Аня 2013 Layout 1


qəbul edilməsi gözlənilən inzibati akta



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə56/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   52   53   54   55   56   57   58   59   ...   98

2-ci cümləsi) və qəbul edilməsi gözlənilən inzibati akta
qarşı qabaqlayıcı (preventiv) iddia (bax: İPM-in 34.3-cü
maddəsi) öhdəliyin icrası haqqında iddianın növləri sayılır
və onlara aşağıda, qısa da olsa, toxunulacaq. Real aktlara
(«real aktlar» dedikdə, İİQ-nin 1.2-ci maddəsində nəzərdə
tutulmuş mənada inzibati orqanların faktiki xarakterli fəaliyyəti
(hərəkətləri) nəzərdə tutulur) yönələn öhdəliyin icrası haqqında
iddialara Almaniyanın inzibati məhkəmə icraatı təcrübəsində
elə də tez-tez rast gəlinmir. Belə ki, orada mübahisələrin
böyük əksəriyyəti inzibati aktlarla bağlı yaranır. 
Məcburetmə haqqında iddia da öz təbiətinə görə öhdəliyin
icrası haqqında iddianın bir növüdür. Onlar arasındakı yeganə
fərqli cəhət ondan ibarətdir ki, məcburetmə haqqında iddiada
öhdəliyin icrası hər hansı bir inzibati aktın qəbulu ilə bağlı
olur. 
Misal:
İddiaçı ona dotasiya ayrılmasına razılıq verilməsini
istəyir. Bu məqsədlə o, müvafiq inzibati aktın qəbul
olunmasına səy göstərir, çünki dotasiyanın ayrılması
haqqında qərar inzibati akt sayılır. İddiaçı üçün bu
halda düzgün iddia növü məcburetmə haqqında iddia
olardı. 
Əgər iddiaçıya münasibətdə dotasiyanın ayrılması haqqında
qərar qəbul olunubsa, lakin inzibati orqan müvafiq vəsaiti
ona ödəmirsə, onda iddiaçı öhdəliyin icrası haqqında iddia
qaldırmalıdır. Çünki pulun ödənilməsi inzibati akt deyil,
faktiki xarakterli hərəkətdir (əgər ödəniş xüsusi hüquq
224


çərçivəsində, yəni misal üçün, borc formasında həyata keçir-
ilirsə, qeyd olunan qayda bu hala şamil olunmur. Bununla
bağlı bax: Xüsusi hüquq və publik hüquq əsasında həyata
keçirilən fəaliyyətin fərqləndirilməsinə dair yuxarıdakı qeyd).
İnzibati orqan vətəndaşın evini sökəcəyi barədə xəbərdarlıq
edərsə, bu, inzibati hərəkət kimi qiymətləndirilir. Əgər xəbər-
darlığın edilməsinə qədər evin sökülməsinə dair inzibati akt
formasında heç bir qərar qəbul olunmayıbsa, vətəndaş inzibati
orqanın xəbərdarlığına qarşı müəyyən hərəkətləri etməkdən
çəkindirməyə dair iddia formasında öhdəliyin icrası haqqında
iddia qaldıraraq müdafiə olunmalıdır.
II. Xüsusi hal: Öhdəliyin icrası haqqında 
iddiada inzibati orqan iddiaçı qismində 
Öhdəliyin icrası haqqında iddiada iddiaçı qismində təkcə
vətəndaş deyil, həm də tabeçilik münasibətlərinin olmaması
səbəbindən mübahisələndirmə və ya məcburetmə haqqında
iddia qaldırmaq imkanına malik olmayan publik hakimiyyət
daşıyıcısı (məsələn, hər hansı bir inzibati orqan) çıxış edə
bilər. Bu, bir tərəfdən ondan irəli gəlir ki, inzibati orqan hər
hansı bir inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan
publik-hüquqi mübahisələrdə ümumi (mülki) məhkəmələrə
müraciət etmək məcburiyyətində qala bilməz. Bu nəticəyə
İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulmuş birinci alternativ
imkan əsasında da gəlmək olar. Belə ki, sözügedən normada
söhbət aşkar surətdə təkcə vətəndaşın inzibati orqana qarşı
iddia qaldıra bilməsindən deyil, ümumi olaraq əmlak tələbinə
dair iddialardan gedir ki, bunlar da həm vətəndaşlar, həm də
inzibati orqanlar tərəfindən qaldırıla bilər. Mühüm olan odur
225


ki, inzibati orqan məhkəməyə müraciət etməmişdən qabaq
vətəndaşa müraciət etmiş və ondan öhdəliyin icrasını tələb
etmiş olsun. Başqa sözlə, inzibati orqan bu kimi hallarda
dərhal iddia qaldıra bilməz və qeyd olunan məhkəməyəqədərki
tədbirləri həyata keçirməlidir. Əgər bu tədbirlər həyata keçir-
ilməzsə, onda iddiada hüquqi müdafiə marağı olmayacaq.
Çünki inzibati orqanın, sadəcə ödənişin həyata keçirilməsi
barədə bildiriş göndərməklə öz məqsədinə nail olması bəlkə
də mümkün ola bilərdi.
Misal:
İnzibati orqan dövlət qulluqçusunun maaşını 1000
manat artıq ödəmişdir. Dövlət qulluqçusu vəfat edir və
onun dövlət qulluqçusu olmayan vərəsələri qalır. İnzibati
orqan maaşın artıq olan hissəsinin geri qaytarılmasını
tələb etmək istəyir. Əgər dövlət qulluqçusu yaşasaydı,
inzibati orqan onlar arasında mövcud olan xidməti-
hüquq münasibətləri çərçivəsində dövlət qulluqçusuna
qarşı inzibati akt qəbul edə və bununla da ondan artıq
məbləğin geri qaytarılmasını tələb edə bilərdi. Lakin
söhbət, bu kazusda olduğu kimi, inzibati orqanın
vərəsələrdən nəyisə tələb etməsindən getdikdə, qeyd
etmək lazımdır ki, bununla bağlı iddia tələbinin qanuni
əsası mövcud olmur. Başqa sözlə, qanun inzibati orqana
vərəsələrə qarşı inzibati akt qəbul etmək hüququ vermir.
Bu halda, inzibati orqan məhkəməyə müraciət yolunu
seçməlidir. İnzibati orqan kimi o, publik hüquq normaları
əsasında və tabeçilik münasibətləri çərçivəsində hərəkət
etdiyi üçün baxılan kazusda düzgün iddia növü İPM-
226


in 2.2.7-ci maddəsində nəzərdə tutulmuş 1-ci alternativə
əsasən öhdəliyin icrası haqqında iddia olacaqdır. 
Lakin aşağıdakı kazus bir qədər fərqlidir.
İnzibati orqan bir kirəmit ustası ilə şəhər bələdiyyəsi
binasının yenidən kirəmitlənməsi haqqında podrat
müqaviləsi bağlayır. İşin görülməsindən bir neçə ay
sonra onun qüsurlu icra edildiyi üzə çıxır. Bunu əsas
götürərək inzibati orqan kirəmit ustasından vurulmuş
zərərin əvəzinin ödənilməsini tələb etmək istəyir. Bu
misalda inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə
aid olmadığı, başqa sözlə, inzibati orqan podrat müqav-
iləsini bağlayarkən daha çox xüsusi şəxs qismində
çıxış etdiyi üçün zərərin əvəzinin ödənilməsi haqqında
iddia ilə ümumi (mülki) məhkəməyə müraciət etməlidir. 
III. Öhdəliyin icrası haqqında iddiaların işin
qiymətləndirilməsi ilə bağlı xüsusi şərtləri
Öhdəliyin icrası haqqında iddianın işin qiymətləndirilməsi
ilə bağlı ümumi şərtləri ilə yanaşı, iddianın mümkünlülüyü
ilə əlaqədar aşağıdakı şərtlər də mövcud olmalıdır: 
– inzibati orqana təqdim edilmiş ərizənin uğursuz olması.
Yəni şəxs inzibati orqanın imtinaedici qərarını gözləmə-
lidir. Bu inzibati akta qarşı şəxs, yalnız ortada inzibati
aktın olduğunu əsas götürərək, mübahisələndirmə və
ya məcburetmə haqqında iddia qaldıra bilməz. Çünki
hansı iddia növünün münasib olması daha çox iddia ilə
irəli sürülən tələbdən asılıdır; 
– iddia qaldırmaq səlahiyyəti (bax: İPM-in 35-ci mad-
dəsi).
227


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə