Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə66/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   62   63   64   65   66   67   68   69   ...   98

Əgər Konstitusiya Məhkəməsinin icraatında hər hansı bir
normanın etibarlı olub-olmaması barədə bir iş varsa, apellyasiya
məhkəməsi həmin icraat üzrə çıxarılacaq qərarı gözləməlidir.
Belə olan halda, apellyasiya məhkəməsi İPM-in 122.8-ci
maddəsinə müvafiq olaraq icraatı dayandırmalıdır. Bu norma
vahid məhkəmə təcrübəsinin təmin olunmasına xidmət edir. 
3. Məhkəmə qərarı aşağıdakı kimi olur. Məhkəmə şifahi
məhkəmə baxışından sonra yoxlanılan normativ xarakterli
aktı qanunsuz hesab edərsə, həmin aktı qəbul edildiyi gündən
bütövlükdə və ya qismən etibarsız sayır (bax: İPM-in 123.2-
ci maddəsi). Burada söhbət normativ xarakterli aktın etibarsı-
zlığının (deklarativ qaydada) müəyyən olunmasından gedir.
Yəni sözügedən akt məhkəmənin qərarı vasitəsilə etibarsız
olmur, əksinə, etibarsızlıq onsuz da əvvəlcədən mövcud
olur və bu, məhkəmə qərarı vasitəsilə sadəcə bəyan edilir.
Etibarsız elan edilmə ümumməcburi qüvvəyə malikdir. Belə
ki, digər məhkəmə qərarlarından fərqli olaraq, o, iki tərəf
üçün deyil, istənilən şəxsə və bununla da başqa inzibati
orqan və məhkəmələrə münasibətdə də şamil olunur (bax:
İPM-in 123.3-cü maddəsinin 1-ci cümləsi). Məhkəmə qərarı
onun qanuni qüvvəyə minməsindən sonra cavabdeh tərəfindən
normativ xarakterli aktın dərc olunduğu qaydada dərc edilmə-
lidir (bax: İPM-in 123.3-cü maddəsinin 2-ci cümləsi). Bunun
üçün qərarın nəticə hissəsini və iş nömrəsini, habelə
məhkəmənin adını qeyd etmək kifayətdir. Sadalanan məlumat-
lar əsasında maraqlanan şəxs məhkəmə qərarının tam mətnini
əldə edə bilər. Dərc etmə normanın etibarsızlığının müəyyən
olunması üçün şərt deyil, çünki müəyyənedici məhkəmə
qərarı artıq qüvvəyə minmişdir. Başqa sözlə, dərc etmə ilə
264


bağlı müddəa icra olunmamasına görə heç bir hüquqi
nəticənin yaranmadığı müddəadır. 
Normativ xarakterli aktın məhkəmə qaydasında etibarsız
elan edilməsi yalnız gələcəyə münasibətdə qüvvəyə malikdir.
Yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarları və inzibati
aktlar hüquqi asayişin pozulmaması üçün mövcud olaraq
qalmaqda davam edirlər. Bu səbəbdən İPM-in 123.4-cü
maddəsində açıq şəkildə nəzərdə tutulmuşdur ki, normativ
xarakterli aktın etibarsız sayılması Məcəllənin 100-cü mad-
dəsində nəzərdə tutulmuş qaydada icraatın təzələnməsinə
səbəb ola bilməz.
Etibarsızlıq bərpa edilməsi mümkün olan, sırf forma ilə
bağlı qüsurlarla əlaqədardırsa, inzibati orqan formaya dair
müddəalara riayət etməklə oxşar normanı yenidən qəbul edə
bilər. Məzmunla bağlı qüsurlarda isə bu mümkün deyil.
Məhkəmə normativ xarakterli aktın mübahisələndirilməsinə
dair iddia ərizəsini əsaslı olmayan hesab edərsə, qərarın
nəticə hissəsində tələb rədd edilir. Bu qərar yalnız tərəflərə
münasibətdə hüquqi qüvvəyə malikdir (bax: İPM-in 123.5-
ci maddəsi). Məhkəmə qərarında normativ xarakterli aktın
etibarlı olması barədə hər hansı bir təsdiqedici fikir deyil,
yalnız ərizənin əsaslı olmaması barədə fikir bildirilir. Üçüncü
şəxslər istənilən zaman həmin normativ xarakterli akta qarşı
yenidən normativ xarakterli aktların qanunauyğunluğunun
mübahisələndirilməsinə dair iddia qaldıra bilərlər.
Normativ xarakterli aktların qanunauyğunluğunun
mübahisə 
lən 
dirilməsinə dair iddia üzrə icraatla bağlı hər
hansı bir müddət məhdudiyyəti müəyyən edilməmişdir. Bu
iddia üzrə çıxarılan məhkəmə qərarının quruluşu ilə bağlı
265


