmənin
icraatına daxil olmasından sonra inzibati orqan müvafiq
inzibati aktı ləğv etmiş olmalı, yaxud həmin inzibati akt
257


başqa səbəblərdən qüvvədən düşmüş olmalıdır. Normal halda
bu, hüquqi müdafiə marağının aradan qalxması və bununla
da iddianın mümkün sayılmaması ilə nəticələnərdi. İnzibati
aktın qanunsuz olmasının müəyyən edilməsinə dair vəsatət,
barəsində artıq bəhs edilmiş geri götürmə və ya həll olunma
(aradan qalxma) barədə bəyanatla yanaşı, imkanlardan birini
təşkil edir.
IV. Subsidiarlığın tələb olunmaması
İPM-in 36-cı maddəsində müəyyən etmə haqqında iddia
ilə bağlı tənzimlənmiş hallardan fərqli olaraq, İPM-in 72-ci
maddəsinə əsasən işin məhkəmə icraatına daxil olmasından
sonra inzibati aktın aradan qalxmasının müəyyən edilməsinə
dair iddia digər iddia növlərinə münasibətdə subsidiar xarakter
daşımır (bax: İPM-in 36.4-cü maddəsi). Bu da məntiqidir,
çünki inzibati aktın işin məhkəmənin icraatına daxil olmasından
sonra qanunsuz sayılmasının müəyyən edilməsi, əslində
artıq mövcud olan mübahisələndirmə haqqında iddianın
davamıdır. 
Lakin hər hansı bir inzibati aktın qanunsuz olmasının
müəyyən edilməsi üçün şərt ondan ibarətdir ki, iddiaçı işin
mahiyyəti üzrə qərar qəbul edilən an qanunsuz olmanın
müəyyən edilməsində haqlı marağa malik olsun. Əgər belə
bir maraq mövcud deyilsə, onda məhkəmənin işin mahiyyəti
üzrə qərar qəbul etməsi üçün heç bir əsas olmayacaqdır.
Başqa sözlə, iddiaçının hüquqları nəzərə alınmaqla işin
mahiyyəti üzrə qərarın qəbul edilməsinə yalnız o zaman
ehtiyac duyulur ki, həmin qərar iddiaçı üçün faydalı olsun.
Müəyyən etmə haqqında iddiaya dair çıxarılmış məhkəmə
258


qərarı hansısa bir şəkildə iddiaçının hüquqi vəziyyətini
yaxşılaşdırmaq üçün münasib olmalıdır. Prinsip etibarilə
belə bir münasiblik İPM-in 36-cı maddəsində təsbit edilmiş
müəyyən etmə haqqında iddiaya münasibətdə nəzərdə
tutulmuş müəyyən etmə marağının olduğu hallarda mövcud
olur.
V. Müəyyən etmə haqqında iddiaya dair məhkəmə 
qərarının nəticə hissəsinin tərtib edilməsi
Müəyyən etmə haqqında iddiaya dair məhkəmə qərarının
nəticə hissəsi ilə bağlı xüsusi qayda yoxdur. Qərarın nəticə
hissəsi inzibati aktın nə üçün qanunsuz olması deyil, yalnız
onun qanunsuz olmasının müəyyən edilməsi barədə olur.
Almaniyada İPM-in 72-ci maddəsinə uyğun olan müddəanı
analogiya qaydasında məcburetmə haqqında iddiaya da tətbiq
etmək olur. Məsələn, tikintiyə icazənin verilməsi ilə bağlı
qaldırılmış məcburetmə haqqında iddia icraatının gedişində
inzibati orqan tikintiyə icazəni verərsə, iddiaçı müvafiq tələb
hüququna malik olmasının müəyyən edilməsi ilə bağlı vəsatət
təqdim edə bilər. Burada da şərt, onun bununla bağlı müəyyən
etmə marağının olmasıdır (məsələn, təkrar olunma təhlükəsinin
mövcudluğuna görə). 
Ğ. Qarşılıqlı iddia
İPM-in 53-cü maddəsində təsbit edilmiş qarşılıqlı iddia
Almaniyanın mülki işlər üzrə məhkəmə təcrübəsindən fərqli
olaraq, inzibati işlər üzrə məhkəmə təcrübəsində demək olar
ki, heç bir rol oynamır. Bu, çox güman ki, inzibati işlər üzrə
Azərbaycanın hüquq həyatında da belə olacaq. Çünki ən
259


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə