3,5
Maşınlar və
nəqliyyat vasitələri
59,5
65,6
67,6
5,0
Metalla
г
56,3
56,9
68,1
1,0
Digər əmtəələr
72,2
73,9
72,9
7,5
İEÖ-lərin hamısı bazar iqtisadiyyatlı ölkələrdir və bu ölkələrin
Dünyanın Ümumi Daxili Məhsulundakı xüsusi çəkisi 1995-ci ildə
85,3%
təşkil etmişdir.
1
.3.İEÖ-
IN
təsərrüfat mexanizmi
Sənaye cəhətdən inkişaf etmiş ölkələrin başlıca xüsusiyyəti ondan
ibarətdir ki, onlar kamil kapitalizim cəmiyyəti formalaşdırmağa nail ola
bilmişlər və kamil bazar iqtisadiyyatlı cəmiyyət yaratmışlar.Lakin bu
nəticə uzun bir dövr ərzində əldə edilmişdir. XVII əsrin axırları və XX
əsrin əvvəllərindəki sənaye inqilabları bu ölkələrdə iqtisadi inkişafda
radikal dönüşlərin baş verməsinə səbəb oldu və iqtisadiyyatın 5-6 dəfə
yüksəlməsinə gətirib çıxardı. Baxılan dövrdə bu ölkələrdə əhalinin
yüksək sürətlə artmasına baxmayaraq adambaşına düşən Ümumi Daxili
Məhsulun orta hesabla 7-12 dəfə artması əhalinin gün-gündən artan
tələbatlarının tam ödənilməsini təmin edirdi. Təhlil göstərir ki, bütün bu
nailiyyətlərin əldə edilməsində İEÖ-də formalaşmış təsərrüfat
mexanizmləri mühüm rol oynamışdır.
Təsərrüfat mexanizmi iqtisadiyyatı insanların təlabatlarına uyğun
şəkildə təşkil etmək üçün çox mühüm şərt və amil rollarını oynayır. Bu
nəticəni indi bütün ölkələr bu və ya digər səviyyədə çıxara bilirlər və
dərk edirlər ki, elmi, texnikanı, texnologiyanı, istehsalın təşkilini
təkmilləşdirməklə yanaşı idarəetməni də yaxşılaşdırmaq və səmərəli
fəaliyyət göstərən təsərrüfat mexanizmi yaratmaq lazımdır. Ən sadə
dildə təsərrüfat mexanizmi dedikdə, bu və ya digər ölkənin
təsərrüfatçılıq həyatının tənzimləndirilməsində istifadə edilən üsul və
formaların məcmuu başa düşülür. Bu üsul və formaların ölkədə
formalaşmasına müxtəlif amillər təsir göstərir. Obyektiv amillər əsasən
sosial-
iqtisadi quruluşdan və ETT-nin sürətlənməsindən doğan
amillərdir. Lakin subyektiv amillər də olur. Onlar bilavasitə
hökumətin başında duranlardan, onların dünyagörüşlərindən,
psixologiyalarından, demokratiyaya və qanunun aliliyinə
m
ünasibətlərindən asılı olur. Qeyd edək ki, obyektiv amillərə üstünlük
verən dövlət başçıları iqtisadiyyatda həmişə böyük nailiyyətlər qazana
bilmişlər. Belə ölkələlər ilk növbədə inkişaf etmiş ölkələr daxildir.
İnkişaf etmiş ölkələr qrupunda bu gün mövcud olan təsərrüfat
mexanizmi kifayət qədər təkmilləşmiş və səmərəlidir və quruluşca
mürəkkəbdir. Lakin tarixi baxımdan bu həmişə belə olmamışdır. Qərbi
Avropada və ilk növbədə, Niderlandda və Böyük Britaniyada sonralar
isə ABŞ-da iri maşınlı istehsal bəraqərar olduqca, ictimai əmək bölgüsü
və qarşılıqlı (fırmalararası, regionlararası va dövlətlərarası) əlaqədar
inkişaf etdikcə bazar münasibətləri sürətla formalaşırdı. Bu şəraitdə əsas
tənzimləyici rolunu bazar qiyməti və onun əmələgəlmə mexanizmi
oynayırdı.
Ha
zırda İEÖ-də fəaliyyt göstərən təsərrüfat mexanizmi öz
başlanğıcını Qərbi Avropada kapitalizm cəmiyyətinin meydana gəlməyə
başladığı dövrlərdən götürür. О dövrdə formalaşan təsərrüfat
mexanizminın əsasını obyektiv amillər təşkil cdirdi. О daxili
səbəblərdən törəyirdi, bir növ özü-özünə dəyişən sosial-iqtisadi mühitə
görə meydana gəlirdi. Bu, əslində İEÖ-də hazırda fəaliyyət göstərən
təsərrüfat mexanizminin birinci səvivyəsi idi ki, bu da iqtisadi
ədəbiyyatlarda
təsərrüfatçılıq
fəaliyyətinin
spontan
bazar
tənzimləşdirilməsi adlanır.
XIX əsrin axırlarında kapitalist ölkələrində və xüsusən ABŞ və
Kanadada istehsalın təmərküzləşməsi sürətlə baş verirdi, yeni iri
birliklər yaranırdı. Təsərrüfat mexanizminin ikinci səviyyəsi meydana
gəlməyə başlayırdı.İri müəssisələrin istehsal-təsərriifat fəaliyyətində,
genişlənməsində, yenidənqurul- masında bir neçə kapitalist sahibkar
iştirak edə bilirdi. Bu yolla o dövrdə korporasiya
2
formasında aksioner
cəmiyyətləri gcniş fəaliyyət göstərirdi və bunun birbaşa nəticəsi kimi,
коrporativ (qrup) maraqlar cəmiyyətdə möhkəm mövqeyə malik idi.
Onlar istehsalın əsas sahələrini özlərində saxlayırdılar, yaxşı mənfəət
əldə edirdilər və qiymətlərə nəzarəti ələ keçirə bilırdilər. Kiçik
müəssisələrin bu cür hərəkət etmək imkanları ya heç yox idi, ya da çox
məhdud idi. Buna görə də kiçik müəssisələr üçün qiymət xarici
tənzimləmə rolu oynayırdı.
Təsərrüfat mexanizminin qısaca şərh etdiyimiz birinci və ikinci
səviyyələri inkişaf etmiş ölkələrdə 1929-cu ilə qədər fəaliyyət göstərdi.
Onların müsbət cəhətləri bazar münasibətlərini formalaşdırmaları və
sonralar mükəmməlləşdirmələri idi. Lakin təsərrüfat mexanizmində
mərkəzləşdirilmiş tənzimləmələr vaxtaşırı olmadığına görə istehsalda
hərc-mərcliklər baş verirdi. Nəhayət, tarixdə mütəxəssislərə yaxşı tanış
olan 1929-1933-
cü illərin ən dərın "böyük" böhranı baş verdi. Böhran
istehsalı təşkil edənlərə, hökuməti idarə edənlərə, sahibkarlara bir daha
sübut etdi ki, "iki səviyyəli" təsərrüfat mexanizmi kapitalist
iqtisadiyyatının dayanıqlığını və səmərəli inkişafını təmin etmək
iqtidarında deyil və iqtisadiyyatın dövlət tənzimlənməsi tələb
olunur.
Buna görə də, xüsusilə İkinci dünya müharıbəsındən sonra
inkişaf etmiş ölkələrin təsərrüfat mexanizmində "üçüncü təbəqə" (pillə)
dövlət tənzimlənməsi təbəqəsi formalaşdırıldı. Beləliklə də, bütün
sənaye cəhətdən inkişaf etmiş öklələrin təsərrüfat mexanizmi "üç pilləli"
(üç təbəqəli) formalaşmışdır. Onun tərkib hissələrini sponton-bazar
tənzimlənməsi, korporativ tənzimlənmə və dövlət tənzimlənməsini
təşkil edir.
Bazar iqtisadiyyatlı inkişaf etmiş ölkələrin müasir təsərrüfat
mexanizmində əsas məsələ göstərdiyimiz üç təbəqəli sistemdə hər bir
təbəqənin yerinin düzgün təyin edilməsidir. İKÖ-in təsərrüfat
mexanizmləri də əslində elə bununla fərqlənir. İnkişaf etmiş ölkələrin
əksərində təsərrüfat mexanizıninin birinci və ikinci təbəqələri lazımi
səviyyədə inkişaf etmişdir və bir-birindən köklü surətdə fərqlənmirlər.
Nəzərə çarpacaq dərəcədə fərq isə üçüncü təbəqəyə aiddir. Dövlət
tənzimlənməsi, dövlətin iqtisadi və sosial siyasəti İEÖ-də
müxtəlifdir.
Avstriya, Danimarka, İrlandıya kimi kiçik inkişaf etmış
ölkələrdən
başqa
İEÖ-ın
əksəriyyətində
iqtisadiyyatın
Dostları ilə paylaş: |