xüsusi qaydalar mövcud deyil. İPM-in 129-cu maddəsinə
əsasən, apellyasiya məhkəməsinin predmet baxımından
birinci instansiya məhkəməsi qismində səlahiyyətli olduğu
proseslərdə də İPM-in ümumi müddəaları tətbiq olunur. 
Normativ xarakterli aktın mübahisələndirilməsinə dair
iddia üzrə apellyasiya məhkəməsinin qərarından onun tam
formada təqdim olunduğu gündən 30 gün müddətində Ali
Məhkəməyə şikayət verilə bilər (bax: İPM-in 123.6-cı mad-
dəsi). 
C. Normativ xarakterli aktların qanunauyğunluğunun
mübahisələndirilməsinə dair iddianın yoxlanılma
sxemi 
1. İddianın mümkünlüyü
• Mübahisənin ümumiyyətlə inzibati məhkəmələrin
səlahiyyətinə aid olması (bax: İPM-in 1.1-ci maddəsi);
• İddianın səlahiyyətli məhkəməyə verilməsi (bax: İPM-
in 122.3-cü maddəsi);
• Normativ xarakterli aktın qanunauyğunluğunun mübahisə -
lən di rilməsinə dair iddia ərizəsinin yol verilən olması.
Bunun üçün 2 şərtin mövcudluğu lazımdır: 1) iddia
ərizəsində mübahisələndirilən normativ xarakterli aktın
dövlət və ya bələdiyyə orqanı tərəfindən qəbul olunması
(bax: İPM-in 122.1-ci maddəsi); 2) iddia ərizəsində
mübahisələndirilən normativ xarakterli aktın yoxlanıl-
masının Azərbaycan Respublikası Konstitusiyasının 130-
cu maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinin
müstəsna səlahiyyətinə aid olmaması;
266


• İddia qaldırmaq səlahiyyəti (bax: İPM-in 122.2-ci mad-
dəsi). Bunun üçün subyektiv hüquqların pozulduğu və
ya pozula biləcəyinin iddia edilməsi mümkün olmalıdır.
İnzibati orqanlara münasibətdə isə, barəsində söhbət
gedən normativ xarakterli aktın müvafiq orqanın aidiyyət-
inə toxunması yetərli sayılır. Yəni inzibati orqanların bu
cür iddia qaldıra bilməsi üçün hüquqlarının pozulduğunu
iddia etmələrinə ehtiyac yoxdur; 
• İş üzrə qərarın qəbul edilməsi üçün zəruri olan ümumi
şərtlər;
• Cavabdeh – normativ xarakterli aktı qəbul etmiş orqan
(bax: İPM-in 122.5-ci maddəsi).
2. İddianın əsaslılığı
• Normativ xarakterli aktın qanunauyğunluğunun müba -
hi sə lən di rilməsinə dair iddia o zaman əsaslı sayılır ki, həmin
akt obyektiv cəhətdən ondan üstün qüvvəyə malik hüquq
normalarını pozmuş olsun (məsələn, müvafiq aktın forması
və ya onun qəbuluna dair icraat barədə müddəalara riayət
edilməməsi, yaxud aktın maddi hüquq normaları baxımından
qanuni olmamasına görə). 
=> Əgər mübahisələndirilən normativ xarakterli akt
üstün qüvvəyə malik hüquq normasını pozarsa,
normativ xarakterli akt məhkəmə qərarı vasitəsilə
bütövlükdə və ya qismən etibarsız elan edilir (bax: İPM-in
123.2-ci maddəsi).
=> Əgər mübahisələndirilən normativ xarakterli aktdan
şikayət verilməsinə ehtiyac yoxdursa, 
İddia rədd edilir. 
267


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə