əhalisinin xüsusi çəkisi 1800-cü ildoki 5,1%-dən, 1900-cü ildə 13,3%-ə
çatdı.
İkinci pilləni planetar pillə adlandırmaq olar. Dövr cəhətdən XIX
əsrin birinci yarısını əhatə edir. Bu pillənin səciyyəvi xüsusiyyətlərinə
şəhərlərin sürətlə böyüməsi, şəhər əhalisinin əksər regionlarında
artması, proscsin dayanıqlı və irəliyə doğru gedən şəkil alması və
qloballaşmanın əyaniləşməsi daxildir. Qanunauyğun hal kimi dünya
sənaye istehsalının artım sürətinin də çox yüksək olması bu pillənin
xarakterik cəhətlərindən idi. Bundan başqa onu da göstərmək lazımdır
ki,
bu pillədə şəhərlər əsasən istehsal cəhətdən inkişaf edirdilər. Xidmət
və qeyri-istehsal profılli sahələrin fəaliyyəti şəhərin böyüməsinə və
əhalinin çoxalmasına nəzərə çarpan təsir etmirdi. Şəhərlərin böyüməsi
tipi isə əsasən ekstensiv tip idi. Üçüncü pillə qlobal etapdır. Elmi
ədəbiyyatlarda bu pillə müasir qlobal urbanizasiya dövrü adlanır. Bu
pillə üzvi şəkildə Elmi-texniki inqilabla bağlıdır ki, onun nəticəsində
nəinki sənayenin, eyni zamanda insanlara xidmət göstərən müxtəlif və
çoxlu sayda qeyri-ist
ehsal sahələrinin sürətli inkişafı üçün şərait
yarandı. Bu pillə öz başlanğıcını təxminən keçən əsrin (XX) ikinci
yarısından götürür. Onun başlıca xarakterik cəhətlərinə dünya şəhər
əhalisinin iri şəhərlərdə cəmlənməsinin artması, urbanizasiyanın əsasən
in
tensiv tipli baş verməsi, şəhər həyat tərzinin cazibədarlığını
yüksəlməsi və əhalini özünə daha sürətlə cəlb etməsi, şəhər həyat
tərzinin digər ərazilərə yayılması və s. aid edilir. Bu pilləni ümumilikdə
intensiv yolla genişlənən urbanizasiya adlandırmaq da olar.
Beləliklə, urbanizasiyanın meydana gəlməsinin, inkişaf edib
qlobal prosesə çevrilməsinin başlıca amil və şərtləri aşağıdakılardır,
-
kapitalizmin meydana gəlməsi;
-
cəmiyyətin tələbatlarının ödənilməsi;
-elmi-
texniki tərəqqi;
-
iqtisadi və sosial sferada köklü struktur dəyişmələrinin baj
verməsi;
-
obyektiv iqtisadi qanunların tam dərk edilməməsi və onlardan
səmərəli istifadə mexanizminin tapılmaması;
-sosial-
mədəni amillərin lazımi səviyyədə nəzərə alınmaması;
-
prosesin düzgün idarə olunmaması.
5.3
.Urbanizasiya və iqtisadiyyat
Urbanizasiya sosial-
iqtisadi cəhətdən ölkələr və dünya təsərrüfatı
üçün çoxlu problemlər yarada bilər. Belə mənfi hallar zəif inkişaf etmiş
ölkələrdə daha qabarıq formada özünü göstərir. Bunun əsas səbəbi isə
urbanizasiyanın sənaye inkişafı ilə üzvi şə-kildə əlaqələndirilməməsidir.
İş qabiliyyətli kişilərin şəhərlərə axını kənd təsərrüfatında istehsalın
inkişafına güclü mənfı təsir göstərir və nəticədə ərzaq problemi ölkədə
daha da şiddətlənir. Ölkəyə gətirilən taxılın miqdarı artır. Urbanizasiya
meşələrin qırılmasına da səbəb olur. Xüsusən zəif inkişaf etmiş
ölkələrdə kənd yerlərinin meşə materialları uzun yollar qət edərək
şəhərə gətirilir və sobalarda yandırılır.
Urbanizasiya ilə ölkələrin və dünya təsərrüfatının ərazi strukturu
arasında qarşılıqlı əlaqə mövcuddur. İnsanlar müəyyən amil və şəraiti
olan ərazilərdə məskunlaşmağa başlayırlar və məqsəd də о olur ki, bu
ərazinin təbii resurslarından istifadə edib öz tələbatlarını maksimum
ödəyə bilsinlər. Deməli şəhərin özülu bu ərazinin amil və şəraitlərindən
istifadə edilməsınə başlanan andan qoyulur. Sonra bu proses elmi
cəhətdən idarə olunmadıqda genişlənir və şəhərin həddindən çox
böyüməsinə, sosial-iqtisadi proseslərin meydana gəlməsinə səbəb olur.
Burada iqtisadi cəhətdən bizi bir məsələ daha çox maraqlandırmalıdır:
şəhərin böyüməsi istehsal tiplidir, yaxud da qeyri-istehsal. İstehsal tipli
inkişaf maddi istehsal sahələrinin genişləndirilməsi nəticəsində baş verir
və öz əksini, ilk növbədə, rəqabət dözümlü məhsullar istehsalının
artırılmasında tapır. Qeyri-istehsal tipli inkişafda isə şəhərlərin
böyüməsi əsasən qeyri-istehsal sahələrinin (bankların, birjalarm, tikinti
və nəqliyyatın və bu kimi istehsal və sosial infrastrukturların) inkişafı
nəticəsində baş verir. Təhlil göstərir ki, şəhərlərin inkişafının birinci
pilləsi əsasən istehsal tipli olur. İkinci pillədə isə şəhər adətən müxtəlif
xidmət, təhsil, səhiyyə, nəqliyyat və s. sahələrin inkişafı və yaxud da
başqa ərazidən gətirilən xammal və materiallardan istifadə etməklə
yaradılan istehsal sahələrinin inkişafı hesabına baş verir. Göründüyü
kimi şəhərlərin böyüməsinin birinci pilləsi yerli xammal və maleriallann
həcmi ilə limitləşə bilər. İkinci pilədə isə inkişafi limitləşdirən bir şey
yoxdur. Əksinə, şəhərdə və şəhər ətrafında birinci tip inkişaf vaxtı
bərqərar olmuş infrastrukturalar (mühəndis tikililəri, kanalizasiya,
elektrik şəbəkələri, ixtisaslı işçi qüvvəsi, təhsil nəqliyyat, səhiyyə
sahələri və s.) yeni-yeni, ərazinin təbii və iqlim şəraiti ilə heç bir əlaqəsi
olma
yan istehsaların şəhərdə cəmləşdirilməsi üçün şərait yaradır. Əgər
istehsalın artması və qeyri-istehsal sahələrinin inkişafı nəticəsində
şəhərin böyüməsi elmi yolla idarə olunmursa onda urbanizasiya mənfı
prosesə çevrilir, şəhərin böyüməsi ekstensiv, iqtisadi və sosial cəhətdən
səmərəsiz olur.
Deməli, istehsalların ərazi üzrə düzgün yerləşdirilməsi nəti-
cəsində urbanizasiyanın mənfi amilə çevrilməsinin qarşısını almaq olar.
Urbanizasiya ölkənin və dünya təsərrüfatının ərazi üzrə formalaşmasına,
formalaşmış ərazi isə əksinə, urbanizasiyanın daha da inkişaf etməsinə
səbəb olur. Bu prosesi "özbaşına" buraxdıqda urbanizasiya şaxələnir,
genişlənir, daha böyük ərazilərə yayılır və ortaya çox mürəkkəb, həlli
çoxlu vəsait tələb edən yeni problemlər çıxır. Müasir dövrdə biz məhz
bu cür halla qarşılaşmışıq. Nəticəsi də budur ki, urbanizasiya kiçik bir
lokal məsələdən böyüyüb olub dünyanı bürüyən qlobal problem...
Deməli, urbanizasiyalaşmanın qlobal bir problem kimi subyektiv
əsası obyektivlikdən çoxdur. Konkret olaraq urbanizasiyanin
iqtisadiyyata təsirini aşağıdakılarla izah etmək olar.
1.
Əhalinin iri mərkəzlərdə sıx şəkildə məskunlaşması ilə. Bir
qayda olaraq bu cür mərkəzlərdə təsərrüfatın idarə olunması çətinləşir.
Şəhərəmələgətirən amillərin rolu azalır, şəhərdə xidmət sahələri çoxalır.
Bu
proses
nəticəsində
ərazinin
özünü
təminetməsi
pisləşir, dövlətdən kömək tələb olunur. Ekologiyaya böyük ziyan dəyir.
Öz tələbatlarını daha dolğun ödəmək məqsədi ilə şəhərlər salan insan
sonralar özünün yaratdığı sosial-iqtisadi, mənəvi-psixoloji, təbii-ekoloji
mühitdə məhv olmaq təhlükəsində qalır. Bütün bu qeyd etdiyimiz və
kitabın həcmini nəzərə alaraq göstərmədiyimiz insanın inkişafına əngəl
törədən səbəbləri aradan ya heç qaldırmaq mümkün olmur, ya da ki,
onların həlli külli miqdarda əvvəllər qazanılmış vəsaitin xərclənməsini
tələb edir.
2.Təsərrüfatların , mədəni ocaqların, istehsal güclərinin ölkələr və
dünya ərazisində disproporsional yerləşirilməsinə səbəb olması ilə,
şəhər
tipli
fəaliyyətin
təmərküzləşməsi,
intensivləşməsi,
difersifikasiyalaşması və bu cür fəaliyyətlərin şəhərətrafı yerlərə və
hətta kənd yerlərinə yayılması insan yaşayışı üçün yararlı ərazilərin
Dostları ilə paylaş: |