problemin həllinə nail olmaq üçün bir zərurətə çevrilmişdir. Ekoloji
problemlərin həllinə bynəlxalq təşkilatların cəlb edilməsinin əsas
üstünlüyü ondadır ki, bu zaman beynəlxalq təşkilatlar ümumbəşəri
tədbirlərlə məşğul ola bilərlər və ümumbəşəri nəticələr əldə etməyə can
atarlar. Beynəlxalq təşkilatların bu sahədə əsas məqsədi bütün dünya
miqyasında ekoloji vəziyyəti yaxşılaşdırmağa kömək və bu yolla da
dövlətlərin səylərini birləşdirmək və planetimizdə ekoloji təhlükəsizliyi
təmin etməyə olmaqdır.
Beynəlxalq təşkilatlar aşağıdakı istiqamərlərlə qlobal ekoloji
problemin həllinə müsbət təsir göstərə bilərlər.
1.Ölkələrin maliyyə vəsaitlərini səfərbər etməklə;
2.Milli
dövlətlərin
tək-tək
planlarını
üzvi
şəkildə
koordinatlaşdırmaqla;
3.Dünya miqyasında məqsədli ekoloji proqramlar tərtib etmək və
həyata keçirməklə;
4.Ekologiya haqqında dəqiq məlumatları dünya ictimaiyyətinə
çatdırmaqla;
5.Ekoloji problemin həllinin iqtisadi və hüquqi asektlərini işləyib
hazırlamaqla;
Hazırda bir çox təşkilatlar ekoloji problemlərlə məşğul olurlar.
lakin əsas təşkilatlar BMT-nin xətti ilə fəaliyyət göstərirlər. BMT-nin
bir çox regional komissiyaları da fəaliyyət göstərir. Bunlardan başqa,
müxtəlif xarakterli dövlətlərarası əməkdaşlıq sazişləri, proqramları da
mövcuddur. Keçən əsrin son onilliklərində ekologiya ilə məşğul olan
qeyr-
dövlət təşkilatlarının sayı artmışdır.Belə təşkilatların müsbət çəhəti
onların beynəlmiləl xarakter daşımalarıdır.
Dünya təcrübəsi göstərir ki, hansı səviyyədə və hansı məkanda
yaradılırsa-yaradılsın səmərəlilik nöqteyi-nəzərincə BMT-nin nəzdində
fəaliyyət göstərən təşkilatlar daha münasib olurlar. Onları nəzərdən
keçirək.
1.BMT-
nin iqtisadi və sosial şurası soveti (İQTİSOŞ)və bu
sovetin yanında fəaliyyət göstərən orqanlar. Bu təşkilat BMT-nın 6 əsas
oqrqanlarından biridir və onun fəaliyyətində ətraf mühitin qorunması
başlıça ter tutur.
2.
İQTİSOŞ-un köməkçi orqanları.Bura müxtəlif hökümətlərarası
daimi və funksional komissiyalar daxildir.
3. İQTİSOŞ sistemində fəaliyyət göstərən beş regionlar üzrə
iqtisadi komissiyalar. Bu komissiyalara Avropa İqtisadi Komissiyası
(AİK), Asiya və Sakit Okean iqtisadi və sosial komissiyası
(İSKASO),Afrika üçün iqtisadi komissiya(İKA),Latın Amerikasıüçün
iqtisadi komissiya (İKLA), Qərbi Afrika üçün iqtisadi komissiya
(İKQA).
4.Ətraf mühit zrə proqramma (ƏMÜP).
ƏMÜP 1972-ci ildə BMT-nin səyi ilə Stokholmda keçirilmiş və
ətraf mühitin qorunması ürə əməıkdaşlıq məsələlərinə hısr edilmiş
beynəlxalq konfransın təklifləri əsasında yaradılan və fəaliyyət
İQTİSOŞ tərəfindən kordinantlaşdırılan avtonom orqandır. Hazırda
ƏMÜP BMT-nin orqanlarıarasında ən sürətlə inkişaf edən orqandır.
Onun öünün fondu formalaşıb. Bu orqan üç mühüm funksiyanı
keçirir.1)
Ətraf
mühitin
qiymətləndirilməsi
(vəziyyətin
qiymətləndirliməsi, monitorinq, informasiya mübadiləsi), 2) Təbiəti
qoruyan idarəetmə(məqsədlərin aid edilməsi, planlaşdırma beynəlxalq
məsləhətləşmələr və razılaşmalar), 3)Köməkçi tədbirlər (təhsil,
ictimaiinformasiya,texniki əməkdaşlıq).
Keçən dövr ərzində bu beynəlxalq təşkilatın ətraf mühitin
qorunmasında mühüm rolunu bütün dünya ölkələri qeyd eirlər. Bu
məsələlər bir daha 1992-ci ildə BMT-nin Rio-de Janeyroda keçirdiyi və
ətraf mühitin qorunmasına həsr edilmiş beynəlxalq konfrnsın
materiallarında öz əksini tapdı və ətraff mühitin qorunması məsələlərinə
özündə əks etdirən “XXI əsr üçün gündəlik məsələ” adında qəbul etdi.
Bu sənədin məğzini, dayanıqlı inkişaf konsepsiyası təşkil edir. Sənəddə
27 tövsiyyə xarakterli prinsip göstərilmişdir ki,bu da bütün ölkələri
“iqtisadiyyat-
ekologiya”
sistemi
üzrə
yox
“ekologiya
iqtisadiyyat”sist
emi üzrə fəaliyət göstərməyə çağırır və onlardan
insanların sağlam yaşaması üçün münasib ətraf mühitin yaradılmasını
tələb edir.
Ekoloji problem ayrı-ayrı dövlətlərin çərçivəsindən çıxıb sözün
tam mənasında qlobal, ümümbəşəri və müasir dövrüm ən kəskin
probleminə çevrilmişdir. O həm dövlətlər çərçivəsində və həm də
planetdə iqtisadiyyatın və siyasətin və həmdə müasirlərimizin
mənəviyyatının tərkib hissəsinə daxil olmuşdur. Başqa sözlə, ekologiya
ümumbəşər mədəniyyətinin bir hissəsinə çevrilmişdir.Buna görə də
biosferanın və ətraf mühitin qorunması sahəsində beynəlxalq
əməkdaşlıq təkcə bir tədqiqatçının, elmi-tədqiqat institutunun, ayrıca
götürülmüş dövlətin problemi yox, eyni zamanda o cəmiyyətlə təbiətin
qarşılıqlı təsir problemidir.
Ətraf mühitin problemlərinin əksəriyyəti mahiyyətcə sosial
xarakterlidir. Buna baxmayaraqonlar eyni zamanda beynəlxalq
əməkdaşlıq proseslərində ciddi ideoloji gərginliklər də yarada bilir.
Ekoloji problemlərin həlli yolları axtarılanda süni istifadə etməyə və
başqa ölkələrin işlərinə qarışmağa cəhd göstərənlər dəolub.Bu da
problemlərin həllini mürəkkəbləşdirir.
Ətraf mühitin çirklənməsinin qarşısını almaq və yaxud da onu
insan və təbiət üçün zərərsiz dərəcəyə qədər azaltmaq prinsip etibarı ilə
mümkündür. Bunun üçün ilk növ
bədə güclü iqtisadiyyat və dövlətlərdən
yüksək məsuliyyət hissi tələb olunur. Kompleks texnologiyalar geniş
tətbiq edilməsi, elmi-texniki və təşkilati idarəetmə xarakterli məqsədli
proqramlar işlənib hazırlanmalı və həyata keçirilməlidir.
§4.
QLOBAL ƏRZAQ PROBLEMİ
4.1.
Problemin qloballığı
XX əsr başa çatdı. Dünya təsərrüfat sistemi XXI əsrə qədəm
qoydu. Bəşəriyyət illəri arxada qoyub, yeni əsrə heç də əli boş
gəlməyib. Dünya miqyasında götürdükdə elm, texnika, texnologiya,
iqtisadiyyat, mədəniyyət və sosial-mənəvi sahələrdə misli görün-məmiş
nailiyyətlər əldə edilib. İrəliyə doğru inkişaf dünya iqtisa-diyyatının,
dünya təsərrüfatının demək olar ki, bütün sahələrində əldə edilmişdir.
Lakin buna baxmayaraq bəşəriyyət XX əsrdə yer kürəsi əhalisini
ərzaqla təmin etmək məsələsini tam həll edə bilmədi. Kəskin aclığa
məruz qalanların sayı ilbəil artır. BMT struktur bölməsi olan FAO
(Dünya kənd təsərrüfatı və Ərzaq təşkilatı) verdiyi məlumatlara görə
1970-
ci ilin əvvəlləri üçün bu kateqoriyadan olan əhalinin sayı 400
milyona catırdısa, bu rəqəm 1980-cı ildə 500 milyon nəfər, 1990-cı ildə
600-
700 milyon nəfərə, 2001-ci ilin ilk aylarında isə 800 milyon nəfərə
çatmışdır.
Dostları ilə paylaş: |