Аня 2013 Layout 1


Ç. Hərəkətsizliklə bağlı iddia



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə54/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   50   51   52   53   54   55   56   57   ...   98

Ç. Hərəkətsizliklə bağlı iddia 
(İPM-in 33.3-cü maddəsi)
I. Ümumi məsələlər
Hərəkətsizliklə bağlı iddia məcburetmə haqqında iddiadan
onunla fərqlənir ki, burada iddiaçı inzibati orqana təqdim
etmiş olduğu ərizəsinə heç bir cavab almır, yəni inzibati
orqan ərizəyə heç bir reaksiya vermir. 
Hərəkətsizliklə bağlı iddia ilə İİQ-nin 34-cü maddəsində
tənzimlənən ərizənin baxılmamış saxlanılması bir-birindən
fərq 
lən 
di 
ril 
məlidir. Bu normaya əsasən, inzibati orqan
aşağıdakı şərtlər mövcud olduğu halda, ərizəyə mahiyyəti
üzrə baxmamaq, yəni onu baxılmamış saxlamaq hüququna
malikdir:
– həmin iş üzrə inzibati orqan tərəfindən əvvəllər qərar
qəbul olunduğu müəyyən edildikdə (bax: İİQ-nin 34.1.1-
ci maddəsi);
– həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı
olduqda (bax: İİQ-nin 34.1.2-ci maddəsi);
– ərizəçi inzibati orqanın izahından və müddət təyin et-
məsindən sonra da İİQ-nin 30-cu maddəsində nəzərdə
tutulmuş tələblərə əməl etmədikdə (bax: İİQ-nin 34.1.3-
cü maddəsi).
Sadalanan hallarda inzibati orqan ərizəyə mahiyyəti üzrə
baxmasa da, bəzi hərəkətləri edir. O, inzibati akt vasitəsilə
ərizəyə baxmadığını və bunu nə üçün etmədiyini təsbit et-
məlidir. Bu halda, məcburetmə haqqında iddia mümkün
216


iddia növü sayılır və bunun nəticəsində İİQ-nin 34-cü mad-
dəsinə əsasən qəbul edilmiş ərizənin baxılmamış saxlanılması
haqqında qərar ləğv olunur. Məcburi olaraq qəbul edilməli
olan qərarlarla əlaqədar məhkəmə, zərurət olduqda, inzibati
orqanın üzərinə arzu olunan inzibati aktı qəbul etmək öhdəliyi
qoya və ya İPM-in 73.3.3-cü maddəsinə müvafiq olaraq,
ona əlavə araşdırmaların aparılmasını tapşıra bilər. İİQ-nin
34-cü maddəsində nəzərdə tutulmuş hallarda (ərizənin baxıl-
mamış saxlanılması) İİQ-nin 35-ci maddəsindən işin
mahiyyəti üzrə yeni qərar qəbul olunmasını tələb etmək
hüququnun irəli gəlib-gəlmədiyi xüsusilə yoxlanılmalıdır.
İİQ-nın 35-ci maddəsinin tətbiqi şikayət verilməsi mümkün
olmayan inzibati aktın mövcudluğu, lakin maraqlı şəxs üçün
faktiki və ya hüquqi halların dəyişməsi ilə (bu zaman
məhkəmə təcrübəsinin dəyişməsi kifayət etmir) şərtləndirilir
ki, bu da ona öz tələbini yeni aspektdən irəli sürə bilməyə
imkan yaradır. 
Əksinə, inzibati orqan ərizəçinin müraciətinə ümumiyyətlə
münasibət bildirmədikdə ərizəçi uzun müddət həmin orqanın
qərarını gözləməyə borclu deyil. Sözügedən hallarda inzibati
orqanın hərəkətsizliyi mövcud olur. İnzibati orqanın hərəkət-
sizliyi zamanı yeni bir ərizənin verilməsinə lüzum yoxdur,
çünki ərizəçi artıq bir dəfə ərizə ilə həmin orqana müraciət
edib. Eyni zamanda, burada İİQ-nin 35-ci maddəsində
nəzərdə tutulmuş mənada faktiki və ya hüquqi halların dəy-
işməsindən də söhbət getmir. Bu səbəbdən iddiaçı inzibati
aktın qəbul olunması ilə bağlı məhkəməyə müraciət edə
bilər.
217


II. Xüsusiyyətlər
Bu iddia növünün məcburetmə haqqında iddiadan fərqi
yalnız iddia müddəti və icraatın gedişatı ilə bağlıdır.
1. İddia müddəti
İPM-in 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul ol-
unmasına dair müraciət və ya şikayət instansiyasına verilmiş
şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla
müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan
qərar qəbul edilmədiyi hallarda, iddiaçı yalnız həmin
müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün
sonra inzibati aktın qəbulu ilə bağlı iddia ərizəsi ilə məhkəməyə
müraciət edə bilər. Bu 35 günlük müddət inzibati aktın
təqdim edilmiş sayılması ilə əlaqədar 5 günlük (bax: İİQ-
nin 62.2-ci maddəsi) və inzibati orqanların qərar qəbul
etməsi ilə bağlı 30 günlük (bax: İİQ-nin 52.1-ci maddəsi)
müddətin cəmindən irəli gəlir. İddianın 35 günlük müddətin
başa çatmasından əvvəl qaldırılmasına yol verilmir, çünki
inzibati orqan qərar qəbul etmək üçün qanunla ona verilmiş
müddətdən istifadə edə bilməlidir. Yalnız sözügedən müddətin
sona çatmasından sonra verilmiş iddia mümkün sayılır. İPM-
in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması
barədə qərardad o zaman qəbul edilir ki, iddia qeyd olunan
35 günlük müddətin bitməsindən qabaq verilmiş olsun. 35
günlük müddətin keçməsindən sonra isə, hərəkətsizliklə
bağlı iddianın qaldırılması üçün heç bir müddət məhdudiyyəti
mövcud deyil. Beləliklə, iddiaçı iddiasını gec də qaldıra
bilər. Lakin iddiaçının inzibati orqanın onun müraciəti ilə
bağlı qərar qəbul etmək istəyini nəzərə alsaq, çox güman ki,
218


iddianın çox gec qaldırılması onun maraqlarına cavab ver-
məyəcəkdir.
2. İcraatın gedişatı
İddiaçı inzibati orqanın hərəkətsizliyi ilə bağlı iddia
qaldırarsa, məhkəmə əvvəlcə inzibati orqana (təminedici və
ya imtinaedici) inzibati aktın qəbul olunması üçün müəyyən
müddət təyin edir. Həmin müddət münasib və işin həcminə
uyğun olmalıdır. İnzibati orqana İİQ-nin 52.1-ci maddəsində
təsbit edilmiş qərar qəbul etmək imkanı yaratmaq üçün bu
müddətin heç vaxt 30 gündən az olması tövsiyə edilmir.
Sözügedən müddət işin həcmindən asılı olaraq bir neçə ay
da davam edə bilər. Əgər inzibati orqan müddətin uzadılması
ilə bağlı müraciət edərsə və uzadılmanı inandırıcı şəkildə
əsaslandırarsa, məhkəmə tərəfindən təyin edilmiş müddət
uzadıla bilər. Hər bir halda məhkəmənin təyin etdiyi müddət
bütövlükdə İİQ-nin 52.5-ci maddəsində nəzərdə tutulmuş
90 günlük müddətdən artıq ola bilməz. Çünki əks təqdirdə,
müvafiq inzibati orqan işə baxmaq üçün digər inzibati orqan-
larla müqayisədə daha çox icraat müddətinə malik olardı.
Müddətə riayət olunmasını təmin etmək üçün onun təyin ol-
unması haqqında qərarın rəsmi surətdə inzibati orqana təqdim
edilməsi çox məqsədəuyğundur. Çünki həmin qərar müddətin
axımını sübut edən bir vasitə qismində çıxış edir. Qeyd
olunan halda, icraatın dayandırılması üçün qanunla müəyyən
edilmiş əsaslardan heç biri uyğun gəlmədiyindən müddətin
axımı ərzində məhkəmə icraatı dayandırılmamalıdır (bununla
bağlı ətraflı olaraq müddətlərlə bağlı fəsilə bax). 
219


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə