Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə62/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   58   59   60   61   62   63   64   65   ...   98

imtina edə və ya cavabdeh (birinci misalda) irəli sürülən
tələbi qəbul edə bilər. Hər iki halda prosessual xərclər
müvafiq prosessual hərəkəti etmiş tərəfin üzərinə düşür.
İddiaçı öz vəsatətlərini dəyişməzsə, o, hüquqi mübahisəni
yenə də xərcləri daşımaqla uduzardı. Hüquqi mübahisə
əhəmiyyətini itirdiyindən iddiaçı iddia üzrə mübahisənin
aradan qalxdığını bəyan edə bilər (müqayisə et: İPM-in
110.6-cı maddəsi). Əgər cavabdeh də bunu qəbul edib ona
qoşularsa, məhkəmə İPM-in 110.6-cı maddəsinə müvafiq
olaraq xərclər barədə qərardad qəbul edir. Yox, əgər cavabdeh
buna etirazını bildirərsə, iddiaçı öz iddia tələbini mövcud
vəziyyətə uyğunlaşdırmaq imkanına malik olmalıdır. O,
özünün əvvəlki ərizəsini dəyişə və əsas iş üzrə hüquqi
mübahisənin aradan qalxdığının müəyyən olunması haqqında
iddia qaldıra bilər. Yardımçı qisimdə o, əvvəlki tələbini də
saxlayacaqdır. 
Müəyyən etmə marağı müəyyən etmənin tez bir zamanda
həyata keçirilməsinə əsaslanmalıdır (bax: İPM-in 36.3-cü
maddəsi). Bu şərt, bir qayda olaraq, problem doğurmur,
çünki iddiaçı əksər hallarda hüquq münasibətinin tez bir
zaman ərzində müəyyən edilməsində maraqlıdır. Bu cür
maraq yalnız o hallarda istisna edilir ki, müəyyən edilməsi
iddia edilən hüquq münasibəti ilə bağlı gələcəkdə mübahisə
yaranacağı ehtimalı olmasın.
Müəyyən etmə haqqında iddia inzibati orqanla başqa bir
vətəndaş arasında hüquq münasibətinin mövcud olub-olma-
masının müəyyənləşməsində maraqlı olan üçüncü şəxslər
tərəfindən də qaldırıla bilər.
248


Misal:
İddiaçı Bakı şəhərində alman un məmulatları istehsal
edən bir firma sahibinin rəqibidir. Onun fikrincə,
üçüncü şəxs (yəni onun rəqibi) tərəfindən duzlu simit
bişirilməsi üçün istifadə olunan resept ərzaq məmulatları
haqqında müvafiq qaydaları pozur. Bu səbəbdən o re-
septin qanunsuz olmasının müəyyən edilməsi ilə bağlı
iddia qaldırmaq istəyir. Burada söhbət onun özünə aid
olan hüquq münasibətinin deyil, alman un məmulatları
istehsal edən firma ilə inzibati orqan arasındakı müna-
sibətin müəyyənləşdirilməsindən gedir. Bununla belə,
bu halda o da müəyyən etmə haqqında iddia qaldıra
bilər. Onun müəyyən etmə marağı rəqabət situasiyasından
irəli gələn iqtisadi xarakterli maraqdır.
Müəyyən etmə haqqında iddianın qaldırılması üçün heç
bir müddət məhdudiyyəti yoxdur.
III. Müəyyən etmə haqqında iddianın 
əsaslılığının yoxlanılması
Müəyyən etmə haqqında iddia o zaman əsaslı sayılır ki,
maddi hüququn müddəalarına əsasən, hüquq münasibəti
ərizədə göstərildiyi kimi mövcud olsun və ya olmasın.
249


IV. Müəyyən etmə haqqında iddia üzrə 
çıxarılan qərarın nəticə hissəsi
Misal:
İddiaçı tərəfindən inşa edilmiş qaramal artırma
müəssisəsinin işlədilməsi üçün icazə alınmasının tələb
olunduğu müəyyən edilir. 
F. Hər hansı bir inzibati aktın etibarsızlığının tanın-
ması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcüm-
ləsi)
I. Ümumi məsələlər
Hər hansı bir inzibati aktın etibarsızlığının tanınmasına
dair iddia inzibati orqanla vətəndaş arasında inzibati aktın
hüquqi cəhətdən etibarlılığına dair mübahisə mövcud olan
hallarda hüquqi müəyyənliyin bərqərar edilməsinə xidmət
edir. Qanunsuz inzibati akt ləğv olunana qədər hüquqi təsirə
malik olduğu halda (bax: İİQ-nin 64.1-ci maddəsi), etibarsız
inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz)
sayılır və heç bir hüquqi nəticə yaratmır (bax: İİQ-nin 65.2-
ci maddəsi).
İPM-də iddiaçının İİQ-nin 65-ci maddəsində nəzərdə tu-
tulmuş mənada etibarsız hesab etdiyi inzibati aktdan şikayət
verməsi üçün bir neçə imkan nəzərdə tutulmuşdur. O, inzibati
akta qarşı mübahisələndirmə haqqında iddia, yaxud onun
etibarsızlığının tanınmasına dair iddia qaldıra bilər. Bu iki
imkan arasında həlledici fərq ondan ibarətdir ki,
250


mübahisələndirmə haqqında iddia uğurlu olacağı təqdirdə
müvafiq inzibati akt ləğv olunur. Sözügedən qayda etibarsız
inzibati aktlara münasibətdə də şamil olunur. Belə hallarla
bağlı çıxarılan məhkəmə qərarının əsaslandırıcı hissəsində
məhkəmə inzibati aktın İİQ-nin 65-ci maddəsində nəzərdə
tutulmuş mənada, ümumiyyətlə etibarlı olub-olmaması
məsələsinə də toxunacaqdır. Müəyyən etmə haqqında iddiada
isə, əksinə, diqqət yalnız inzibati aktın etibarlı olub-olmaması
sualına cavab verilməsinə yönəlir. Yəni burada inzibati aktın
ləğvindən söhbət getmir. Ona görə də qeyd etmək lazımdır
ki, mübahisələndirmə haqqında iddia, əslində daha güclü
təsirə malik hüquqi müdafiə vasitəsidir. Lakin digər tərəfdən,
müəyyən etmə haqqında iddiadan fərqli olaraq, mü ba hi sə -
ləndirmə haqqında iddianın qaldırılması üçün müddət məh-
dudiyyətləri mövcuddur. Hər bir halda, iddiaçı üçün iddianı
inzibati aktın etibarsızlığının müəyyən edilməsi ilə məh-
dudlaşdırmaq deyil, əksinə, ən azı yardımçı qisimdə (bax:
İPM-in 37-ci maddəsi) mübahisələndirmə haqqında iddia
qaydasında inzibati aktın ləğv olunması tələbini irəli sürmək
məqsədəuyğun olardı. Çünki məhkəmə inzibati aktın İİQ-
nin 65-ci maddəsində nəzərdə tutulmuş müddəaları poz-
madığını, lakin (yalnız) qanunsuz olduğunu müəyyən edərsə,
onda o, iddianı rədd etməli olacaq (iddiaçının ola bilsin ki,
inzibati aktın ləğv olunması tələbini irəli sürə bilmək
imkanının olmasına baxmayaraq). Ona görə də təsvir olunmuş
situasiyalarda müəyyən etmə istəyini və mübahisələndirməni
birləşdirmək tövsiyə edilir. Lakin bu, yalnız o halda
mümkündür ki, iddiaçı mübahisələndirmə haqqında iddianın
qaldırılması üçün nəzərdə tutulmuş zəruri müddətlərə riayət
etmiş olsun. 
251


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə