Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə59/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   55   56   57   58   59   60   61   62   ...   98

malıdır. Misal üçün, əgər səhiyyə idarəsinin əməkdaşı şəxsə
yanlış arayış verərsə və bununla həmin şəxsə ziyan dəyərsə
(məsələn, o, verilmiş arayışa görə arzu etdiyi işə qəbul
oluna bilməzsə), bu zaman onun vurulmuş ziyanın əvəzinin
ödənilməsini tələb etmək hüququ yarana bilər. Amma
məsələyə heç bir aidiyyəti olmayan başqa bir üçüncü şəxs
isə, belə bir tələblə çıxış edə bilməz. Məsələn, yuxarıda
qeyd olunan misalda ərizəçinin istədiyi işə qəbul olunmasını
çox arzu edən bir dostu belə bir tələb irəli sürə bilməz. Belə
ki, inzibati orqanın vəzifəsini pozmasını ona heç bir aidiyyəti
yoxdur. Bununla da ərizəçinin/maraqlı şəxsin barəsində
söhbət gedən vəzifə pozuntusu və həmin vəzifənin qoruma
sferası ilə müəyyən bağlılığının olması, müvafiq kompensasiya
tələbinin irəli sürülməsi üçün dispozisiya şərtidir.
6. Zərər və səbəbli əlaqə
Maraqlı üçüncü şəxsə ziyan vurulmuş olmalı, onun hüquqi
vəziyyəti vəzifənin pozulması vasitəsilə pisləşmiş olmalıdır.
Pisləşmə kiminsə hüquqi maraqlarına (mülkiyyət, həyat,
sağlamlıq) toxunan istənilən ziyanda təzahür edə bilər. 
Vəzifə pozuntusu və ziyanın vurulması arasında səbəbli
əlaqənin müəyyən edilməsi çox mühüm əhəmiyyət kəsb
edir. Hər bir halda, dövlət qulluqçusunun davranışı ziyanın
meydana gəlməsinin səbəbi (səbəblərindən biri) qismində
çıxış etməlidir. Burada, iki mühüm məqamı nəzərə almaq
lazımdır. 
İnzibati orqan vətəndaşı yalnız tələb edilən çərçivədə və
yalnız onun buna ehtiyacı olduğu təqdirdə qorumalıdır. Əgər
236


vətəndaş özü hər hansı bir təhlükəni görmək və ondan irəli
gələn zərərin qarşısını almaq iqtidarındadırsa, onda o, təh-
lükəsizliyi üçün özü məsuliyyət daşıyır. Onun tələb hüququ
tamamilə aradan qalxa və ya zərərin vurulmasında qismən
rolu olduğuna görə azaldıla bilər. 
Misal:
Şəxs gecə vaxtı avtomobilini çox sürətlə idarə edərək
yoldakı böyük bir çuxura düşür və bununla avtomobilini
zədələyir. O, zərərin əvəzinin ödənilməsinə dair ərizə
ilə yolların tikintisi üzrə idarəyə müraciət edir və
ərizəsini onunla əsaslandırır ki, yolların yararlı vəziyyətdə
saxlanılması həmin idarənin vəzifə borcudur. Sözügedən
halda inzibati orqanın vəzifə pozuntusu ilə vurulmuş
zərər arasında səbəbli əlaqənin mövcudluğuna vətəndaşın
istinad etməsi mümkün olsa da, bu istinad uğurlu
nəticələnməyəcək. Doğrudur, yolların tikintisi üzrə
idarə yolda olan nasazlıqları aradan qaldırmaq vəzifəsi
daşıyır. Lakin sürücü nəqliyyat vasitəsini elə idarə et-
məlidir ki, yolun görünə bilən maneələrinə reaksiya
verə bilmək imkanına malik olsun. Bu o deməkdir ki,
sürücü sürətini elə nizamlamalıdır ki, yolu lazım olan
dərəcədə görə bilsin. 
Əgər vətəndaş hüquqi müdafiə vasitəsindən istifadə
etməklə zərər vurulmasının qarşısını ala bilərdisə, inzibati
orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi
arasında səbəbli əlaqə mövcud olmayacaqdır.
237


Misal:
İddiaçı kimya fabrikinin tikintisinə icazə almağa
dair ərizə ilə inzibati orqana müraciət etmişdir. İnzibati
orqan ərizəni rədd etmiş və bu rəddetmə qanunsuz ol-
muşdur. İddiaçı iddia müddətini buraxmış və beləliklə,
inzibati akt barəsində şikayət verilməsi mümkün
olmayan bir akta çevrilmişdir. İddiaçı iddia edir ki,
sözügedən layihə üçün artıq bahalı planlaşdırma işlərinə
başladığı üçün ona böyük əmlak ziyanı dəymişdir.
Daha sonra o bildirir ki, sanki onun çəkdiyi xərclərin
heç bir dəyəri yoxdur. 
Bu halda sözügedən şəxs tikintiyə icazənin verilməsinə
dair məcburetmə haqqında iddia ilə məhkəməyə müraciət
edə bilərdi, bir şərtlə ki, dəymiş ziyanın sübut edilməsi
mümkün olsun. İnzibati orqanın rədd qərarı qanunsuz olduğu
üçün bu iddia uğurlu olardı və bununla da onun planlaşdırma
ilə bağlı çəkdiyi xərclər əbəs olmazdı. 
7. Sübutetmə vəzifəsi
İnzibati hüququn ümumi prinsiplərinə əsasən, inzibati
orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi)
nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair
iddialara da işin hallarının araşdırılması prinsipi şamil olunur.
Lakin məhkəmənin araşdırma imkanları məhdudlaşdırıldıqda,
burada da sübutetmə vəzifəsinə dair ümumi qaydalardan is-
tifadə olunması mümkündür. Bundan sonra ərizəçi/iddiaçı
inzibati orqanın qanunsuz olaraq daşıdığı vəzifə borcunu
238


pozduğunu və ona həmin pozuntu ilə səbəbli əlaqədə olan
zərər vurulduğunu sübut etməlidir. İnzibati orqan isə, öz
növbəsində, onun tərəfindən qanunsuz hərəkət edilmədiyini
sübut etməyə borcludur.
8. İnzibati orqanın daşıdığı vəzifəni pozmasına 
görə yaranan məsuliyyətin hüquqi nəticəsi
İnzibati orqanın daşıdığı vəzifəni pozmasına görə hüquqi
nəticə qismində qanun maddi və ya mənəvi ziyanın əvəzinin
ödənilməsi imkanını nəzərdə tutur. Bu halda, inzibati orqanın
öz vəzifəsini pozması ilə vurduğu, həmin pozuntu ilə səbəb
əlaqəsi olan ziyanın əvəzi (maraqlı şəxsin öz hüquqlarını
qorumaq üçün sərf etdiyi xərclər də daxil olmaqla) iddiaçıya
ödənilməlidir. Dəymiş ziyan Azərbaycan Respublikası Mülki
Məcəlləsinin ümumi müddəalarına uyğun olaraq hesablanır
və uduzmuş müvafiq inzibati orqanın büdcəsindən ödənilir. 
9. Reqres tələbi ilə bağlı məsələlər
İnzibati orqanın öz vəzifəli şəxsini intizam və cinayət
məsuliyyətinə cəlb edə bilməsi imkanı İİQ-nin 90-cı mad-
dəsində nəzərdə tutulmuşdur. Vəzifəli şəxsin işə səhlənkar
yanaşdığının əsaslandırılması zamanı vacib məqam ondan
ibarətdir ki, inzibati orqan dövlət qulluqçusunun təqsiri
üzündən dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı həmin
dövlət qulluqçusuna qarşı reqres tələbi o halda irəli sürə
bilər ki, vəzifəli şəxsin hərəkəti qəsdən və ya kobud ehti -
yatsızlıqla edilmiş olsun. Başqa sözlə, vəzifəli şəxs yüngül
ehtiyatsızlığa yol veribsə, ona qarşı vurulmuş ziyanın əvəzinin
ödənilməsi tələbi irəli sürülə bilməz.
239


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə