Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə11/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   7   8   9   10   11   12   13   14   ...   266

23 

 

82-i, o cümlədən 27 yumşaq buğda, 16 bərk buğda, 12 arpa, 1 çovdar, 1 vələmir, 1 



tritikale, 4 qarğıdalı, 5 noxud, 2 mərcimək, 1 lobya, 1 yerfındığı, 4 tütün, 4 yonca, 

1  xaşa,  1  çobantoppuzu,  1  əzgən  sortu  rayonlaşmış,  seleksiya  nailiyyətlərinin 

Dövlət reyestrinə daxil edilmiş və patentləşmişdir.Yaradılmış və rayonlaşmış bitki 

sortlarının  90%-dən  çoxu  məhz  1970-ci  ildən  sonrakı  dövrü  əhatə  edir.  Əldə 

olunan  bu   müvəffəqiyyətlər    1970-ci  ildən  başlayaraq  akademik    Cəlal  Əliyevin 

rəhbərliyi  iləhərtərəfli,  elmi  cəhətdən  əsaslandırılmış  kompleks  seleksiya 

proqramlarının  hazırlanması  və  icrası  ilə  bağlı  idi.  Şəkildən  göründüyü  kimi,  bu 

gün  mandatımıza  və  Dövlət  reyestrinə  daxil  olan  85  dənli,  dənli-paxlalı  və  yem 

bitki sortlarının 65%-ə qədərinin patent sahibi Əkinçilik ET İnstitutudur [4].  

2015-ci  ildə  institutda  yaradılmış  yumşaq  buğdanın  “Günəşli”  və  yoncanın 

“Yemçilik  İnstitutu  16”  sortları  rayonlaşmış,  seleksiya  nailiyyətlərinin  Dövlət 

reyestrinə  daxil  edilmiş  və  patentləşmişdir.  “Günəşli”  yumşaq  buğda  sortu 

respublikanın əsasən Kürkənarı suvarılan ovalıq, Şirvan-Qarabağ, Böyük və Kiçik 

Qafqazın  alçaq  dağlıq,  Naxçıvan  Muxtar  Respublikasının  Arazkənarı  suvarılan 

düzənlik  zonalarında  becərilməsi  tövsiyə  edilmişdir.  Mexanikləşdirilmiş  yığıma 

tam  yararlı  olan  yoncanın  “Yemçilik  İnstitutu  16”  sortu  da  əsasən  respublikanın 

Kürkənarı  suvarılan  ovalıq,  Şirvan-Qarabağ  və  Abşeron  zonaları  üzrə  qeydiyyata 

alınmışdır [4; 5]. 

İnstitutda  fundamental  tədqiqatlara  da  geniş  yer  verilir.  Beləki,  fotosintez 

fəaliyyətinin  göstəricilərinin  və  əlamətlərinin,  morfofizioloji  və  aqronomik 

xüsusiyyətlərinin,  buğda  genotiplərinin  real  və  potensial  imkanlarının  xarici 

mühitin  amilləri  ilə  birlikdə    öyrənilməsi  nəticəsində  “İdeal  buğda”  modelinin 

testləri  hazırlanmışdır.    Yüksək  məhsuldar  genotiplərin  sünbülündə  intensiv  zülal 

sintezi, fotosintezin  yüksək intensivliyi  və ilkin fermentlərin fəallıqları ilə əlaqəsi 

öyrənilmişdir [6; 7; 8]. On mindən artıq nümunəni özündə ehtiva edən zəngin dənli 

taxıl,  paxlalı  və  yem  bitkiləri  genofondu  ex-situ  və  in-situ  şəraitlərdə  saxlanılır. 

Beynəlxalq  klassifikatorlardan  istifadə  etməklə  buğdanın  əsas  xəstəliklərinə  qarşı 

effektli  genləri  və  donorları  müəyyənləşdirilmiş,  seleksiyaya  cəlb  edilən  buğda 

sortlarının  ən  müxtəlif  keyfiyyət  və  kəmiyyət  əlamətlərinə  və  əsas  morfoloji 

xüsusiyyətlərə görə genetik pasportlaşdırılması həyata keçirilmişdir. İlk dəfə olaraq 

Azərbaycanda bölgələr üzrə yayılmış sarı pas patogenin populyasiya tərkibi tədqiq 

edilərək,  70E6A

+

,  6E6,  22E6,  134E134,  134E150,  14E142,  2E0,  6E2  rasları 



identifikasiya  edilmişdir.  Müəyyən  edilmişdir  ki,  14E142,  14E150,  134E150 

rasları  digər  raslara  nisbətən  daha  çox  virulentliyə  malikdirlər.  Buğda  proqramı 

üzrə həyata keçirilən tədqiqatlarda Beynəlxalq klassifikatorlardan (Dünya, Avropa) 

istifadə edərək sarı pas xəstəliyinin Azərbaycanda yayılmış virulent raslarına qarşı 

Y

r

3



V

, SD, Y


r

4

+



, 3N, CV, SP, Y

r

1, Y



r

5, Y


r

10, Y


r

15, DW effektli davamlılıq genləri 

müəyyən edilmişdir [9]. 

