Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə10/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   6   7   8   9   10   11   12   13   ...   266

21 

 

abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul 



alınmasını  təmin  edən  kompleks  becərmə  texnologiyalarının  elmi  və  praktiki 

əsaslarının  işlənib  hazırlanması,  tətbiqi  və  yayımı,  otlaq  və  biçənəklərin 

məhsuldarlığının 

artırılması, 

yemlərin 

hazırlanması 

və 

zootexniki 



qiymətləndirilməsi kimi geniş və əhatəli məqsəd durur. 

İnstitutda  buğda,  arpa,  qarğıdalı,  ərzaq  paxlalıları,  yem  bitkiləri  və  davamlı 

əkinçilik  və  bitki  diversifikasiyası  proqramları  çərçivəsində  bərk  və  yumşaq 

buğdaların,  arpanın,  qarğıdalının,  noxudun,  mərciməyin,  yonca  və  xaşanın 

seleksiya  və  toxumçuluğu,  fitopatologiyası,  entomologiyası,  genetikası, 

fiziologiyası,  biokimyası,  biotexnologiyası  və  becərmə  texnologiyası  ilə    bağlı 

tədqiqatlar aparılır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün institutda yuxarıda 

sadalanan  və  2015-2019-cu  illəri  əhatə  edən  proqramlar  və  15  mövzu  üzrə  28 

tədqiqat  işi  yerinə  yetirilir.  Əkinçilik  ET  İnstitutu  birgə  tədqiqatların  aparılması, 

toxum materialının mübadiləsi  və  kadr hazırlığı sahələrində Beynəlxalq seleksiya 

mərkəzləri  olan  CIMMYT  və  ICARDA,  Rusiyanın  P.P.  Lukyanenko  adına 

Krasnodar  ET  Kənd  Təsərrüfatı  və  Türkiyənin  Əskişəhər  Kənd  Təsərrüfatı 

Tədqiqatları İnstitutları, eləcə də AMEA-nın Botanika, Genetik Ehtiyatlar və Neft-

Kimya Prosesləri İnstitutları arasında elmi əməkdaşlığı mövcuddur [2; 3]. Buğda, 

arpa,  qarğıdalı,  ərzaq  paxlalıları,  yem  bitkiləri  və  davamlı  əkinçilik  və  bitki 

diversifikasiyası  proqramlarının  məqsəd  və  vəzifələrinə  uyğun  olaraq  institutun 

tədqiqat prioritetlərinə aşağıdakılar daxildir: 

 



Dənli taxıl, paxlalı və yem bitkiləri genofondunun tədqiqi;  

 



Abiotik stress amillərə davamlılıq; 

 



Biotik stress amillərə davamlılıq; 

 



Keyfiyyətin yüksəldilməsi; 

 



Məhsuldarlığın artırılması; 

 



Otlaq və biçənəklərin yaxşılaşdırılması və səmərəli istifadəsi; 

 



Yemlərin hazırlanması və zootexniki qiymətləndirilməsi; 

 



Torpaq və su ehtiyatlarından səmərəli istifadəsi. 

Bu baxımdan institutun vəzifələrinə aşağıdakı tədqiqat fəaliyyətləri daxildir:  

 

Yerli  və  introduksiya  olunmuş  rüşeym  plazmasının  seçilməsi  və 



hibridləşməsi  yolu  ilə  yüksək  məhsuldar  və  keyfiyyətli,  ekoloji  cəhətdən 

uyğunlaşa  bilən  yeni  dənli,  dənli-paxlalı  və  yem  bitkiləri  sortlarının 

yaradılması; 

 



Bitkilərin  abiotik  və  biotik  stress  amillərə  (quraqlığa,  yüksək  temperatura, 

duza, qışa, xəstəliklərə və s.)  qarşı davamlılığının artırılması; 

 

Müasir  texnologiyaları  tətbiq  etməklə  suvarma  və  dəmyə  əkinçiliyində 



bitkilərin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsi; 

 



Ölkənin yay və qış otlaqları ekosisteminin dayanıqlı idarə edilməsi; 

 



Respublikada  mövcud  olan  yem  bitkilərinin  keyfiyyət  göstəricilərinin 

öyrənilməsi və yem rasionlarının hazırlanmasında istifadəsi; 

 

Yüksək kondisiyalı orijinal, super-elit və elit toxumların istehsalı; 




22 

 

ƏETİ (55 ədəd) 



Fransa (1 ədəd)  

Almaniya (3 ədəd) 

Ukrayna (1 ədəd)  

Türkiyə (2 ədəd)  

ADAU (4 ədəd) 

GEİ (4 ədəd) 

Rusiya (9 ədəd) 

AzETPİ (4ədəd) 

    Nax.BRİ (2 ədəd) 

64,8% 

4,7% 

10,6% 

4,7% 

2,3% 

4,7% 

2,3% 

1,2% 

3,5% 

1,2% 

Əkinçilik ET İnstitutunun Dövlət Reyestrində olan rayonlaşmış dənli, dənli-paxlalı 

və yem bitki sortlarında payı 

(85 ədəd)  

 



Yeni  sort  və  texnologiyaların  yayımına  nail  olmaq,  eləcə  də  tədqiqat 

prioritetlərinin müəyyənləşdirilməsində informasiya məsləhət mərkəzləri ilə 

əməkdaşlığın gücləndirilməsi. 

  

Bu məqsədlə hər il institutda 15-20 min tərtibində dənli, dənli-paxlalı və yem 



bitki nümunələrinin tədqiqi  ilə bağlı 75-80 hektarda tarla təcrübələri qoyulur.  

 

Əkinçilik ET İnstitutunun rayonlaşmış kənd təsərrüfatı  



bitki sortları 

S/s 

Bitkinin adı 

Bitkinin latınca adı 

Rayonlaşmış 

sortların sayı 

Yumşaq buğda 



Triticum aestivum L. 

27 


Bərk buğda 



Triticum durum Desf. 

16 


Arpa 


Hordeum vulgare L. 

12 


Çovdar 


Secale cereale L. 



Vələmir 

Avena sativa L. 



Tritikale 

Triticosecale Wittm. 



Qarğıdalı 

Zea mays L. 



Noxud 

Cicer arietinum L. 



Mərcimək 

Lens culinaris Medic. 

10  Lobya 



Phaseolus vulgaris L. 

11  Yer fındığı 



Arachis hypogaea L. 

12  Tütün 



Nicotiana tabacum L. 

13  Yonca 



Medicago Sativa L. 

14  Xaşa 



Onorbrychis viciaefolia Scop. 

15  Çobantoppuzu 



Dactylis glomerata L. 

16  Əzgən 



Kochia prostrata Schrad. 



Cəmi: 



 

82 

 

Respublikanın  müxtəlif  bölgələrinə  uyğun  aparılan  dərin  kompleks  elmi-



tədqiqat  işləri  nəticəsində  təcrübi  seleksiya  məsələləri  müvəffəqiyyətlə  həll 

olunaraq müxtəlif kənd təsərrüfatı bitkilərinin 140 sortu yaradılmış və rayonlaşma 

üçün SNS və MÜDK-ya təqdim edilmişdir. Cədvəldən göründüyü kimi, onlardan 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə