4.Hidrosferanın çirklənməsi və zəhərlənməsi. (Yerin su
qat).İqtisadiyyatı inkişaf etdırən nsanların, öz siyasi ambisiyalarını
həyata keçırən dövlətlərin “səyləri” nəticəsində çayların göllərin,
dənlizlərin, okeanların, yeraltı suların keyfiyyəti pisləşir və hətta istifadə
etmək üçün zərərli vəziyyətə düşür.Bir sıra ölkələrdə artıq icməli su
problemi yaranmışdır (bunu bizim respublikamızın timsalında da aydın
görmək olur). BMT-nin hesablamalarına görə hər il Dünya okeanına 50
min ton pestisid
, 5 min ton civə, 10 mln tona yaxın neft və çoxlu
miqdarda digər çirkləndiricilər düşür. İnkişaf etmiş ölkələr isə “mənəvi
köhnəlmiş” və zəhərli hərbi maddələri dərin suların basdırmaqla
hidrosfera üçün böyük təhlükələr yaradırlar.
Qeyd edək ki, iqtisadiyyatın birtərəfli inkişaf etdirilməsi
nəticəsində planetimizin ekologiyasının korlanması istiqamətləri
göstərdilyimiz istiqamtlərə bitmir. Lakin digər istiqamətlər də bu
göstərdiyimiz dörd istiqamətlərlə sıx əlaqə-
dar olur və onlardan doğur.
3.5.İqtisadiyyata dəyən zərər və yaxud ekoloji vəziyyət
kapital tələb edir
Son onilliklərdə yeni xarakteristik xüsusiyyətlər “əldə etmiş”
ekoloji problemin cəmiyyətə və iqtisadiyyata təsiri də dəyişmiş,
qloballaşmışdır.İndi o öz yaralarını heç olmasa bir qədər sağaltmaq
üçün çoxlu vəsait tələb edir.
İlk növbədə sosial məsələlərin həllində ekoloji böhran çox mənfi
rol oynayır. Hətta sosial yönümlü iqtisadiyyat yaratmağa nail olmuş
dövlətlər belə ekoloji təsirdən can qurtara bilmirlər. Bunu da əsas səbəbi
ondadır ki, əgər uzaq keçmişlərdə insan fəaliyyətinin mənfi təsirləri
təbiətin bu və ya digər komponentlərinə yönəlmişdirsə, indi bu
fəaliyyətin mənfi təsirlərini, foksunda insanın özü, onun səhhəti, uzun
illər boyu bəşəriyyətin əldə etdiyi sivilizasiya durur. Bundan başqa,
cəmiyyətin və təbiətin qarşılıqlı əlaqəsi indi çox sıx və üzvi şəkildə
təsərrüfatçılıqla cildlənir, onlar bir-birindən ayrı, təcrid olunmuş halda
faliyyət göstərə bilmirlər. Bugünkü ekoloji problemin digər fərgləndirici
cəhəti ondadır ki, indi insanlar təbii resurslara olan tələbatlarını keçmiş
dövrlərdəki səviyyədə ödəyə bilmirlər. İndinin özündə enerji və.s.
kimim problemlər dünyanı bürüyüb. Mümkün olan resursların da
əksəriyyəti bə və ya digər səviyyədə zəhərlənmişdir. Belə hal məhsuldar
qüvvələrin inkişafını dayandıra bilən amilə çevrilməkdədir.
Dünya təsərrüfatı baxımından yaranmış qlobal-ekoloji
anlaşılmazlıq o deməkdir ki, indi istər hər bir dövlətin və istərsə də
dünya iqtisadiyyatının inkişafı bilavasitə ümumi qitə təbii şəraitindən ,
ora
da baş verən proseslərdən bilavasitə asılı vəziyyətə düşmüşdür.
Dünya iqtisadiyyatını öyrənərkən ekoloji problemin diqqət
mərkəzində olmasının siyasi, bioloji, sosial-iqtisadi,psixoloji, mənəvi
əhəmiyyəti vardır. Lakin son nəticədə ekoloji krizis iqtisadiyyata ən pis
təsir, göstərir. Ekoloji trazlığın pozulması iqtisadiyyata birbaşa təsir
göstərən proseslərdəndir. Məslən, təkcə əkin üçün yaralı sahələrin
azalması, səhraların çoxalması dünya miqyasında iqtisadiyyata ildə
milyard dollar dəyərində itki verir. Bu birbaşa itkidir. Dövlətlərin
səhlənkarlığı və xüsusi ambisiyaları nəticəsində itirilmiş meşələrin, su
mənbələrinin heç olmasa bir hissəsinin bərpa olunması üçün də əlavə
xərclər tələb olunur. Bu ekoloji problemin iqtisadiyyata təsirinin ikinci
istiqamətidir. Ətraf mühitin korlanmasının iqtisadiyyata təsirinin
üçüncü istiqaməti canlıların və xsusən də insanların səhhətinin
pisləşməsi,mxtəlif xəstəliklərin yayılması,bitgi vəeyven aləminin məhv
olması ilə əlaqədar çəkilən xərclərləəlaqədardır.
Bir qayd
a olaraq ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün milyard
və trillionlarla ölçülən miqdarda vəsaitlər tələb olunur. Hələlik isə
dünya ölkələri ekologiya üçün çox cüzi miqdarda lakin getdikcə artan
tempdə birbaşa vəsait ayıra bilirlər.BMT-nin hesabamalarına görə
bəşəriyyət ekoloji sağaltma tədbirlərinə 1970-ci ildə 40-milyard, 1980-
ci ildə -75 milyard dollara yaxın 1990-cı ildə təxminən 150 milyard
vəsait xərclənmişdir. 2000-ci ildə isə bu vəsaitin məbləği təxminən 250-
milyard dollar təşkil etmişdir.
1992-ci
ildə BMT-nin Rio-de-Janeryoda ətraf mühitin
qorunmasına həsr etdiyi beynəlxalq konfransda qəbul edilən “XXI əsr
üçün gündəlik məsələ” adlı sənədlərə görə ekologiyanın qorunmasına,
yaxşılaşdırılmasına çəkilən vəsaitin ortaillik məbləği təkcə inkişafda
o
lan üzrə 600 milyard dollar təşkil etməlidir.
Onu da qeyd edək ki, planet üzrə ekoloji gərginliyin
yaranmasında əsas və birinci rolu inkişaf etmiş ölkələr oynayırlar. Onlar
iqtisadi cəhətdən geri qalmış ölkələrə yüksək texnologiyaları gətirirlər.
Lakin bu
məsələyə kompleks yanaşmırlar. Nəticədə qabaqcıl
texnologiya tətbiq etməklə bu ölkələrin ərailərində istehsal prosesləri
həyata keçirirlər, pul qazanırlar. Proseslər zamanı tullantıları, çirkli
suları, zəhərli qazları lazımi səviyyədə zərərələşdirməyib təbiəti
zərərləşdirməkdə davam edirlər. Burada əsas səbəb xarici invesotrlar
tərəfindən öz ölkələrindən fərqli olaraq bu ölkələrdəətraf mühitin
qorunmasına laz;mi vəsaitin ayrılmamasıdır. Məsələn, dünya
iqtisadiyyatından yazan ədəbiyyatların verdiyi məlumatlara görə inkişaf
etmiş ölkələr ətraf mühitin qorunmasına ÜMM-un 1-2%-i qədər vəsait
sərf edirlər. Eyni zamanda inkişaf etməkdə olan ölkələrə ekologiyanın
pisləşməsi nəıticəsində inkişaf etmiş ölkələrə dəyən zərərin məbləği
onları ÜMM-nın 4-6%-ə qədər təşkil edir.
Deməli inkişaf etmiş ölkələr ekoloji məsələlərin həlli üçün
vəsaitlər artırmalıdır.Lakin ekoloji tarazlığın iqtisadiyyata vurduğu
birbaşa iqtisadi zərərlər çoxşaxəlidir, mürəkkəb məzmuna malikdir.
Burada daha çevik təsir göstərən tədbirlər görmək lazımdır. Məsələn,
iqtisadiyyat
–
ekologiya
sxemindən
ekologiya
iqtisadiyyat
sisteminə(sxeminə)keçmək vaxtı çatmışdır. Yəni məsələ belə
qoyulmalıdır-ekoloji təhlükəsizliyi tam təmin edən iqtisadiyyata yaşıl
işıq verməlidir. Qeyd edək ki, bu sahədə Yaponiyanın gözəl təcrübəsi
vardır.Onlarda təbiətə münasibət digər ölkələrlə müqayisədə qat-qat
yaxşıdır. Bu təcrübənin mahiyyəti ondadır ki, hər hansı bir, hətta çox
məhsuldar olan texnologiya ilk növbədə təbiətin qorunmasını təmin
edən texnologiya olmalıdır.
3.6.Problemin həllində beynəlxalq təşkilatların rolu
Digər qlobal problemlər kimi ekoloji problem də ancaq bütün
ölkələrin birgə səyi nəticəsində həll edilə bilər. Buna görə də milli
hökümətlərin həyata keçirdikləri tədbirlərə yanaşı dünya miqyasında
işləri təşkil etmək üçün beynəlxalq təşkilatlardan geniş istifadə
olunmalıdir.
XXI əsrin əvvələrində beynəlxalq təşkilatların işinin dügün
qurulması, idarə olunması, istiqamətləndirilməsi və bu yolla ekoloji
Dostları ilə paylaş: |