Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə14/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   10   11   12   13   14   15   16   17   ...   266

29 

 

təsiredici  maddə  hesabı  ilə  90  kq  azot  gübrəsi  (NH



4

NO

3



)  verilmişdir.  Vegetasiya 

dövründə  iki  dəfə  suvarılma  (sünbülləmə  mərhələsinin  başlanğıcı,  dənin 

formalaşması mərhələsində) aparılmışdır. 

Tədqiqat  illərində  yüksək  aqronomik  xüsusiyyətlərinə  və  xəstəliklərə 

davamlılığına  görə  seçilmiş  yerli  və  müxtəlif  coğrafi  mənşəli  160  yumşaq  buğda 

nümunələrində  dənin  keyfiyyət  göstəriciləri  qəbul  edilmiş  metodikalar  əsasında 

təyin edilmişdir  [9; 10]. 

Tədqiq  edilən  yumşaq  buğda  nümunələri  standart  sortla  müqayisə  edilmiş, 

dənin  keyfiyyət  göstəricilərinə,  məhsuldarlığa  və  müsbət  biomorfoloji  əlamətlərə 

(optimal və bərabər boyluluğa, gövdənin diametrinə, sünbül altlığının uzunluğuna, 

buğumlararası  məsafələrə,  yatmaya  davamlılığıa  və  s.)  görə  fərqlənən  nümunələr 

qruplaşdırılaraq təhlil edilmişdir (Cədvəl 1; 2). 

Tədqiqat  illərində  iki  illik  orta  göstəricilərə  əsasən  öyrənilən  yumşaq  buğda 

nümunələrinin  72%-i  dənin  şüşəvariliyinə  görə  standartdan  (68,5%)  yüksək  (70-

98%),  28%-i  isə  aşağı  (unlu-59,5%)  göstəriciyə  malik  olmuşdur.  Sortnümunələrdə 

illər  üzrə  orta  göstəricilərdən    kənarlaşma  0,7-40,3%    təşkil  etmişdir.  Dənin 

şüşəvariliyinə görə illər üzrə orta göstəricilərdən kənarlaşma standart Aran sortunda 

(orta  68,5%)-20,5%,  tədqiq  edilən  digər  nümunələrdən:-TT.09214/3  (98%)-2,8%; 

Ləyaqətli  80  (95,5%.)-6,4%;  SG.RU.24  (SİMMİT)  (87,5%)-6,4%  və  s.  təşkil 

etməklə  standartla  müqayisədə  bu  əlamətə  görə  yüksək  göstəricilərlə  illərə  qarşı 

neytral 

reaksiya 

göstərmişlər. 

17

th



FAWWON-IR. 

N14 


(SİMMİT); 

SG4.7063(SİMMİT);  TJB.801.1332/CUPE  (Türkiyə)  və  s.  sortnümunələrdə  isə 

unlu  olmaqla  aşağı  olmuşlar.  İllərdən  asılı  olaraq  orta  göstəricilərdən  kənarlaşma 

sortnümunələrin  65,5%-də  6,4-40,3%;  34,5%-də  0,7-3,5%  olmuşdur.  Bu 

kənarlaşma  Nota  (Krasnodar)-40,3%;  Aran  (Azərbaycan)-20,5%;  Qırmızı  gül  1 

(Azərbaycan)-26,2% və s. sortlarda kifayət dərəcədə yüksək olmuşdur. 

Kleykovinanın elastiklik xassələri ilə xarakterizə olunan və digər göstəricilərlə 

yanaşı eyni zamanda kleykovinanın deformasiya əmsalı (KDƏ) ilə müəyyən edilən 

keyfiyyəti  bəzi  sortnümunələrdə  illərdən  asılı  olaraq  kəskin  fərqlənmiş  və 

nümunələrin  27,6%-i  standartdan  (96,4%)  yüksək  (87,1-95,7%),  72,4%-i  isə 

standartdan aşağı (96,6-112%) göstəriciyə malik olmuşdur. 

Bu  göstərici  TJB.801.1332/CUPE  (Türkiyə)-87,1;  Nota  (Krasnodar)-86,1; 

Aran  (Azərbaycan)-97,6;  Pərzivan  2  (Azərbaycan)-93,2  və  s.  nümunələrdə 

qənaətbəxş  olmuşdur.  Kleykovinanın  deformasiya  əmsalına  görə  illərdən  asılı 

olaraq  orta  göstəricilərdən  kənarlaşma  sortnümunələrin  51,7%-də  4,1-19,6%; 

48,3%-də  0,7-4,0%  olmuşdur.  Bu  kənarlaşma  Nota  (Krasnodar)-19,6%; 

TSXA.PUAN  1ha76  (Dərbənd)-13,3%;  17

th

FAWWON-IR.  N37  (SİMMİT)-9,0%; 



Lütessens 2656 (Rusiya)-9,0 % və s.-də daha çox olmuşdur. 

Çörəyin keyfiyyətini şərtləndirən əsas göstəricilərdən biri olan sedimentasiya 

miqdarına  görə  tədqiq  edilən  yumşaq  buğdaların  əksəriyyəti  (82,7%-i)  standart 

Aran  sortundan  (33,7ml)  üstün  (34,5-52,5ml),  17,3%-i  isə  aşağı    (31,5-33,0ml) 

göstəriciyə  malik  olmuşlar.  Nisbətən  yüksək  göstəricilərlə  Bezostaya  1  (Rusiya)-

52,5ml;  17

th

FAWWON-IR.  N37  (SİMMİT)-45,7ml;  11



th

  FAWWON.KN

149-193 

(SİMMİT)-45,7ml;  yerli  nümunələrdən  isə  Azəri-44,4ml;  Pərzivan  2-43,5ml; 




30 

 

Yeganə-42,0ml  və  s.  fərqlənmişlər.  Digər  göstəricilərlə  müqayisədə  illərdən  asılı 



olaraq  orta  göstəricilərdən  kənarlaşma  sortnümunələrin  62,1%-də  standartdan 

(3,2ml)  az  (0,0-2,5ml);  37,9%-də  isə  (Olviya-9,3ml  istisna  olmaqla)  4,2-6,7ml 

arasında dəyişərək,  o qədər də çox olmamışdır. 

Kleykovinanın miqdarına görə nümunələrin 37,9%-i standartla (34,2%) eyni 

və yüksək (34,2-37,2%), 62,1%-i isə aşağı (28,0-34,0) göstəriciyə malik olmuşdur. 

Xarici  mənşəli  nümunələrdən  Fin  buğdası  (Finlandiya)-37,0%;  FAWWON.KN

149-

193 


(SİMMİT)-36,0%;  Bezostaya  1  (Rusiya)-36,8%;  Olviya  (Odessa)-34,6%;  yerli 

nümunələrdən  isə  TT.09214/3-37,2%;  Azəri-35,2%;  Mirbəşir  128-35,9%  və  s. 

kleykovinanın  miqdarına  görə  standartdan  yüksək,  17

th

FAWWON-IR.  N14 



(SİMMİT)-28,8%;  17

th

FAWWON-IR.  N37  (SİMMİT)-30,6%  və  s.  isə  aşağı 



göstəriciyə malik olmuşlar. Bu göstəriciyə görə də orta göstəricilərdən kənarlaşma o 

qədər də çox (0,0-6,2) olmamışdır. 

Tədqiqat  illərində  zülalın  miqdarı  nümunələrin  58,6%-də  standartdan 

(12,8%)  yüksək  (13,1-15,5%),  41,4%-də  isə  standartdan  aşağı  (10,9-12,5%) 

göstəriciyə malik olmuşdur.  Xarici nümunələrdən FAWWON.KN

149-193 


(SİMMİT)-

14,5%;  Bezostaya  1  (Rusiya)-14,3%;  Olviya  (Odessa)-13,3%,  yerli  nümunələrdən 

isə  TT.09214/3-15,0%;  Azəri-14,9%;  Mirbəşir  128-14,0%  və  s.  zülalın  miqdarına 

görə  standartdan  yüksək,  Ləyaqətli  80  (Azərbaycan)-10,9%;  17

th

FAWWON-IR. 



N37  (SİMMİT)-11,9%;  Renan  (Fransa)-11,4%  və  s.  aşağı  göstəriciyə  malik 

olmuşlar.  Bu  göstəriciyə  görə  də  orta  cöstəricilərdənkənarlaşma  o  qədər  də  çox 

olmayaraq 0,1-1,5 təşkil etmişdir. 

Eyni  aqrotexniki  tədbirlər  fonunda  bəzi  (1000  dən  kütləsi,  KDƏ)  keyfiyyət 

göstəricilərinin  illərdən  asılı  olaraq  dəyişməsi  onların  formalaşmasında  iqlim 

şəraitinin  və  sortnümunələrin  bioloji  xüsusiyyətlərinin  mühüm  rol  oynadığını 

deməyə  imkan  verir.  Analoji  nəticələr  digər  tədqiqatçılar  tərəfindən  də  qeyd 

edilmişdir [11; 12]. 

Sortnümunələrdə  1000  dən  kütləsi  və  1m

2

sahədə  olan  bioloji  məhsuldarlıq 



tədqiq edilmişdir. Standart Aran sortunda 1000 dənin kütləsi 40,2 q., məhsuldarlıq 

720  q.  olduğu  halda,  nümunələrin  65,5%-i  1000  dənin  kütləsinə  görə  standartdan 

üstün (40,3-47,7 q.), 34,5%-i isə aşağı (38,5-30,1q.); vahid sahədən məhsuldarlığa 

görə isə 86,2%-i 748,5-1099q-la standartan yüksək, 13,8%-i isə aşağı (522,5-710q.) 

gösəricilərə  malik  olmuşdur.  Tədqiq  edilən  yerli  nümunələrdən  TT.09214/3  1000 

dən  kütləsi-47,7  q.;  məhsuldarlıq-795  q.;  uyğun  olaraq  Murov-44,0  q.;  1030  q.; 

Pərzivan  2-42,9q.;  748,5q.;  xarici  nümunələrdən  isə  uyğun  olaraq  13

th

IWWYT-



IR.N51  (SİMMİT)-46,3q.;  1099q.;  Lütessens  2656  (Rusiya)-43,9;  1030q.  və  s.  bu 

göstəricilərə görə standartdan yüksək, uyğun olaraq AB.01704/2-4-1 (Azərbaycan)-

34,9q.  ;587q.;  17

th

FAWWON-IR.  N15  (SİMMİT)-38,5q.;  705q.  və  s.  aşağı 



göstəricilərə  malik  olmuşlar.  1000  dənin  kütləsinə  görə  illər  üzrə  orta 

göstəricilərdən kənarlaşma bir sort (TSXA.PUAN 1 ha 76 (Dərbənd)-6,1q.) istisna 

olmaqla  digər  nümunələrdə  o  qədər  də  çox  (0,1-3,8  q.)  olmamışdır.  Məhsuldarlıq 

göstəricisinə  görə  standart  Aran  sortunda  bu  kənarlaşma  84,8  q.  olduğu  halda, 

nümunələrin  72,4-%-də  (5,6-76  q.)  standartdan  aşağı;  27,6%-də  isə  yüksək  (106-

214 q.) olmuşdur.  




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə