Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə60/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   56   57   58   59   60   61   62   63   ...   98

Kobud ehtiyatsızlıq o zaman mövcud olur ki, vəzifəli
şəxs diqqətli olmaq vəzifəsini əhəmiyyətli dərəcədə pozmuş
olsun. Əhəmiyyətli dərəcədə pozma o deməkdir ki, digər bir
şəxsin eyni situasiyada başqa cür davranışın zəruriliyini
aydın şəkildə görə bilməsi mümkün olsun. Bundan başqa,
vəzifəli şəxs etdiyi hərəkətlə hər hansı bir ziyanın yaranacağını
güman etmiş, lakin bunun baş verməyəcəyinə etimad göstərmiş
olmalıdır.  Yüngül ehtiyatsızlıq isə o zaman mövcud olur
ki, vəzifəli şəxs davranışın qanunsuz olduğunu və ziyanın
baş verəcəyini bilməsin və bilməli olmasın.
İnzibati orqanın vəzifəli şəxsə qarşı irəli sürdüyü tələbə
baxılması inzibati məhkəmələrin səlahiyyətinə aiddir, çünki
sözügedən halda inzibati orqan vəzifəli şəxsə qarşı publik
hüquq sferasında hərəkət edir. Dövlət qulluğu hüququ tipik
olaraq xüsusi inzibati hüquqa aid olan bir hüquq sahəsidir.
Bu zaman müraciət edilməli olan iddia növü İPM-in 2.2.7-
ci maddəsində təsbit edilmiş ümumi öhdəliyin icrası haqqında
iddia olacaqdır. İnzibati orqan vəzifəli şəxsdən məbləğin
geri ödənilməsini əvvəlcə məhkəmədən kənar qaydada tələb
etməlidir. Əgər vəzifəli şəxs müvafiq məbləği ödəməzsə, bu
zaman inzibati orqan müvafiq iddia ərizəsi ilə ona qarşı
məhkəməyə müraciət edə bilər. 
Ə. Müəyyən etmə və ya tanınma haqqında iddia 
(İPM-in 2.2.5, 36 və 72-ci maddələri)
I. Ümumi məsələlər
Müəyyən etmə haqqında iddia hər hansı bir qeyri-müəyyən
hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik
240


aydınlaşdırılmasına xidmət edir. İPM-də müəyyən etmə
haqqında iddianın üç növü təsbit edilmişdir:
• hər hansı bir hüquq münasibətinin mövcud olub-olma-
masının müəyyən olunması (bax: İPM-in 36.1-ci mad-
dəsinin 1-ci yarımcümləsi);
• hər hansı bir inzibati aktın etibarsızlığının tanınması
(bax: İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi);
• artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun
müəyyən olunması (bax: İPM-in 36.2-ci maddəsi).
Öhdəliyin icrası haqqında iddiada olduğu kimi, müəyyən
etmə haqqında iddia ilə də bağlı məhkəmə qərarının nəticə
hissəsinə dair İPM-in 70-ci və ondan sonrakı maddələrinə
oxşar normalar yoxdur. İPM-in 36.2-ci maddəsində nəzərdə
tutulmuş ümumi müəyyən etmə haqqında iddia ilə azacıq
qarışdırıla bilən İPM-in 72-ci maddəsi (onun İPM-in 70-ci
maddəsində nəzərdə tutulmuş sistematik yerindən irəli gəldiyi
kimi) iddianın qaldırılmasından əvvəl deyil, artıq icraata
qəbul edilmiş hüquqi mübahisə gedişində  icra olunmuş
inzibati aktlar üzrə iddia icraatının tənzimlənməsinə xidmət
edir. İPM-in 72-ci maddəsində nəzərdə tutulmuş icraatla
bağlı ətraflı məlumatlar almaq üçün müvafiq fəslə bax.
Müəyyən etmə haqqında iddia tələb hüququnun birbaşa
həyata keçirilməsinə və ya hər hansı bir inzibati hərəkətdən
qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda,
ön planda hər hansı bir hüquqi vəziyyətin aydınlaşdırılması
məqsədilə bu və ya digər hüquq münasibətinin müəyyən
edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının
241


müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı
üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün ol-
madığından (sırf müəyyən etmənin icrası mümkün deyil),
bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı
bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara
münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa
sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata mü-
nasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (bax: İPM-
in 36.4-cü maddəsi). Əgər vətəndaş, ona icrası mümkün
hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək
iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar
xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaq.
Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən
etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin
mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi
mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin
yaranmasına səbəb olmaq imkanına malik olmamalıdır.
Müəyyən etmə haqqında iddia üzrə çıxarılan qərarın icra
oluna bilinməməsinə, başqa sözlə, yalnız xərclər hissəsi ilə
bağlı icra oluna bilinməsinə baxmayaraq, o, qanuni qüvvəyə
minir. Belə ki, müəyyən olunmuş hal və ya hüquq münasibəti
inzibati orqanların, yaxud məhkəmələrin gələcək qərarları
üçün məcburi xarakter daşıyır.
II. Xüsusi mümkünlük şərtləri
Müəyyən etmə haqqında iddia üçün nəzərdə tutulmuş
dispozisiya şərtləri xüsusi mümkünlük şərtləridir ki,
bunlar da ümumi mümkünlük şərtləri ilə yanaşı mövcud ol-
malıdır. 
242


1. Hər hansı bir hüquq münasibətinin mövcud 
olub-olmamasının müəyyən olunması 
(İPM-in 36.1-ci maddəsinin 1-ci yarımcümləsi)
İPM-in 36.1-ci maddəsinin 1-ci yarımcümləsinə müvafiq
olaraq, iddiaçı məhkəmədən hər hansı bir hüquq münasibətinin
mövcud olub-olmamasının müəyyənləşdirilməsini tələb edə
bilər. Bu zaman söhbət publik-hüquqi münasibətdən getməlidir,
çünki mülki-hüquqi münasibətlərin mövcud olub-olmamasının
müəyyənləşdirilməsi ümumi məhkəmələrin səlahiyyətinə
aid olan məsələdir. İddiaçının məhkəmədən hər hansı bir
hüquq münasibətinin mövcud olmasının və ya olmamasının
müəyyənləşdirilməsini istəməsi təfsir vasitəsilə aydınlaşdırıl-
malıdır.
İPM-in 36.1-ci maddəsinin birinci yarımcümləsində
nəzərdə tutulan mənada hüquq münasibəti dedikdə, bir
neçə şəxs arasında münasibətə dair konkret faktiki hala aid
publik hüquq norması əsasında həmin konkret haldan irəli
gələn hüquqi əlaqə başa düşülür. Bu hüquq münasibəti iki
tərəf arasında mübahisəli olmalıdır. Yəni sözügedən hüquq
münasibətindən tərəflərdən birinin digər(lər)inə qarşı
mübahisəli tələb hüquqları irəli gəlməlidir. Bu cür hüquq
münasibətlərinə misal olaraq, dövlətlə məmur arasındakı
əmək münasibətini, vətəndaşla (vətəndaşlıq statusu ilə bağlı)
dövlət arasındakı münasibəti, sosial təminat məsələləri üzrə
dövlət orqanı və sosial yardım alan şəxs arasındakı münasibəti,
yaxud hər hansı bir vətəndaşın hərəkəti üçün inzibati orqanın
razılığının tələb olunub-olunmaması məsələsini göstərmək
olar. Hüquq münasibəti ilə bağlı sırf ilkin xarakter daşıyan
243


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə