vəziyyətə gətirən bir təbii varlıqdır. Elmi əsaslar üzrə, ağılla istifadə
etdikdə okean sənayenin demək olar ki, tükənməyən xammal bazasıdır,
ene
rji mənbəyidir.Bütün bunlarla yanaşı Dünya okeanı ölkələrin həm də
siyasi maraq dairəsidir. Onu da qeyd edək ki, bu günə qədər Dünya
okeanının səthinin və dibinin öyrənilməsi tam başa çatmamışdır.
Çox qiymətli faydalı qazıntılar və xüsusən də, qeyri-ənənəvi
minerallar Dünya okeanının 4000-6000 m dərinliklərində yerləşirlər.
Onların mənimsənilmə- si üçün tələb olunan kapitalın öhdəsindən isə
ancaq dövlətlərin birgə səyləri ilə gəlmək olar.Mütəxəssislərin fikrincə
suyun dərin qatlarının mənimsənilməsi okean filiz hasilat komplesksinin
və
metallurqiya
kombinatının
yaradılmasını,geniş
şəbəkəli
infrastrukturların və xammalın sahilə daşınmasının təşkil edilməsini
tələb edir ki, bu cür texniki vasitələrin həyata keçirilməsi minimum-
maksimum diapazonda 400-1300 mi
lyard dollar vəsait tələb edir. Belə
xərcin özü də Dünya okeanının mənimsənilməsini və istifadə edilməsini
qloballaşdırır, ümumbəşəri edir.
Təkcə bu deyilənlər göstərir ki, təbiət özü okeanı insanlar üçün
“ümumi” yaradıb və tək-tək götürdükdə hər hansı bir səviyyədə
yaradılmasından asılı olmayaraq müxtəlif milli, regional və digər
mexanizimlər onun problemlərini tam həll edə bilməz. Lakin indiki
dövrdə məsələyə diqqətlə yanaşdıqda görmək olar ki, çox əsrlər boyu
hamının ümumisi olan və maneəsiz istifadə olunan Dünya okeanı bir
qrup ölkənin təsir dairəsinə düşə bilər. Getdikcə daha çox tədqiqatçılar
bu fikirlə həmrəydilər ki, bu cür halın da qabağını dünya dövlətlərinin
hamısının birgə əməyi ala bilər. Həm də burada söhbət təkcə iqtisadi
amillərin vəhdətliyi zəruriliyindən yox,eyni zamanda siyasi
razılıqlardan da gedir.
2.2.Problemin yaranma səbəbləri
Ümumiyyətlə götürdükdə, Dünya okeanı probleminin qlobal
şəki alması bir neçə kompleks, bir-biri ilə sıx bağlı olan səbəblər
üzündən baş vermişdır.Dünya miqyasında xammal, energetika, ərzaq
böhranlarının meydana gəlib qlobalaşması, texniki tərəqqinin sürətlə
inkişafı və bunun nəticəsində kilometrələrlə ölçülən dərinliklərdə
tədqiqat aparmağa və təssərrüfatla məşğul olmağa imkan yaradan əmək
vasitələrinin meydana gəlməsi, dəniz təsərrüfatında dövlətarası
mülküyyətlərin, istehsalların və idarəetmə mexanizimlərinin
(strukturların) meydana gəlməsi bu cür səbəblərdəndir. Bunlar okeanın
ümumibəşəriliyinin hüquqi səndlərlə təsdiq edilməsində mühüm rol
oynadılar,okeanın birgə öyrənilməsini və istifadəsini siyasi zərurilik
həddinə çatdırdılar.
Dünya okeanı probleminin dünyəvi problem statusu almasında
dəniz və okeanların, sosial-iqtisadi inkişafda oynaya biləcək rolunun
hamı tərəfindən və xüsusən də inkişaf etməkdə olan dövlətlər tərəfindən
dərk edilməsi prosesinin başa çatması və ekoloji problemin
qloballaşması məsələləri də rol oynamamışdır.Iakin problemin digər
tərəfi ondadır ki, inkişafda olan ölkə və regionların tələb olunan qədər
vəsaitləri, siyasi fəallıqları yoxdur ki, Okeanın sərvətlərini
mənimsəməyə, özünü isə qoruya bilsinlər. Bunun üçün ölkələrin birgə
səyi və bu sahədə onların məhsuldar əməkdaşlığı tələb olunur.
2.3.Dünya okeanının iqtisadiyyata təsir imkanları
Dünya ok
eanının iqtisadi baxımdan bütün sirri açılmasa da
onun zəngin resurslara malik olması bəşəriyyətə çoxdan məlumdur. Elm
və texnika inkişaf etdikcə isə bilkilərimiz daha da zənginləşir.Aydın
olur ki, quruda yaşayan insanların gələcək sosial –iqtisadi inkişafı
bilavasitə Dünya okeanı ilə bağlı olacaqdır.
İqtisadiyyatı inkişaf etdirmək üçün əsas komponentlərin
cəmləşdiyi yer Dünya okeanının dibidir. Burada çoxlu mənimsənilmiş
və mənimsənilməmiş neft və qaz yataqları, dəmir filizi,kömür mis,
nikel, qurğuşun,limiti olmayan qədər tikinti materialları,sənayenin və
iqtisadiyyatın digər sahələrinin inkişafı üçün zəruri və qiymətli olan
digər komponentlər toplanmışdır.
Minerallar ehtiyatı həll olunmuş şəkidə dəniz suyunun tərkibində
bundanda çoxdur.Məsələn, dünya okeanı sularında həll olunmuş
şəkildə uranın miqdarı 4-5 milrd.ton, litiumda isə 170-200 milyard ton
göstərilir .Dənizin dalğaları, dəniz cərəyanları ,istilik qradientləri və bu
kimi dəniz “amilləri ” iqtisadiyyatı inkişaf etdirmək üçün mühüm
potensial imka
ndır və dünya iqtisadiyyatı öz tələbatlarını ödəmək üçün
onlardan istifadəni təmin etməlidir.
Dünya okeanı planetimizdə yaradılan biokütlənin 43%-ni verir.
yerin quru hissəsində bitən bitki növlərinin əksəriyyəti(50%-dən
çoxu),heyvan növlərinin demək olar ki, hamısı hidrosiferada
məskunlaşmışlar.Ənənəvi olraq insanlar nektondan istifadə etmişlər və
indi də edirlər. Lakin dəniz ovu ilbəil çoxalmış və keçən əsrin axrıncı
onilliklərində 70 milyon tonu ötüb krçmişdir. Müqayisə üçün qeyd edək
ki, göstərilən əsrin əvvəlində dəniz ovu cəmi 7 milyon ton təşkil
edirdi.Dünya okeanının iqtisadiyyat üçün imkanları içərisində onun
vahidliyi, əksər ölkələri əhtə etməsi və bu səbəbdən də nəqliyyat
imkanına malik olması böyük əhəmiyyət kəsb edir. Dəniz nəqliyyatı
i
lə daşınan yüklərin çəkisi milyard tonlarla ölçülür.
Dünya okeanı bütün deyilənlərdən başqa Yer kürəsində həyat
üçün lazimi şəraitin formalaşmasında həlledici rol oynayır:Yer
kürəsinin bitki örtüyünün vziyyəti,heyvanat aləminin müxtəlifliyi, göl
və cayların axarlılılğı, təbiətin saflığı, havanın yumşağlığı və
tərkibindəki oksigenin miqdarı Dünya okeanından bilavasitə asılıdır.
Bunlardan başqa, quruda əmələ gələn tullantıları qəbul edən, onların
çoxunu zərərləşdirən və belliklə də Yer kürəsi ekosisteminin nisbi də
olsa tarazlıq vəziyytdə olmasını təmin edən tutum da Dünya okeanıdır.
Dünya okeanından istifadənin yaxşılaşdırmaq və onun
imkanlarını bəşəriyyətin sosial-iqtisadi inkişafına yönəltmək üçün
ölkələr üç böyük sahədə-iqtisadi fəaliyyət sahəsində, dəniz dibinin
mineral resurslarının kəşfi və mənimsənilməsi sahəsində balıqçılıq və
balıq təsərrüfat tədqiqatları və ticarət gəmiciliyi sahəsində əməkdaşlığı
gücləndirməlidirlər.
Keçmiş zamanlarda insanlar Dünya okeanından istifadənin hər
cür genişləndirilməsinə çalışmışlar. Müasir dövrdə vəziyyət
dəyişmişdir.İndi bəşəriyyətin düşünən beyinlərini onun qorunması və
səmərəli istofadə edilməsi daha çox maraqlandırır.
Dünya okeanının qorunmasının və resurslarından səmərəli
istifadə olunmasının hər şeydən əvvəl iqtisadi əhəmiyyəti vardır. Qlobal
problem kimi məsələnin həlli sosial-iqtisadi problemlərin həllinə iki
istiqamətdə təsir göstərə bilər. Birinci istiqamətdə Dünya okeanının
sərvəti (məsələn balıq) insanların qidalanmasını yaxşılaşdırır. Bu
birbaşa istiqamətdir.İkincisi okean dünya sənayesinin inkişafı üçün
xammal bazasını genişləndirir. Qeyri-ənənəvi minerallar (dəmir-
Dostları ilə paylaş: |