Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə77/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   73   74   75   76   77   78   79   80   ...   98

Həqiqətən də proses gedişatının tarixi barədə məlumat
verilməsi yalnız o zaman zəruri sayılır ki, məhkəmənin
qərarı əks təqdirdə anlaşılmasın (buna misal qismində iddianın
dəyişdirilməsini göstərmək olar. Fərz edək ki, iddiaçı ilkin
olaraq rüsum haqqında qərarın ləğvini istəmişdir. Lakin o,
hər bir halda rüsum ödəməli olduğunu öyrəndikdən sonra
iddiasını dəyişdirərək rüsum haqqında qərarın rüsum
məbləğinin 70 manatı keçdiyi həddə ləğv olunması haqqında
tələb irəli sürmüşdür) və ya bu, müddətlərin hesablanması
baxımından zəruri olsun. Hüquqi mübahisənin əksər
mərhələləri nə qərarın hüquqi qiymətləndirilməsi, nə də
onun başa düşülməsi üçün əhəmiyyət kəsb etmir (məsələn,
məhkəmə bildirişlərinin göndərilməsi, məhkəmənin yardım
etmək vəzifəsinin həyata keçirilməsi və s.). Bu halların
göstərilməsi qərarın təsviri hissəsini əslində ağırlaşdıra və
oxucuda çaşqınlıq yarada bilər. Ona görə də onların qeyd ol-
unmaması tövsiyə edilir. Prosesin gedişatını məhkəmə
qərarının elə hissələrində təsvir etmək məsləhət görülür ki,
bu, oxucunun qərarı başa düşməsinə kömək etsin. Misal
üçün, iddianın məhkəməyə daxil olması, elə təsviri hissənin
giriş cümləsində də qeyd oluna bilər. İddiaya edilən dəyişik-
liklər isə, yaxşı olardı ki, aktual tələblərin təsvirindən əvvəl
verilsin.
Misal
İddiaçı öz istəyini 23 iyul 2009-cu il tarixdə
məhkəməyə daxil olmuş iddia ilə tələb etməkdə davam
edir.
308


Məhkəmə sübutlar haqqında 25 iyul 2009-cu il
tarixdə qəbul etdiyi qərardada müvafiq olaraq, yazılı
ekspert rəyi əsasında sübutları araşdırmışdır. Sübutların
araşdırılmasının nəticəsi ilə bağlı məhkəmə iclasının
protokoluna (iş materiallarının .... səhifəsi) göndəriş
edilir.
İddiaçının, əvvəlcə ... barədə tələb irəli sürməsindən
sonra o, indi ..... barədə tələb irəli sürür. 
İddiaçı iddianın evin bacasının götürülməsi haqqında
qərara dair hissəsini geri götürdükdən sonra ..... barədə
tələb irəli sürür.
Tərəflər müştərək bəyanatla hüquqi mübahisənin
bacanın sökülməsinə münasibətdə nizamlandığını bəyan
etdikdən sonra iddiaçı .... barədə tələb irəli sürür. 
C. Əsaslandırma hissəsi
I. Ümumi məsələlər
Məhkəmə qərarının əsaslandırma hissəsinə olan tələblər
əsasında Almaniyada qərar üslubu deyilən bir üslub təşəkkül
tapmışdır ki, bu da hüquqi vəziyyətin prosesə qənaətedici,
sistematik və həm tərəflər, həm də yuxarı instansiya
məhkəmələri üçün anlaşılan şəkildə təsvir edilməsi üçün
özünü doğrultmuş bir qayda sayılır. Təbii ki, bu üslub
məcburi qüvvəyə malik deyil. Lakin o, qərarın strukturunu
və anlaşılan olmasını sadələşdirməklə hüquqi dəlillərdən is-
tifadənin istənilən növü ilə bağlı tətbiq oluna bilər.
309


Qərarın üslubunun əsasları aşağıda təsvir olunacaqdır.
Qərarın əsaslandırma hissəsi qərarın bütün potensial oxucu-
larına (məhkəmə tərkibindəki hakim həmkarlara, mübahisə
tərəflərinə və şikayət verilən yuxarı instansiya məhkəməsinə)
məhkəmənin qəbul etdiyi qərara necə gəldiyinin izah olun-
masına xidmət edir. Məhkəmənin istinad etdiyi faktlar,
sübutlar və hüquqi aktlar təsvir və izah olunmalıdır. Qərara
aparıb çıxaran düşüncə yollarını tam və anlaşılan şəkildə
göstərmək üçün əsaslandırma hissəsini yoxlamaların
nəticəsindən çıxış edərək aşağıdakı şəkildə qurmaq tövsiyə
olunur.
II. Baş cümlələr
Əsaslandırma hissəsi qərarın nəticə hissəsini ümumiləşdirən
və əsaslandıran baş cümlə ilə başlayır. Bununla bağlı müxtəlif
iddia növləri üzrə baş cümlələrin necə tərtib edilməsinə dair
aşağıdakı nümunələrə nəzər yetirək.
1. Mübahisələndirmə haqqında iddialar
İddia mübahisələndirmə haqqında iddia kimi mümkün və
əsaslı sayılır. Mübahisələndirilən inzibati akt qanuna ziddir
və iddiaçının hüquqlarını pozur (İPM-in 70.1-ci maddəsi). 
Yaxud:
İddia mübahisələndirmə haqqında iddia kimi mümkün
sayılsa da, əsaslı deyil. Mübahisələndirilən inzibati akt qa-
nunidir və iddiaçının hüquqlarını pozmur (İPM-in 70.1-ci
maddəsi).
310


Yaxud:
İddia mübahisələndirmə haqqında iddia qismində mümkün
sayılsa da, yalnız qismən əsaslıdır. Mübahisələndirilən inzibati
akt 80 manata qədər rüsum ödənilməsi baxımından qanunidir,
80 manatdan çox olan hissədə isə iddiaçının hüquqlarını
pozur.
Yaxud:
İddia mübahisələndirmə haqqında iddia qismində mümkün
sayılır. O, 1-ci cavabdehə münasibətdə əsaslı deyil, 2-ci
cavabdehə münasibətdə isə əsaslıdır. 
2. Məcburetmə haqqında iddialar
İddia məcburetmə haqqında iddia qismində mümkün
sayılsa da, əsaslı deyil. İddiaçı cavabdehdən arzu etdiyi
tikintiyə icazənin verməsini tələb etmək hüququna malik
deyil (İPM-in 73.1-ci maddəsi).
Yaxud:
İddia məcburetmə haqqında iddia qismində mümkün
sayılır və əsaslıdır. Tikintiyə icazənin verilməsindən imtina
olunması ilə iddiaçının hüquqları pozulmuşdur. 
Beləliklə, əsaslandırma hissəsində qərarın məzmununu
əvvəlcədən göstərdikdən sonra hüquqi yoxlama başlayır ki,
bu da struktur baxımından əvvəlcə iddianın yoxlanılmasına,
sonra isə xərclər barədə məsələnin həllinə həsr olunur. 
Ardıcıl olaraq əsaslandırılmış qərarda baş cümlədən sonra
gələn hər bir hissə (ən azı düşüncələrdə) «çünki», yaxud
311


«ona görə ki» və ya «və» bağlayıcısı ilə əvvəlki bölmə ilə
əlaqələndirilməlidir. Hər bir hüquqi yoxlama aşağıdakı
hissələrdən ibarət olur:
– nəticə, həlledici normanın göstərilməsi;
– normanın məzmununun açıqlanması;
– konkret işin faktiki hallarının normanın ayrı-ayrı dis-
pozisiya şərtlərinə tətbiq edilməsi.
Həlledici olan odur ki, düşüncə və yoxlama addımları
arasındakı əlaqə aydın şəkildə göstərilsin və qərar oxunulan
zaman heç bir sual meydana çıxmasın. «Nə üçün?» və ya
«Nəyə görə?» kimi istənilən açıq sualın yaranması əsaslandırma
zəncirində hansısa bir aralıq addımın olmamasına işarə edir.
Bununla əlaqədar olaraq, İPM-in 73.1-ci maddəsinə
əsasən, məcburetmə haqqında iddia üzrə çıxarılmış məhkəmə
qərarına dair aşağıdakı mücərrəd misala nəzər yetirək:
İİQ-nin 67.3-cü maddəsinə müvafiq olaraq, iddiaçının
məcburetmə haqqında iddia vasitəsilə cavabdehdən …. tarixli
rüsumlar haqqında qərarın ləğvini tələb etmək hüququ var
(çünki). Bu müddəaya əsasən, qanunsuz əlverişsiz akt ləğv
olunmalıdır (və). Bu şərtlər mövcuddur (çünki). Cavabdeh
tərəfindən qəbul edilmiş müəyyən hərəkətləri etməkdən çək-
inməyə dair qərar … maddəyə müvafiq olaraq qanuna ziddir
(çünki). Həmin maddəyə uyğun olaraq, bu cür qərar yalnız
…. mövcud olduqda qəbul edilə bilər (və). Lakin baxılan
işdə bu şərtlər mövcud deyil (çünki). İnzibati aktın qanuna
zidd olması şərti mövcud deyil…(çünki). Belə ki, inzibati
akt yalnız o zaman qanuna zidd sayılır ki, o, hər hansı bir
normanın dispozisiya şərtlərini yerinə yetirməsin (və). Baxılan
işdə isə, vəziyyət belə deyil (ona görə ki). Cavabdeh …
312


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə