Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə63/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   59   60   61   62   63   64   65   66   ...   98

İnzibati aktın etibarsızlığının tanınmasına dair iddia hüquq
münasibəti baxımından müəyyən etmə haqqında iddianın
xüsusi halıdır. Onlar arasındakı fərq ondan ibarətdir ki,
inzibati aktın etibarsızlığının tanınmasına dair iddiada
məhkəmənin müəyyənləşdirməsi birbaşa inzibati aktın
etibarsızlığı ilə bağlı olur. Müəyyən etmə haqqında iddianın
nəticə hissəsi isə, hüquq münasibəti baxımından yalnız
hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən-
ləşdirilməsi ilə məhdudlaşır (inzibati aktların etibarlılığı
məsələsinin təfsilatına varmadan).
Misal:
İİQ-nin 65.1.2-ci maddəsində nəzərdə tutulmuş mə-
nada müvafiq səlahiyyəti olmayan inzibati orqan rü-
sumlara dair inzibati akt qəbul edir. İnzibati aktın
etibarsız olmasına baxmayaraq, vətəndaş bu aktın icra
edilməsi təhlükəsi ilə qarşılaşır. Ona görə də o, inzibati
aktın etibarsızlığının tanınmasına dair iddia qaldırmaqla
istədiyi müəyyənləşdirməyə nail ola bilər. 
Kosmik tədqiqatlar idarəsinin verdiyi tikintiyə icazə
əsasında vətəndaş ev tikir. Tikintiyə icazələr vermək
səlahiyyəti olan inzibati orqan bundan xəbər tutur və
tikintiyə verilmiş icazənin etibarsız olduğunu əsas
götürərək evin sökülməsi barədə qərar qəbul edə bilib-
bilməməsi barədə fikirləşir. Lakin təkcə inzibati aktın
etibarsızlığı mülkiyyətçinin müdafiə olunması səbəbindən
inzibati orqanın evi sökə bilməsi ilə nəticələnə bilməz.
O, səlahiyyətli inzibati orqan qismində tikintiyə icazəni
verməli olub-olmadığını yoxlamalıdır. Belə ki, evin
252


sökülməsi tikinti sifarişçisinin evin sökülməsindən
sonra səlahiyyətli inzibati orqana eyni evin tikintisinə
icazə almaq üçün yenidən ərizə ilə müraciət etməsi və
müvafiq şərtlərin yerinə yetirildiyi halda, tikintiyə
icazəni alması kimi absurd bir situasiyanın yaranmasına
aparıb çıxarardı. Evin sökülməsi məsələsi, yalnız o
halda mümkün görünə bilərdi ki, evin hazırkı formada
tikintisinə icazə verilməsi ümumiyyətlə mümkün ol-
masın. Bununla belə, sökmə, inzibati icraatın prinsipləri
nəzərə alınmaqla, məsələnin həlli üçün daha yumşaq
vasitənin olmadığı halda, daim və yalnız ultima ratio
(ən son vasitə) qismində çıxış edir.
II. İnzibati aktın etibarsızlığının tanınmasına dair id-
dia üzrə qərarın qəbulu üçün xüsusi mümkünlük
şərtləri
İnzibati aktın etibarsızlığının tanınmasına dair iddia üzrə
qərarın qəbulu üçün xüsusi mümkünlük şərtləri baxımından
hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən
edilməsi haqqında iddiaya münasibətdə xüsusiyyətlər nəzərə
çarpmır. Bu halda, iddiaçının müəyyən etmə marağı ondan
irəli gələcək ki, o, inzibati aktın hüquqi nəticələr yaradıb-
yaratmadığına dair qeyri-əminliyi aradan qaldırsın. Çünki
etibarsızlıq inzibati aktın özündən irəli gəlmir. 
Qanunverici bu iddia növünü aşkar şəkildə nəzərdə tutduğu
üçün, onun İPM-in 36.4-cü maddəsində subsidiarlıqla bağlı
təsbit edilmiş qaydanın əksinə olaraq, mübahisələndirmə
haqqında iddia ilə yanaşı qaldırılması mümkün olmalıdır.
253


III. Əsaslılığın yoxlanılması
İnzibati aktın etibarsızlığının tanınmasına dair iddia o
halda əsaslı sayılır ki, inzibati akt İİQ-nin 65-ci maddəsinə
əsasən etibarsız olsun.
IV. Qərarın nəticə hissəsi
Nəticə hissə ilə bağlı da xüsusi qaydalar mövcud deyil. 
Misal:
Cavabdeh inzibati orqanın iddiaçının evinin sökülməsi
ilə bağlı qəbul etdiyi 17 aprel 2011-ci il tarixli qərarın
etibarsız olduğu müəyyən edilir. 
G. İddianın məhkəmənin icraatına qəbul edilməsindən
əvvəl (İPM-in 36.2-ci maddəsi) və sonra (İPM-in
72-ci maddəsi) aradan qalxmış inzibati aktlarla
bağlı müəyyən etmə
I. Ümumi məsələlər
Mübahisələndirmə haqqında iddia hələ mövcud olan
əlverişsiz inzibati akta qarşı yönəldiyi halda, İPM-in 36.2-ci
maddəsində nəzərdə tutulmuş müəyyən etmə haqqında iddia
ümumi xarakterli müəyyən etmə haqqında iddianın bir növü
qismində, artıq icra olunmuş (aradan qalxmış) inzibati aktın,
yəni heç bir hüquqi nəticə yaratmayan bir inzibati aktın qa-
nunsuz sayılmasına yönəlir. 
İPM-in 36.2-ci və 72-ci maddələrində tənzimlənən halları
fərqləndirmək çox böyük çətinlik törədir. Lakin qanunun
254


strukturu və müvafiq normaların mətnindən belə başa düşmək
olur ki, İPM-in 72-ci maddəsində nəzərdə tutulmuş müəyyən
etmə haqqında iddia inzibati aktın işin məhkəmə icraatına
qəbul edilməsindən sonra ləğv olunduğu və ya digər
əsaslara görə qüvvədən düşdüyü hallarla bağlıdır. İPM-in
36.2-ci maddəsi isə, inzibati aktın işin məhkəmə icraatına
qəbul edilməsindən əvvəl icra olunduğu (aradan qalxdığı)
situasiyalarda tətbiq olunur. İPM-in 36.2-ci maddəsinin mət-
nindəki ifadə tərzi də («artiq» icra olunmuş, yəni işin
məhkəmənin icraatına qəbul olunmasından əvvəl) buna işarə
edir.
II. İnzibati aktın işin məhkəmə icraatına qəbul
edilməsindən əvvəl icra olunması (İPM-in 36.2-ci
maddəsi)
İPM-in 36.2-ci maddəsində nəzərdə tutulmuş iddia mübahi -
sə ləndirilməsi artıq mümkün olmayan (icra olunmuş olması
(aradan qalxması) səbəbindən) inzibati aktlara qarşı qaldırıla
bilər. İnzibati akt o zaman icra edilmiş sayılır ki, iddia ilə
qarşı çıxılan qayda/qərar aradan qalxmış olsun. Bununla
əlaqədar İİQ-nin 64.2-ci maddəsi (etibarlılığın sona çatması)
nəzərə alınmalıdır. İnzibati aktın icra olunmuş sayılması
üçün mümkün amillər geri çağırılma, ləğv və ya vaxtın
keçməsi, icazələrin qüvvədə olma müddətinin başa çatması,
yaxud barəsində qərar qəbul edilmiş obyektin aradan qalx-
masıdır. 
İnzibati orqan inzibati aktı icra etmiş olduğu halda, inzibati
akt avtomatik olaraq icra edilmiş (aradan qalxmış) hesab ol-
unmur. Çünki həmin akt icradan sonra da mövcud olmaqda
255


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə