Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə65/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   61   62   63   64   65   66   67   68   ...   98

mühüm iddia növləri üzrə qarşılıqlı iddia mümkün deyil.
Digər tərəfdən, inzibati orqanlar vətəndaşlara münasibətdə
əksər hallarda inzibati akt qəbul etməklə hərəkət edirlər və
bu baxımdan onların vətəndaşlara qarşı qarşılıqlı iddia qaldır-
malarına ehtiyac qalmır. Məlum olduğu kimi, qarşılıqlı iddia
institutu eyni tərəflər arasında bir neçə prosesin aparılmasının
qarşısını almağa xidmət edir. Başqa sözlə, eyni tərəflərin
biri-birilərinə qarşı irəli sürdükləri tələblərə bir icraat
çərçivəsində baxılması və onlara dair qərar qəbul edilməsi
mümkün olmalıdır. Qarşılıqlı iddia qərardad icraatlarında
(məsələn, müvəqqəti xarakterli müdafiə icraatı) deyil, yalnız
iddia icraatlarında qaldırıla bilər. 
Misal:
Publik hüquqda qarşılıqlı iddiaya dair misal tapmaq,
demək olar ki, qeyri-mümkündür. Misal qismində
inzibati orqanın vəfat etmiş dövlət qulluqçusuna ödədiyi
artıq məbləğin geri qaytarılması ilə əlaqədar onun
vərəsəsinə qarşı iddia qaldırması halını təsəvvür etmək
olar. İnzibati orqan vərəsəyə qarşı inzibati akt vasitəsilə
fəaliyyət göstərə bilməz, çünki onlar arasında publik-
hüquqi münasibət yoxdur. Cavabdeh vərəsə öz
növbəsində dəfn xərclərinin əvəzinin ödənilməsini
tələb edərsə, o, bu tələblə bağlı qarşılıqlı iddia qaldıra
bilər. Əslində, bu misal da təcrübəyə çox uyğun gəlmir
və bu baxımdan uyğun deyil. Çünki iddiaçının belə bir
halda tələblərin qarşılıqlı olaraq əvəzləşdirilməsi tələbi
ilə çıxış etməsi onun üçün daha asan mümkün olardı.
260


Altıncı  fəsil 
NORMATİV  XARAKTERLİ  AKTLARIN 
QANUNAUYĞUNLUĞUNUN 
MÜBAHİSƏLƏNDİRİLMƏSİNƏ  İCRAAT 
(İPM-in XV fəsli)
A. Ümumi məsələlər
Normativ xarakterli aktların qanunauyğunluğunun
mübahisə lən dirilməsinə dair iddialar üzrə icraat İPM-in 122-
ci və növbəti maddələri ilə tənzimlənir. Bu icraat iddia
icraatı deyil, çünki müvafiq icraat çərçivəsində qarşı-qarşıya
dayanan iki tərəf olmur. Başqa sözlə, normativ xarakterli
aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair
iddialar üzrə icraat çərçivəsində vətəndaş inzibati orqanın
hansısa bir hərəkətindən qorunmur və birbaşa müəyyən bir
normanın qanunayğunluğunu mübahisələndirir. Məhkəmə
vətəndaşın konkret hüquq pozuntusu barədə şikayət etməsindən
əvvəl hər hansı bir normanın qanunauyğunluğunu yoxlayır.
Çox güman ki, normativ xarakterli aktların qanunauyğun-
luğunun mübahisələndirilməsinə dair iddialar üzrə icraata
inzibati məhkəmə icraatı təcrübəsində tez-tez rast gəlin-
məyəcək. Çünki qeyd olunan icraat növünə aid edilə biləcək
halların yaranmasını təsəvvür etmək çox çətindir.
Bu icraat dövlət və bələdiyyə orqanları tərəfindən qəbul
edilmiş normaların qanunauyğunuğunu yoxlamaq məqsədilə
başlanıla bilər. Parlament tərəfindən qəbul edilmiş qanunlar
261


və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu mad-
dəsinə müvafiq olaraq qanunauyğunluğu Konstitusiya
Məhkəməsi tərəfindən yoxlanılan normativ xarakterli aktlar
qeyd edilən icraatın predmetini təşkil edə bilməz (bax: İPM-
in 122.1-ci maddəsi).
B. Daha ətraflı qeydlər
1. Bu icraat çərçivəsində iddia qaldırmaq hüququna
hər hansı bir normativ xarakterli aktın qəbulu və ya tətbiqi
nəticəsində subyektiv hüquqlarının pozulduğunu və ya yaxın
gələcəkdə pozulacağını əsaslandıra bilən fiziki və ya hüquqi
şəxslər malikdir (bax: İPM-in 122.2-ci maddəsi). Bundan
başqa, aidiyyətinə toxunulan digər orqanlar da normativ
xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməs-
inə dair iddia qaldıra bilərlər. İddia qaldırmaq səlahiyyətinə
malik olma tələbi, başqa iddia növlərində olduğu kimi,
maraqlarına toxunulmayan şəxslərin mənasız iddialar qaldır-
masının qarşısının alınmasına yönəlmişdir. Ona görə də id-
diaçının, ən azı normanın onun maraqlarına toxunduğu və
ya toxuna biləcəyi səbəbindən iddia qaldırmaqda maraqlı
olması zəruridir. 
2. Predmet baxımından bu cür iddialara birinci instansiya
məhkəməsi qismində baxmaq səlahiyyəti apellyasiya
məhkəmələrinə aiddir (bax: İPM-in 122.3-cü maddəsi).
Ərazi baxımından iddiaya baxmaq səlahiyyəti isə normativ
xarakterli aktı qəbul etmiş dövlət və ya bələdiyyə orqanının
olduğu yerin apellyasiya məhkəməsinə məxsusdur. Normanın
mübahisələndirilməsinə dair ərizənin ünvanlandığı orqan
262


da, elə həmin orqandır (bax: İPM-in 122.5-ci maddəsi).
Ərizənin verilməsinə İPM-in iddianın qaldırılmasına dair
ümumi müddəaları tətbiq olunur (bax: İPM-in 45, 46, 122.4-
cü maddələri). Ərizə daxil olduqdan sonra məhkəmə
mübahisələndirilən normativ xarakterli aktla aidiyyətinə tox-
unulan digər dövlət və ya bələdiyyə orqanının dinlənilmə
hüququnu təmin etməlidir (bax: İPM-in 122.6-cı maddəsi).
Bu məsələ ilə bağlı ayrıca prosessual özəlliklər mövcud
deyil. Məhkəmə şifahi məhkəmə baxışına qədər və şifahi
məhkəmə baxışının gedişində icraatı ümumi prosessual qay-
dalara əsasən aparır. Yalnız hüquqi yoxlamanın məzmunu
bir qədər başqa olur. Digər iddia növləri üzrə icraatlar
çərçivəsində məhkəmə vətəndaşın müəyyən bir iddia tələbinin
qanuni əsasına istinad edərək inzibati orqandan müəyyən
bir fəaliyyət göstərməyi, hərəkət etməyi və ya hər hansı bir
hərəkəti etməkdən çəkinməyi tələb edə bilib-bilməməsini,
yaxud inzibati orqanın müəyyən bir fəaliyyətinin, hərəkətinin,
yaxud hər hansı bir hərəkəti etməkdən çəkinməsinin qanunsuz
olub-olmamasını yoxladığı halda, normativ xarakterli aktların
qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddialar
üzrə icraatlarda məhkəmə hər hansı bir normanın qanuni
olub-olmamasını və həmin normanı qanuni hesab etdiyi
təqdirdə inzibati orqanın ona əsaslana bilib-bilməməsini
yoxlayır. Yoxlama hər hansı bir konkret halla bağlı deyil,
mücərrəd qaydada həyata keçirildiyi halda, məhkəmə başqa
iddia növləri üzrə icraatlarda inzibati orqanın fəaliyyətinin
qanuniliyinin yoxlanılması çərçivəsində inzibati orqanın
qanuni bir normanı tətbiq edib-etmədiyini ilkin məsələ qis-
mində araşdıra bilər (və müəyyən hallarda araşdırmalıdır). 
263


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə