Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə55/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   51   52   53   54   55   56   57   58   ...   98

Əgər inzibati orqan təyin olunmuş müddət bitənədək heç
bir qərar qəbul etməmişdirsə, məhkəmə iddiaçının tələbini
məcburetmə haqqında iddianın sxeminə uyğun olaraq yoxlayır.
Bu cür hallarda məhkəmə tərəfindən iş üzrə qərar qəbul
edilməsi üçün İPM-in 33.4-cü maddəsində 3 aylıq müddət
nəzərdə tutulmuşdur. 
İnzibati orqanın, sadəcə olaraq heç nə etməməsi ilə
şərtləndirilən İPM-in 33.4-cü maddəsində təsbit olunmuş
qayda həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, inzibati
orqanın gecikən qərarı üçün müddətin təyin olunması
ilə bağlı qaydadan fərqləndirilməlidir. Müddət məsələlərini
tənzimləyən bu iki müddəa arasındakı əlaqə çaşdırıcıdır.
İPM-in 39.2-ci maddəsində nəzərdə tutulan halda inzibati
orqan qərar qəbul etməsə də, İPM-in 33.3-cü maddəsində
nəzərdə tutulan qaydadan fərqli olaraq qərarın qəbul
edilməməsini əsaslandıran xüsusi səbəblərə istinad edə bilər.
Belə xüsusi səbəblərə misal qismində yeni hüququn tətbiqinə
başlanılması ilə əlaqədar ilkin çətinliklər, eləcə də inzibati
orqana həddindən çox ərizələrin daxil olması göstərilə bilər.
İnzibati orqanın uzun müddət işlə yüklənməsi və ya onun
işçilərinin xəstələnməsi isə xüsusi səbəb hesab oluna bilməz.
Məhkəmə İİQ-nin 52.3-cü maddəsində göstərilən ən uzun
müddətləri və xüsusi halları nəzərə alaraq inzibati orqana
qərar qəbul edə bilməsi üçün müddət təyin edir ki, bu
müddət də hər dəfə 30 gün olmaqla 2 dəfə uzadıla bilər.
Təyin edilmiş müddət bitənədək iş üzrə məhkəmə icraatı
dayandırılır. Əgər inzibati orqan təyin olunmuş müddət başa
çatanadək üzrlü səbəb olmadan qərar qəbul etməzsə, məhkəmə
iş üzrə icraatı davam etdirir və İPM-in 33.4-cü maddəsinə
müvafiq olaraq qərar qəbul edir. 
220


3. İnzibati orqanın hüquqi mübahisə 
zamanı qərar qəbul etməsi
Məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində
inzibati akt qəbul edildikdə, iddiaçı iddia icraatı üzrə hüquqi
mübahisənin həll edildiyini bəyan etməlidir (bax: İPM-in
39-cü maddəsi. Həmçinin bax: iddia icraatı üzrə hüquqi
mübahisənin başa çatmasına dair fəsil). Yox, əgər inzibati
orqan müəyyən olunmuş müddət ərzində inzibati aktı qəbul
etməkdən imtina edirsə, iddiaçı İPM-in 54.1-ci maddəsində
nəzərdə tutulmuş iddianın dəyişdirilməsi qaydasında hüquqi
mübahisəni mübahisələndirmə və ya məcburetmə haqqında
iddia formasında davam etdirə bilər. 
III. Hərəkətsizliklə bağlı iddiaya dair məhkəmə qərarı
1. Qərarın qüvvəsi
Hərəkətsizliklə bağlı iddiaya dair məhkəmə qərarının
nəticə hissəsi (bax: İPM-in 33.4-cü maddəsinin 1-ci və 2-ci
cümlələri) məcburetmə haqqında iddialar üzrə çıxarılan
məhkəmə qərarının nəticə hissəsindən həlledici şəkildə
fərqlənir. Belə ki, qərar qəbul etmək mümkün olduqda,
məhkəmə həmin qərarı özü qəbul edir. Onun qərarı inzibati
orqanın inzibati aktını əvəz edir. Lakin İPM-in 33.4-cü
maddəsinin 3-cü cümləsində nəzərdə tutulmuş və
hakimiyyətlərin bölünməsi prinsipinə zidd olan bu qayda o
zaman tətbiq olunur ki, hüquqi mübahisə onun barəsində
qərar qəbul etmək üçün «yetişmiş» olsun. Başqa sözlə,
sözügedən qaydanın tətbiqinə o halda yol verilir ki, inzibati
221


orqan diskresion səlahiyyətə malik olmasın, yaxud işin
faktiki hallarının ətraflı şəkildə araşdırılmasına lüzum olmasın.
Əgər qərar İPM-in 73.3-cü maddəsinə əsasən (diskresion
səlahiyyət, qiymətləndirmə azadlığı, çox iş tələb edən digər
araşdırmalar) qəbul edilməlidirsə, onda, məhkəmə onun
qəbulunu inzibati orqana həvalə etməli, eyni zamanda,
inzibati orqanın üzərinə qərar qəbul edərkən məhkəmənin
hüquqi mövqeyini nəzərə almaq öhdəliyi qoymalıdır (bax:
İPM-in 33.4 və 73.3-cü maddələri). Bu, o demək deyildir ki,
inzibati orqan mütləq inzibati aktı qəbul etməlidir. Bununla
belə, inzibati orqan işlə bağlı qərarını qəbul edərkən
məhkəmənin hüquqi mövqeyini nəzərə almalıdır. 
Məcburetmə haqqında iddialardan fərqli olaraq, inzibati
orqanın məcburən məhz həmin inzibati aktı qəbul etməli
olduğu hallarda bu aktı əvəz edən qərarın məhkəmə tərəfindən
qəbul edilməsi imkanını qanunvericinin nəzərdə tutması
(bax: İPM-in 33.4-cü maddəsinin 1-ci və 2-ci cümlələri)
yəqin onunla bağlıdır ki, iddiaçı inzibati orqanın hərəkətsi-
zliyinin nəticəsi olaraq, onun qərarını onsuz da uzun müddət
gözləməli olmuşdur. Bu səbəbdən də iddiaçı inzibati orqanın
qərarının qəbul edilməsini yenidən gözləmək məcburiyyətində
qalmamalıdır. Sözügedən norma inzibati orqanların öz işini
vaxtında görmələri baxımından müəyyən tərbiyəedici xarakterə
malikdir ki, bu da özünü inzibati orqanın prosesi uduzan
tərəf kimi hüquqi mübahisənin xərclərini daşımalı olmasında
büruzə verir. Əgər inzibati orqan məhkəmənin hərəkəsizliklə
bağlı qərarına cavab olaraq heç bir iş görməzsə, iddiaçı
İPM-in 120-ci maddəsinə əsaslanaraq cavabdehə qarşı
məhkəmə qərarının icrasını tələb edə bilər.
222


2. Hərəkətsizliklə bağlı iddialara dair 
məhkəmə qərarının nəticə hissəsi
İPM-in 33.4-cü maddəsinin 1-ci və 2-ci cümlələrinə
müvafiq olaraq, məhkəmə inzibati aktı özü qəbul edirsə,
onun qərarının nəticə hissəsi aşağıdakı kimi yazılır:
«İddiaçının …. tarixli ərizəsinə cavab olaraq, ona..... ün-
vanında yerləşən «Bakı» restoranını işlətməyə icazə verilir»
İPM-in 33.4-cü maddəsinin 3-cü cümləsinə əsasən qəbul
edilmiş qərarın nəticə hissəsi məcburetmə haqqında iddia
üzrə çıxarılan məhkəmə qərarının nəticə hissəsindəki kimi
olur. Hərəkətsizliklə bağlı iddianın rədd edilməsi ilə əlaqədar
da heç bir özünəməxsusluq yoxdur. 
D. Öhdəliyin icrası haqqında iddia 
(İPM-in 2.2.3, 2.2.7 və 34-cü maddələri)
I. Ümumi məsələlər
Almaniyanın İPM-indən fərqli olaraq, Azərbaycanın İPM-
ində öhdəliyin icrası haqqında iddia aşkar şəkildə tənzim-
lənmişdir. Bu iddia növündən iddiaçının inzibati orqandan
inzibati aktın qəbul edilməsi ilə deyil, İİQ-nin 1.2-ci mad-
dəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli
fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar olan müəyyən
hərəkətlərin edilməsini (bax: İPM-in 34.1-ci maddəsi) və ya
edilməməsini, yaxud dayandırılmasını (bax: İPM-in 34.2-ci
maddəsi) tələb etdiyi hallarda istifadə olunur. İnzibati
orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması
nəticəsində vurulmuş ziyana görə kompensasiyanın
ödənilməsinə dair iddia (bax: İPM-in 34.1-ci maddəsinin
223


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə