Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə17/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   13   14   15   16   17   18   19   20   ...   266

 

34 


 

UOT 633.31.37;635.65 

 

NOXUD GENOFONDUNUN TƏDQİQİ VƏ SELEKSİYASININ 

NƏTİCLƏLƏRİ 

 

L.Ə.ƏMİROV

1-2

, R.S.MİRZƏYEV

1

, Q.M.HƏSƏNOVA

1

, H.İ.MƏMMƏDOV

1



A.A.CAHANGİROV

1

, K.B.ŞIXƏLİYEVA

2

, S.M.BABAYEVA

2



S.Q.HƏSƏNOVA

2

 

 

1-Əkinçilik ET İnstitutu, Bakı -1098, Pirşağı q., Sovxoz  №2; 

2-AMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı, 1106, Azadlıq prospekti 155 

 

       Müxtəlif  amillərdən  iqlim  dəyişkənliyi  nəticəsində  temperaturun  yüksəlməsi  yer 



kürəsinin  bir  sıra  ölkələrində  ərzaq  çatışmamazlığına  səbəb  olur.  Xüsusilə,  inkişaf 

etməkdə olan üçüncü dünya dövlətləri əhalinin ərzaq təminatında çətin problemlərlə 

üzləşirlər.  Nəticədə  əhalinin  həm  ölkə  daxili,həm  də  ölkə  xaricinəmiqrasiya  prosesi 

baş verir. 

 

Açar  sözlər:  noxud,  genofond,  seçmə,  müxtəliflik,  forma,  fotosintez, 

transpirasiya 



Ключевые слова: нут, генофонд, отбор, разнообразия, форма, фотосинтез, 

транспирация 



Key  words:  chickpea,  genofund,  selection,  diversity,  form,  fotosintez, 

transpiration 

 

Ümumdünya səhiyyə təşkilatının verdiyi məlumata görə planetimizdə hər il bir 



milyarda yaxın insan normal qidalana bilmir, xroniki aclıq keçirir, on üç milyon insan 

isə  pis  qidalanmadan  və  aclıqdan  tələf  olur.  Ona  görə  də  hər  bir  dövlət  əhalisinin 

ərzaq təhlükəsizliyini təmin etmək üçün əməli tədbirlər həyata keçirir. 

Ərzaq  paxlalı  bitkilər  zülal  probleminin  həllində  mühüm  rol  oynayırlar. 

Respublikamızda ərzaq üçün istifadə olunan və qədim zamanlardan becərilən paxlalı 

bitkilərdən noxudu göstərmək olar. Bu bitkinin dəni karbohidratlarla, zülallarla, əvəz 

olunmayan  amin  və  yağ  turşuları,  vitaminlərlə  (xüsusən  B  qrupu)  və  minerallarla 

zəngindir.  Bunlarla  yanaşı  göstərilən  maddələr  insan  orqanizmi  tərəfindən  yüksək 

səviyyədə  (86%)  mənimsənilir  və  onun  inkişafına  müsbət  təsir  göstərir.  Qida 

rasionunda  zülal  çatışmamazlığı  insan  orqanizminə  mənfi  təsir  göstərir  və  xroniki 

zülal  aclığı  prossesi  yaranır  ki,  nəticədə  bir  sıra  fəsadlar  baş  verir.  Heyvan  mənşəli 

zülalların  çatışmamazlığını    paxlalı  bitkilər  əvəz  edə  bilirlər.  Ona  görə  də  əhalinin 

qida rasionunda bu bitkilərdən geniş istifadə edilməlidir. 

       Noxud  bitkisi  əhalinin  ərzaq  çeşidi  müxtəlifliyini  artırmaqla  yanaşı  əkinçilikdə 

də  bitkilərin  diversifikasiyasında  mühüm  rol  oynayır.  Belə  ki,  paxlalı  bitkilər  kök 

yumurucuqları  əmələ  gətirən  bakteriyalar  vasitəsi  ilə  havadan  sərbəst  azotu 

mənimsəyərək onu bitkilərin istifadə edə biləcəyi mineral formaya çevirirlər. 



 

35 


 

Bundan  başqa  bu  bitkilər  vegetasiya  dövründə  kökləri  vasitəsi  ilə  torpağa  bir 

sıra  maddələr,  o  çümlədən  vitaminlər,  üzvi  turşular  və  s.  ifraz  edir  ki,  nəticədə 

torpağın  mikro  florası  dəyişir  və  fitosanitar  vəziyyəti  yaxşılaşır.  Bununla  əlaqədar 

olaraq  paxlalı  bitkilərdən  sonra  əkilən  bitkilərin  məhsuldarlığı  artır  və  məhsulun 

keyfiyyəti də yüksəlir. Onlar yaxşı sələf  bitkiləri hesab edilirlər.  

Dəmyə bölgələrdə noxudun  digər bitkilərə nisbətən üstünlüklərini nəzərə alaraq 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Komitəsi (FAO) bu bitkinin gələcəkdə əkinçilik 

üçün perspektivli bitki kimi quraq regionlarda becərilməsini tövsiyyə etmişdir. 

Respublikamızın  quraq  dəmyə  bölgələri  üxçün  məhsuldar,keyfiyyətli  dən 

məhsulu  verən  paxlalı  bitkilərin  yeni  soptlarının  yaradılması  və  kəndli-fermer 

təsərrüfatlarında  tətbiq  edilməısi  aktual  məsələlərdəndir.  Bu  aspektdə  noxud 

bitkisinin özünə məxsus yeri vardır.  

        Azərbaycanda  becərilən  noxud  populyativ  xarakterlidir  yəni  bir  növ  xalq 

seleksiyası istiqamətli formalardır. Hər bir istehsalçı özünün istəyinə görə nümunəni 

artırır və onun toxum materiallarını əkir. Belə formalar mexaniki becərməyə yaramır, 

çox əl əməyi tələb edir, xəstəliklərə davamsız olmaqla yanaşı yüksək məhsuldaqrlığa 

malik  olmurlar.  Məhsulun  keyfiyyət  və  kulinar  xüsusiyyətləri  də  nəzərə 

alınmır.İstehsalçı ancaq dənin iriliyinə xüsusi diqqət verir. 

Bütün yuxarıda göstərilənləri nəzərə alaraq noxudun seleksiyasının elmi əsaslar 

üzrə  aparılması  üçün  Əkinçilik  ET  İnstitutunda  və  AMEA  Genetik  Ehtiyatlar 

İnstitutunda seleksiya proqramı  təşkil edilmışdir. 

Respublikamızda  ərzaq  probleminin  həlli  ilə  əlaqədar    olaraq  noxudun  yüksək 

məhsuldar,biotik  və  abiotik  stres  amillərə  davamlı,  keyfiyyətli  yeni  sortlsrının 

yaradılması,  optimal  becərmə  texnologiyasının  müəyyən  edilməsi,  toxumçulugunun 

təşkili  və  onun  yayımı  qarşıda  duran  problemlərdəndir.  Ölkəmizin  ayrı-ayrı 

bölgələrində becərilən noxud nümunələri tez-tez kütləvi surətdə fuzarioz və askoxitoz 

xəstəliklərinə tutulurlar ki, bunun nəticəsində də istehsalın rentabelliyi aşağı düşür və 

fermerlərin bu sahəyə marağı azalır. Becərilən yerli formalar qısa boylu olduğundan 

məhsulun mexaniki üsulla yığımı zamanı məhsul itkisi çox olur. Eyni zamanda belə 

formaların məhsulunun əmtəəlik xüsusiyyətləri də yüksək olmur [1; 5]. Buna görə də 

xəstəliklərə davamlı yüksək məhsuldar, hündürboylu əmtəəlik xüsusiyyətləri yüksək 

olan  yeni  noxud  sortlarının  yaradılması  məqsədi  ilə  1997-ci  ildən  başlayaraq 

ICARDA  Beynəlxalq  Elm  mərkəzindən  hər  il  müxtəlif  mənşəli  noxud  nümunələri 

indroduksiya olunur. 

Alınmış  nümunələr  Abşeron,  Qobustan  və  Cəlilabad  bölgələrində  ekoloji 

sınaqdan  keçirilir.  Öyrənilən  nümunələr  üzərində  fenoloji  müşahidələr  aparılır, 

onların  xəstəliklərə,  yatmaya,  şaxtaya,  quraqlığa  qarşı  davamlılığı  öyrənilir,  boyu, 

1000 dənin kütləsi, məhsuldarlığı, dəndə zülalın miqdarı təyin edilmişdir (cədvəl 1).  

Noxudun  fizioloji  parametrlərinin  təyin  edilməsi  də  seleksiyada  mühüm 

əhəmiyyət  kəsb  edir.  Bununla  əlaqədar  olaraq  (cədvəl  2)  dən  məhsuldarlığının 

formalaşmasında  aparıcı  rol  oynayan  fizioloyi  faktor  kimi  fotsintezin  intensivliyini 

qeyd  edə  bilərik.    Fizioloji  parametrlərin  təhlili  göstərir  ki,  fotsintezin  intensivliyi 

yüksək  olan  noxud  sortlarının  dən  məhsuldarlığı  da  yüksək  olur.  İntensiv  tipli 

sortlarda transpirasiya əmsalı və ağızcıqların su keçiriciliyi də nisbətən yüksəkdir.  



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə