Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə4/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   42

 
 
 
11 
     Dostum başını yırğaladı. 
 -    Bu  konfrasın  harada  və  nə  vaxt  keçirilməsi  haqqında  hələlik 
heç  bir  məlumat  verilməyibdir.  Ancaq  bunu  mətbuatdan  gizlin 
saxlanılmasına baxmayaraq, diplomatik idarələrdə hamı bilir.. 
     Konfrans sabah - cümə axşamı - Versalda keçirilməlidir. İndi 
siz  bilirsiniz  ki,  necə  çətin  vəziyyət  yaranmışdır.  Mən  sizdən 
gizlətmirəm.Baş  Nazirin  bu  konfransda  iştirakı  həyati  bir 
zərurətdir.  Sakit  okean  təbliğatı  ölkəmizdəki  alman  casusları 
tərəfindən  xeyli  gücləndirilmişdir.  Bu  hamının  fikridir  ki, 
konfransdakı  fikir  dəyişkənliyi  yalnız  Baş  Nazirin  güclü 
şəxsiyyəti altında mümkün ola bilər. Onun bu konfransda iştirak 
etməməsi  isə  ən  böyük  ciddi  nəticəyə  ,  yəni  sülh  üçün  çətin 
təhlükə yaranmasına gətirib çıxara bilər. Onun yerinə göndəriləsi 
isə heç kimimiz yoxdur. İngiltərəni yalnız o, təmsil edə bilər. 
    Puaronun sifəti ciddi görkəm almışdı. 
-  Sizcə, Baş Nazirin oğurlanmasına  əsas səbəb onun konfransda 
iştirakına mane olmaqdır? 
-  Mən  buna  daha  çox  əminəm.  O,  Fransaya  gedərkən  yoxa 
çıxıbdır. 
-  Konfrans keçirilmişdir? 
-  Sabah gecə saat 9-da. 
    Puaro  cibindən saatını çıxarıb baxdı. 
-   İndi doqquza on beş dəqiqə qalır. 
-   İyirmi dörd saatdan sonra... – Mister Doc fikirli halda dilləndi. 
-  On beş dəqiqəni də  yaddan çıxarmayın, bu da əhəmiyyətlidir. 
İndi  bunu  bilmək  lazımdır.  –  Nazir  İngiltərədə,  yoxsa  Fransada 
oğurlanıbdır? – deyə Puaro əlavə etdi. 
-    Fransada.  Mister  Mak  Adam  Fransaya  bu  səhər  keçibdir.  O, 
axşam  Baş  komandanın  qonağı  olmalı,  sabah  isə  Parisə  yola 
düşməli idi.  Baş Nazir Kanalı eskadra minonosunun  müşaiyəti 
altında  keçmişdi.  Onu  Buloyn  limanında  Baş  qərargahın 
göndərdiyi şəxsi yavəri qarşılaşmışdı. 
-  Yaxşı, bəs sonra? 


 
 
 
12 
-  Sonra  onlar  Buloyndan  yola  düşüblər,  ancaq  gəlib  mənzil 
başına çatmayıblar. 
-   Nə? 
-    Mister  Puaro,  Naziri  qarşılayan  qondarma  maşın  olmuşdur, 
həmçinin  yavəri  də.  Əsl  maşın  yolun  kənarında  tapılmışdır.  
Sürücünün və yavərin ağzını bağlayaraq  aparıblar. 
-   Bəs, o saxta maşın? 
-   Hələlik məlum deyil. 
     Puaro narahatcasına əl-qolunu yellədi. 
-   İnanılası şey deyildir! Bunun nəzərdən yayınmasına doğrudan 
da əminsinizmi? 
-  Fransanın  həmin  hissəsi  hərbçilərin  ixtiyarındadır.  Biz  belə 
aydınlaşdırdıq ki, maşın bu ərazidə uzun müddət nəzarətsiz gedə 
bilməzdi,  çünki  bu,  Fransa  polisi,  bizim  Şotland  Yardın  işçiləri 
və  hərbçilərin  nəzərindən  heç  cürə  yayına  bilməzdi.  Bu  sizin 
dediyiniz  kimi,  inanılası  deyildir,  ancaq  hələlik  heç  bir  şey 
aydınlaşdırılmamışdır! 
    Bu  zaman  cavan  bir  zabit  əlində  möhkəm  surğuclanmış 
məktubla otağa daxil oldu və onu 
Lord Esteyrə tərəf uzatdı. 
-  İndicə  Fransadan  gəlib,  ser.  Siz  idarədən  çıxan  kimi  birbaş 
ardınızca gəlmişəm. 
    Nazir məktubu səliqə ilə cırdı və həyəcanlı halda oxudu. Zabit 
geri çəkildi. 
-    Burada  sonuncu  xəbər  verilmişdir.  Bu  teleqram  indicə  qəbul 
edilib.  İkinci  maşın  da  tapılıb.  Maşının  yanından  xloroformlu 
əski  tapıblar.  Daniyel  isə  heç  bir  şey    xatırlamır.  O,  ancaq 
arxadan qəflətən ağzının dəsmalla bərk tutulduğunu hiss edib. Nə 
qədər  çalışıbsa,  xilas  ola  bilməyib.  Polis  onun  bu  məlumatının 
yalan olduğunu qənaətbəxş hesab etmişdir. 
-   Bəs daha heç bir şey tapılımayıb? 
-   Xeyr. 
-   Baş Nazirin meyidi də? Onda buradan işıq ucu görünür, ancaq 
çox qəribədir, əgər ona bu səhər atəş açmağa çalışıblarsa, bəs nə 


 
 
 
13 
üçün  indiyə  kimi  diri  saxlayıblar,  yəni  Baş  Nazirlə  niyə 
qurtarmayıblar? 
   Mister Doc başını tərpətdi. 
- Bir şey tamamilə aydındır. Onlar Baş Nazirin konfransda iştirak 
etməsinə mane olmuşlar. 
-  Əgər  insanpərvərlik  mümkünsə,  onda  Baş  Nazir  konfransda 
hökmən iştirak edəcək. Allah eləsin ki, bu çox gec olmasın. İndi, 
cənablar, hər şeyi əvvəldən axıradək yenidən nəql edin. Mən bu 
atışma barəsində ətraflı bilməliyəm. 
 Keçən gecə, Baş Nazir, onun katibi kapitan Daniyel tərəfindən 
müşaiyət olunmuşdur. 
-   Naiziri Fransaya müşaiyət edən adam? 
-   Bəli, dediyim kimi, onlar maşınla Uindsora gediblər. Bu səhər
tezdən şəhərə qayıdanda, yolda bu qəsd baş vermişdir. 
-  Bağışlayın,  bir  dəqiqə.  Bu  kapitan  Daniyel  kimdir?  Onun 
haqqında nə deyə bilərsiniz? 
   Lord Esteyr gülümsündü. 
- Mən bildim ki,bunu məndən soruşacaqsınız. Biz onun haqqında 
o  qədər  də  çox  bilmirik,  şəxsən  tanış  deyildir.  O,  İngilis 
ordusunda  xidmət  edib,  bacarıqlı  katib  olmasından  savayı,  həm 
də  gözəl  dilçidir.  Mən  onun  yeddi  dildə  danışmasına  inanıram. 
Buna  görə  də  Baş  Naziri,  Fransaya  müşaiyət  etmək  üçün  o 
seçilmişdi. 
-   Onun İngiltərədə qohumları varmı? 
-    İki  xalası  var.  Misis  Everard  Hampstiddə,  Miss  Daniyelz  isə 
Askotda yaşayır. 
-   Askot? O ki, Uindsorun yaxınlığındadır, elə deyilmi? 
-   Bunu nəzərə almaq da heç bir nəticə verməyibdir. 
-   Görürəm  ki,  siz kapitan Daniyelə hörmət  bəsləyirsiniz, ondan 
heç şübhələnmirsiniz? 
    Lord Esteyr bu suala cavab verərkən, səsində kəskin dəyişiklik 
hiss olundu. 
- Xeyr, Cənab Puaro. Bu günlərdə, mən hər hansı adam barəsində 
şübhələnməyi özümdən kənar etməyə çalışacağam. 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə