Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə61/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   57   58   59   60   61   62   63   64   ...   98

məsələlər və ya hüquq münasibətinin ünsürləri, xüsusilə,
hüquq münasibətinin ibarət olduğu ayrı-ayrı dispozisiya ün-
sürləri hüquq münasibəti sayılmır (məsələn, hakimin hakim
vəzifəsinə təyin olunması üçün zəruri yaş həddinə çatıb-çat-
maması, yaxud vətəndaşın nəqliyyat vasitəsini idarə etmək
üçün yararlı olub-olmaması). 
Hüquq münasibətləri müxtəlif yollarla meydana gələ
bilər. Bu, xüsusilə qanun (məsələn, qanun əsasında vətən-
daşlığın əldə edilməsi) və inzibati akt (hakim təyin olunma,
sürücülük vəsiqəsinin verilməsi) vasitəsilə baş verə bilər. 
Hüquq münasibətləri əvvəllər mövcud ola və qərar qəbul
edilən an artıq başa çata, hazırda mövcud ola və ya (nadir
hallarda) gələcəkdə yarana bilər. Hüquq münasibəti, yalnız
barəsində qərar qəbul edilməli faktiki hal üçün həlledici
əhəmiyyətə malik olmalı və iddiaçının hüquqlarına təsir
göstərməlidir.
2. Müəyyən etmə marağı
Müəyyən etmə haqqında iddianın mümkün sayılması
üçün növbəti şərt, iddiaçının həmin münasibətlərin qısa
müddətdə müəyyən edilməsində kifayət qədər marağının
olmasıdır.  Müəyyən etmə marağı hüquqi, iqtisadi və ya
ideya xarakterli ola bilər (bax: İPM-in 36.3-cü maddəsi).
Məlum olduğu kimi, istənilən iddianın qaldırıla bilməsi
üçün iddiaçının hüquqi müdafiəyə ehtiyacı olmalı və onun
öz istəyinə daha sadə, daha tez və daha az məsrəf sərf
etməklə nail olması mümkün olmamalıdır. İPM-in 36.3-cü
maddəsi əlavə olaraq xüsusi müəyyən etmə marağının
olmasını tələb etməklə, ümumi xarakter daşıyan hüquqi
244


müdafiə ehtiyacını konkretləşdirir. Müəyyən etmə marağı,
məhz konkret mübahisə predmetinə və prosesdə iştirak edən
tərəflərə münasibətdə mövcud olmalıdır. Bu cür maraq o
halda mövcud olur ki, məhkəmənin qərarı cavabdehə müna-
sibətdə iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıra bilsin.
Belə bir hal, misal üçün, o zaman yarana bilər ki, İİQ-nin
65-ci maddəsinə əsasən etibarsız inzibati akt mövcud olsun,
lakin inzibati orqan onun etibarlı (bax: İİQ-nin 64.1-ci
maddəsi) və qanuni olduğunu bildirsin. Müəyyən etmə
marağının mövcud olub-olmamasını müəyyənləşdirmək üçün
mübahisəli hüquq münasibəti konkret nəzərdən keçirilməlidir. 
Mövcud hüquq münasibəti üzrə müəyyən etmə marağı
iddiaçının hüquqi vəziyyəti barədə onda yaranmış qeyri-
əminlik və ya qeyri-müəyyənliklə bağlı olmalıdır.
Misal:
İnzibati orqanın fikrincə, iddiaçı gigiyena qaydalarını
daim pozduğuna görə restoranını qanunazidd olaraq
işlədir. Belə olan halda, iddiaçı inzibati orqanın inzibati
aktla onu restoranı işlətmək icazəsindən məhrum
etməsini gözləməməlidir. Əksinə, bu cür vəziyyətdə o,
restoranı işlətmək üçün bütün şərtləri yerinə yetirdiyinin
müəyyən olunması haqqında iddia qaldıra bilər. 
Şəxs dövlət qulluqçusu təyin olunduğuna dair sənədi
almasına baxmayaraq, inzibati orqan onun dövlət qul-
luqçusu statusuna malik olmasını mübahisələndirir.
Dövlət qulluqçusu və inzibati orqan arasında publik
hüquq münasibəti mövcuddur. Həmin şəxs özünün
dövlət qulluqçusu olduğunu aydınlaşdırmaq istəyirsə,
245


etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun
müəyyənləşdirilməsi məqsədilə müəyyən etmə haqqında
iddia qaldırmalıdır. Bu cür situasiyalarda
mübahisələndirmə haqqında iddianın qaldırılması doğru
olmazdı. Çünki şəxs, artıq dövlət qulluqçusu olması
mövqeyindən çıxış etdiyinə görə özünün təyin olun-
mamasına qarşı iddia qaldırmaq istəmir. Qeyd olunan
halda, iddiaçının əlində artıq bir sənəd, yəni inzibati
akt mövcud olduğundan, məcburetmə haqqında iddia
qaldırması da ona kömək etməyəcək. Eyni sözləri,
həmçinin öhdəliyin icrası və müəyyən hərəkətləri et-
məkdən çəkindirməyə dair iddialar barəsində də demək
mümkündür. Əlbəttə, dövlət qulluqçusu göstərilən
kazusda əmək haqqının ödənilməsinə dair iddia qaldıra
bilərdi. Bu zaman ilkin aydınlaşdırılmalı məsələ
qismində etibarlı dövlət qulluğu münasibətinin mövcud
olub-olmaması cavablandırılmalı olardı, lakin iddia
təmin edildiyi təqdirdə, yalnız ödəmə tələbi qanuni
qüvvəyə minərdi.
Gələcək hüquq münasibətləri ilə bağlı müəyyən etmə
marağı o zaman mövcud olur ki, iddiaçı gözlənilən hüquq
pozuntularından qorunmaq istəsin. Əlbəttə, iddiaçı inzibati
orqanın tədbirlərindən sonra da (yəni həmin tədbirlər konkret
mövcud olduqda və bu tədbirlər həyata keçirilmiş olduqda)
qoruna bilər. Amma bunu heç də həmişə iddiaçıdan tələb
etmək olmaz (xüsusilə, gələcəkdə inzibati orqanın hüquqi
mövqeyi ilə bağlı oxşar problemlərin tez-tez yaranacağı gö-
zlənildikdə).
246


Misal:
İnzibati orqan iddiaçıya onun tullantıları öz bağçasında
yandırmasının qanunazidd olduğunu bildirir. Bu vəziyyət-
də də iddiaçı inzibati orqanın bunu qadağan etməsinə
dair inzibati icraata başlamasını gözləməməlidir. Əksinə,
o, etdiyi hərəkətin qanunsuz olmadığının müəyyən
edilməsi haqqında iddia qaldıra bilər. 
İnzibati orqan iddiaçının cari reklam fəaliyyətinin
qanunazidd məzmuna malik olması ilə əlaqədar onun
bu fəaliyyətinə qarşı mütəmadi tədbirlər görəcəyi
barədə məlumat verir. Bu halda, iddiaçıdan inzibati
orqanın qadağa barədə qərarlarından şikayət verməsini
gözləmək olmaz. O, iqtisadi marağa malik olduğu
üçün konkret reklamın qanuni olub-olmamasının
müəyyən edilməsi haqqında iddia qaldıra bilər.
Keçmiş hüquq münasibətləri ilə bağlı isə, müəyyən
etmə marağı yalnız o zaman mövcud olur ki, həmin münasi-
bətlərin  təkrarlanma təhlükəsi olsun, yaxud iddiaçı re-
abilitasiya marağına malik olsun.
Keçmiş hüquq münasibətlərinin müəyyən edilməsi hüquqi
mübahisələrin  aradan qalxması zamanı xüsusi əhəmiyyət
kəsb edir. Əgər hər hansı bir hüquqi mübahisədə mübahisəli
inzibati akt aktuallığını itirməsi səbəbindən aradan qalxarsa
(əvvəlcə tikintiyə icazəni verməkdən imtina edən tikinti
idarəsi tikintiyə icazəni verir, yaxud inzibati orqanın barəsində
sökülmə qərarı vermiş ev özü-özünə uçur), iddiaçı iddiasından
247


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə