Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə13/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   9   10   11   12   13   14   15   16   ...   266

27 

 

I. GENETİKA, SELEKSİYA VƏ TOXUMÇULUQ 



UOT 633/635:631.52 

YUMŞAQ  BUĞDA  SELEKSİYASINDA ƏLAMƏT 

KOLLEKSİYALARININ ƏHƏMİYYƏTİ 

A.M.Abdullayev

1-2

, S.M.Məmmədova

1-2

, S.K.Hacıyeva

1

 

1.KTN Əkinçilik Elmi-Tədqiqat  İnstitutu, Az.1098, Bakı ş., Sovxoz №2 

    2.AMEA Genetik Ehtiyatlar İnstitutu, Az.1106, Azadlıq 155, tel.: 5516130 

sevka_m@yahoo.com  

Məqalədə  2014-2015-ci  illərdə  suvarma  şəraitində  yumşaq  buğdanın  616 

yerli və introduksiya olunmuş müxtəlif coğrafi mənşəli sortnümunələrinin kompleks 

tədqiqi  nəticəsində  seçilmiş  yüksək  təsərrüfat  əhəmiyyətli  əlamətlərə  malik  160 

nümunənin  dən  keyfiyyəti  və  məhsuldarlıq    göstəriciləri  haqqında  məlumat 

verilmişdir.  Tədqiqatlar  nəticəsində  yüksək  keyfiyyət  və  məhsuldarlıq,  müsbət 

biomorfoloji  əlamətlərin  daşıyıcıları  olan  15  yumşaq  buğda  nümunəsi  seçilərək 

qiymətli  genetik  material  kimi  əlamət  kolleksiyaları  yaradılmış  və  seleksiya 

proqramına daxil edilmişdir. 

 

Açar  sözlər:  seleksiya,  kolleksiya,  introduksiya,  yumşaq  buğda,  keyfiyyət, 

məhsuldarlıq 



Ключевые  слова:  селекция,  коллекция,  интродукция,  мягкая  пшеница, 

качествo, урожайность 



Key words: breeding, collection, introduction, bread wheat, quality, productivity 

 

  Hazırda qlobal iqlim dəyişikliyi və stress amillərinin artması fonunda yüksək 



məhsuldarlıq  potensialına,  texnoloji-keyfiyyət  göstəricilərinə  malik  və  hər  cür 

ekstremal  şəraitdə  stabil  məhsul  verə  bilən  ekoloji  plastik  sortların  yaradılaraq 

istehsalata tətbiqi ən aktual məsələlərdəndir. 

Tədqiqatlarla  müəyyən  edilmişdir  ki,  yeni  sortların  yaradılmasında  başlanğıc 

material son dərəcə mühüm əhəmiyyət kəsb edir. 

Hələ  1958-ci  ildə  buğda  genetikası  üzrə  I  beynəlxalq  simpoziumda    A.T. 

Puqsley  ilkin  seleksiya  materialının  alınması,  qiymətli  genetik  əlamətlərin 

saxlanması  və  həmçinin  mövcud  sortlarınyeniləri  ilə  zənginləşdirilməsi  üçün  əsas 

olan  genetik  kolleksiyaların  qorunub  saxlanmasının  vacibliyi  məsələsini 

qaldırmışdır [1]. 

İlk  dəfə  seleksiya  elminə  başlanğıc  material  haqqında  təlim  və  anlayışı 

akademik  N.İ.Vavilov  ğətirmiş,  başlanğıc  materialı  seleksiyanın  bünövrə  daşı 

adlandıraraq yeni məhsuldar sortların yaradılmasında  xüsusi önəmə malik olmasını 

vurğulamışdır [2]. 

Gələcək  nəsil  seleksiyaçılarüçün    elmi  tədqiqat  müəsissələrində  mövcud  olan 

genetik  fondun  əhəmiyyəti  və  əlamət  kolleksiyalarının  qorunub  saxlanması 

zəruriliyi öz aktuallığını  hazırda da qoruyub saxlayır.  



28 

 

Mədəni  bitkilər  və  yabanı  əcdadlarının  fenotipik  (əlamət)  kolleksiyalarının 



seçilməsi  və  toplanması,  məlum  genetik  əlamətlərə  malik  xəttlərin  yardılması  

sonradan fundamental və tətbiqi məqsədlərdə istifadəsi üçün  onların spesifik gen 

fondunun  saxlanmasına  zəmanət  verir  [3;  4].  Əlamət  (fenotipik)  kolleksiyaları 

adətən  fenotipik  cəhətdən  fərqlənən  formaların  istifadəsi  ilə  növ  və  sort 

kolleksiyaları  əsasında  bir  qayda  olaraq  genbanklarda  və  ya  tədqiqat 

müəssisələrində yaradılır. Belə kolleksiyaların əsasını tədqiqatçını maraqlandıran 

əlamətləri aydın ifadə olunan sortların yığımı təşkil edir [5; 6]. 

Müxtəlif bitki növlərinin öyrənilməsi üzrə tədqiqatlarla müəyyən edilmişdir ki, 

introduksiya  olunan  sortların  hamısı  öz  bioloji  potensialını  realizə  edə  bilmir  və 

becərmə  şəraitinə  uyğunlaşmış    yerli  sortların  yaradılması  üçün  seleksiya  işlərinin 

aparılması    xüsusi  əhəmiyyət  kəsb  edir.  Seleksiya  üçün  eyni  bitkinin  -  vegetasiya 

dövrünün  uzunluğu;  ayrı-ayrı  inkişaf  fazalarının  (vegetasiya  dövrünün  strukturu) 

baş  verməsi;  məhsulu  (məhsulun  strukturunu)  müəyyən  edən  kəmiyyət 

əlamətlərinin  xarakteristikası;  vegetativ  əlamətlər;  quraqlığa  davamlılıq  (torpaq, 

atmosfer  və  s.);  bitkilərin  aşağı  temperatura  münasibəti,  payızlıqlar  üçün 

qışadavamlılıq;  çiçəkləmə  xüsusiyyətləri;  müxtəlif  növ  xəstəlik  və  zərərvericilərə 

davamlılıq;  mexanikləşdirilmiş  yığıma  yararlılığı  müəyyən  edən  yatmaya,  dən 

tökülməsinə və s. davamlılıq; məhsulun biokimyəvi tərkibinə -zülal, nişasta, yağ və 

s.-də  fərqə  görə  müxtəlif  torpaq  iqlim  şəraitində  becərilmə  xarakteristikası  məlum 

olmalıdır. 

A.Abdullayev və M.Şixoyev payızlıq yumşaq buğdanın perspektiv xətt və  

sortlarından  ibarət  olan  seleksiya  materiallarını  tədqiq  edərək  qiymətləndirmiş  və 

onlardan hibridləşmədə istifadə edərək müsbət təsərrüfat əlamətlərinə malik sortlar 

yaratmışlar (Tərəqqi, Bəyaz, Murov və s.) [7]. 

Ədəbiyyat  məlumatlarının  təhlili  və  apardığımız  tədqiqatlar  başlanğıc 

materialın  düzgün  seçilməsi,  əlamət  kolleksiyalarının  yaradılması  və  onların 

məqsədyönlü olaraq hibridləşməyə cəlb edilməsinin  gələcəkdə yüksək məhsuldar 

sortların yaradılmasının əsasını təşkil etdiyini göstərir. 

Bu məqsədlə ƏkinçilikElmi-Tədqiqat İnstitutunun Abşeron Yardımçı Təcrübə 

Təsərrüfatında  2014-2015-ci  illərdə  suvarma  şəraitində  tədqiqatlar  aparılmışdır. 

Abşeron yarımadasında torpaq örtüyü bircinsli olmayıb, əsasən qida elementləri ilə 

zəif təmin olunmuş boz-qonur torpaqlardan ibarətdir. Bu tip torpaqların mexaniki 

tərkibi əsasən  gilli, qumsal  və zəif struktura malikdir. Torpaq məhlulunun mühiti 

qələvi olmaqla, onun bütün qatlarının karbonatlı olması ilə səciyyəvidir [8].  

Tədqiqat  illərində  kolleksiya  pitomnikində  yumşaq  buğdanın  616  yerli  və 

introduksiya  olunmuş  müxtəlif  coğrafi  mənşəli  sortnümunələri  öyrənilmişdir. 

Səpin,  sələf  paxlalı  bitkilər  olmaqla  oktyabr  ayının  üçüncü,  noyabr  ayının  birinci 

ongünlüyündə  aparılmış,  kütləvi  cücərtilər  noyabr  ayının  birinci  və  ikinci 

ongünlüyündə müşahidə edilmişdir. Hər bir nümunə 1m

2

 sahədə səpilmiş, standart 



olaraq yerli Aran sortu götürülmüşdür. 

Vegetasiya  müddətində  təcrübə  sahəsində  qulluq  işləri  bölgə  üçün  müəyyən 

edilmiş  aqrotexnikaya  uyğun  şəkildə    həyata  keçirilmiş,  səpinlə  birlikdə  hektara 

100  kq  kompleks  gübrə  (nitrofoska),  erkən  yazda  kollanma  fazasında  hektara 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə