iqtisadiyyat yaradanda biz eyni zamanda təbiətə təsir göstəririk, onu bir
növ “yaralayırıq”.Bu yara da sonradan insanlar üçün yeni xoşagəlməz
problemlər ortaya çıxarır.Yaralı təbiət özü insan üçün böyük təhlükəyə
çevrilir və hətta onun bir canlı kimi fəaliyyət göstərə bilməsi bacarığını,
lap sadə desək yaşamağını təhlükə altına qoyur.
Təbiətdə vurduğumuz zərərlə və bunun nəticəsində əmələ gələn
yaralar müalicə olunmadıqca pisləşir, dərinləşir, ətraf mühiti yaşamaq
mümkün olmayan həddə çatdırır.Bu zaman biz “böhran”sözünü
işlədirik.Deyirik ki, ekoloji böhran vəziyyətindədir yəni insan və digər
canlılar üçün təhlükəlidir. Bu cür hal yer kürəsinin bir şəhərini,
məsələsini, ölkəsini, regionunu və qitəsini əhatə edə bilər. Belə vəziyyət
bütün planetimizi bürüyəndə, bütün insanların taleyi təhlükə altında
qalanda qlobal sözündən istifadə edirik. İnsanlar və xüsusən özlərinin
sırf milli maraqlarını qoruyan ölkələrin rəhbərləri təbiəti çox ağır bir
vəziyyətə salıblar. Bu vəziyyəti xarakterizə etmək üçün müasir dövrdə
biz belə deməyə məcburuq: “Planetimizin ekologiyası böhran
vəziyyətindədir və Qlobal xarakter daşıyır”
Bu gün ek
oloji problem dünya təsərrüfatı yarımsistemlərinə və
bütövlükdə dünya iqtisadiyytaının inkişafına ən güclü mənfi təsir
göstərən amilə çevrilmişdir.
3.2. Ekoloji problemin qloballığı
Ekologiya problemi bu və ya başqa səviyyədə coxdan
mövcuddur. Lakin ətraf mühitin nəzərə çarpan dərərcədə pisləşməsi
XIX əsrdə baş vermiş və böhran həddinə çatmışdır. Bu böhran özünün
əyani təzahürünü torpaqların zəhərlənməsində, planetdə gedən
meşəsizləşmə proseslərində, suyun çatışmazlığında cay dəniz,
okeanların çirklənməsində, azon təbəqəsini dağılmasında havada daha
çoxzərərli komponentlərin meydana gəlməsində və.s.bu kimi insanın
sağlam yaşamasına mane olan halların meydana gəlib sürətlə inkişaf
etməsində tapır.
Bu gün ekoloji problemin əhatə dairəsi genişlənmişdir və qlobal
xarakter daşıyır. Problemin qlobal “status” alması aşağıdakılarla izah
oluna bilər.Birincisi, insanların fəaliyyət nəticəsində mənfi təsirə məruz
qalan obyektlərin sayı kəmiyyət və dərinlik nöqteyi-nəzərincə çoxalmış
və sözün tam mənnasında yer kürəsinin bütün təbii sferalarını əhatə
edir. İkincisi, iqtisadiyyat və ekologiya arasında yaranmış ziddittətin
mənfi təsirinə bu və ya başqa səviyyədə bütün ölkələr məruz qalmışdır.
Ücüncüsü, insanların fəaliyyəti elə səviyyəyə çatmışdır ki, onlar
planetdə gedən təbii proseslərə ölümcül təsir göstərə bilərlər və əgər
istilik nüvə müharibəsi olarsa uzun illər boyu yaranmış sivilizasiyanı
məhv edə bilərlər. Nəhayət, dördüncüsü, ekoloji problemin həlli labüd
olaraq bütün ölkələrin iştirakını tələb edir.
3.3. Pr
oblemin qruplaşdırılması
Əhatə miqyasına görə ekoloji problemləri üc qrupa bölmək olar:
1.Bütün planeti
əhatə edən ekoloji problemlər.(bura yer kürəsinin
azon t
əbəqəsində baş verən, mineral yanacaqların yandırılması üzündən
atmosferd
ə karbon qazının miqdarında baş verən dəyişikliklər, meşə
zolaqlarının azalması, bitki və heyvan aləmində genetik müxtəlifliyin
z
əifləməsi üzündən ətraf mühitdə oksigenin miqdarında baş verən
d
əyişikliklər daxildir).
2.region və regionlararası ekoloji problemlər. (bura Dünya
o
keanının çirklənməsi, səhraların çoxalması, təbii resursların tükənməsi
daxildir).
3. bir dövlət çərçivəsində baş verən və sonralar qonşu dövlətlərə
və bütün dünya ölkələrində təkrarlanan, lakin mahiyyətcə milli olan
ekoloji problemlər (bura şəhərlərin böyüməsi, urbanizasiya
proseslərinni güclənməsi, avtomobillərin çoxalması, daxili ərazilərin və
təbii suların çirklənməsi və.s daxildir).
Lakin qeyd edək ki, dövlətlərarası iqtisadi əlaqələrin və
beynəlxalq bölgüsünün indiki yüksək səviyyəsi baxılan üç qrup ekoloji
problemlərin qloballığını azaltmır, əksinə göstərir ki, qloballıq hansı
mənbələrdən doğur.
3.4.Ekoloji böhranın dərinliyi, təsir istiqamətləri
və nəticələri
Ekoloji böhranın miqyasını təyin etmək üçün Yerin torpaq
qatının, atmosferin, biosferanın və hidrosferanın vəziyyətini və bir neçə
acı nəticələri nəzərdən keçirək.
1.Torpaq shələrinin itirilməsi. Bəşər tarixində dünya kənd
təsərrüfatı üçün yararlı olan, lakin itirilmiş torpaq sahələri 20 milyon
kv.km.ə çatır.Müqayisə edək ki, hal-hazırda istifadədə olan torpaqlardan
(təxminən 15 min.kv.km) çoxdur.Qeyri kənd təsrrüfatı işlərinin
(tikintilər, dağ-mədən işləri, yol tikintisi) görülməsi nəticəsində ətraf
mühitə atılan texnogen maddələrlə də bağlıdır və belə tullantıların
miqdarı çoxaldıqca, ətraf mühitin pislənməsi səviyyəsi yüksələir. Dünya
təsərrüfatının bütün sahələrində istehsal prosesləri zamanı atmosferə bə
və ya başqa şəkildə zəhərli maddələr düşə bilər, lakin bu cəhətdən
sənaye birinci yerdə gedir. Xaricə atılan tullantı və cirkləndiricilərin
55%-
i bu sahənin payına düşür (energetikanın 45%) və sənayenin digər
sahələrinin 10%). İkinci yerdə kənd təsərrüfatı (40%) üçüncü yerdə isə
məişət və kommunal təsərrüfatı (5%)durur.
Atmosferin çirklənməsi sürətlə baş verir. 60-cı illərin
əvvəllərində başlayaraq atmosferdə karbon qazının miqdarı daha
intensiv şəkildə çoxalmağa başlamış və mütəxəssislərin hesablamalarına
görə bu qazın atmosferdə tərkibi hazırda, 1200 il bundan qabaqkına
nisbətən 30% artmışdır.Bundan başqa iqtisadiyyatı və hərbi istehsalı
inkişaf etdirərkən atmosferəqayğının az olması nəticəsind planetimizin
orta illik hərarəti yüksəlir və dərc oluanan materiallara görə 2050-ci ildə
həırarət 1.5-4.5 dərəcə selsiya qədər arta bilər. Azon təbəqəsinin də
zəifləməsini yada salsaq məslənini nəqədər ciddi olması göz
qabağındadır. Qlobal istiləşmənin mənbəyi də burdadır.
Atmosferin tolanması dərəcəsi də sürətlə artır. Son 50 ildə
tozlanmanın 70% pisləşmişdir. Bunun əsas səbəbi istehsal zamanı
atmosferə buraxılan texnogen hissəciklərdir (aerozollardır) ki, onun da
həcmi mütəxəssislərin müxtəlif səpgilərdən qiymətləndirməlkərinə görə
ildə 1,0-2.6 milyard ton təşkil edir.
3.Yerin bio
tasının yoxsullaşması. Ekologiyaya təsir edən bütün
istiqamətlər bioloji varlığa da güclü mənfi təsir göstərir.İlk növbədə
biokimyəvi tsikllər korlanır, energetik və termodinamik proseslər
normal baş vermir. Nəticədə planetin canlı və bitki örtüyünün
müxtəlifliyi azalır, bir çox canlı və bitki tamamilə aradan çıxır. Özü dəı
bu proses qlobal miqyasda baş verir. Dünya miqyasında hər bil 11min.
hektar meşənin məhv edilməsi isə biosferanı lap pisləşdirir.
Meşəsizləşmə və xüsusən tropik meşələrin hesabına baş verən
meşəsizləşmə, atmosferdən qaz, yerdəki su balanslarına və onların
vasirəsi ilə də canlı bitkilərə ölümcül təsir göstərir.
Dostları ilə paylaş: |