 

Gld  1A4  və  ya  Gld  1A5  qliadin  blok  komponentləri  ilə  Gld  1B3  blok 



komponentləri  bir  genotipdə  lokalizə  olduqda  çörək  keyfiyyəti  nisbətən  yüksək, 

Gld  1A6  və  Gld  1B3  blokları  birlikdə  olduqda  isə  aşağı  olduğu  müəyyən 

edilmişdir [9]. Çörəkbişirmə keyfiyyətinin yüksəldilməsi məqsədilə Gld 1A4, Gld 

1A5 və Gld 1B1 qliadin blok komponentlərini yüksək keyfiyyətin markeri kimi bu 




24 

 

markerlərin  daşıyıcısı  olan  “Azəri”,  “Qırmızı  gül  1”,  “Pərzivan  2”,  “Ruzi  84”, 



“Murov”,  “Murov  2”,  “Uğur”,  “Səba”  və  s.  yumşaq  buğda  sortları  seleksiyada 

keyfiyyətə görə donor kimi istifadə edilmişdir [10]. 

İnstitut  ilk  dəfə  olaraq  ölkədə  toxum  normasını  30-40%  azaldan,  suvarma 

suyuna  25-30%  qənaət  edən,  verilmiş  gübrələrin  və  alaqlara  qarşı  mübarizənin 

səmərəliliyini  artıran,  xəstəlik  və  zərərvericilərin  inkişafına  mənfi,  kondisiyalı 

toxum  çıxımına  müsbət  təsir  edən  vəsaitə  qənaətedici  tirəyə  əkin,  təkrar  və 

gecikmiş əkinlərdə iqtisadi cəhətdən səmərəli olan sıfır becərmə texnologiyalarının 

elmi və təcrübi əsaslarını öyrənmiş, tətbiq etmiş və genişləndirmişdir [11; 12; 13]. 

Azərbaycandaotlaqların  davamlı  idarə  edilməsinin,  qorunmasının  və 

yaxşılaşdırılmasının mütərəqqi texnologiyaların elmi əsaslarla işlənməsi və onların 

qorunub  saxlanması  üçün  onların  səthi  və  əsaslı  yaxşılaşdırılma  texnologiyaları, 

iribuynuzlu heyvanlar üçün qarğıdalı ilə yoncanın, amarantla qamışın və qarğıdalı, 

yonca,  amarant  və  qamışın  qarışığından  kombinləşdirilmiş  silosun  hazırlanması 

texnologiyaları işlənib hazırlanmışdır.  

İnstitutun  struktur  tabeliyində  fəaliyyət  göstərən  bölgə  təcrübə 

təsərrüfatlarımız  2015-ci  ildə  1000  hektardan  artıq  sahədə  institutun  rayonlaşmış 

32 dənli, dənli-paxlalı və yem bitki sortlarının (13 yumşaq və 3 bərk buğda, 5 arpa, 

4 qarğıdalı, 2 noxud, 1 mərcimək, 3  yonca  və 1 xaşa)  toxumçuluğu fəaliyyəti ilə 

məşğul  olmuşdur.  Bu  təsərrüfatlarda  1203  ton  dənli,  dənli-paxlalı  və  yem 

bitkilərinin  orijinal,  super-elit  və  elit  toxumları  istehsal  olunmuşdur.  İstehsal 

olunan  952  ton  elit  toxumlar  kvotaya  uyğun  olaraq  Kənd  Təsərrüfatı  Nazirliyinin 

bölgüsü  əsasında  120-dən  artıq  dövlət  və  özəl  toxumçuluq  təsərrüfatlarına 

verilmişdir.  İri  taxılçılıq  təsərrüfatları    2015-ci  ildə  institutun  “Qobustan”,  “Tale 

38” və digər buğda sortlarından hektara ortalama 65 sentnerdən artıq dən məhsulu 

əldə etmişlər. 

Əkinçilik ET İnstitutu bazar iqtisadiyyatı şəraitində yeni elmi nailiyyətləri ilə 

bundan  sonra  da  kəndli  fermer  təsərrüfatlarına  yaxından  kömək  edərək,  müstəqil 

respublikamızda  kənd  təsərrüfatı  məhsulları  bolluğu  yaradılması  işinə  öz  layiqli 

töhvələrini verəcəkdir. 

İnstitutun rayonlaşmış və patentlə mühafizə olunan sortları: 

Yumşaq 

buğda 

sortları: 

“Pərzivan 

1”, 

“Mirbəşir 



128”, 

“Tərəqqi”,“Azəri”,“Əkinçi  84”,  “Qiymətli  2/17”,  “Əzəmətli  95”,  “Nurlu  99”, 

“Qobustan”,    “Şəki  1”,    “Ruzi  84”,  “Uğur”,  “Aran”,  “Tale  38”,  “Qırmızı  gül  1”, 

“Murov 2”, “Ağalı”, “Zirvə 85”, “Qızıl buğda”, “Şəfəq 2”, “Fatimə”, “Günəşli”; 



Bərk  buğda  sortları:  “Mirbəşir  50”,  “Qaraqılçıq  2”,  “Tərtər”,  “Vüqar”, 

“Şiraslan 23”, “Turan”, “Bərəkətli 95”, “Əlincə 84”, “Qarabağ”;  

  Arpa  sortları:  “Qarabağ  7”,  “Qarabağ  21”,  “Cəlilabad  19”,  “Qarabağ  22”, 

“Baharlı”, “Qüdrətli 48”, “Qarabağ 33”;  



Qarğıdalı  sortları:  “Zaqatala  yerli  yaxşılaşdırılmış”,  “Zaqatala  514”, 

“Zaqatala 68”, “Zaqatala 420”; 



Noxud sortları: “AzNİİZ 304”, “AzNİİZ 303”, “Nail”, “Nərmin”, “Sultan”;  

Mərcimək sortları: “Azər”, “Arzu”; 


Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə