olunmamışdır. Dünyanın bir çox yerlərində - Afrikada, Saxarada
və Hindistanda, Latin Amerikasında əziyyət çəkən və çox kasıb
yaşayan insanlar istənilən qədərdir.
Aclığı və onun dərəcəsini necə təyin etmək olar? BMT-nin
müvafiq orqanları "aclıq" anlayışını işlətdikdə onun son həddini nəzərdə
tuturlar.
Son hədd isə orqanizmin energetik tələbatının “kritik
səviyyəsinə” görə təyin edilir ki, bu da insanın bir biloji vücud kimi
ancaq ölməməsini nəzərdə tutan səviyyədir. 1980-cı illərin axırında
insanın qidalanma yolu ilə əldə etdiyi lazımi energetik tələbatı gün
ərzində 2700:(o cümlədən, sənaye cəhətdən inkişaf etmiş ölkələrdə -
3400, inkişafda olan ölkələrdə -2470)kalori hesab olunurdu. BMT-nin
kənd təsərrüfatı və ərzaq təşkilatının (FAO) qiymətləndirilməsinə görə
aclığın və yaxud normadan az yeməyin həddi ayrı-ayrı regionlar nəzərə
almaqla gündə 1761-1836 kalori təşkil edir. (dünya üzrə orta qiymət
1784 kalori): BMT-
nin digər məlumatlarına görə gündə 1 dollar
xərcləyə bilməyənlər aclıq həddindən aşağı səviyyədə yaşayanlar hesab
edilirlər.
4.4. Ərzaqla təmin olma səviyyəsinə görə regionların və
ölkələrin qruplaşdırılması
Təhlil göstərir ki, İkinci dünya müharibəsindən sonrakı dövrdə
planetimizin işlədilən ərzağın həcmi artmışdır. Lakin regionlar və ayrı-
ayrı dövlətlər üzrə ərzaq qeyri-bərabər səpələnmişdir.Buna görə də
probelmin mahiyyətini dərindən başa düşmək üçün ölkələri ərzaqla
təmin olma nöqteyi-nəzərincə dörd qrupa bölürlər.
1.Ərzağın tələbatdan çox olduğu ölkə və regionlar . Bu qrupa
dünyanın sənaye cəhətdən inkişaf etmiş regionları , ilk növbədə
isə Qərbi və Şimali Avropa, Şimali Amerika, Avstraliya və Yaponiya
daxildirlər.
2.Ərzaq təminatı BMT-nın tələblərinə uyğun təyin edilmiş
normaya çox yaxın _olan__ölkə və regionlar. Bu qrupa Avropanın
Cənub rayonları , Orta Asiya və həmçinin Latin Amerikası ölkələri,
Maqrib və ASEAN ölkələri daxildirlər.
3.Ərzaqla təminat BMT- in standartlarında nəzərdə
tııtulan kənarlaşmaya "uyğun" gələn səviyyədə olan dövlətlər
.
Bu ölkələr qrupuna Şərqi Avropa, MDB və Pribaltika ölkələri,
həmçinin Hindistan, Misir, İndoneziya dövlətləri daxil edilirlər.
Qeyd edək ki, bu qrupa daxil olan ölkələrdə yaranan ərzaq
prob
leminin subyektiv cəhətləri çoxdur. Məsələn, Şərqi Avropa, MDB
və Pribaltika ölkələri müasir dövrdə öz imkanlarından çox aşağı ərzaq
məhsulları istehsal edir və buna görə də müvafıq məhsulları idxal etmək
zərurəti meydana gəlir. Elə götürək respublikamızın ən böyük şimal
qonşusu olan Rusiyanı. Bu ölkənin sərəncamında olan münbit torpaq
sahələri imkan verir ki, Rusiya öz xalqının tələbatlarından da çox kənd
təsərrüfatı məhsulları (dənli bitkilər, heyvandarlıq məhsulları və s.)
istehsal etsin və digər ölkələrə ixrac etsin. Buna baxmayaraq MDB və
Pribaltika ölkələri hər il milyonlarla vəsaiti kənardan ərzaq malları
almağa sərf edirlər. Yada salaq ki, 1980-cı illərdə keçmiş SSRİ dövləti
hər il orta hesabla 5 milyard dollarlıq taxıl idxal edirdi ki, bu da dünya
bazarında buğdanın qiymətinə güclü təsir göstərirdi.
Qərbi Avropa ölkələrindən Macarıstanda ərzaqla təmin olunmaq
yaxşı vəziyyətdədir. Çexiya və Slovakiya bu və ya başqa səviyyədə
ərzaqla təmin olunmuş ölkələrdirlər. Bolqarıstan, Polşa, Rumıniya kimi
ölkələr isə mütəmadi olaraq taxıl, ət və ət məhsullarını idxal edən
ölkələrdirlər. MDB ölkələri qrupuna daxil olan Azərbaycan
Respublikası da dayanıqlı şəkildə taxıl və digər kənd təsərrüfatı
məhsullarının idxalçısıdır.
Rusiyada
və MDB-nin digər ölkələrində ərzaq çatışmamazlığının
subyektiv amillərinə iqtisadi islahatların yarıtmaz aparılması, ixtiyari
olaraq iri kollektiv təsərrüfatlarının dağılması və münasib texniki-
iqtisadi bazanın və mənəvi-psixoloji mühitin yaradılmaması haqqında
düşünmədən fermer təsərrüfatlarını yaratmaq cəhdi kimi hərəkətlərə
birinci növbədə daxil etmək lazımdır. Məhz bu və buna oxşar
"islahatlar" ərzaq problemini gücləndirirlər.
4.Ərzaq probleminin əsas ağrı-acısını çəkən ölkələr dördüncü
qrupu təşkil edirlər. Bu ölkələrə inkişafda olan ölkələr daxildirlər ki,
onlann da əhalisinin əksəriyyəti ərzaq cəhətdən çox acınacaqlı
vəziyyətdə yaşayırlar. Problem bu ölkələrdə çox kəskindir. Əhali
artımının inkişafda olan ölkələrdən daha yüksək olması ərzaq
məsələsinin həllini çətinləşdirir.
-----------------------------------
1
Mütəxəssislərin proqnozuna görə 2025-cı ildə əhalinin 80%-dən
çoxu inkişafda olan ölkələrdə yaşacaqlar.
BMT-
nin ətraf mühit və inkişaf problemlərinə həsr
edilmiş konfranslarında dəfələrlə qeyd edilmişdir ki, inkişaf etməkdə
olan ölkələrin hazırkı resurs, texnoloji, idarəetmə, təşkilati imkanları
sürətlə artan əhlini ərzaqla təmin etmək iqtidarında deyil. Belə şəraitdə
inkişafda olan ölkələr kənd təsərrüfatının inkişafını düzgün idarə etməyə
çalışmalıdırlar. İlk növbədə çalışmaq lazımdır ki, əldə olan əkinə
yararlı torpaqların sahəsi azalmasın və məhsuldarlıq artsın. Bu sahədə
inkişaf etməkdə olan ölkələrdə istifadə edilməyən imkanlar çoxdur.
Müqayisə edək: dərc olunmuş məlumatlara görə inkişafda olan ölkələrin
kənd təsərrüfatında çalışan bir nəfər özünü və ailəsini güclə saxlaya
bilirsə, ABŞ-ın bir fermeri 59 nəfəri, Qərbi Avropanın və Yaponiyanın
bir kənd təsərrüfat işçisi isə müvafıq olaraq 19 və 14
:
nəfəri ərzaqla
təmin edə bilir. Bu rəqəmlər göstərir ki, inkişaf etməkdə olan ölkələrdə
ərzaq problemini həll etmək üçün ilk növbədə kənd təsərrüfatnda sosial-
iqtisadi, texniki-
təşkilati tədbirlər həyata keçirməklə əmək
məhsuldarlığını yüksəltmək lazımdır.
4.5.Müasir texnoloji sivilizasiyanın ziddiyyətləri
İkinci dünya müharibəsindən keçən onilliklər ərzində kənd
təsərrüfatında çox böyük nailiyyətlər əldə edilmiş və nəticəsi də bu
olmuşdur ki, ərzaq problemi ancaq sənaye cəhətdən inkişaf etmiş
ölkələrdə həll edilmişdir. Lakin elmi-texniki inqilabın şaxələndiyi indiki
dövrdə bəşəriyyətin məhsuldar qüvvələri, о cümlədən kənd
təsərrüfatında cəmlənmiş məhsuldar qüvvləri, çox yüksək səviyyədə
inkişaf edə bilər. Dünyanın aparıcı ölkələri özlərinin uzun illik
təcrübələri ilə bunu sübut etsələr də, müasir dövrün ziddiyyətləri buna
imkan vermir və hazırda dünya əhalisinin böyük bir hissəsi aclığa məruz
qalmışdır.
Ərazilər və regionlar üzrə müxtəlif səviyyədə inkişaf baş versə də
mütəxəssislərin fıkrincə proses düzgün idarə edilərsə dünya kənd
Dostları ilə paylaş: |