Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə57/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   53   54   55   56   57   58   59   60   ...   98

İddia qaldırmaq səlahiyyəti yoxlanılarkən mübahisələndirmə
və məcburetmə haqqında iddialarda barələrində danışılan
qaydalar tətbiq olunur. 
Öhdəliyin icrası haqqında iddianın qaldırılması üçün hər
hansı bir müddətə riayət edilməsinə ehtiyac yoxdur, çünki
burada müddət axımının başlanması üçün əsas götürülə
biləcək inzibati orqanın davranışı mövcud olmur. Bununla
belə, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın imtinaedici
qərarını gözləmək lazımdır. Yalnız bu qərar ağlabatan müddət
(bununla əlaqədar 30 gün müddətinin yaxşı meyar qismində
çıxış etməsi mümkün hesab olunsa da, müddətin nə qədər
davam edəcəyi işin həcmindən asılı ola bilər) ərzində qəbul
edilmədikdə, imtinaedici qərarın qəbul edilib-edilməməsindən
asılı olmayaraq iddia qaldırıla bilər. Əgər şəxs ağlabatan
müddəti gözləmədən iddia qaldırarsa, özünü bir qədər çətin
vəziyyətə salmış ola bilər. Belə ki, iddianın bu qaydada
qaldırılması onunla nəticələnə bilər ki, inzibati orqan hüquqi
mübahisədə iddianı dərhal qəbul etsin və bununla da iddiaçı
İPM-in 112-ci maddəsinə müvafiq olaraq, bütün prosessual
xərcləri ödəmək məcburiyyətində qalsın (bununla bağlı
ətraflı məlumat üçün bax: iddianın dərhal qəbulu ilə bağlı
fəsil).
IV. İddianın əsaslılığının yoxlanılması
Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk
növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və
bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi
zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və
ya konstitusiya hüququnun ümumi prinsiplərindən (məsələn,
228


bərabərlik prinsipi), yaxud hər hansı əlverişli inzibati aktdan
irəli gələ bilər. Lakin bu heç də o demək deyil ki, iddiaçının
arzuladığı hərəkəti/fəaliyyəti dəqiq və aşkar şəkildə müəyyən
edən bir norma mütləq qaydada mövcud olmalıdır. 
Misal:
Səhiyyə naziri müəyyən yağ növünün törətdiyi
fəsadlar barədə qəzet vasitəsi ilə xəbərdarlıq edir.
Həmin yağı istehsal edən müəssisənin rəhbəri, onun
fikrincə, əsası olmayan bu xəbərdarlıq vasitəsilə müəs-
sisəsinin işgüzar nüfuzuna xələl gətirilməsini istəmir.
Buna görə də o, səhiyyə nazirindən onun yaydığı
xəbərdarlığı ictimai şəkildə təkzib etməsini istəyir.
Belə bir təkzib inzibati akt yox, inzibati orqanın faktiki
xarakterli digər fəaliyyəti sayılır ki, bunun da edilməsinə
iddiaçı öhdəliyin icrası haqqında iddia qaldırmaqla
nail ola bilər. Əsası olmayan xəbərdarlığın təkzibini
tələb etmək hüququnu aşkar nəzərdə tutan norma
olmasa da, iddiaçı onun sahibkarlıq hüququnun həyata
keçirilməsinə qanunsuz müdaxilə edildiyini əsas
götürərək təkzibi tələb etmək hüququna malik olduğunu
iddia edə bilər. 
E. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair id-
dia (İPM-in 2.2.4, 34.2 və 34.3-cü maddələri)
I. Ümumi məsələlər
İPM-in 2.2.4-cü maddəsində müəyyən hərəkətləri etməkdən
çəkinməyə dair iddia öhdəliyin icrası haqqında iddianın
229


xüsusi bir növü kimi təsbit olunmuşdur. Bu iddia növünün
konkret açıqlaması isə, həmin Məcəllənin 34.2 və 34.3-cü
maddələrində əksini tapmışdır. Müəyyən hərəkətləri etməkdən
çəkinməyə dair iddia inzibati orqanın inzibati akt olmayan
əlverişsiz hərəkətlərini aradan qaldırmaq və ya onların
qarşısını almaq məqsədi daşıyır. İPM-in 34.2-ci maddəsinə
əsasən, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia
inzibati orqanın hazırkı hərəkətinə, həmin Məcəllənin 34.3-
cü maddəsində nəzərdə tutulmuş müstəsna qayda əsas
götürülməklə qaldırılan müəyyən hərəkətləri etməkdən çək-
inməyə dair iddia isə, inzibati orqanın gələcək publik-hüquqi
davranışına yönəlir. 
Misal:
Yerli polis xidməti avtomobillərinin uca siqnallarını
daim işlək vəziyyətdə saxlayır. Publik-hüquqi xarakter
daşıyan bu səs narahatçılıqları inzibati akt sayılmır.
Əgər iddiaçı bu narahatçılığa qarşı tədbir görülməsini
istəyirsə, bu zaman müəyyən hərəkətləri etməkdən
çəkinməyə dair iddia düzgün iddia növü qismində
çıxış edəcəkdir. 
II. Xüsusi hal: Müəyyən hərəkətləri etməkdən 
çəkinməyə dair qabaqlayıcı (preventiv) iddia
İPM-in 34.3-cü maddəsinin mətnindən göründüyü kimi,
müəyyən hərəkətləri etməkdən çəkinməyə dair qabaqlayıcı
(preventiv) iddia inzibati orqanın gələcək fəaliyyətinə qarşı
yönəlir. Yəni iddiaçı inzibati orqanın əlverişsiz inzibati aktın
qəbuluna yönələn fəaliyyətinə qarşı öncədən tədbir görməyə
230


başlayır. Bu iddia növündən çox nadir hallarda istifadə
olunur. Həmin hallara misal olaraq, iddiaçıdan inzibati
orqanın inzibati akt formasında qərarını gözləməyi və bundan
sonra, zərurət olarsa, həmin akta qarşı müvəqqəti xarakterli
müdafiə tədbirləri barədə ərizə təqdim etməyi tələb etməyin
mümkün olmadığı halları göstərmək olar.
Misal:
İddiaçı restoran işlədir və buradan gələn gəlirlə
bütün ailəsini dolandırır. Günlərin birində ərzaq məh-
sulları üzrə idarənin rəisi onun restoranına gəlir və
gigiyena vəziyyətinin pis olması səbəbindən restoranı
birdəfəlik bağlatdıracağını bəyan edir. Bu kazusdan
aydın şəkildə görünür ki, qəbul edilməsi gözlənilən
inzibati aktlara münasibətdə müəyyən hərəkətləri et-
məkdən çəkinməyə dair qabaqlayıcı (preventiv) iddia,
yalnız şəxsin həyatını (mövcudluğunu) çətin vəziyyətə
sala bilən və ya bərpası mümkün olmayan zərərin vu-
rulması təhlükəsinin mövcud olduğu halları əhatə et-
məlidir. Bu halda, iddiaçıdan mübahisələndirmə haqqında
iddia ilə mübahisləndirilə bilən «restoranın bağlanması
haqqında» qərarın qəbulunu gözləmək tələb oluna
bilməz. Çünki onun gəlir mənbəyinin qorunub saxlanıl-
masına böyük marağı var. Paralel olaraq, iddiaçı
müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbulu
üçün ərizə ilə məhkəməyə müraciət edə bilər. Yəni
iddiaçı sözügedən hallarda yekun məhkəmə qərarının
çox gec qəbul edilə biləcəyini nəzərə almalıdır. 
231


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə